Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2035/2020 08.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair çıxarışın verilməsi; “işin hallarının araşdırılması” prinsipinə dair normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair i nzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 iyul tarixli 2-1(103)-829/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xünvanında yerləşən X saylı bağ sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 31 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamış, həmçinin göstərilən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya m əhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 20 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x ünvanında yerləşən X saylı bağ sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək x ünvanında yerləşən sahəsi 500 kv.m təşkil edən X saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xünvanında yerləşən X saylı bağ sahəsi onun istifadəsindəd ir. Qeyd olunan bağ sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin inzibati orqan imtina məktubu ilə iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçının bağ sahəsinə dair sənədlər tam qaydasındadır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)3251/2019 nömrəli qərarı ilə iddia təmin olunmuş, xünvanında yerləşən sahəsi 500 kv.m təşkil edən X saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzili qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olun masından imtinaya səbəb ola bilməz.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 iyul tarixli 21(103)-829/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, elektron kadastr baza məlumatına əsasən müvafiq bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin daxilində yerləşir.
13. İşin obyektiv araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyəti, Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən üçüncü şəxs qismində inzibati işə cəlb edilməlidirlər. b. məhkəmə icra atı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili Vəkil 17 noyabr və x xxxxxx 2020-ci il tarixli məhkəmə iclaslarında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İddiaçı və nümayəndəsi Nümayəndə 17 noyabr və x xxxxxx 2020-ci il tarixli məhkəmə iclaslarında vəkil ilə təmsil olunmadıqlarından çıxışlarda iştirak etmədilər. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllə: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşy alardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır...
17. Torpaq Məcəlləsi: Maddə
4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun ola raq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
18. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əs asən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şə xsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...cavabdeh orqan sözügedən bağ sahəsinin nömrə ardıcıllığına uyğun gəlmədiyinə istinad etsə də həmin bağ sahəsinin hər hansı üçüncü şəxsə məxsusluğu, həmin şəxsin hüquqmüəyyənedici sənəd əsasında qeydiyyatla bağlı cavabdehə müraciət etməsi və s. ilə bağlı müvafiq sübut təqdim etməmişdir. Bağ sahəsinin nömrə ardıcıllığının uyğun gəlməməsi imtina üçün əsas hesab edilməməklə yanaşı, qeyd edilən məsələnin həlli bilavasitə cavabdeh orqanın səlahiyyətləri daxilində yeri nə yetirməli olduğu vəzifələri ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.24-cü bəndinə əsasən: inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsi kimi müəyyən olunmuşdur.”.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini, bu qənaətin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmasını yuxarıda istinad edilən maddi hüquq normalarının və İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
24. Apellyasiya instansiyası məhk əməsi işin materiallarını, o cümlədən işdə iştirak edən şəxslərin dəlillərini (o cümlədən, apellyasiya şikayətinin dəlillərini) işin digər halları ilə yanaşı Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbləri nəzərə alınmaqla araşdırılmalı və qiymətləndirməli idi.
25. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin s ərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
26. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cavabdeh imtinanın və apellyasiya şikayətinin dəlili kimi iddiaçının fərdi-müəyyən əşya kimi “göstərdiyi”, “iddia etdiyi” torpaq sahəsinin uyğunsuzluğuna istinad edir. Yəni iddiaçıya “yerləşmə vəziyyətinə görə” ayrılmış bağ sahəsi (deməli, həm də torpaq sahəsi) “X” saylı bağ sahəsi olduğu halda, o, hazırkı məzmunda iddia tələbi ilə faktiki olaraq “yerləşmə vəziyyətinə görə” digər bağ (torpaq) sahəsinə - “86” saylı bağ sahəsinə iddia edir və bölgü sxemində məhz “86” nömrəsi ilə qeyd edilmiş bağın yerləşdiyi torpaq sahəsi üzərində “X” saylı bağ sahəsi kimi hüquqlarının qeydə alınmasını tələb edir. İddiaçının özü də bu faktı (o cümlədən, bağ sahələrinin bölgü sxemi üzrə X saylı bağ sahəsinin başqa şəxsə verildiyini və bu səbəblə də digər bağ sahəsinə iddia etdiyini) inkar etmir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri, Suraxanı rayon İcra hakimiyyəti, Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyinin üçüncü şəxs qismində cəlb edilməsinə dair cavabdehin şikayətinin dəlili ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, dövlət hazırkı icraatda cavabdeh inzibati orqan (müvafiq icra hakimiyyəti orqanı) vasitəsilə təmsil olunmuşdur. Bu isə, cavabdehi həmin orqanların hüquqi yardımından istifadə etmək (onlarda olan sübutlardan istifadə etmək, mütəxəssis cəlb etmək, irəli sürdüyü dəlillərin əsasına dair rəy almaq və s.) imkanından məhrum etmir. Dövlət Neft Şirkətinin maraqlarına toxunan hər hansı hal müəyyən edilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına gö ndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 iyul tarixli 21(103)-829/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov