Məhkəmə qərarları › İş №2-1(102)-2037/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2037/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2037/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik sayğacının quraşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik sayğacının quraşdırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-662/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 11.03.2006-cı il tarixli müqavilədən (tərəflər: Satıcı-"xxxx" MTK-nin sədri X1, alıcı İddiaçı) görünür ki, Satıcı ünvan 1 ünvanında tikdiyi yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində ayrılmış 190 kv.m-dən və 2-ci mərtəbəsində ayrılmış 221 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini alıcının mülkiyyətinə vermişdir. 2. 08.11.2019-cu il tarixli, 209 saylı çoxmənzilli yaşayış binasının istismarına icazədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifarişçisi "xxxx" MTK olan Bakı şəhəri, Nərimanov rayonu, O.Salamzadə küç əsi, 1104-cü məhəllə, 2 girişli, 3 səviyyəli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 10/11 mərtəbəli (Blok A) və 1 girişli zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 11 mərtəbəli (Blok B) yaşayış binalarının istismarına icazə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi (qeydiyyat tarixi xx.xx.2020) və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən, sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qeydiyyat tarixi xx.xx.2020) İddiaçı xüsusi mülkiyyətindədir.

4. İddiaçı enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün qoşulma haqqını ödəməklə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh həmin müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətin icrası Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən binanın məxsus olduğu ‘‘Azər-Ross” MTK tərəfindən TX-08-0355 nömrəli, xx.xx.2008-ci il tarixli texniki şərtlərin tələblərinin yerinə yetirilməməsi səbəbindən mümkün olmamışdır. Qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli, 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibk arların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na uyğun olaraq, binanın məxsus olduğu Mənzil-tikinti kooperativi tərəfindən müvafiq sənədlərlə “ASAN Kommunal” mərkəzinə, “ASAN Kommunal” Mərkəzi olmayan bölgələrdə “ASAN Xidmət” mərkəzlərinə müraciət edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1 104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə texniki şərt verilməklə, enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahələrinə elektrik sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri Nərimanov rayonu, X3 prospekti 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tar ixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Reyestrdən çıxarış alındıqdan sonra, qeyri-yaşayış sahəsinin hər ikisində sayğac quraşdırılması barədə "xxxx" ASC-nə müraciət olunmuş, lakin cavabdeh qeyriyaşayış sahələrinin məxsus olduğu "xxxx" MTK tərəfindən TX-08-0355 nömrəli, xx.xx.2008-ci il tarixli texniki şərtlərin tələblərinin yerinə yetirilməməsi səbəbindən imtina etmişdir. Bundan sonra, iddiaçı özünə məxsus qeyri-yaşayış sahələrinə elektrik enerjisinin təchizatı ilə bağlı «Asan Kommunal Mərkəzi»nə müraciət edərək, sayğacın quraşdırılması üçün tələb olunan 1802 manat və əlavə olaraq 15 manat xidmət haqqı olmaqla, ümumilikdə 3634 manat ödəniş etmiş, lakin yenidən cavabdeh "xxxx" MTK tərəfindən TX08-0355 nömrəli, xx.xx.2008-ci il tarixl i texniki şərtlərin tələblərinin yerinə yetirilməməsi səbəbi ilə imtina etmişdir. Halbuki, Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən ev 16 mərtəbədən ibarət olmaqla, hər bir mənzil elektrik enerjisi ilə təchiz olunmuş, hər mənzilə sayğac quraşdırılmışdır. Bu halda iddiaçı hesab edir ki, qeyri-yaşayış sahəsinin sayğacla təmin olunmaması onun hüquqlarını pozur.

8. Bak İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-785/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin olunmuş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə texniki şərtin verilməsi, həmin qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahələrinin 40 metrlik məsafəsində yerləşən yaşayış binalarının istilik təchizatı üçün nəzərdə tutulan istilik qazanxanasının tam yaxınlığında "xxxx" ASC-nin Nərimanov RETSl-nin balansında və xidmətində olan 637 saylı TM-in 0,4 kV-luq paylayıcı qurğusundan (PQ) qidalanan PLin quraşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda məlum olmuşdur ki, İddiaç ı tərəfindən göstərilən ünvanda yerləşən qeyri-yaşayış sahələrinin ETŞ-yə qoşulması üçün xx.xx.2020-ci il tarixində rəsmi qaydada “ASAN Kommunal” mərkəzinə müraciət edilmiş və hər bir obyekt üçün müvafiq gücə uyğun qoşulma haqqı ödənilmiş, lakin buna baxmayaraq "Azərişıq” ASC tərəfindən müvafiq gücə uyğun texniki şərtlər verilməsindən imtina edilsə də, qoşulma haqqına görə ödənilən vəsait geri qaytarılmamışdır.

11. Qeyri-yaşayış sahəsinin ETŞ-yə qoşulması Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na (bundan sonra-Qayda) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli, 180 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nə əsasən yerinə yetirilir.

12. Məhkəmə hesab edir ki, vətəndaş İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən, 181 m2 və 205,40 m2 sahəsi olan qeyri-yaşayış sahələrinə texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulması, habelə elektrik sayğaclarının quraşdırılması mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərişıq” ASC tərəfindən təmin edilməlidir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia nın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahələrinin qoşulduğu paylay ıcı elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyətlərinə və transformatorların güc imkanına uyğun deyildir. Bu da o deməkdir ki, qeyri-yaşayış sahəsinə texniki şərtin verilməsi, həmin qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün əlavə güc alınmasına ehtiyac var.

18. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli, 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən: 19. 1.1-ci bəndinə əsasən bu Qayda sahibkarların tələb olunan gücü 150 kVt -a qədər (150 kVt-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra - tikinti obyekti) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. 20. 1.9-cu bəndə əsasən sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödə yir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 1.3. Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavəd ə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). 1.5. Girişləri enerji təchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerji təchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerji təchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssi səsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün t exniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz.... 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur.... 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçi rilir. 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerji təchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. 2.16-cı bəndindən görünür ki, texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda.

24. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarın ı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materi allarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qeyri-yaşayış sahələrinin texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması v ə həmin qeyri-yaşayış sahələrində elektrik sayğacının quraşdırılması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Hazırkı qərarın 22-ci bəndində istinad olunan normaların müddəalarına əsasən, bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Enerji təchizatı müəssisəsi, sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

33. İstinad olunan normalarda texniki şərtin verilməsindən imtinanın əsasları təsbit edilmişdir. Hazırkı mübahisəyə münasibətdə texniki şərtin verilməsindən imtinaya əsas ola bilən həmin hallardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdehin imtinasında istinad etdiyi hallar iddiaçının tələbinin təmin olunmasından imtina üçün yetərli əsas sayıla bilməz.

34. Bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsinə əsasən, cavabdeh aşkar olunmuş çatışmazlıqları konkret göstərməklə onların aradan qaldırılması üçün şəxsə müddət müəyyən etmək, həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmasında şəxsə yardım göstərmək, qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyri-yaşayış sahələrində sayğac quraşdırılmasını təmin etmək öhdəliyi daşıyır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin həmin öhdəliyə əməl etdiyi iş üzrə materiallardan görünmür.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 19-cu bəndində istinad olunan “Qaydalar”ın müddəalarına əsasən və işin müəyyən olunmuş faktiki halları baxımından iddiaçı qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyri-yaşayış sahələrində sayğac quraşdırılmasını tələb etməkdə haqlı sayılmalıdır.

36. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mü bahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar