Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2038/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya təyinatı, tikintidə bənna peşəsinin güzəştli peşə sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1341/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1962-ci il təvəllüdlü iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 60 nömrəli arayışa görə, iddiaçı keçm iş Bakı Politexnik Texnikumunun xx.xx.1979-cu il tarixli 274 nömrəli əmrinə əsasən əyani şöbəsinin “Sənaye Mülki Tikinti” ixtisasına qəbul edilmiş, xx.xx.1981-ci il 146 nömrəli əmrlə hərbi xidmətə getmişdir. xx.xx.1983-cü il 395-C nömrəli əmrlə həmin ixtisasa bərpa edilərək, xx.xx.1984-cü il 200-C nömrəli əmrlə texnikumu bitirmiş, ona “texnikinşaatçı” ixtisas dərəcəsi ilə diplom verilmişdir.
2. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1983-cü ildən “Azkəndtikinti” Trestinin 44 №-li MMK-da əmək fəaliyyətinə başlamış və ona 3-cü dərəcəli bənna ixtisası verilmiş, xx.xx.1983-cü ildə işdən azad olunmuş, “Azərsənayetikinti” 4 №-li Trestin 45 №-li Tikinti İdarəsində xx.xx.1984-cü ildə 3-cü dərəcəli bənna işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 4cü dərəcəli bənna işinə keçirilmiş, xx.xx.1987-ci ildə ona 4-cü dərəcəli bənna ixtisası verilmiş, xx.xx.1992-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə 5-ci dərəcəli bənna işinə keçirilmiş, xx.xx.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1999-cu ildə 1 №-li TT Trestinin 8 №-li TəmirTikinti Sahəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə həmin vəzifədən azad edilmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək digər vəzifədə çalışmış, xx.xx.2002-ci il tarixdən isə “xxxx” ASC-də yardımçı qurğuların mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdən isə Yardımçı Qurğular mühəndisi vəzifəsinə təyin edilmiş, hal-hazırda işləməkdə davam edir. 3. 4 №-li Trestin və onun nəzdində olan tikinti idarələrinin hüquqi varisi kimi “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa görə, iddiaçı həqiqətən “Azərsənayetikinti” 4 №-li Trestin 45 №-li Tikinti İdarəsində xx.xx.1984-cü ildə 3-cü dərəcəli bənna işinə qəbul edilmişdir. xx.xx.1985-ci ildə 4-cü dərəcəli bənna işinə keçirilmişdir. xx.xx.1992-ci ildə iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə 5-ci dərəcəli bənna işinə keçirilmişdir. xx.xx.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarına əsasən 35 №-li bölmənin: “Üm umi peşələr”- elektrik qaynaqçıları və 29 №-li bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” - a) bəndi fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) və b) bəndi - rəhbərlər və mütəxəssislər: “tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir.
4. İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “Asan xidmət” Mərkəzinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, işlədiyi müddətdə xüsusi ilə zərərli və ağır işlərdə müxtəlif vaxtlarda işləmişdir. 1983-cü ildən əmək stajı vardır. Buna görə də, o, lazım ı sənədləri təqdim edərək xahiş etmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına köməklik etsinlər.
5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı əsassızdır. İddiaçının əmək stajı 2006-cı ilə kimi deyil, daha çox hesablanmalıdır. Həmçinin iddiaçının zərərli əmək stajının müddətinin nəzərə alınması iddiaçı əmək pensiyasına çıxan vaxt hesablanmalıdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(112)-2189/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvv ədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir. İddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər İddiaçı Məmməd oğlu-məruzəçi, X4 və X6, 2-1(103)-1341 /2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
12. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalıdır. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, aldığı təhsil üzrə ixtisasca texnik-inşaatçı olan iddiaçının xx.xx.2017-ci il tarixədək işlədiyi bənna və iş icraçısı peşələri Siyahıda nəzərdə tutulan -
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar və b) mütəxəssislər: iş icraçıları - peşələrinə uyğun gəlir, iddiaçının xx.xx.2017-ci il tarixədək Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 1 2 il yarım, ümumi iş stajının minimum 25 il olması onun əmək kitabçası və iş yerindən arayışla təsdiq olunur.
13. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin x xxxx 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını tətbiq etməklə açıq maddi hüquq pozuntusuna yol verib. Adı çəkilən maddənin x xxxx 2017-ci ilədək qüvvədə olmuş redaksiyasının hazırki işə tətbiqi üçün iddiaçının pensiya hüququnun yaranması lazım idi. Məhk əmənin ümumi və güzəştli iş stajının mövcud olması barədə mövqeyinin haqlılığını qəbul etsək belə, bu şərtlər iddiaçının pensiya hüququnun yarandığı qənaətinə gəlməyə imkan vermir. Çünki hüququn yaranması üçün zəruri olan digər sığorta hadisəsi- iddiaçının 57 yaşının tamamlanması, x xxxx 2017-ci ilədək baş verməyib. Dolayısı ilə, iddiaçının pensiya hüququ x xxxx 2017-ci ildən əvvəl yaranmayıb ki, həmin tarixdən öncəki redaksiyanı tətbiq etmək mümkün olsun.
15. Əgər apelyasiya məhkəməsi hesab edirdisə ki, iddiaçı ümumi və güzəştli iş stajını x xxxx 2017-ci ilədək toplayıb, bu halda belə iddianı təmin edə bilməzdi. Çünki iddiaçı 1962-ci il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş və x xxxx 2017-ci il tarixindən qüvvəyə minmiş dəyişikliyə görə kişilər üçün g üzəştli şərtlərlə pensiya yaşı 60 yaşdır. İddiaçının isə hazırda da 60 yaşı tamamlanmadığından məhkəmə iddianı təmin etməklə səhvə yol verdiyi aşkardır. 16. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinadən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi ilə bağlı münasibətlər fərqlidir. Çünki bu halda Qanunun 9.8-ci maddəsini açıq göstərişi vardır və bu məsələ, hüququn əldə edilməsi ilə deyil, hüququ əmələ gətirən sığorta hadisələrindən birinin - stajın toplanması ilə bağlıdır. Əks məntiqlə, x xxxxxx 2006-cı ilədək stajla bağlı şərtləri toplamış şəxslərə x xxxxxx 2006-cı ildən pensiya təyin edilərdi ki, bu da bəsit səhv olardı.
17. İddiaçının əmək kitabçasında “bənna” peşəsi qeyd edilib. 29-cu Bölmədə “bənna” peşəsi yalnız “Metropoliten, yer qurğularının tikintisi v ə təmiri üzrə yeraltı işlər” adlanan alt-bənddə öz əksini tapıb. İddiaçı bu sahədə çalışmayıb. Yalnız bir bənd qalır: “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”. Bu hissədə isə, əmək kitabçasından və işdəki sənədlərdən iddiaçının məhz bu peşədə çalışdığı müəyyən edilə bilmir. Çünki əmək kitabçasında bununla bağlı hər hansı qeyd olmadığı kimi, güzəştli arayış kimi istinad edilən sənəddə də bu barədə heç bir əsaslandırmaya yer verilməyib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanları n: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qü vvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki ha lları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının “Azərsənayetikinti” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində çalışdığı bənna işi ilə Nazirlər Kabinetinin adıçəkilən Qərarının 29 nömrəli bölməsində göstərilən bənna işi uyğunlaşdırıla bilməz. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bənna peşəsi bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aiddir. İddiaçının çalışdığı bənna işinin hansı şəraitdə görüldüyünü idarəyə təqdim olunmuş sənədlə r əsasında müəyyən etmək mümkün deyil.
28. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təs diq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
30. Yuxarıda təsvir olunan hüquq normalarının tələbinə görə iddiaçıya (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
31. İşdə olan sənədlərə əsasən iddiaçının x xxxxxx 2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcud olmuşdur.
32. Araşdırılmalı hal x xxxxxx 2006-cı ilə qədər mövcud olan 25 ildən az olmayan ümumi iş stajından ən azı 12 il 6 aynın güzəştli iş stajının mövcudluğu barədədir.
33. Əmək kitabçasına və güzəştli iş arayışına görə iddiaçı x xxxxxxxx 1992-ci ildən x xxxxxx 1994-cü ilə qədər və x xxxxxx 1995-ci ildən xx xxxx 1997-ci ilə qədər (cəmi 4 il 3 ay 15 gün) tikinti sahəsində iş icraçısı işləmiş və 2 nömrəli Siyahıda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan XXVİİ bölmə də b) bəndi - rəhbərlər və mütəxəssislər iş icraçıları qeyd edilmişdir.
34. İddiaçı həmçinin x xxxxxx 2006-cı ilə qədər “Azkəndtikinti” Trestinin 44 №-li MMK-da və “Azərsənayetikinti” 4 №-li Trestin 45 №-li Tikinti İdarəsində (cəmi 9 il 1 ay 18 gün) bənna peşəsində işləmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri adlı XXVİİ bölməsinin 2290000a kod nömrəli güzəştli iş stajı verən “fəhlələr” a) bəndində 2290000a—12680 kod nömrəli bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsi güzəştli iş stajı olan peşə kimi qeyd edilmişdir. 36. 2 saylı Siyahıda XXVİ İ bölmədə 1-ci yarımbölmədə Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 nömrəli Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) a) bəndində bənnalar (2290100a-12680) peşəsi göstərilmişdir.
37. Apelyasiya məhkəməsi iddiaçının işlədiyi bənna peşəsinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarına əsasən 29 №-li bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” a) bəndi - fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) peşəsinə uyğun olduğu qənaətinə gəlmiş, lakin gəldiyi nəticəni əsaslandırmamışdır.
38. Həm 2 saylı Siyahıda, həm də apelyasiya məhkəməsinin istinad etdiyi xx.xx.2007-ci il tarixli 12 №-li Qərarla təsdiq olunan Siyahıda ayrıca bənna peşəsi Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə qeyd edilmiş, iddiaçının bu sahədə işləməsi araşdırılmamış, həmçinin bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna işləməsinə aydınlıq gətirilməmişdir.
39. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
40. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
41. Apelyasiya insta nsiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1341/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.