Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2037/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçuya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-578/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı hazırda pensiyaçıdır. Ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə "Azərneft yanğın mühafizə idarəsinin növbətçi yanğınsöndürmə xidmətinin rəhbər köməkçisi” vəzifəsindən 25 sentyabr 1998-cı il tarixində xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı nın sonuncu iş yeri üzrə işlədiyi X1 İdarəsi sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bundan sonra ona 2007-ci il tarixdən 2015-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində olan artımlar nəzərə alınmaqla əmək pensiyası ödənilmişdir.
2. İddiaçının 14 oktyabr 2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 6 noyabr 2020-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanununun 1.0.3, 1.0.4, 1.0.5, 3.3 və 9.5.1 -ci maddələrinə və 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinin “a” bəndinə istinad olunaraq bildirilmişdir ki, Azərbaycan Respub likası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ona 25 sentyabr 1998-cı il tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filialı tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən də daxili işlər orqanlarının əməkdaş larına dair müvafiq artımların pensiyanın hesablanması zamanı tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq iddiaçının 27 il 1 ay 18 gün xidmət müddətinə görə təminat xərcliyinin (747,75 manat) 71 faizi (20 ilə görə 50 faiz, 7 ilə görə 21 faiz (7x3))-530,90 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 566,99 manat; 1 mart 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəz i Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 579,02 manat; 1 may 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 651,20 manat; 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 466,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 211,25 manat, dəniz şəraitinə görə vəzifə maaşının 50 faizi miqdarında əlavə - 233,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat o lmaqla cəmi təminat xərcliyi 1120,25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsa sən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi - natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tət biq olunan cəmi faiz dərəcəsi 64,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (747,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1120,25 manat) arasındakı fərq məbləğinin (372,50 manat) 64,16 faizi - 239,00 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (530,90 manat) üzərinə əlavə olunmaqla 769,90 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının 2011-ci ildən başlayaraq bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində Daxili İşlər Nazirliyinin əməkdaşı kimi əvvəllər olduğu qay dada (xidmət illərinə görə 3 % əlavə ilə) yenidən düzgün hesablanması və ya FHN-nin xüsusi rütbəli əməkdaşı kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinin qəbul edildiyi tarixdən təminatın 80 faizi məbləğində pensiya müəyyən etməklə yenidən hesablanılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Daxili işlər Nazirliyindən polis kapitanı rütbəsində 1998-ci ildə pensiyaya çıxmışdır. Pensiyaya çıxarkən ona 27 il 1 ay 18 gün xidmət müddətinə görə təminat xərcliyinin 71 faizi (20 ilə görə 50 faiz, 7 ilə görə 21 faiz (7x3) məbləğində pensiya təyin edilmişdir. 2006-cı ilə qədər DİN əməkdaşı kimi pensiya almışdır. Göstərilən tarixdən sonra onun pensiyası xidmətinin son bir ilini yanğınsöndürmə idarəsində keçirdiyi üçün əsassız olaraq Fövqəladə Hallar Nazirliyinin pensiyaçısı kimi hesablanır. Buna baxmayaraq təxminən 2012-ci ilə qədər artımlar bərabər olaraq aparıldığı üçün ciddi bir problem olmamışdır. Lakin bu tarixdən sonra bir neçə dəfə DİN-də maaş artımı olmuş, lakin həmin artımlar ona şamil edilməmişdir. Digər yandan ona xidmət illərinə əlavələr hərbi q ulluqçu olduğu üçün qanunvericiliyə edilmiş yeni dəyişikliklə 3 faizdən 2 faizə endirilmişdir. Nəticədə ona 1998-ci ildə təyin edilmiş pensiyanın faizi 71dən 2018-ci ildə 64,16 faizə endirilmişdir. FHN-də bu üç faiz olaraq qalır. Ziddiyyətli bir vəziyyət yaranmışdır. Hazırda işləmiş olduğu vəzifə DİN-də yox, FHN-də olduğu üçün artımlar ona FHN-nə görə, xidmət illərinə əlavələr isə DİN-ə görə hesablanır. Hesab edir ki, pensiyası DİN və FHN arasında artım fərqi yarandığı gündən başlayaraq polis əməkdaşı kimi (təxminən 2012-ci ildən sonra bir neçə artım ona şamil edilməmişdir) əvvəllər olduğu qaydada (3 % əlavə ilə) yenidən hesablanılmalıdır. Əgər o, FHN əməkdaşı hesab edilirsə normativ hüquqi aktları geriyə şamil edərək xidmət illərinə görə faizlər yeni qaydada hesablanıla bilər. Onda “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinə uyğun olaraq (FHN-ə aid) 27 il xidmət etdiyi nəzərə alınaraq 15 ildən sonrakı hər il üçün onun pensiyasına 3 faiz əlavə (təminatın 80 faizinə qədər) müəyyən edilməlidir. Qanunda sonradan dəyişiklik edilərək FHN pensiyaçıları ilə DİN pensiyaçılarının statusları fərqləndirilmişdir. DİN pensiyaçıları hərbi qulluqçu hesab edilsələr də FHN qulluqçuları hesab edilmirlər. İddiaçıya 1998-ci ildə o zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq təminat xərcliyinin 71 % məbləğində pensiya təyin edildiyi halda bu məbləğ 2018-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarına zidd olaraq 71%-dən 64,16%-ə endirilmişdir. Normativ hüquqi aktın qüvvəsini geriyə şamil edərək sonradan qəbul edilmiş Azərbaycan Re spublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmana əsaslanmaqla onun pensiyaçı statusu hərbi qulluqçudan xüsusi rütbəli şəxsə keçirilərək artımlar verilərkən FHN-də eyni adlı vəzifənin olması əsas götürülsə də FHN-də olan xidmət illərinə görə əlavələr ona şamil edilmir. Yəni qanunvericilik DSMF-yə sərf edən hissədə qanunsuz olaraq geriyə şamil edilir, qanuni olsa da ona sərf edən hissədə isə şamil edilmir. Həmçinin, nə FHN pensiyaçısı kimi, nə də DİN pensiyaçısı kimi onun pensiyası düzgün hesablanılmır.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir. Etiraz imtana məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə xx.xx.1998-ci il tarixdən "Azərneft yanğın mühafizə idarəsinin növb ətçi yanğınsöndürmə xidmətinin rəhbər köməkçisi” vəzifəsindən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. İddiaçıya 2007-ci il tarixdən 2015-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində olan artımlar nəzərə alınmaqla əmək pensiyası ödənilmişdir. İddiaçı 15 dekabr 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin əməkdaşlarının əmək haqlarında olan bütün artımlar nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 18 dekabr 2015-ci il tarixli qərardadı ilə iddiaçıya Daxili İşlər Nazirliyinin əməkdaşlarının əmək haqlarında olan bütün artımlar nəzərə alınmaqla pensiyanın DİN-nin əməkdaşı kimi yenidən hesablanması barədə qərar qəbul edilməsi tələbinə dair işin icraatına xitam verilmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşlarına artımlar olunduğu zaman bu artım iddiaçıyada şamil edilir.
8. Məhkəmənin 12 fevral 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər.
9. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 2-1(112)-2877/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sonuncu dəfə 13 yanvar 2020-ci il tarixli qərar əsasında iddiaçının pensiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən yenidən hesablanmış, vəzifə maaşı 466 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə 25 faiz əlavə 211,25 manat, ərzaq payı 64 manat, dəniz şəraitinə görə 50% 233 manat olmaqla, 1120,25 manat təminat xərcliyi hesablanmış, yenidən hesablanmış pensiya məbləği 769,90 manat təşkil etmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanmalı olduğunu iddia edir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə pensiyay a çıxsa da, lakin onun sonuncu işlədiyi iş yeri üzrə X1 İdarəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildiyindən onun daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanın hesablanması zamanı ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında” Qanunun 20.1.1 1 -ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1 -ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdar ında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. İddiaçının xidmət illəri 27 il 1 ay 18 gün təşkil etmişdir. Belə olan halda cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq 7 il xidmət müddətinin hər ili üçün 2 faizi olmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 64,16 faiz hesablanmasında haqlı olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.S.Hüseynov /sədrlik edən və mə ruzəçi/, S.İ.Bəktaşi və H.Ü.Həmidov) 2-1(103)-578/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cavabdehə qarşı iddiası - pensiyasının 2011-ci ildən başlayaraq 2017-ci il iyulun 1-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanması hissədə şikayətinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞ İ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı heç vaxt Fövqəladə Hallar Nazirliyinin qulluqçusu olmamış, cəmi bir il işlədiyi Yanğından Mühafizə İdarəsinin DİN-dən çıxarılmasının ona heç bir aidiyyəti yoxdur. Çünki bu orqan yaranmamışdan 9 il əvvəl pensiyaya çıxmışdır. İşə qəbul edilərkən də sosial təminatlar və xidmətkeçmə şərtləri barədə müqaviləni DİN-lə bağlamışdır. Onun xüsusi rütbəsi polis kapitanıdır. Yanğından Mühafizə İdarəsində xidmət edərkən də xüsusi rütbəm polis kapitanı olmuşdur.
16. Məhkəmə yanlış olaraq hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə pensiyaya çıxsa da, lakin sonuncu işlədiyi iş yeri üzrə X1 İdarəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildiyindən daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların mənə münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd edilən sərəncamda əvvəllər bu orqanlardan pensiyaya çıxmış şəxslərə pensiya artımlarının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi ödənilməsi barədə hər hansı qayda müəyyən edilməmişdir. Normativ olmayan bu aktın geriyə qüvvəsinin olmamasını da nəzərə alsaq, məhkəmənin bu sərəncama istinad etməsi aşkar pozuntudur.
17. İddiaçı şikayətində əslində iddiasının “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” qəbul edilənə qədər olan dövrün 3 faizlə hesablanması ilə bağlı olduğunu qeyd etsə də, (iddiaçıya şamil edilməyən bir sıra artımlar məhz həmin fərman qəbul edilənədək olmuşdur) məhkəmə bu hala da diqqət yetirməmişdir.
18. Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” qaydalarının (Qaydalar) 2-ci bəndində qeyd edilir ki, “Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır”.
19. Qaydaların 6-cı bəndinə əsasən “Əmək pensiyaçısının təminat xər cliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır”.
20. İddiaçı 1998-ci ildə pensiyaya çıxdığı üçün onun təminat xərcliyi barədə məlumatlar hələ o vaxt DİN tərəfindən tərtib edilmişdir. Ona görə də Qaydaların 6-cı bəndinə əsasən sonradan Daxili İşlər Nazirliyinin xüsusi rütbəli şəxslərinin aylıq vəzifə maaşlarına edilmiş bütün kütləvi artımlara uyğun olaraq, son tutduğum vəzifədən ümumi qaydada hesablanaraq, iddiaçının da pensiyasına müvafiq artımlar edilməlidir. Sonradan FHN tərəfindən göndərilən məlumat vərəqlərinə əsasən mənə artımların hesablanm ası tamamilə qəbuledilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5 təminat xərcliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq pa yı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.3 bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıda kı əmək pensiyaçılarına təyin edilir; 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti o rqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pe nsiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1 -ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmç inin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
25. İnzibati Prosessua l Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində n əzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri o lan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla belə qeyd edilməlidir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən əmək pensiyasının yenidən hesablanması barədə 13 yanvar 2020-ci il tarixli qərarla iddiaçıya 25 sentyabr 1998-ci il tarixdə DİN-nin əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. FHN-nin verdiyi məlumat vərəqəsinə əsasən 13 yanvar 2020-ci il tarixli qərar əsasında pensiyası yenidən hesablanaraq, vəzifə maaşı 466 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə 25 faiz əlavə 211,25 manat, ərzaq payı 64 manat, dəniz şəraitinə görə 50% 233 manat olmaqla, 1120,25 manat təminat xərcliyi hesablanmış, yenidən hesablanmış pensiya məbləği 769,90 manat təşkil etmişdir.
33. Hazırki iddia tələbi üzrə iddiaçı onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanmalı olduğunu iddia edir.
34. Apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə pensiyaya çıxsa da, lakin onun sonuncu işlədiyi iş yeri üzrə X1 İdarəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildiyindən onun daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanın hesablanması zamanı ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
35. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxs lər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış h allarına əsasən iddiaçının xidmət illəri 27 il 1 ay 18 gün təşkil etmişdir. Belə olan halda yuxarıda qeyd edilən qanunverilcilik normalarının tələbləri baxımından cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq 7 il xidmət müddətinin hər ili üçün 2 faizi olmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 64,16 faiz hesablanmasında haqlı olmuşdur.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 22-25(a)-ci bəndlərindəqeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
38. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kassasiya şikayəti təmin edil məməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-578/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.