Məhkəmə qərarları › İş №2-1(102)-2035/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2035/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2035/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Аzərbаycаn Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsis sənədlərinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarına əsasən, xx.xx.2022-ci il tarixli, **********065700 saylı hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışa (i.v.8) əsasən müəyyən olunur ki, sonuncu (qüvvədə olan) qeydiyyat göstəricilərinə görə - "xxxx" MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı müəyyən olunmuşdur:

1. İddiaçı - 45 %;

2. X10 -22.5 %;

3. X4 -2.5 %;

4. X11 - 10 %.

2. Ağstafa rayon Qeydiyyat şö bəsinin xx.xx.2021-ci il tarixli arayışından isə görünür ki, təsisçilərdən 10% paya malik olan X11 23 yanvar 2021-ci il tarixində vəfat etmişdir.

3. İşə əlavə olunmuş, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından aydın olur ki, təsisçi X11 ölməmişdən əvvəl məhkəmədə cavabdehlər "xxxx" MMC-yə, İddiaçı və X5 qarşı “paylı mülkiyyət üzrə əmlak payının müəyyən olunub ayrılması və həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi tələbinə dair” barədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2662/2012 saylı, 23.11.20təsis12-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

4. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-409/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəm əsinin 2-2(102)-305/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-305/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəm iyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onu cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına uyğun olaraq X6 təsisçilikdən çıxarılması və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə 0105P116-42908 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmində hər biri 1 manat olmaqla 20 paydan ibarət olmuşdur. Cəmiyyətin nizamnaməsinə edilmiş sonuncu dəyişikliklərə əsasən onun təsisçilərinin nizamnamə kapitalındakı payı aşağıdakı qaydada dövlət qeydiyyatına alınmışdır:

1. İddiaçı - 45 %, 2.X10 - 22,5 %,

3. X4 - 22,5%, X11 - 10%. Nizamnaməyə edilmiş sonuncu dəyişiklikdən əvvəlki redaksiyada Cəmiyyətin iki təsisçisi - 18 paya malik X12 və 2 paya malik X11 olmuşdur. X3 xx.xx.2011- ci il tarixdə vəfat etdikdən sonra onun nizamnamə kapitalındakı payı ər-arvadın birgə mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissə, 45 %), vərəsəlik hüququ əsasında qanuni vərəsələri X10 (1/4 hissə, 22,5%) və X2 (1/4 hissə, 22,5%) keçmişdir. Bundan sonra İddiaçı, X10 və X1 müvafiq paylara malik təsisçiliyə qəbul edilməsi barədə niz amnaməyə edilmiş dəyişiklik dövlət qeydiyyatına alınmışdır.

8. Qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)2662/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı ümumi paylı mülkiyyət hüququ üzrə əmlaka payının müəyyən olunub ayrılması, həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC nizamnamə kapitalında 10 faiz payı olan X9 onun nizamnamə kapitalındakı payının əvəzinə cəmiyyətin digər təsisçisi X12 tərəfindən qarşılıqlı razılaşma əsasında Cəmiyyət tərəfindən inşa edilmiş binadan 2500 kv.m yaşayış sahəsi və 800 000 manat pul verilmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 2 iqt(81)-2662/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-409/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-305/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi təsisçi X6 "xxxx" MMC-nin nizamnamə kapitalında olan payının əvəzini alması faktı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilsə də, onun təsisçilikdən çıxması ilə bağlı təsis sənədlərinə müvafiq dəyişikliklər edilərək dövlət qeydiyyatına təqdim edilməmişdir. Ağstafa rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021- ci il tarixli, xx/xx-1370/76 nömrəli arayışından görünür ki, X11 xx.xx.2021-ci ildə vəfat etmiş, onun ölümü haqqında xx.xx.2021-ci ildə 08 №-li akt qeydi tərtib ol unmuşdur. Təsis sənədlərinə dəyişikliklərin edilməsi ilə bağlı keçirilən yığıncaqda mərhum təsisçi R.Ə.Rəhimovun vərəsələrinin iştirakının zəruriliyi məsələsi aydınlaşdırılarkən məlum olmuşdur ki, R.Ə.Rəhimovun nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiq edildiyindən faktiki olaraq o, təsisçi hüquqlarına malik olmamış, bununla yanaşı o, vəfat etdikdən sonra yığıncağa çağırıla biləcək, onun mirasını qəbul edən vərəsəsi olmamışdır.

10. Göstərilən məlumatlar və təsdiqedici sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə nizamnaməyə müvafiq dəyişikliklər edilmişdir. Belə ki, həmin qərarla X11 təsisçilikdən çıxarılmış və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı t əyin edilmişdir. "xxxx" MMC-nin təsis sənədlərinə edilən dəyişikliklərlə bağlı tərtib edilmiş sənədlər - təsisçilərin qərarı, nizamnaməyə edilmiş dəyişikliyin layihəsi əlavə olunmaqla həmin dəyişikliyin dövlət qeydiyyatına alınması üçün cavabdehə rəsmi qaydada müraciət edilmiş, lakin cavabdeh təqdim edilən dəyişikliyi dövlət qeydiyyatına almaqdan imtina etmişdir.

11. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixli, **********591600 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qurumun qeydiyyat qovluğunda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-305/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onun la digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər.

12. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, hüquqi şəxsin direktor dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçisinin qə rarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Cəmiyyətin təsisçilərindən X6 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq vəfat etmiş təsisçinin varislərinin reyestrə daxil edilməsi barədə bildirilir ki, hüquqi şəxsin təsisçilərinin dəyişməsi özündə həm reyestrə, həm də cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsini ehtiva edir. İştirakçılar barədə məlumat nizamnamədə nəzərdə tutulduğundan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, təsisçilərin şəxsiyyətini təsdiq edən sənədin surəti, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyad a nizamnamə) müvafiq ərizəyə əlavə edilməklə İdarəyə təqdim edilməlidir. Bundan başqa təsisçi X6 təsisçilikdən çıxmasına münasibətdə qeyd edilir ki, Mülki Məcəllənin 96-cı maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.A.Ağalarov) iddia rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı pa yına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Yəni təsisçi X11 və ya onun vərəsələri "xxxx" MMC-nin üzvlüyündən çıxmağı tələb etdikdə bu məsələyə baxıla bilər. Odur ki, X6 vərəsələri müəyyənləşdirilməli, daha sonra onun cəmiyyətdəki payı vərəsələri arasında bölünməli və ya paya uyğun məbləği qanunvericiliyə uyğun şəkildə əldə edərək üzvlükdən çıxmalıdırlar. Məhkəmə həmçinin bildirir ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə i ddiaçının hazırkı məsələ ilə əlaqədar hüquq və mənafelərinə inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan ka ssasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, konkret halda, təsisçi X11 və ya onun vərəsələri tərəfindən "xxxx" MMC-nin iştirakçılığından (təsisçiliyindən) çıxması tələb edildikdə, həmin məsələyə baxılması mümkündür. Bu baxımdan MMC-nin təsisçiləri tərəfindən ilk öncə, vəfat etmiş X6 vərəsələri müəyyənləşdirilərək cəmiyyətdəki payının onlar arasında bölünməsi və paya uyğun əmlakı və ya dəyəri verilməklə iştirakçılıqdan (təsisçilikdən) çıxarılması məsələsinə baxılmaqla, mübahisələndirilən məsələ öz həllini tapa bilər.

20. Göründüyü kimi apellyasiya məhkəməsi əvvəlki məhkəmə icraatında həll edilmiş və hazırda qüvvədə olan məhkəmə aktları ilə yekunlaşdırılmış mülki işin mahiyyətinə yenə də əsassız və qanunsuz müdaxilə edərək, mərhum təsisçi Rövşən Rəhimovun MMC-nin nizamnamə kapitalında olan payının əvəzini almaması barədə həqiqətə uyğun olmayan fikir formalaşdırmağa cəhd etmişdir. Halbuki bir daha qeyd edirəm ki, yekunlaşmış mülkiməhkəmə icraatının materiallarında MMC-nin nizamnamə kapitalında olan payının əvəzi olaraq mərhum təsisçi Rövşən Rəhimovun razılaşdırılmış şəkildə bir neçə mənzil alması yazılı sənədlərlə bilavasitə təsdiq edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına uyğun olaraq X6 təsisçilikdən çıxarılması və cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6561/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

27. İddiaçı apellyasiya şikayəti verərə k, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1101/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qərarında göstərmişdir ki, “iş materiallarına əsasən iddiaçının tələbinin cavabdeh tərəfindən qeyd alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur.”

30. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli **********065700 saylı hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarışa (i.v.8) əsasə n müəyyən olunur ki, sonuncu (qüvvədə olan) qeydiyyat göstəricilərinə görə - "xxxx" MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı mayalarının miqdarı müəyyən olunmuşdur:

1. İddiaçı - 45 %;

2. X10 -22.5 %;

3. X4 -2.5 %;

4. X11 - 10 %.

31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təsisçilərdən 10% paya malik olan X11 23 yanvar 2021-ci il tarixində vəfat etmişdir.

32. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, təsisçi X11 ölməmişdən əvvəl məhkəmədə cavabdehlər "xxxx" MMC-yə, İddiaçı və X5 qarşı “paylı mülkiyyət üzrə əmlak payının müəyyən olunub ayrılması və həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi tələbinə dair” barədə iddia qaldırmış, 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2 iqt(81)-2662/2012 saylı, 23.11.20təsis12-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur.

33. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-409/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-305/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

34. Bununla bağlı apellyasiya məhkəməsi qərarında yazmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan 2-2(102)305/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “iddiaçı (X11) cəmiyyətin təsisçiliyindən çıxmamış, onun bununla bağlı müraciəti olmamış, buna baxmayaraq ona payına uyğun əmlak hissəsinin naturada ödənilməsini tələb et mişdir.

35. Digər tərəfdən Mülki Məcəllənin 96-cı maddəsinin tələbinə görə, çıxan iştirakçıya əmlakın dəyərinin naturada verilməsi yalnız cəmiyyət ilə razılaşmaya əsasən mümkündür. Hazırkı işin məhkəmə instansiyaları tərəfindən müəyyən edilmiş hallarından görünür ki, payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə iddiaçı (payçı) arasında hər hansı razılıq əldə olunmamışdır.”

36. Buna görə də apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsisçi X6 qeyd olunan iddia tələbinin rədd olunması nizamnamə kapitalında olan payının əvəzini alması ilə deyil, onun cəmiyyətin təsisçiliyində qalıb çıxmaması və payın əvəzinin naturada verilməsinə dair cəmiyyətlə aralarında hər hansı razılığın mövcud olmaması ilə əsaslandırılmışdır. Başqa sözlə, həmin m əhkəmə qərarı ilə təsisçi X6 nizamnamə kapitalındakı payının əvəzini alması təsdiq edilmir. İş materiallarına əsasən də onun nizamnamə kapitalındakı payını faktiki olaraq almasını təsdiq edən mötəbər sübutlar da mövcud deyildir.

37. Daha sonra apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “Lakin işin 36-37-ci vərəqlərində olan "xxxx" MMC-nin ümumi yığıncağının “MMC-in nizamnaməsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın görünür ki, təsisçisi X6 nizamnamə kapitalında olan payının əvəzini alması qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edildiyi və onun sonradan ölməsi faktı nəzərə alınmaqla, onun adının təsisçilikdən çıxarılması, İddiaçı 45 %, X7 22.5 %, X2 isə 2.5% təsisçilik payları müəyyən edilməsi və İddiaçı direktor təyin olunması və reyestrdə müvafiq dəyi şiklik edilməsi üçün cavabdeh qeydiyyat orqanına müraciət edilməsi qərara alınmış və qeyd olunan dəyişiklərin təsdiq olunaraq reyestrə daxil edilməsi cavabdehdən xahiş olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1-ci maddəsinin tələbinə görə məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Həmin Məcəllənin 96.3-cü maddəsi isə nəzərdə tutur ki, cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun aparılır. Məcəllənin qeyd olunan normalarının qeyd olunan tələblərindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iştirakçıya (təsisçisinə) nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi və onunla digər hesablaşmaların aparılması yalnız iştirakçının (təsisçinin) cəmiyyətdən çıxdığı hallarda yol verilir. Başqa sözlə, konkret halda, təsisçi X11 və ya onun vərəsələri tərəfindən "xxxx" MMC-nin iştirakçılığından (təsisçiliyindən) çıxması tələb edildikdə, həmin məsələyə baxılması mümkündür. Bu baxımdan, MMC-nin təsisçiləri tərəfindən ilk öncə, vəfat etmiş X6 vərəsələri müəyyənləşdirilərək cəmiyyətdəki payının onlar arasında bölünməsi və paya uyğun əmlakı və ya dəyəri verilməklə iştirakçılıqdan (təsisçilikdən) çıxarılması məsələsinə baxılmaqla, mübahisələndirilən məsələ öz həllini tapa bilər.”

38. Buna görə də apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının qanunvericiliklə müəyyən olunan hüquqlarının pozulduğu öz təsdiqini tapmır.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi sözügedən nəticə ilə razılaşmayaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanuni qüvvəyə minmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının 25 sentyabr 2014-cü il tarixli, 2-2(102)-305/2014 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, Rövşən Rüstəmov "xxxx" MMC-nin R.Rəhimovda olarkən ona 800.000 manat nağd şəkildə ö dəmiş, 2.500 kv.m. mənzil sahəsinə, yəni 20 ədəd mənzili ona vermişdir, yəni bütün bunlar mmc-nin gəliri kimi deyil, payı olaraq başa düşülməkdədir ki, bu baxımdan vərəsələrin tapılaraq müəyyənləşdirilməsi iş üçün əhəmiyyət kəsb edir.

40. Digər tərəfdən iddiaçının iddiasında göstərildiyi kimi, mərhum Rövşən Rəhimovun təsisçilikdən çıxarılması və iddiaçının cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi ilə bağlı dəyişiklərin dövlət qeydiyyatına alınması (mmcnin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarına uyğun olaraq), MMC üçün son dərəcə önəmli xarakter daşıyır, belə ki, MMC bu qədər vaxt ərzində qanuni təmsilçilik funksiyasına malik olan direktor olmadan qanuni şəkildə işləyə bilməz (müxtəlif hesabatların verilməsi, müraciətlərin edilməsi, bəya nnamələrin təqdim edilməsi və s.).

41. Lakin apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 4 may 2023-cü il tarixli qərar MMC-nin fəaliyyətinin göstərməsinə maneə yaradır yaradılması anlamına gəlir, belə ki, MMC ona məxsus mənzilləri satdığı halda, dövlət vergilərini ödəyə bilməyəcəkdir.

42. Hətta, xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən MMC-nin Nizamnaməsini də tələb edib onu əldə etməmiş, halbuki iddiada qaldırılan məsələlər, məhz Nizamnamənin müddəaları ilə tənzimlənir.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 4 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndə rilməli, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1101/2023 nömrəli, 4 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar