Məhkəmə qərarları › İş №2-1(102)-2039/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2039/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2039/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq 11.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi m ənəvi sarsıntı, iztirablara, maddi və mənəvi ziyanlara görə ona cavabdeh tərəfindən 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1139/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı, iztirablara, maddi və mənəvi ziyana görə ona cavabdeh tərəfindən 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zər ərin əvəzi ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. Azərbaycanlıdır, Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 mənzil 32 ünvanında qeydiyyatda olsa da, Yevlax rayonunun Tanrıqulular kəndində yaşayır. Orta ixtisas təhsillidir, subaydır, işsizdir. 2006-cı ilin may-iyul aylarında X5 cavabdeh qismində ona qarşı əqdin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İş məhkəmə icraatında olarkən iddiaçı X5 vəfat etmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında olduğu vaxta təsadüf etdiyindən X2 ölümündə günahlandırıldığı üçün 2006-cı ilin sonlarında informasiya texnologiyasına aid olan üzləşmə (detektor) cihazından istifadə etməklə ondan məlumat al ınmışdır. Həmin bu fakt Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər Şöbəsində həyata keçirildiyini düşünür. Cinayəti olmadığı müəyyən olunduqdan sonra ondan məlumat götürən şəxsə, yəni dövlət qulluqçusuna “İnsan düşüncə və hafizəsini” dəyişməklə insanı idarə etməyin mümkünlüyü barədə təklif vermişdir. Bir müddətdən sonra ondan məlumat götürən şəxs ona hədə-qorxu gələrək onun ailə həyatının dağılacağına, övladlarına əzab-əziyyət veriləcəyi ilə təhdid etdikdən sonra bəlkə də, düşünərək fikrini dəyişmişdir. Dövlət nəzarəti altında onun üzərində əməliyyatın aparıldığı söylənmişdir. O, isə bir vətəndaş olaraq dövlətin hər bir sahədə olduğu kimi, bu sahədə də elmin inkişafı naminə onun da bir töhfəsi olsun deyə razılaşmışdır. Bəlkə də, məmur tərəfindən aldanmış ola bilər. Bundan sonra dövlə t qulluqçusu şəxsən onu çağırıb onunla qarşılaşıb ona heçnə demədən onu, onun ailəsini, azyaşlı övladlarını və ona yaxın insanların beyin daxili sinirlərini üzləşmə (detektor) cihazı ilə dəyişərək “zombi” vəziyyətinə salmışdır. ünvan 3 ünvanında yaşayan ailəsi X6 və azyaşlı övladları X3 və X11 bu məsələyə cəlb olunmasına narazı olsa da, əhəmiyyət verilməmişdir. Bunlarsız işin alınmayacağı söylənmişdir. Ailəsinin və onun beyin daxili sinirləri psixoloji təsir göstərilməklə dəyişdirildiyindən ailə münasibətləri pozulmuş və 22 illik ailə həyatları 2009-cu ildə pozulmaya məruz qalmışdır. Azyaşlı övladlarının dəyişdirilmiş beyin daxili sinirlərinin fəsadları müəyyən vaxtlarda özünü büruzə vermiş, hazırda sinirlər açıldıqca büruzə verməkdədir. Dövlət məmuruna inanaraq 2006-cı ildən davam edən əm əliyyat dövründə dəfələrlə kliniki ölüm halları keçirmişdir. Onu da bildirir ki, bu işə aidiyyəti olan şəxs Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı X8 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin Mingəçevir şəhər Şöbəsində çalışmış və sonradan isə Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər Şöbəsində çalışmış və sonradan isə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir şəhər Şöbəsində çalışmışdır. Hazırda harada çalışdığı ona məlum deyil. İlk gündən bu günə qədər onun, onun ailəsinin, azyaşlı övladlarının və ona yaxın insanların “Zombi” vəziyyətinə salınması və psixi təzyiqlərlə bağlı ona rəsmi məktubla müraciət etsə də, təəssüflər olsun ki, həmin məktubları almaqdan imtina etməklə bərabər hüquqlarının pozulmasına şərait yaratmışdır. Dövlət nəzarəti altında aparılan əməliyyat olduğuna inanaraq bütün bu olanlara qatlaşmaq məcburiyyətində maddi və mənəvi zərər çəkmişdir. Mənəvi sarsıntı və fiziki iztirab keçirmişdir. Məlumatın aid olduğu şəxsin faktları aşkar ifadə etmədiyi halda informasiya texnologiyalarından istifadə etməklə sübuta ehtiyacı vardır. Cavabdehin təqsiri ucbatından onlar dəfələrlə mənəvi sarsıntı və fiziki iztirablar keçirmişlər.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən dəfələrlə məhkəmə orqanlarına eyni məzmunlu ittihamlarla müraciət olunmuş və bununla bağlı Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxx 2017-ci il tarixli, 2-1(107)-168/2017 nömrəli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(051)-430/2017, x xxxxxx 2019-cu il tarixli, 2(051)-1570 /2019, xx xxxxxx 2019-cu il tarixli, 2(051)-1570/2019 nömrəli qərarları çıxarılmışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2012-ci ildən Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispanserdə “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. Qeyd olunanları nəzərə alaraq təyin edilmiş işin hazırlıq icraatı üzrə məhkəmə iclasında və sonrakı məhkəmə proseslərində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin iştirakı məqsədəuyğun hesab edilmir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-677/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilmə sindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İddiaçının hazırki tələbinə artıq məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və buna dair işdə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Göstərilən xüsusata əsasən hazırki iddia inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır

6. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsinin mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X7 və X4, 2-1(103)-1139/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır.

8. İddiaçı x xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

9. İddiaçı bildirir ki, Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddiaya əlavə etdiyi sənədlərdən də görünür ki, verdiyi iddiaya inzibati məhkəmədə baxılmalı və o da öz təsdiqini tapır ki, ona qarşı vəzifəli şəxslər tərəfindən onların hərəkət və hərəkətsizliyi nəticəsində cinayət törədilmişdir.

10. Lakin cavabdeh tərəf Dövlət Təhlükəsizliyi Xidməti olduğundan heç kim heç bir dövlət orqanı, o cümlədən hakimlər cürət edib iddiaçının iddiasına baxmırlar və törədilmiş cinayətlə əlaqədar xüsusi qərardad çıxartmaqdan boyun qaçırırlar

11. Qanunvericiliyə uyğun olaraq məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkillər kollegiyasının üzvlərinə müraciət etsə də, biləndə ki, cavabdeh tərəf DTX-dir hüquqi xidmət göstərməkd ən imtina edirlər. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquqi xidmət göstərilməlidir. Birinci instansiya və Apellyasiya Məhkəməsinə göndərdiyi vəsatətlər baxılmamış saxlanılır, təmin edilmir və bu haqda qərardad çıxarılmır. Bu da onu göstərir ki, məhkəmələr işə qeyr-obyektiv, qərəzli, ətraflı araşdırma aparmadan qərar qəbul edirlər

12. Buna görə də Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan qərardadı ləğv olunmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kasasiya şikayəti ilə bağlı təqdim etdiyi məktubunu iddia tələbinə münasibət məktubu ilə eyni əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şik ayətin təmin edilməsini xahiş etmişdir.

15. İddiaçı və cavabdeh məhkəməyə məktublar göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Mad də

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1-ci bənd. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərti n mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılma ması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

21. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdehin vəzifəli şəxsləri tərəfindən ona qarşı qanunsuz hərəkət, habelə hərəkətsizlik edilmiş, onun şərəf və ləyaqəti cavabdehin vəzifəli şəxsləri tərəfindən alçaldılmış, ona külli miqdarda mənəvi ziyan vurulmuşdur. Buna baxmayaraq məhkəmə tərəfindən onun iddiasına baxılmamış, iddia ə sassız olaraq mümkün sayılmamışdır.

22. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı, iztirablara, maddi və mənəvi ziyanlara görə ona cavabdeh tərəfindən 3.000.000 manat məbləğində mənəvi zərər ödənilməsini xahiş etmişdir.

23. İddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdehin 2006-2009-cu illərdə qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir.

24. İşdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı cavabdehin Mingəçevir şəhər şöbəsinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyana görə 3.000.000 manat tələbinə dair iddiası ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə aidiyyəti ilə bağlı mübahisənin nəticəsi olaraq iddiaya Mingəçevir şəhər Məhkəməsində baxılması qərarına gəlinmiş, Mingəçevir şəhər Məhkəməsinin q anuni qüvvəyə minmiş xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia hər hansı sübutla təsdiqini tapmadığına və əsassız olduğuna görə təmin olunmamışdır.

25. İddiaçı iddiasında bildirmişdir ki, əsas cavabdeh DTX-nın Mingəçevir şəhər şöbəsi olsa da, onun adı inzibati orqanların təsnifatında olmadığından hazırkı iddia ərizəsində DTX-nı cavabdeh kimi göstərmişdir.

26. Göründüyü kimi, iddiaçının mənəvi ziyanla bağlı DTX-nın Mingəçevir şəhər şöbəsinə qarşı iddia tələbinin rədd olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

27. Digər tərəfdən, hazırkı işdə olan cavabdeh tərəfindən iddiaçının hər hansı hüquq və azadlığına müdaxilə olunması təsdiq olunmur.

28. İddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində id diaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Hazırkı halda mümkünlük şərtləri yerinə yetirilmədiyindən, yəni cavabdehin hərəkəti ilə iddiaçının hüquqlarına müdaxilə olunması təsdiq edilmədiyindən, bu səbəbdən iddiaçı subyektiv hüquqa malik olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

29. Bəhs edilənlərə əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

30. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır.

31. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rə hbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1139/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar