Məhkəmə qərarları › İş №2-1(102)-2038/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2038/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2038/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın və əmək haqqına əlavənin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı kompensasiyanın və əmək haqqına əlavənin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1154/2021 nömrəli iş üzrə 08.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 24 noyabr 202 1-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, cavabdehin 03.09.2012ci il tarixli, 46-35-6597/16 nömrəli məktubuna əsasən 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edildiyini, Kürdəmir rayon Təhsil Şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunduğunu bildirmiş, lakin həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmadığını və bu sahə üzrə ödəniş aparılmadığıni, halbuki iddiaçı ilə eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşlarına “H1” istiqaməti üzrə kompensasiya aldıqlarını qeyd etmiş, buna görə də iddia çı ona Kürdəmir rayon Ərşəli kənd tam orta məktəbinin müəllimini və gənc mütəxəsis kimi iddiaçıya çatası həvəsləndirmənin “H1” ilə ödənilməsinə göstəriş verilməsi xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarına əsasən, dövlət sifarişi ilə Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçını n iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə müəllimlərin işə qəbul müsabiqəsindən keçərək Təhsil Nazirliyinin 03.09.2012-ci il tarixli, 46-35-6597/16 nömrəli məktubuna əsasən 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyət müəllimi təyin edilmişdir. Kürdəmir rayon Təhsil Şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunmuşdur. Müraciət etməyinə baxmayaraq həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamış və bu sahə üzrə ödəniş aparılmamışdır. Onunla eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşları “H1” istiqaməti üzrə kompensasiya alırlar. İddiaçı bu barədə Kürdəmir rayon Təhsil Şöbəsinə, 11 sa ylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, Maliyyə Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etsə də müraciətləri nəticə verməmişdir.

4. Birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)5330/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə qanunvericilikdə tətbiq edilməli olan həvəsləndirmə tədbirinin tətbiq edilməməsi ilə iddiaçının sosial təminat hüquqları cavabdeh tərəfindən pozulmuşdur.

6. Cava bdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-5330/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 2-1(103)-1154/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 nömrəli qərarının ləğv edilməsi, hazırkı iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarına əsasən, dövlət sifarişi ilə Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbində 2012ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1, 1-1, 1-2, 2-ci bəndlərinə əsaslanaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instan siya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə müəllimlərin işə qəbul müsabiqəsindən keçərək Təhsil Nazirliyinin 03.09.2012ci il tarixli, 46-3 5-6597/1 saylı məktubuna əsasən 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. Kürdəmir rayon Təhsil şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunmuşdur. Mür aciət etməyinə baxmayaraq həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamış və bu sahə üzrə ödəniş aparılmamışdır. Onunla eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşları “Hİ” istiqaməti üzrə kompensasiya alırlar. İddiaçı bu barədə Kürdəmir rayon Təhsil şöbəsinə, 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, Maliyyə Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etsə də müraciətləri nəticə verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işi araşdırarkən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haq qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2-ci bəndində göstərilən “pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin” bəndinə əsaslanaraq birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir. Lakin apellyasiya instansiyası sübutları araşdırarkən iddiaçının Kürdəmir rayon Təhsil şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd məktəbinə köçürülməsini hansı əsaslarla etdiyini görməməzlikdən gəlmişdir. B elə ki, köçürülmə və ya yerdəyişmə İddiaçı xahişi və istəyi ilə deyil, əksinə Ərşəli kənd tam orta məktəbində vakant yer olduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə olmuşdur. İddiaçı təyin olunduğu Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbində işləməkdən imtina etməmiş və ya başqa məktəbə keçməsi ilə bağlı heç bir müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd edilən qərarın 1-ci bəndində göstərilən "pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən ümumi təhsil müəs sisələrində əmək fəaliyyətinə başlayan və 3(üç) il müddətinə həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqım ödəmək üçün 90 (doxsan) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin.” bəndini rəhbər tutaraq Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5330/2020 saylı qərarını əsassız saymaqla və ləğv etməklə maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı nəinki 3 (üç) il hətta indiyə qədər Ərşəli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fən nindən dərs deyir. İş materiallarında göründüyü kimi onunla birgə fəaliyyətə başlayan digər 5 müəllim əmək haqqına olan əlavələrdən və kompensasiyalardan bəhrələnmişlər.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 08.06.2021-ci il tarixli, 2-1(103)-1154/2021 nömrəli qərarın ləğv edilməsini, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)5330/2020 nömrəli qərarının qüvvədə saxlanılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəş tlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilməsi və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrl ə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-1-ci bəndinə əsasən rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əmək haqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Bənd 1-2. 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Bənd

2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifar işinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli, 8 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci hissəsinə “həmin” sözündən sonra “və ya digər kənd rayonlarının” sözləri əlavə edilmişdir.

14. İnzibati Pro sessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ap ellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyiş dirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv edilməlidir.

18. Belə ki, iddiaçının iddiasının apellyasiya məhkəməsi tərəfindən rədd edilməsinin yeganə səbəbi apellyasiya məhkəməsinin qərarında belə göstərilmişdir ki: “iddiaçı 2012-ci il tarixdə qeyd edilən qərar (burada Nazirlər Kabinetinin 11.01.2018-ci il tarixli, 8 nömrəli qərarı nəzərdə tutumuşdur-qeyd Ali Məhkəmənindir) üzrə yalnız təyin olunduğu təhsil müəssisəsində 3 il müddətində fəaliyyət göstərdiyi təqdirdə ona qeyd edilən güzəştlər tətbiq edilə bilərdi.

19. Lakin iş materiallarından göründüyü kimi iddiaçı müəllimlərin işə qəbul müsabiqəsindən keçərək Təhsil Nazirliyin in 03.09.2012-ci il tarixli, 46-35-6597/16 nömrəli məktubu ilə 01.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, daha sonra Kürdəmir rayon Təhsil şöbəsinin 13.09.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə köçürülmüşdür.

20. Göründüyü kimi iddiaçı təyin olunduğu Kürdəmir rayonunun GarışƏyribənd kənd tam orta məktəbində 3 il müddətində fəaliyyətini davam etdirməmiş, təyin olunduğu il işlədiyi müəssisəni dəyişmişdir.”

21. Beləliklə apellyasiya məhkəməsinin qənaətinə əsasən iddiaçı Təhsil Nazirliyinin 03.09.2012-ci il tarixdən Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilsə də, daha sonra Kürdəmir r ayon Təhsil şöbəsinin 13.09.2012-ci il tarixli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə köçürülmüş, yəni Garış-Əyribənd kənd tam orta məktəbində 3 il müddətində fəaliyyətini davam etdirməmiş, buna görə də iddiaçıya sözügedən güzəştlər tətbiq edilə bilməz.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin qənaətə gələrkən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bunun üçün əlavə sübutları tələb etməli olduğu halda, bunu etməmişdir.

23. Belə ki, iddiaçının hansı səbəblərdən ilk öncə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunduğu Kürdəmir rayonu Garış-Əyribənd kənd tam orta məktəbindən həmin rayonun Ərşəli kənd tam orta məktəbinə eyni ixtisas üzrə və eyni vəzifəyə köçürülməsi məsələsi ümumiyyətlə araşdırılmamış, yəni iddiaçının çox qısa zaman kəsiyində bir məktəbdən digər məktəbə köçürülməsi, onun öz ərizəsi ilə və ya rayon üzrə təhsil sahəsində yaranmış zərurət nəticəsində baş verməsi aydınlaşdırılmamış, buna dair olan əmr tələb edilməli olduğu halda, apellyasiya məhkəməsi bunu etməmiş, başqa sözlə hazırkı inzibati mübahisəyə çox səthi və formal baxaraq qərar qəbul etmişdir.

24. Belə olan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 08.06.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəmməsinə gpndərilməli, kassasiya şikayəti qalan hissədə iş üzrə bir sıra yeni sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 21(103)-1154/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassaiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar