Məhkəmə qərarları › İş №2-1(102)-2036/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2036/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2036/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kompensasiya ödənilməklə evin boşaldılması 14.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh (3-cü şəxs X5) qarşı “kompensasiya verilməklə əmlakın boşaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-46/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsa sən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən cavabdehin mərhum anası X1 adına texniki pasport verilmişdir. Texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən mübahisəli evin sahəsi 288,9 k.m ibarət olmuşdur.

2. X3 26 oktyabr 2006-cı ildə ölmüşdür. 3. "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinin yaşayış sahəsi 170,29 kv.metr göstərilməklə əsas sahəsi - 82.86 kv metr, köməkçi sahə - 33.52 kv metr, tavanı uçmuş giriş - 15.7 kv metr, tavanın bir hissəsi uçmuş otaq 15.93 kv metr, tavanı uçmuş dəhliz - 14.91 kv metr, istismara yararsız dəhliz - 4.23 kv metr, istismara yararsız san. qov. - 3.14 müəyyən edilmiş sahə 228480 manata qiymətləndirilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat, ümumilikdə kompensasiya məbləği cəmi 229480 manat müəyyən edilmişdir. 4. 18 yanvar 2019-cu il tarixli akta əsasən cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və o, 18 yanvar 2019-cu ildə Komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı ünvan 1 ünvanında cavabdehə məxsus yaşayış sahəsinə görə 229480 manat məbləğində kompensasiya təklif edilmiş, lakin vətəndaş könüllü razılaşmadan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən d aşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır. Həmin ev (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildir iş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 229480 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 17 may 2019-cu il tarixli, 2-1(81)1476/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 229480 (iki yüz iyirmi doqquz min dörd yüz səksən) manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması qərara alınmışdır.

8. Məhkəmə qərarında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən evin İddiaçı tərəfindən alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğundan fərdi y aşayış evinə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli, cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi boşaldılması qərara alınmışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1174/2020 nömrəli 2.6.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə qərarında qeyd etmişdir ki, işə əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunda yaşayış sahəsi 203,1 kv.m, 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”da isə 170,29 kv.m göstərildiyi halda apellyasiya instansiya məhkəməsi bu ziddiyətə münasibət bildirməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə bununla bağlı əlavə olaraq qeyd etmişdir ki, sözügedən texniki pasportda fərdi yaşayış evinin sahəsi həyətyanı sahə ilə birlikdə 288,9 kv.m olsa da, iddiaçı tərəfindən həmin sahənin yalnız 170,29 kv.m hissəsi üçün kompensasiya təklif edilmişdir. Cavabdeh tərəfindən apelly asiya şikayətində göstərilən ziddiyətlərlə bağlı dəlili irəli sürmüş, apellyasiya instansiya məhkəməsi isə cavabdehin bu dəlilinə münasibət bildirməmişdir. Bununla yanaşı, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin texniki pasporta göstərilən və iddiaçının sahibliyində olan 85 kv.m torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir kompensasiya təklif olunmamışdır. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ayrılmaz hissəsi olan texniki pasportunda qeyd olunmuşdur. Belə ki, işdən göründüyü kimi cavabdehin qanuni istifadəsində olan ümumi 288,9 kv.metr torpaq sahəsinin üzərində 203,1 kv.metr yaşayış sahəsi mövcuddur və 85 kv.metr boş torpaq sahəsi var. Maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərəkətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Lakin, iddiaçı həmin ödənişi kompensasiya hesablanması zamanı nəzərə almamış, beləliklə qeyd edilən normaların tələblərini pozmuş, apellyasiya instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddiaçının mövqeyini əsaslı hesab etmiş və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan texniki pasport və qiymətləndirmə hesabatı arasındakı ziddiyəti aradan qaldırmalı, fərdi yaşayış evinin və həyətyanı sahənin ümumi sahəsinin müəyyən edilməsi üçün yerli baxış keçirm əli, zəruri olduqda bu məqsədlə mütəxəssis cəlb etməli, alınan sahənin həcmini dəqiq müəyyən etməli, həmçinin iddiaçı orqanın sözügedən torpağı almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”a Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli və nəticədə əsaslı qərar qəbul etməlidir. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(103)-46/2022 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)- 1476/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

17. Apellyasiya insta nsiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin texniki pasportuna əsasən fərdi yaşayış evinin sahəsi 205 kv.m, həyəti 85.8 kv.m., cəmi 289.3 kv.m. təşkil etmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinin sahəsi 170,29 kv.metr göstərilməklə 228480 manata qiymətləndirilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat, ümumilikdə kompensasiya məbləği cəmi 229480 manat müəyyən edilmişdir. Cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Bundan başqa məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatda cavabdehin texniki pasporta gös tərilən və sahibliyində olan 85 kv.m torpaq sahəsinə dair iddiaçı tərəfindən hər hansı bir kompensasiya təklif olunmamışdır. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ayrılmaz hissəsi olan texniki pasportunda qeyd olunmuşdur.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən mübahisə predmeti olan evə baxış keçirilən zaman evin ümumi sahəsi 170,285 kv.m müəyyən edilmişdir. Baki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-109/2021 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəsisləri tərəfindən Baki şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış sahəsinin dəqiqləşdirilməsi məqsədi ilə həmin daşınmaz əmlaka texniki baxış keçirilmişdir. Beləliklə, sözügedən X4 əks olunmuş evin eskizini, müstəqil ekspert "xxxx" MMC tərəfindən tərtib edilmiş "Qiymətləndirmə Cədvəlini" və Sxemi, AR ƏMDKY DƏDRX-nin 18 oktyabr 2021-ci il tarixli **********11 nömrəli məktubunu əlaqəli səkildə təhlil etdikdə müəyyən edilirik ki, “Azər Expert" MMC tərəfindən tərtib edilmiş. Sxema**********11 nömrəli məktubunda qeyd olunan bütün sahələrin ümumi sahəsindən 14,54 kv.m artiqdir. X4 qeyd olunan bazi sahələrinin söküldüyü AR ƏMDKY DGDRX-nin əməkdaşları tərəfindən yerli baxiş keçirilən zaman öz təsdiqini tapmışdır və 18 oktyabr2021-ci il tarixli **********11 nömrəli məktubda əks olunmuşdur. Göründüyü kimi, cavabdehin faktiki sahibliyində və istifadəsində olmuş sahələrə görə ədalətli kompensasiya hesablandığı sübuta yetirilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə ədalətli kompensasiya məbləği hesablanmamışdır və bu səbəbdən iddia tələbini rədd etmişdir.

20. Bundan başqa cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşadığı üçün İddiaçı tərəfindən həmin evə görə kompensasiya məbləği fərdi yaşayış evinin faktiki ölçülərinə əsasan hesablanmışdır. Fərdi yaşayış evinə yerli baxış keçirilən zaman evin faktiki sahəsi daha az olmuşdur, məhkəmə mübahisə predmeti olan evin ölçüsünün müəyyən etmək üçün evin texniki paspo rtunu rəhbər tutmuşdur. Evin hüquq müəyyənedici sənədləri cavabdehin mərhum anasi X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatını təsdiq edir. Cavabdeh anasından qalmiş miras əmlakı faktiki qəbul etsə belə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmamışdır. Cavabdeh anasından qalmış miras əmlakı qanun üzrə vərəsəlik qaydasında qəbul etmiş olsa idi vərəsəliklə bağlı bütün hüquqi prosedurlar yekunlaşdıqdan sonra cavabdehin həmin evə mülkiyyət hüququ dövlət qeydiyyatına alınan zaman evin faktiki sahələri nəzərə alinmaq şərti ilə qeydiyyata alinacaqdir. Belə olan halda, cavabdehin faktiki sahələrə hüququ yaranmiş olacaq idi. Bu səbəbdən kompensasiya hesablanan zaman faktiki sahələrə görə kompensasiya məbləği hesablanmali olduğu halda apellyasiya instansiyasi məhkəməsi bunu etməməklə AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, evin müəyyən qismi söküldüyü üçün və texniki pasportda qeyd olunan sahələrdən daha az sahə mövcud olduğu səbəbindən cavabdehin ümumi 203,1 kv.m sahəyə görə mülkiyyət hüquqları dövlət qeydiyyatına almadığı zaman cavabdehin 203,1 kv.m sahəyə görə kompensasiya hüququ yaranmış olardi. Təklif olunan kompensasiya məbləğinin az olmasi ilə bağlı məhkəmənin mövqeyi tam əsassızdır. Tikili hal hazirda mövcud olduğu üçün məhkəmənin təşəbbüsü ilə keçirilmiş yerli baxışın nəticələri əsasında faktiki sahələrin dəqiq ölçüsünü müəyyən etmək mümkün olmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 139.1, 178.6-ci maddələrinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 20.3-cü maddəsinə istinad etmiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Məcəllə: Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun o laraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya mə bləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvə zinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 24. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uy ğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; (-). Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki q urğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri to playır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahi dinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə

66. Çətinliklərə görə kompensasiya 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. 25. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun: Maddə

7. Qiymətləndirmənin nəticələri haqqın da hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mö vcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 26. “İnzibati Prosessual Məcəllə (İPM) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) (-). Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formad a təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.

30. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazid ə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhər İddiaçı müəyyən edilmiş, qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.

31. İddiaçı Bakı şəhəri İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətlənditici olaraq cəlb etmiş, "xxxx" MMC tə rəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən cavabdehə məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinin yaşayış sahəsi 170,29 kv.metr göstərilməklə əsas sahəsi - 82.86 kv.metr, köməkçi sahə - 33.52 kv.metr, tavanı uçmuş giriş - 15.7 kv.metr, tavanın bir hissəsi uçmuş otaq - 15.93 kv.metr, tavanı uçmuş dəhliz - 14.91 kv.metr, istismara yararsız dəhliz - 4.23 kv.metr, istismara yararsız san. qov. - 3.14 kv.metr müəyyən edilmiş, cəmi sahə 228480 manata qiymətləndirilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat, ümumilikdə kompensasiya məbləği cəmi 229480 manat müəyyən edilmişdir.

32. İddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Cavabdehə məxsus və sökülməli olan ünvan 1 ünvanında yerl əşən yaşayış evi cavabdehin xx.xx.2006-cı il tarixində vəfat etmiş anası X2 1987-ci il tarixindən mülkiyyətində olmuşdur. Evdə cavabdeh və ailə üzvləri qeydiyyatda olmaqla yaşayırlar. Texniki pasporta əsasən fərdi yaşayış evinin sahəsi 205 kv.m, həyəti 85.8 kv.m., cəmi 289.3 kv.m. təşkil edir.

34. Apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən Ali Məhkəmənin 21(102)-1174/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarında qeyd edilən göstərişlərə əməl edilməmiş, mənzilin sahəsi ilə bağlı iş materiallarında olan texniki pasport və "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli qiymətləndirmə hesabatı arasındakı ziddiyyəti araşdırmamış və mübahisə olunan tikili sökülənə qədər cavabdehə məxsus faktiki sahənin neçə kv.m olması müəyyən edilməmişdir.

35. Məhkəmə kolleg iyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etmir.

36. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

37. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

38. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada m əhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.

39. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

40. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ Konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati o rqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

41. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır

42. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfində n kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.

43. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.

44. Kompensas iya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.

45. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.

46. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hü quqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).

47. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılmasını tələb etsə də, cavabdehin texniki pasporta göstərilən və sahibliyində olan 85 kv.m torpaq sahəsinə dair iddiaçı tərəfindən kompensasiya təklif olunmamış, iddia tələbində göstərilən məbləğin içərisində torpaq sahəsi üçün kompensasiya nəzərdə tutulmamışdır. Halbuki, həmin torpaq sahəsi cavabdehin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ayrılmaz hissəsi olan texniki pasportunda qeyd olunmuşdur.

48. Apelyasiya məhkəməsinin mövqeyinə görə xx.xx.2022-ci il tarixdə aparılmış yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən cavabdehə məxsus birmərtəbəli yaşayış evinin bir hissəsi tamamilə sökülmüşdür. Cavabdeh və ailə üzvləri hal-hazırda həmin evin bir hissəsində yaşayır. Yerli baxış iclasında iştirak edən cavabdeh özlərinin həmin evdə yaşaya-yaşaya söküldüyünü və bu barədə video çəkilişlər apardığını bildirdi. Cavabdeh həmçinin qeyd etdi ki, reyestr xidmətindən gəlib ölçülən zaman evin 305 kv.m. olduğu müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehə məxsus mənzilin və torpağın sahəsini və ona uyğun kompensasiyanın məbləğini müəyyən etməmiş, mənzilin sahəsi ilə bağlı işdə olan ziddiyyətləri aradan qaldırmamışdır.

50. Apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə baxışının predmetini İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması” tələbi təşkil etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

48. Apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qərarın dan belə görünür ki, iddiaçının kompensasiya olaraq təklif etdiyi məbləğ əmlakın dəyərindən az olduğundan, iddia tələbində digər ödənişlər nəzərdə tutulmadığından iddiaçının təklif etdiyi məbləğ yetərli olmadığına görə iddia rədd edilməlidir.

49. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunu 12 iyul 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb k imi yox, yalnız təklif kimi çıxış edir.

51. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.

52. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya mə hkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

53. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadən apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığından, iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğinin az olmasının məh kəmə tərəfindən müəyyən olunması iddianın rəddi üçün əsas ola bilməz və iddia tələbində qeyd edilməyən mənzilin əlavə sahələrinə, həmçinin torpaq sahəsinə görə kompensasiyanın, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda, o cümlədən həmin Qanunun 66.4-cü maddəsində nəzərdə tutulan ödənişlərin ödənilməli olub-olmaması, bununla bağlı tərəflərin dəlilləri ətraflı araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq iddia tələbində qoyulan məbləğdən asılı olmayaraq həmin məbləğin dəyişdirilməsinin mümkün olması nəzərə alınmaqla qərar qəbul edilməlidir.

54. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən yuxarıda qeyd edilən hüquq normalarına uyğun hesab et mir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi barədə şikayət təmin edilməməlidir.

55. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-46/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar