Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-204/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mümkünlük; prosessual müddət ötürüldüyündən apellyasiya mümkün sayılmamışdır GİRİŞ HİSSƏ 21.01.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və http://supremecourt.gov.az/static/view/65X2 ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı hakim vəzifəsində iş illəri sosial sığorta stajına daxil edilməklə və birdəfəlik yardım məbəlği nəzərə alınmaqla təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (hazırda 1 saylı Bakı Ərazi şöbəsidir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azər baycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyunun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinin tələblərinə uyğun iddiaçının 4 il 6 ay hakimlik stajının pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar ona təyin edilmiş pensiyanın yenidən hesablanması; “Məhkəmələr və Hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin tələblərinə əsasən “ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin 1-ci ilində 1 dəfə aylıq vəzifə maaşının 2 misli, sonrakı 4 il ərzində ildə 1 dəfə 1 aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilməsini pensiya təyin edilən vaxtdan nəzərə alınması və bununla əlaqədar iddiaçıya t əyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova; iş No 2-1(81)-1140/2019) iddianın qismən təmin edilməsi; “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməsi və bununla əlaqədar ona təyin olunmuş pensiyanın yenidən hesablanması, eyni zamanda “Məhkəmələr və Hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin tələblərinə əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilm əsi pensiya təyin edilən vaxtdan nəzərə alınaraq yenidən hesablanması vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi; iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və Ü.Mayılov; iş No 2-1(103)2188/2019) cavabdeh şöbə tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayətinn mümkün sayılmaması və apellyasiya şikayətinin qəbulundan imtina edilməsi qərar alınmışdır. Həmin qərardaddan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və tələbin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlillər i Cavabdeh şöbə kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işdə olan sənədləri düzgün araşdırmamış, bununla prosessual hüquq normalarını pozmuş; nəticədə əsassız və qanunsuz qərardad qəbul etmişdir Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin vəkili A.Mütəllimov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və tələbin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bu nun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, cavabdeh şöbənin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, həmin inzibati orqanın mübahisələndirdiyi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı xəbərnaməli məktubla birlikdə ona xx.xx.2019cu il tarixdə göndərilmiş, cavabdeh şöbənin işçisinə imza etdirməklə xx.xx.2019-cu il tarixdə ünvana çatdırılmışdır. Bundan sonra həmin qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir və 1-ci instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. İş üzrə müəyyən edilir ki, mübahisələndirilən qərar cavabdeh şöbəyə göndərilmiş, qanuni qüvvəsini almış və icra olunmuşdur. Eyni zamand a cavabdeh şöbə buraxılmış prosessual müddətin buraxılmasının səbəblərini göstərməmiş və prosessual müddətin bərpası barədə ərizə verməmişdir. Ona görə də apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh şöbənin kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qəbul edilməlidir. İlk öncə qeyd olunmalıdır ki, işin materiallarında olan, apellyasiya instansiya məhkəməsinin iş üzrə tərəflərə göndərdiyi xx xxxxxx 2019-cu il tarixli Bildirişin surətində (bax i.v. 94) məhkəmə iclasının keçiriləcəyi tarixdə cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılacağı qeyd olunsa da, mükünlüyün hansı mövzuda araşdırılacağı (şikayətin pros essul müddət ötürülməklə verilməsi; şikayət ərizəsində vəkilin imzasının, vəkil orderinin olmaması və s.) qeyd olunmamaşdır. Şikayətçidən prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi haqqında ərizənin təqdim edilməsi də tələb olunmamışdır. Bundan başqa, yuxarıda qeyd edilən məhkəmə iclası barədə iddiaçı müvafiq qaydada xəbərdar edilsə də, cavabdeh şöbəyə “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Bildiriş” ünvanlanmamışdır. Eyni zamanda işin materiallarında cavabdeh şöbəyə bildirişin yazılı formada da çatdırılması haqqında hər hansı sənəd-sübut (məs. xəbərnamənin məhkəməyə qayıdan qəbzi) yoxdur. Belə olan halda, cavabdeh şöbəyə məhkəmə iclası haqqında bildirişin çatdılmadığı ehtimal oluna bilər. Odur ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il traix li qərardadı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası nın xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. İş apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-204/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-204/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver