Məhkəmə qərarları › İş №2-1(102)-2034/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2034/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2034/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X5 Agentliyi publik hüquqi şəxsinə (üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlu) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: üçüncü şəxsin iştirakına xitam verilməsi və verdiyi kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X5 Agentliyi publik hüquqi şəxsinə (üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlu) qarşı “75000 manat kompensasiya məbləğinin cavabdehdən onun xeyrinə tutulması” t ələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-33/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1. 30.06.2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 8 ha torpaq sahəsinin 1.2795 ha hissəsi satıcı X4 tərəfindən alıcı Mirzəyev Qiyas Mirzə oğluna satılmışdır. 2. xx.xx.2021-ci il tarixli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi Mirzəyev Qiyas Mirzə oğlu tərəfindən İddiaçı bağışlanmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqına daş ınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi İddiaçı tam pay hüquqi ilə xüsusi mülkiyyətindədir.

4. Cavabdehin imtina məktubundan görünür ki, X5 Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən (çıxarış № **********54) 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562.47 manat kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya "xxxx" ASC-nin Sumqayıt şəhər fil ialına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan X5 Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, ona məxsus 127.5 sot sahibkarlıq məqsədi üçün nəzərdə tutulmuş tikinti təyinatlı ehtiyat fondu torpaq sahəsinin (Reyestr №**********53) “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş 61.87 sot hissəsinə dəymiş ziyana görə 60.000 manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan X2 xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) xx.xx.2023-cü il tarixli, 2-1( 118)374/2023 nömrəli qərardadı ilə Mirzəyev Qiyas Mirzə oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus xüsusi mülkiyyətində olan Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi bazar qiymətinə (1.2795 ha üçün 128,000.00 AZN; 1 sot üçün hesablanma 1200 AZN) əsaslanaraq “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lahiyəsi çərçivəsində təhkim zolağına düşmüş həmin torpaq sahəsinin 61.87 sot hissəsinə dəymiş ziyana görə (hesablanma: 1200 AZN*61.87 sot) 75000 manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan X1 xeyrinə tutulm ası barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) xx.xx.2024-cü il tarixli, 2-1(118)96/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Siyəzən rayon Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsinin 0, 6187 sot hissəsi ilə bağlı dəymiş ziyana görə (torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı) 55711 (əlli beş min yeddi yüz on bir) manat kompensasiya məbləği cavabdeh Azərbaycan Avtomobili Yolları Dövlət Agentiyindən İddiaçı xeyrinə tutulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya in stansiyası məhkəməsində icraat 10.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova (sədrlik edən), V.E.Əzizova və V.M.Hacıyev) xx.xx.2025-ci il tarixli, 2-1(105)33/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-96/2024 nömrəli qərarı ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilmiş və iddia təmin edilməmişdir.

11. Daha sonra üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlu dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə müraciət edərək kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 12.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-33/2025 nömrəli qərardadı i lə ərizə təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-33/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından kassasiya şikayətinin tərtib edilməsi üçün üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmişdir. 13.Bundan sonra, üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-33/2025 nömrəli qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi oğlu tərəfindən qaldırılmasına baxmayaraq torpaq sahəsi özünə məxsus olmuş və həmin to rpaq sahəsinə oğluna bağışlamışdır. Cavabdeh inzibati orqan tərəfindən də həmin torpaq sahəsinə dair kompensasiya məbləğinə dair danışıqlarda onunla aparılmışdır. Cavabdeh orqan onun Kapital Bank hesabına guya pul köçürülməsini bildirsə də, hər hansı ödəniş aparılmamışdır. Onun tələbi cavabdeh orqan tərəfindən mülkiyyətində olan torpaq sahəsinin əlindən çıxması və mülkiyyətindən məhrum olmağı nəticəsində ona dəymiş ziyan və kompensiyasiyanın ödənilməsi ilə bağlıdır. İşə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi ilə bağlı 18562,47 manat məbləğində kompensasiya bank hesabına köçürülmüşdür, guya o və iddiaçı bu halı təsdiq etmişlər. Halbuki nə onun, nə də iddiaçının bank hesa bına vəsait köçürülməmiş və onlar tərəfindən belə bir hal təsdiq edilməmişdir. Təklif olunan kompensasiya məbləğini yetərli hesab edən məhkəmə özünün subyektiv mülahizəsi əsasında hesablama aparmış və belə bir qənaətə gəlmişdir ki, guya həmin məbləğ reallığa uyğundur. Halbuki bu ərazidə torpağın 1 sotu 1000 manat təşkil etdiyindən və 20 faiz də hesablama aparıldığı halda bu tərəflərindən iddia olunan məbləğin ağlabatan məbləğ olduğunu təsdiq edir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalması ilə bağlı ödənilməli olan kompensasiyanın məbləği torpaq sahəsinin bazar qiyməti əsasında müəyyən edilməsi qeyd olunduğu halda qarşı tərəfin torpaq sahəsinin 1 sotunu 300 manat məbləğində qiymətləndirməsi düzgün olmamış və bu məbləğ hazırki bazar qiymətindən dəfələrlə azdır. İddiaçı tərəfindən həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləğinin 75000 manat olduğuna dair sübut təqdim edildiyi halda məhkəmə həmin rəyi sübut kimi tanımamış və birinci instansiya məhkəməsinin qərarını bu əsasla ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya hə min şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olu nmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsim yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona məxsus xüsusi mülkiyyətində olan Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1.2795 ha torpaq sahəsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi bazar qiymətinə (1.2795 ha üçün 128,000.00 AZN; 1 sot üçün hesablanma 1200 AZN) əsaslanaraq “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” lah iyəsi çərçivəsində təhkim zolağına düşmüş həmin torpaq sahəsinin 61.87 sot hissəsinə dəymiş ziyana görə (hesablanma: 1200 AZN*61.87 sot) 75000 manat kompensasiya məbləğinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 19.Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) xx.xx.2023-cü il tarixli, 21(118)-374/2023 nömrəli qərardadı ilə Mirzəyev Qiyas Mirzə oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 20.İlk öncə qeyd edilməlidir ki, məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə qərardadında ümumiyyətlə Mirzəyev Qiyas Mirzə oğlunun adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməsi qeyd edilməmişdir. 21.Bundan başqa, mübahisə edilən torpaq sahəsi xx.xx.2021-ci il tarixdən üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlunun mülkiyyətindən çıxmaqla xx.xx.2021-ci il tarixdən İddiaçı t am pay hüquqi ilə xüsusi mülkiyyətindədir.

22. Həmçinin birinci instansiya məhkəməsi qərarında eyni torpaq sahəsinə görə bir dəfə 18562 manat məbləğində kompensasiya hesablanaraq üçüncü şəxsin hesabına köçürüldüyü üçün həmin məbləğ çıxılaraq iddianı qismən təmin etməsinə baxmayaraq qeyd edilmiş hal ilə razılaşan iddiaçı və üçüncü şəxs həmin qərarı mübahisələndirməmişdir. 23.İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmi n şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 24.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid q ərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqları na toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qoruna n maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsi n mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən ş əxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.... 54.Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməl idir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.” 25.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlunun məhkəmə icraatına iştirakına xitam verilməli, eyni zamanda verilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır 26.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Mirzəyev Qiyas Mirzə oğlunun iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-33/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar