Məhkəmə qərarları › İş №2-1(102)-2037/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2037/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2037/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yataqxanada mənzil sahəsinə dair kirayə müqaviləsinin bağlanılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-318/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkə mə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2004-ci il tarixədək Bakı “Radiozavod” müəssisəsində işləmiş, xx.xx.2004-cü il tarixdən isə Bakı “Radioquraşdırma” İstehsalat Birliyində işləyir.

2. Bakı “Radioquraşdırma” X1 İttifaqı Komitəsinin X2 Şurasının və MMK-nın birgə iclasının xx.xx.2004-cü il tarixli, 41 nömrəli iclas protokolundan çıxarışa əsasən, “Radioquraşdırma” İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçulara, mənzil növbəsində olanlara növbə əsasında mənzil verilmədiyi nəzərə alınaraq Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadı qları otaqlara yeni mənzil nömrələrinin verilməsi, onlara yaşadıqları mənzilə dair orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına alınması, yataqxana növbəsində olan fəhlə və qulluqçulara qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nın qərarı və order), Birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlar alınarkən və ya ölkə Prezident inin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.

3. Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 0186 nömrəli orderin surətinə görə, iddiaçı Bakı şəhəri, Cavanşir küçəsi, 4 saylı evin 59 saylı mənzilini tutmaq hüququna malikdir. Həmin order Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2006-cı il tarixli, 68 nömrəli birgə iclasının protokol qərarına əsasən verilmişdir. 4. ünvan 2 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin xx.xx.2006-cı ilin siyahısının surətindən görünür ki, hə min siyahıda 0186 nömrəli order əsasında 18 kv.m sahəsi olan 1 otaqlı 59 saylı mənzil verilmiş iddiaçının da adı qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 294 nömrəli sərəncamına əsasən sözügedən məişət-kommunal təyinatlı obyektlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. 6. “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 294 n ömrəli sərəncamının icrası haqqında” Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 122 nömrəli sərəncamına əsasən, mübahisələndirilən ünvanda yerləşən yataqxananın da daxil olduğu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan məişət-kommunal təyinatlı obyektlər həmin sərəncamın 2 saylı əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən, S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir.

8. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyi tərəfindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 68/26-ç nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 6 binanın (keçmiş yataqxana) 59 saylı mənzilində 1993cü ildən Ağdam rayonundan məcburi köçkün X6 4 nəfər (özü, arvadı X5, qızı X3 və oğlu X7) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurum ları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir. 9. “Üfüq” İstehsalat Birliyi "xxxx" MMC tərəfindən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən hal-hazırkı vaxta kimi “Radioquraşdırma” zavodunda işləyir. İddiaçı mənzil verilməsi haqqında növbəlilik siyahısında 186-cı sırada yerləşir. Mənzil növbəsi haqqında siyahının Xətai rayonu İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumatları yoxdur.

10. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(011)-5862/2019 nömrəli qətnaməs i ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair iddiası rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 1 otaqdan ibarət 59 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir “Radioquraşdırma” İstehsalat Birliyində işləyərək mənzil növbəs ində olmuşdur. Lakin işlədiyi Birlik sovet rejimi dağıldıqdan sonra onu mənzillə təmin edə bilmədiyi üçün Bakı “Radioquraşdırma” X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının xx.xx.2004-cü il tarixli, 41 nömrəli və xx.xx.2006-cı il tarixli, 68 nömrəli iclas qərarları ilə yaşadığı Cavanşir küçəsi, ev 4 ünvanındakı yataqxananın 59 saylı mənzili növbəsində olduğu mənzil əvəzi olaraq order əsasında ona verilmiş, həmçinin yataqxananın hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmayaraq orderdə mənzilin vətəndaşa məxsus olduğu qeyd edilmiş və iddiaçı da həmin ünvana pasport qeydiyyatına alınmışdır. Uzun illər məcburi köçkünlərin məskunlaşması səbəbindən iddiaçı həmin mənzildən istifadə edə bilməsə də, həmin mənzil üzrə bütün kommunal xidmət haqlarını vaxt ı-vaxtında onun özü ödəmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyinin "xxxx" MMC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən təsdiq edilmiş təhvil-qəbul aktı ilə sözügedən mənzilin yerləşdiyi yataqxana Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. 2018-ci ildə sözügedən mənzildə məskunlaşmış məcburi köçkünlər onlara verilmiş yeni mənzilə köçürülmüşdür. Bundan sonra, iddiaçı qeyd edilən order əsasında ona verilmiş sözügedən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılması barədə cavabdehə müraciət etmiş, bu günə qədər müraciətinə cavab verilməmişdir.

13. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 6 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa q əbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı, binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müş ahidə olunmuşdur. Binanın təcili olaraq yüklülüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X4 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürül müş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi, qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 6 yataqxana binasının 59 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X6, arvadı X5, oğlu Ramil İbrahimov və qızı Məleykə İbrahimova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqın ların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın (3 yerlik) 59 saylı otağından məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, eləcə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən mənzili zəbt etmişdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçının Bakı şəhəri, ünvan 6 yataqxana binasının 59 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiri yyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq, iddiaçının yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və o, bir gün də olsun həmin mənzildə yaşamamışdır. Göstərilənlər nəzərə alınaraq iddianın təmin olunmaması xahiş edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim: Şəlalə Həsənova) 31 may 2022-ci il tarixli, 2-1(112)-83/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı “Radioquraşdırma” İB-nin HİK-nın X2 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 nömrəli protokolundan çıxarışa əsasən, C avanşir küçəsi 4-də yerləşən yataqxanada 1 otaqlı 18 kv.m sahəsi olan 59 nömrəli otağın iddiaçıya verilməsi barədə xx.xx.2006-cı il tarixli, 0186 nömrəli orderin etibarsız hesab edilməsi barədə cavabdehin dəlillərini təkzib edən qüvvədə olan məhkəmə aktı olsa belə, hazırkı mübahisədə həmin orderin məhz hazırda yaşayış fonduna aid olan mənzilə dair cavabdehlə kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi üçün hüquq münasibətlərinin yaranmasına əsas olub-olmamasına məhkəmə tərəfindən qiymət verilir. İddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş v ə ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülənlərin siyahısına daxil edilərək, uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli X13 İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları”nın 32-ci bəndinin tələbinə görə, idarə mənzil f ondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Göründüyü kimi, həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırması zamanı da i ddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Əksinə, iddiaçının mülkiyyətində hal-hazırda daşınmaz əmlakın olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması da, onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Səadət Bəktaşi və Azər Hüseynov) 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-3033/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 23 may 2023-cü il tarixli, 2-1(102)-1002/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixədək və həmin tarixdən qüvvədə Mənzil Məcəllələrinin müddəalarının tələbindən göründüyü kimi, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər (maddə 106). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (maddə 93.1). Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır (maddə 104.2).

22. İş mat eriallarında olan “Üfüq” İstehsalat Birliyi "xxxx" MMC-nin MənzilKommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən, iddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən hal-hazırkı vaxta kimi “Radioquraşdırma” zavodunda işləyir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1975-ci ildən xx.xx.2004-ci ilə kimi “Radiozavod”da, xx.xx.2004-cü ildən Bakı “Radioquraşdırma” İB-də müxtəlif vəzifələrdə işləmişdir. İddiaçının əmək kitabçasında onunla həmin müəssisə arasında əmək münasibətlərinə xitam verildiyinə dair qeyd yoxdur. Belə bir məlumat iş materiallarında da yoxdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normalarının iddiaçıya münasibətdə tətbiqi imkanlarını yoxlamalı idi. Qeyd edilən hala apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmiş, iddiaçının “Üfüq” İstehsalat Birliyi "xxxx" MMC-də işləyib-işləməməsi araşdırılmamışdır apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 12 mart 2024-cü il tarixli, 2-1(103)-318/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilərək ünvan 5 ünvanında yerləşən 1 otaqdan ibarət 59 saylı mənzilə görə iddiaçı ilə mənzil-kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

24. Apellyasiya in stansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixədək və həmin tarixdən qüvvədə olan Mənzil Məcəllələrinin tətbiq edilən müddəalarının tələbindən göründüyü kimi, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər (maddə 106). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (maddə 93.1). Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır (maddə 104.2). Apelly asiya baxışı zamanı iddiaçının vəkili iddiaçının “Üfüq” İstehsalat Birliyi "xxxx" MMC-də hal-hazırda da işlədiyini bildirmişdir. Bunu təkzib edən sübutlar da müəyyən olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin istinad edilən normaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. İddiaçının tələbi istinad edilən həmin hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, odur ki, iddia təmin olunmalıdır.

25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı faktiki ol araq ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Təşəbbüs” bağçılıq-yoldaşlıq təsərrüfatının 45 nömrəli bağ sahsində yerləşən fərdi yaşayış evində yaşayır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-in Mənzil Məcəlləsi Maddə

4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məx sus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Maddə

31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. Maddə

33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X13 icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə

50. Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşa yış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə

106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə

107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və ba şqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə

108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.

29. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan S SR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”

14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli X13 İcraiyyə Komitəsinin təsdiqinə verilir.

28. Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış mənt əqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir.

32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. 30. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 93.1. Yataqxanalarda yaşayış sahələri vətənd aşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Maddə 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Maddə 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Maddə 104.1. Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. Maddə 104.2. Yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Ka ssasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündü r. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

36. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ünvan 5 ünvanında yerləşən 1 otaqdan ibarət 59 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına nail olmaqdan ibarətdir.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2004-ci il tarixədək Bakı “Radiozavod”da işləmiş, xx.xx.2004-cü il tarixdən isə Bakı “Radioquraşdırma” İstehsalat Birliyində (hazırda “Üfüq” İstehsalat Birliyi "xxxx" MMC) işləyir.

38. Bakı “Radioquraşdırma” X1 İttifaqı Komitəsinin X2 Şurasının və MMK-nın birgə iclasının xx.xx.2004-cü il tarixli, 41 nömrəli iclas protokolundan çıxarışa əsasən, mənzil növbəsində olanlara növbə əsasında mənzil verilmədiyi nəzərə alınaraq, həmin Birliyə məxsus, hazırkı mübahisəli mənzilin də yerləşdiyi Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın otaqlarına yeni mənzil nömrələri verilməklə orada yaşayan şəxslərə mənzilə dair orderin verilməsi və onların orderdə göstərilmiş mənzilə pasport qeydiyyatına alınması, həmin yataqxanada yaşayan qa çqın və məcburi köçkün ailələri zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.

39. Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2006-cı il tarixli, 68 nömrəli birgə iclas qərarına əsasən, iddiaçıya xx.xx.2006-cı il tarixli, 0186 nömrəli order verilmişdir. Həmin orderin surətinə görə, iddiaçı Bakı şəhəri, Cavanşir küçəsi, 4 saylı evin 59 saylı mənzilini tutmaq hüququna malikdir.

40. Sözügedən mənzilin olduğu yataqxana Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan məişət-kommunal təyinatlı obyekt ki mi Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 294 nömrəli sərəncamı ilə həmin yataqxana Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Sözügedən mənzildə 1993-cü ildən məskunlaşmış məcburi köçkün ailəsi 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür.

41. Mübahisəyə dair işin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırda iddiaçının kirayə müqaviləsinin bağlanılmasını istədiyi mənzil qeyd edilən dövrdə iddiaçının işlədiyi müəssisənin balansında və ictimai mənzil fonduna aid yaşayış sahəsi olmuşdur.

42. Bu qərarın 28-ci bəndində istinad edilən və qeyd edilən dövrdə qüvvədə olan normalara əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahə sinin icarə müqaviləsi yaşayış sahəsinə verilmiş order əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Qeyd edilən order isə vətəndaşa rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 İcraiyyə Komitəsi (müvafiq yerli icra hakimiyyəti orqanı) tərəfindən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilir və həmin yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

43. Hazırda iddiaçının istinad etdiyi order müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən deyil, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmişdir. Bu isə, iddiaçı ilə cavabdeh arasında sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanılması üçün əs as qismində qəbul edilə bilməz.

44. Nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi order qeyd edilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, şəxsin iş və ya təhsil dövründə yaşaması üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi və yataqxanada mənzil sahəsini tutmaq hüququnu təsdiq edən sənəd qismində çıxış edirdi.

45. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 106-107-ci maddələrinə görə, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə verilir. Mən zil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

46. İstinad olunan normaların məzmunundan görünür ki, qeyd edilən order müvafiq müəssisənin balansında olan yataqxanada yaşayış sahəsinə münasibətdə, şəxsin iş və ya təhsil dövründə belə yaşayış sahəsinə ehtiyacı olduğu təqdirdə verilə bilərdi. Hazırkı mübahisəyə münasibətdə sözügedən mənzilin olduğu yataqxana isə hazırda iddiaçının işlədiyi müəssisənin balansında deyildir.

47. Bundan əlavə, nəzərə alınmalıdır ki, bu qərarın 29-cu bəndində istinad edilən normaya görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir.

48. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzilin yerləşdiyi yataqxana hazırda müvafiq sanitariya tələblərinə və texniki tələblərə cavab vermir. Bu baxımdan köçürülməyə yol verilməyən yaşayış sahəsinə dair cavabdeh tərəfindən onunla mənzil-kirayə müqaviləsi bağlanılması tələbində iddiaçı haqlı hesab edilə bilməz.

49. Məhkəmə kollegiyası həmçinin iddiaçının sözügedən yaşayış sahəsinin, mənzil növbəsində olan şəxs kimi ona verilməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, i ddiaçının istinad etdiyi Bakı “Radioquraşdırma” X1 İttifaqı Komitəsinin X2 Şurasının və MMK-nın birgə iclasının xx.xx.2004-cü il tarixli, 41 nömrəli və xx.xx.2006-cı il tarixli, 68 nömrəli qərarları müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Başqa sözlə, qanunvericiliyə əsasən mənzil növbəsində olan şəxs kimi iddiaçıya sözügedən mənzil yalnız yerli icra hakimiyyəti orqanının qərarı əsasında verilə bilərdi.

50. Belə ki, bu qərarın 29-cu bəndində istinad edilən normaya əsasən, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9 İcraiyyə Komitəsi (müvafiq yerli icra hakimiyyəti orqanı) tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir.

51. N əticə etibarı ilə, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 21(103)-318/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar