Məhkəmə qərarları › İş №2-1(102)-2038/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2038/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2038/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi icazənin verilməsindən imtina). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə qarşı “xüsusi icazənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 12 may 2023-cü il tarixli, 2-1(103)1722/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, pilotsuz uçan aparatın (PUA) istifadəsinə icazənin verilməsini xahiş etmişdir.

2. PUA-nın dövriyyəsinə xüsusi icazənin 5 dövlət orqanının müsbət rəyinə əsasən rəsmiləşdirilməsi nəzərə alınaraq, cavabdeh tərəfindən bu rəylərin toplanması ilə bağlı icraat aparılmışdır.

3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavabdehə ünvanladığı 36/601 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ölkə ərazisində pilotsuz uçuş aparatlarının dövriyyəsi, o cümlədən idxal-ixrac əməliyyatları və istismarı ilə bağlı müv afiq Qaydaların mövcud olmaması səbəbindən vətəndaş İddiaçı müraciətinə müsbət rəyin verilməsi mümkün hesab edilmir.

4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “DJİ Mavic Pro” markalı pilotsuz uçuş aparatının İddiaçı tərəfindən istifadəsinə icazə verilməsi məqsədəuyğun hesab edilmir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli, 124-1-11/1537 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mər kəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsindən irəli gələn tələblər çərçivəsində baxılmışdır. Müvafiq dövlət orqanlarından daxil olmuş mənfi rəylər nəzərə alınmaqla, müraciətlə bağlı xüsusi icazənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xüsusi icazə verməklə bağlı vəzifə qoyulması, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə xüsusi icazənin verilməsindən imtina edilməsinin qanunsuz sayılması, bu imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntu kimi tanınması, digər fiziki və hüquqi şəxslərə xüsusi icazə verərək onların bu xüsusi icazəni satması fon unda dəyən mənəvi zərərə və iddiaçının 5 ay ərzində özünü ifadə edərək yaradıcılıqla məşğul olub qazana biləcəyi vəsaitin itirilməsi əsasında dəymiş maddi zərərə görə 10.000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur, Bakı şəhərində yaşayır, Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı 2022-ci ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək ölkəyə “DJİ MavicPro” marka və modelli pilotsuz uçan aparatın gətirilməsi üçün icazə istəmişdir. Eyni zamanda, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanı ilə təsdiqlə nmiş mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının 17-ci bəndində göstərilən məsafədən idarə edilən pilotsuz uçan aparatlar üçün rəyləri nəzərə alınacaq digər dövlət qurumlarına da müraciət etmişdir. Həmin dövlət qurumlarının verdikləri cavablarda qeyd olunmuşdur ki, rəylərin aidiyyəti qurumlardan toplanması cavabdehə həvalə olunmuşdur, bu rəy tələb olunarsa, Agentliyə təqdim olunacaqdır. Cavabdehdən göndərilən xx.xx.2022-ci il tarixli, 124-1-11/366-22 saylı cavabda qeyd olunur ki, iddiaçı icraata başlamaq üçün müvafiq məlumatları ərizəsinə əlavə etməlidir. İddiaçı idxal etmək istədiyi “DJİ MavicPro” marka və modelli pilotsuz uçan aparatla bağlı tələb olunan müvafiq texniki məlumatları əlavə edərək yenidən cavabdehə göndərmişdir. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli, 124-1- 11/1537-22 saylı məktubunda “müvafiq dövlət orqanlarından daxil olmuş mənfi rəylər nəzərə alınmaqla, müraciətlə bağlı xüsusi icazənin məqsədəuyğun hesab edilməməsi” qeyd olunmuşdur. Nə cavabdeh, nə də rəyi alınan qurumlar tərəfindən şikayətçiyə mənfi rəyin nədən ibarət olması bildirilməmişdir. Şikayətçi idxal etmək istədiyi “DJİ-Mavic Pro” markalı və modelli pilotsuz uçan aparatla Azərbaycanın müxtəlif regionlarında təbiətdə foto və videolar çəkmək, bununla yaradıcılıqla məşğul olmaq, uğurlu və keyfiyyətli kadrları internet resurslarında foto və video saytlarında satmaqla gəlir əldə etməyi planlaşdırırdı. Cavabdehin xüsusi icazə verməməsi onu həm yaradıcılıq, özünü ifadə etmək imkanlarından məhrum etmiş, həm də əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Bununla da, Azərbaycan Respublik asının ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusuna yol verilmişdir. İddiaçı sosial şəbəkələrdə belə xüsusi rəylərin ayrı-ayrı MMC və şəxslərə verilməsi, həmin MMC və şəxslərin də bu xüsusi icazəsi olan pilotsuz uçan aparatları müxtəlif qiymətlərə, təxminən 20000-30000 manata satması barədə elanlar görmüş və bu elanların ekran görüntüsünü çəkmişdir. Bu görüntüləri məhkəməyə təqdim edən iddiaçı cavabdehin eyni zamanda ayrı-seçkiliyə yol verdiyini göstərmiş, bununla da, Azərbaycan Respublikasının ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin pozuntusuna yol verilmişdir.

8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, məsafədən idarə edilən pilotsuz uçan aparat (PUA) “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” 2003-cü il 23 dekabr tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab edilir. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyanın dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na (Qaydalar) uyğun olaraq verilir. İddiaçının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (Nazirlik) ünvanladığı 2022-ci il 24 yanvar tarixli məktubu aidiyyəti üzrə Agentlikdə icraata alınmışdır. Müraciətdə müvafiq çatışmazlıqlar olduğuna və Qaydalara uyğun olaraq müraciət edilmədiyinə görə, iddiaçıya ünvanlanan 2022-ci il 8 fevral tarixli, 124-1-11/36622 nömrəli cavab məktubunda ətraflı izah verilərək, yenidən müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin, iddiaçıya cavab məktubu göndərilməmişdən əvvəl telefon əlaqəsi vasitəsi ilə geniş izah verilmiş və əlavə olaraq “whatsapp” üzərindən sözügedən Qaydalar da iddiaçıya göndərilmişdir. İddiaçının 2022-ci il 9 mart tarixində Agentliyə daxil olmuş “DJİ Mavic Pro" markalı PUA-nın istifadəsinə icazə verilməsi barədə olan müraciəti icraata alınaraq, sənədləri yoxlanılmış və müvafiq qaydada rəy alınması üçün 5 dövlət orqanına göndərilmişdir. Azərbaycan Resp ublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahı”sının 17-ci hissəsinə uyğun olaraq, PUA-nın dövriyyəsinə xüsusi icazə 5 dövlət orqanının (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) rəyləri nəzərə alınmaqla Agentlik tərəfindən rəsmiləşdirilir. Müvafiq 5 rəy Agentliyə daxil olmuş və qanun vericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin müsbət olmayan rəyləri nəzərə alınaraq müraciətə Agentliyin 2022-ci il 5 may tarixli, 124-1-11/1537-22 nömrəli məktubu ilə imtina cavabı verilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) xx.xx.2022-ci il tarixli, 21(102)-10343/2023 nömrəli qərardadı ilə iddia tələbi cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə xüsusi icazənin verilməsindən imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntusu kimi tanınması, digər fiziki və hüquqi şəxslərə xüsusi icazə verərək onların bu xüsusi icazəni satması fonunda dəyən mənəvi zərərə və 5 ay ərzi ndə özünü ifadə edərək yaradıcılıqla məşğul olaraq qazana biləcəyi vəsaitin itirilməsi əsasında dəymiş maddi zərərə görə 10.000 AZN kompensasiya ödənilməsi hissələrində iddia mümkün sayılmamışdır.

10. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) xx.xx.2022-ci il tarixli, 21(102)-10343/2023 nömrəli qərarı ilə iddiaçının cavabdehə qarşı “xüsusi icazənin verilməsi” barədə iddiası təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xüsusi icazə almaq üçün ərizəçi məsafədən idarə edilən pilotsuz uçuş aparatının istifadə edilməsi ilə bağlı cavabdeh orqana müraciət edir, cavabdeh inzibati orqan müraciət daxil olduqdan sonra inzibati icraatı başlayır, pilotsuz uçuş aparatının icazə istəyən şəxs tərəfindən istifadəsinə icazə verilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün yuxarıda adları çəkilən müvafiq qurumlara müraciət edir, cavab məktubları daxil olduqdan sonra Agentlik icazənin verilməsi barədə qərar qəbul edir və ya xüsusi icazənin verilməsindən imtina barədə yazılı qaydada cavab verir. Təqdim olunmuş inzibati icraat materiallarından müəyyən olunur ki, iddiaçının müraciəti əsasında başlanmış icraat gedişində cavabdeh inzibati orqan sorğu edərək rəylər əldə etmiş, pilotsuz uçuş aparatından istifadə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənfi rəylər verilmişdir. İnzibati məhkəmə nəzarəti zamanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliy i Xidmətinin cavabdeh inzibati orqana verdiyi 24/928 nömrəli, xx/xx/2022 tarixli “məxfi rəy” sənəd olaraq məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin rəyə baxış keçirilmişdir. Beləliklə, təqdim olunan icraat materiallarına əsaslanaraq məhkəmə cavabdeh inzibati orqanın iddiaçının pilotsuz uçuş aparatından istifadəsi ilə bağlı apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi hallarını müəyyən etməmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov / sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 12 may 2023-cü il tarixli, 21(103)-1722/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-10343/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçının kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin və apellyasiya şikayətinin mahiyyəti və d əlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, normativ hüquqi aktlarda xüsusi icazənin verilməsindən imtinanın əsasları dəqiqləşdirilmir və bununla bağlı diskresion səlahiyyətin hansı qaydada həyata keçirilməsi aydın göstərilmir. Cavabdehin hazırkı iş üzrə iddiaçıya münasibətdə imtinasının faktiki əsasını 3 rəy verən orqan tərəfindən iddiaçının müraciətinə münasibətdə müsbət olmayan rəy verilməsi təşkil edir. Həmin rəylərin məzmunu ya əsaslandırılmayıb, ya da iddiaçıya bəlli deyil. Cavabdeh imtinaedici inzibati aktını əsaslandırmamışdır. Cavabdeh yalnız rəy verən qurumların müsbət olmayan rəylərinə istinad etmişdir. Həmin rəylər də ya əsaslandırılmamış, ya da həmin rəylərin məzmunu məxfi olduğu üçün iddiaçı həmin rəylə rlə tanış ola bilməmişdir.

18. İddiaçının müraciətindən imtina edilməsi zamanı onun təqdim etdiyi sənədlərin mötəbərliyinə əks arqumentlər səsləndirilməmiş, buna görə də həmin icraat mötəbərlik prezumpsiyasının tələblərinə uyğun həyata keçirilməmişdir. Bundan əlavə, müraciətin araşdırılmasına iddiaçı maraqlı şəxs kimi cəlb edilməmiş, bununla da onun dinlənilmə hüququ pozulmuşdur.

19. Hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirməmişdir. Nəticə etibarilə, hazırkı iş üzrə iddiaçının müraciətindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud deyil və İPM-in 73.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia təmin edilməlidir.

20. Hətta hazırkı iş üzrə cavabdehin və rəy verən orqanların diskresion səlahiyyət həyata keçirdiyini fərz etsək belə, nə cavabdeh, nə də rəy verən orqanlar bu diskresion səlahiyyət üzrə öz öhdəliklərini yerinə yetirməmişlər. Yəni, onlar diskresion səlahiyyəti hansı qaydada və necə yerinə yetirdiklərini izah etməmişlər. Beləliklə, cavabdeh orqanların diskresion səlahiyyətə istinad etməsi əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Cavabdeh kassasiya şikayətinə mülahizə təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi mə hdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”: İ. Ümumi müddəalar... 1.3. Xüsusi icazə hüquqi və fiziki şəxslərə (bundan sonra - ərizəçi) verilə bilər.... İİ. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsi 2.1. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq xüsusi icazəni verən dövlət orqanına aşağıda göstərilən sənədləri təqdim edir: 2.1.1. əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün aşağıdakılar göstərilmiş ərizə: 2.1.1.1. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, sahibkarlıq fəaliyyətinin növü; 2.1.1.2. fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), sahibkarlıq fəaliyyətinin növü; 2.1.2. ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.1.2.1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti; 2.1.2.2. əşyaların göstəricilərindən və dövriyyənin xüsusiyyətlərindən asılı olaraq: 2.1.2.2.1. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyanın surəti; 2.1.2.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının rəyi; 2.1.2.2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əlavə şərtləri əks etdirən sənədlər.... 2.3. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər xüsusi icazəni verən müvafiq dövlət orqanı tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, müvafiq dövlət orqanında sənədlər qeydə al ındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir.... 2.5. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən yalnız qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda imtina oluna bilər. 2.6. Ərizəçiyə əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edildikdə, bu barədə ona qanunvericilik aktlarında nəzərdə tutulmuş imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində yazılı məlumat verilir. Əşyaların dövriyyəsinə xüsusi icazənin verilməsindən imtina edilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)” məhkəməyə şikayət verilə bilər.... 2.12. Əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir....

23. Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”: Sıra №si... 17... Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar Xüsusi icazə verən icra hakimiyyəti orqanı...... Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Məsafədən idarə edilən pilotsuz uçan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, aparatlar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla)......

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat q aydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya pilotsuz uçuş aparatına görə xüsusi icazənin verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normaları nın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı hesab edir ki, cavabdeh yalnız rəy verən qurumların müsbət olmayan rəylərinə istinad etmişdir. Həmin rəylər də ya əsaslandırılmamış, ya da həmin rəylərin məzmunu məxfi olduğu üçün iddiaçı həmin rəylərlə tanış ola bilməmişdir. İş üzrə inzibati icraat mötəbərlik prezumpsiyasının tələblərinə uyğun həyata keçirilməmişdir. Müraciətin araşdırılmasına iddiaçı maraqlı şəxs kimi cəlb edilməmiş, bununla da onun dinlənilmə hüququ pozulmuşdur.

33. Qeyd edilən dəlillərlə əlaqədar işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçı cav abdehə 24 yanvar 2022-ci il tarixdə müraciət etmiş, lakin müraciətdə müvafiq çatışmazlıqlar olduğuna və Qaydalara uyğun olaraq müraciət edilmədiyinə görə iddiaçıya ünvanlanan 8 fevral 2022-ci il tarixli, 124-111/366-22 nömrəli cavab məktubunda ətraflı izah verilmiş, habelə, iddiaçıya cavab məktubu göndərilməmişdən əvvəl telefon əlaqəsi vasitəsi ilə geniş izah verilmiş və əlavə olaraq “whatsapp” üzərindən sözügedən Qaydalar da iddiaçıya göndərilmişdir. Bundan sonra, iddiaçı 9 mart 2022-ci il tarixdə yenidən cavabdehə müraciət etdiyindən, cavabdeh tərəfindən onun müraciəti icraata alınaraq, sənədləri yoxlanılmış və müvafiq qaydada rəy alınması üçün 5 dövlət orqanına (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dö vlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) göndərilmişdir. Müvafiq 5 rəy Agentliyə daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin müsbət olmayan rəyləri nəzərə alınaraq, müraciətə Agentliyin 2022-ci il 5 may tarixli, 124-1-11/1537-22 nömrəli məktubu ilə imtina cavabı verilmişdir.

34. Göründüyü kimi, cavabdeh orqan hazırkı qərarın 22-ci bəndində qeyd olunan Qaydaların tələblərinə əməl etmiş, eyni zamanda iddiaçının düzgün olmayan müraciəti ilə bağlı ona müvafiq izah verməklə hüquqi yardım etmişdir.

35. Ha zırkı qərarın 23-cü bəndində qeyd edilən Siyahıya əsasən, məsafədən idarə edilən pilotsuz uçan aparatlarla bağlı icazənin verilməsi zamanı cavabdeh mütləq şəkildə 5 orqanın – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəylərini nəzərə almalıdır.

36. İş materialları ilə müəyyən edilir ki, iddiaçının müraciəti ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin mənfi rəyləri iş materiallarına əlavə edilmiş, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi rəyi məhkəmə icraatı zaman ı tədqiq edilmişdir.

37. Göründüyü kimi, cavabdehin imtinası bilavasitə onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamaqla, qanunvericilikdə müəyyən edilmiş prosedurların tətbiqi nəticəsində əldə edilmiş mənfi rəylərə əsasən verilmişdir. Yəni, hazırkı halda cavabdehin davranışı birbaşa olaraq maddi hüquq normaları ilə onun üzərinə qoyulmuş yuxarıda adları qeyd edilən 5 orqanın müsbət və ya mənfi rəylərinə istinad edilməklə həyata keçirilmiş və gəldiyi yekun nəticə həmin 5 orqandan üçü tərəfindən verilən mənfi rəyə mütənasib olmuşdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

39. Nəticə etibarı ilə, mübahisələndi rilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(103)-1722/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar