Məhkəmə qərarları › İş №2-1(102)-2039/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2039/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2039/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-305/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X1 1987- 1990-cı illərdə həmin texnikumun texnik texnoloq ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçı xx.xx.1983-xx.xx.1987-ci illərdə sovxoz kompleks fermasında, xx.xx.1990xx.xx.1995-ci illərdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun divinil istehsalı sexində, xx.xx.1996-cı ildən xx.xx.2010-cu illərdə Sumqayıt Sintezkauçuk zavodunda, xx.xx.2011-ci il tarixdən hazırkı tarixədək Sumqayıt Etilen Polietilen zavodunda işləyir. 3. “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş 107 və 108 saylı arayışlardan görünür ki, İddiaçı xx.xx.1990- xx.xx.1995-ci illərdə zavodun divinil sexində kimyəvi analiz laborantı, xx.xx.2011-ci ildən hazıra kimi həmin zavodda piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işləyir. Göstərilən peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-cü il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş XVİİ bölməsinin 8.1.1 bəndinin 2110A030-1754 V şifrində və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının Vİİİ bölməsinin 8.3.3-cü bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyah ının X bölməsinin 3-cü bəndinin 2110A030-175446 şifrinə əsasən 2 saylı istehsalatında göstərilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

4. İddiaçının 55 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş və o, xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada "Əmək pensiyaları haqqında" qanunun 9.1 və 7-ci maddəsinə istinad edilərək iddiaçıya bildirilmişdir ki, qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. İmtinada göst ərilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə 55 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə anadan olmuş, 5 iyun 1990-ci ildən 28 fevral 1995-ci ilə kimi tam iş günü “Azərkimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk” zavodunun divinil istehsalı sexində kimyəvi analiz laborantı vəzif əsində işləmişdir. Həmçinin 24 oktyabr 2011-ci ildən hal-hazıra kimi tam iş günü "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işləyir. İddiaçı pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, iddiaçı qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. İddiaçının yaşı müraciət etdiyi tarixdə 55 il 06 ay olmuşdur, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliklə müəyyən edilmiş digər şərtlər ödənildiyi halda 58 yaşda yarandığından, hazırkı iş üzrə hüququn pozulması faktı mövcud olmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2810/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddianın təmin edilməsi, İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya inst ansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-305/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası tərəfindən qeyd edilmişdir ki, cavabdehin imtina məktubundan, iddia ərizəsinə etirazdan və apellyasiya şikayətindən görünür ki, cavabdeh iddiaçının ümumi və güzəştli iş stajını, habelə onun pensiya kapitalını mübahisələndirməmiş, yəni qeyd edilən şərtlərdən birinin ödənilməməsi əsası ilə iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğuna istinad etməmişdir. Apellyasiya baxışı zamanı verilmiş suala cavab o laraq da cavabdehin nümayəndəsi qeyd edilən hallarla bağlı hər-hansı əsasın mövcud olmadığını bildirmiş və bununla bağlı sübut təqdim etməmişdir.

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün eyni zamanda 4 əsas mövcud olmalıdır: a) iddiaçının 55 yaşına çatması; b) iddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının s ığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.

14. Belə olan halda kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin imtinasının yeganə əsası olan iddiaçının yaşı ilə bağlı tələb – yəni onun 58 yaşına çatmalı olması “Əmək pensiyaları haqqında” qanuna 13 may 2022-ci il tarixli 530VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərdən irəli gəlir ki, qeyd edilən hal da elə həmin qanunun 32.1-1-ci maddəsinə əsasən əsassız hesab olunmalıdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə dair etirazın və imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının m inimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1 (İddiaçının 55 yaşını n tamam olduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:... qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrə li Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonra (xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) yeni redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1.Yaşa görə əmək pensiyası, buna hüquq u olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı".

20. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərə findən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək kitabçasına əsasən, o, xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun divinil istehsalı sexində kimyəvi analiz laborantı, xx.xx.2011-ci ildən hal-hazıra kimi “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun piroqazın və suyun hazırlanması sahəsində kondensasiya aparatçısı vəzifəsində işlədiyi qeyd edilmişdir.

29. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini n xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün eyni zamanda 4 əsas mövcud olmalıdır: a) iddiaçının 55 yaşına çatması; b) iddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yuxarıda qeyd edilən əsaslardan iddiaçının ümumi və güzəştli iş stajını, habelə onun pensiya kapitalını mübahi sələndirməmiş, yəni qeyd edilən şərtlərdən birinin ödənilməməsi əsası ilə iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğuna istinad etməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan minimum yaş həddi 55 yaş olduğundan cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçının 55 yaşının tamam olduğu zamana deyil, onun pensiya təyini üçün müraciət etdiyi zamana qüvvədə olan redaksiyasına istinad etməklə iddiaçının pensiya hüququnun təmin olunmasında imtina etməsi, qanunsuz və əsassız olmuşdur.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasına istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-1(105)-305/2023

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar