Məhkəmə qərarları › İş №2-1(102)-2038/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2038/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2038/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)1456/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 8 aprel 2021-ci il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdehin 3 iyul 2021-ci il tarixli, **********6 nömrəli imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 7-ci maddəsinə istinad olunaraq bildirilmişdir ki, təqdim etdiyiniz xx.xx.1980-ci il tarixində tərtib edilmiş HT-İ № ******* saylı əmək kitabçanızın və təhsil haqqında diplomunuzun surətinə əsasən ümumi sığorta stajınız 17 il 8 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabınızın sığort a hissəsində qeydə alınmış 13.457,75 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, bildiririk ki, Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd İƏD nümayəndəliyinin xx.xx.2021 ci il tarixli № 291 saylı arayışına əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyiniz Cırdaxan körpələr evindəki əmək fəaliyyəti dövrünüz araşdırılması zamanı məlum olmuşdur ki, 1992-ci il tarixinin İİ, İİİ, Vİİİ aylarında, 1993-cü il tarixinin İ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ aylarında, 2004-cü il tarixinin İİ ayında və 2005-ci il tarixinin İİİ ayında sizə əməkhaq qı hesablanmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir.

3. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən: -xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Əli Bayramov adına üzümçülük sovxozunda fəhlə; (01 il 09 ay 19 gün) -xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək X3 Peşə məktəbində müəllimə; (03 il 04 ay 01 gün) -xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Əsrik-Cırdaxan uşağ bağçası körpələr evində paltar yuyan (qab yuyan) vəzifəsində işləmişdir. (xx.xx.2006-cı il tarixədək 20 il 04 ay 21 gün)

4. BT №042091 nömrəli diplomun surətinə əsasən iddiaçı 1977-ci ildən 1980-ci ilədək M.B.Qasımov adına Tovuz sovxoz-texnikumunda təhsil almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməs ində icraat

5. İddiaçı 31 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajına daxil olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 1980-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil aldığı müddət nəzər ə alındıqda, 25 ildən çox ümumi iş stajı mövcuddur. Qeyd etmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə müraciətin icrasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etirazında imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9956/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçıya 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilmə si və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-cı il tarixdə doğulması və xx.xx.2020-ci il tarixində, yəni 62 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.

11. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt q üvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir.

12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı 1977-ci ilin sentyabr ayından 12 mart 1980-ci il tarixədək M 5 Qasımov adına Tovuz sovxoz-texnikumunda üzümçülük peşəsi üzrə təhsil almışdır. İddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət xx.xx.1977-ci il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1977-ci ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin xx.xx.1977-xx.xx.1980 dövrü (02 il 06 ay 12 gün) əhatə etdiyi q ənaətinə gəlir. Qeyd edilmişdir ki, iddiaçının təhsil aldığı və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1977-xx.xx.1980, xx.xx.1980xx.xx.1982, xx.xx.1982-xx.xx.1985, xx.xx.1985-xx.xx.2006 = 28 il 23 gün) çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövrlər üzrə əmək haqqı alması barədə qeydə rast gəlmədiyini əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır.

13. Belə ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1993- 2003-cü illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhat ə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı xx.xx.1993-xx.xx.2003- cü illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir.

14. Bundan başqa, Tovuz rayon Dövlət Arxivinin məktubunda qeyd olunmuşdur ki, Əsrik Cırdaxan uşaq bağçasının 1985-ci il tarixdən sonraki illərin əmək haqqına dair şəxsi heyyət kitabları və 07 mart 1991-ci ildən 28 dekabr 1991-ci il tarixə kimi olan əmr kitab Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. 07 mart 1991-ci ildən 28 dekabr 1991-ci il tarixə kimi olan əmr kitabı istisna olmaqla əmr kitabları 31 dekabr1997-ci il tarixə kimi Tovuz rayon arxivinə təhvil verilməmişdir. Bu müqabildə məhkəmə hesab etmişdir ki, iddiaçının Əsrik-Cırdaxan uşağ bağçası körpələr evində mübahisələndirilən dövrlərdə işləməsi barədə əmrlərin əldə olunması mümkü n deyildir.

15. İddiaçının mübahisələndirilən dövrlərdə əmək haqqı alması ilə bağlı qeydlərin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirmişdir ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi (əmək haqqı alması barədə qeydlərin olmaması) onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594 /2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı)

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3 əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1456/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlır: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilm ədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9956/2021 nömrəli, 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbulk edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində işin halları və imtina məhtubunun dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən 01 12.2006-cı il tarixədək, ümumilikdə 21 il 3 ay 19 gün Əsrik Cırdaxan körpələr evində işlədiyini iddia edir.

22. Tovuz rayon İcra Hakimiyyəti başçısın ın Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin 11,06.2021-ci il tarixli 291 nömrəli məktubunda İddiaçı 1992-ci ilin yanvar, aprel-iyul, oktyabr-dekabr ayları, 1993-cü ilin fevral ayı, 2003-cü ilin yanvar-dekabr ayları, 2004-cü ilin yanvar, mart-dekabr ayları, 2005-ci ilin yanvar, fevral, aprel-dekabr ayları ərzində, ümumilikdə 3 il 7 ay üzrə aldığı əməkhaqqı barədə məlumat qeyd olunmuşdur.

23. Lakin Tovuz rayon Əsrik-Cırdaxan körpələr evində işlədiyi digər dövrlər üzrə iddiaçıya ödənilən əmək haqqı barədə məlumat aşkar olunmamışdır. Əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin olunması isə qanunvericiliyə əsasən mümkün deyildir.

24. Bundan başqa, digər zəruri məsələ İddiaçı Tovuz rayonu Əsrik-Cırdaxan körpələr evində işlədiyi dövrlər üzrə Tovuz Rayon Dövlət Arxivinin arayışları arasındakı ziddiyyətli məqamdır.

25. Belə ki, Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 106 nömrəli arayışmda Tovuz rayonu Əsrik-Cırdaxan uşaq baxçasının xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmr kitabları Tovuz Rayon Dövlət Arxivinə təhvil verildiyi öz əksini tapmışdır.

26. Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 245 nömrəti arayışında isə Tovuz rayonu Əsrik-Cırdaxan uşaq evinin sənədlərinin Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd olunmuşdur.

27. Yuxarıda qeyd olunan arayışlardan göründüyü kimi Əsrik-Cırdaxan uşaq evinin sənədlərinin Arxiv İdarəsinə təhvil verilib-verilməməsi ilə bağlı hər iki arayış arasında ziddiyyət mövcuddur.

28. Kassasiyaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu nun, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarının əsassız olduğunu vurğulamış və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. a. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1 - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gə lirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 1.0.2 - sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7 - 63 (altmış üç) yaşına çatmış kişilərin və 60 (altmış) yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məb ləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: -3.1 sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

32. SSRİ dövründə isə 1956-cı il 01 oktyabr tarixdən qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

33. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübah isə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da dü zgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1456/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar