Məhkəmə qərarları › İş №2-1(102)-204/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-204/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-204/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı vəsiq əsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-86/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şuşa rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən 1947-ci il təvəllüdlü Şuşa rayon sakini - iddiaçı həqiqətən x xxxxxx 1988-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Arayışın verilməsinə əsas kimi Şuşa RİH-in yeni tərtib edilmiş adlı siyahısında səh 7, sı ra 285-ə istinad edilmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 nömrəli əmri ilə xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarına edilən dəyişikliklərə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin x xxxx 2016-cı il tarixli 25 nömrəli əmr ilə təsdiq edilmiş Təlimatın tələblərinə uyğun gəlmədiyindən, yəni, döyüş əməliyyatı aparılan illərə aid əmrlərdən çıxarışlar olmadığı üçün iddiaçının müraciətinin icrası mümkün deyildir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli məktubda qeyd olun ur ki, Şuşa könüllü Özünü Müdafiə dəstəsi komandirinin 1988-xx.xx.1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müharibə veteranı vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmiş, lakin indiyədək ona müharibə veteranı vəsiqəsi verilməmiş, nəticədə o müharibə veteranları üçün nəzərdə tutulan d övlət müavinətindən məhrum olmuşdur. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə müraciət etsə də, həmin qurum döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədlərində iddiaçının əmrlərdən çıxarışı olmamasını əsas gətirərək onu müharibə veteranı olaraq qeydə almaqdan imtina etmişdir.

6. Cavabdehə iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndı nə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keç miş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetm ə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli İcra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qanunvericilik aktının tələblərinə əsasən, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər də təqdim edilməlidir. Yerli icra hakimiyyəti orqanlarının siyahıları bir çox hallarda son illərdə tərtib edilməklə döyüş əməliyyatları aparılan dövrə aid sənədlərə, siyahılara, əmrlərə istinad edilmədən, kənd icra nümayəndəliklərinin verdikləri arayış və ya sadəcə şahid ifadələri əsasında hazırlanmışdır. Bu səbəbdən də cavabdehin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası" müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq qərar qəbul edir. İddiaçının Şuşa rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən digər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(085)-1357/2019 saylı iş) x xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. İddiaçı könüllü özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini təsdiq edən sənəd kimi yalnız Şuşa rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa istinad edir. Lakin qanunvericiliyə əsasən həmin arayış özü-özlüyündə yetərli deyildir, onunla yanaşı həm də döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim olunmalıdır.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b ) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. İş apelyasiya məhkəməsinin icraatında olarkən Şuşa rayon İcra Hakimiyyətinə iddiaçının x xxxxxx 1988-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən Şuşa RİH-nin tərtib etdiyi adlı siyahının, həmin siyahının tərtib edilməsi üçün əsas olmuş sənədlərin və protokolun təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə sorğu verilmiş, lakin sorğuya cavab olaraq adı çəkilən heç bir sənəd məhkəməyə təqdim olunmamış, yalnız iddiaçıya məxsus əmək kitabçasının surəti təqdim olunmuşdur.

11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsi nin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, Babayeva Hökümə Çingiz qızı və X2, 2-1(105)-86/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı həmin qərardan xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. İddiaçı xx.xx.1988-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı Şuşa rayon ərazisində a parılan döyüş əməliyyatlarında iştirak etmişəm. Həmin dövrdə müasir tələbata cavab verən sənədləşmə işi aparılmır, pərakəndəlik hökm sürürdü. Hər kəs təpədən dırnağa kimi silahlanmış ermənilərə qarşı ov tüfəngləri ilə silahlanaraq döyüşür, müdafiə olunurdular. Özünü müdafiə dəstələrinin qeydə alınması zamanında siyahıların tərtib edilməsi peşəkar hərbi hissələrdə deyil, yerli icra hakimiyyəti orqanında, yəni İcra Hakimiyyətində aparılırdı. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən kənd icra nümayəndəliyinin hadisələrin iştirakçısı və təşkilatçısı kimi verdikləri arayışların şübhə altına alınaraq əsassız və qanunsuz hesab edilməsi qəbul edilən deyildir. İddiaçı bir döyüşçü kimi əlavə hansı sənədi (sənədləri) təqdim edə bilər ki, bu sübut kimi məhkəmə tərəfindən qəbul edilib, hüquqi də yərləndirmə aparılsın. Azərbaycan Respublikası Müdafiə Nazirliyi işlər idarəsi Mərkəzi arxivindən xx.xx.2019-cu il tarixli məktub verilmiş və göstərilmişdir ki, “Şuşa könüllü özünü müdafiə” dəstəsi komandirinin 1988-xx.xx.1991-ci il tarixli nizami hissə üzrə əmrlər” Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Göründüyü kimi heç bir yazılı mənbə aşkar edilməmişdir. Bu isə iddiaçının günahı deyildir. Torpaqların işğal edildiyi, əhalinin öz yurd yuvalarından qovulduğu bir zamanda, vahid hərbi nizam-intizamın, mütəşəkkilliyin olmadığı bir şəraitdə sübut axtarıb tapmaq absurd bir fikirdir. Sübut mənbəyi kimi şahid ifadələrinə istinad edilməməsi də əsassızdır. Apellyasiya məhkəməsinin mövqeyi yalnız mülahizələrə əsaslanır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 17. “Veteranlar haqqında” Qanun: Maddə 3. 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyya tlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

18. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qub adlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının y erinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya ) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətveric i əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkib ində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmət i tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

19. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-2090/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) ilə birgə təsdiq olunmaması səbəbi ilə iddia təmin edilməmişdir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İddiaçının əsas dəlili ondan ibarətdir ki, könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa şəhərinin müdafiəsi uğrunda aparılan döyüşlərdə iştirak etmiş, lakin indiyədək ona müharibə veteranı vəsiqəsi verilməmiş, nəticədə o müharibə veteranları üçün nəzərdə tutulan dövlət müavinətindən məhrum olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, rayonl arın ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əsasında verilir.

26. İddiaçının Şuşa rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi ilə bağlı Şuşa rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahı təqdim edilməmişdir.

27. İddiaçının istinad etdiyi Şuşa rayon İcra Hakimiyyəti başçısının imzaladığı xx xxxx 2019-cu il tarixli arayışda onun x xxxxxx 1988-ci ildən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etməsi Şuşa RİH-in yeni tərtib edilmiş adlı siyahısına istinadla qeyd edilmiş, belə siyahı məhkəmələrə təqdim edilməmiş, siyahının nə vaxt, hansı meyarlar əsasında tərtib edilməsi bildirilməmiş, həmçinin Əsasnamədə qeyd edildiyi kimi, iddiaçının döyüşlərdə iştirakını sübut edən Siyahı ilə birgə təqdim edilməli sənəd məhkəmələrə təqdim edilməmişdir.

28. İş apelyasiya məhkəməsinin icraatında olarkən Şuşa rayon İcra Hakimiyyətinə iddiaçının x xxxxxx 1988-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən Şuşa RİH-in tərtib etdiyi adlı siyahısının, həmin siyahının tərtib edilməsi üçün əsas olmuş sənədlərin və proto kolun təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə sorğu verilmiş, lakin sorğuya cavab olaraq adı çəkilən heç bir sənəd məhkəməyə təqdim olunmamış, yalnız iddiaçıya məxsus əmək kitabçasının surəti təqdim olunmuşdur.

29. Şuşa rayon İcra Hakimiyyətindən apelyasiya məhkəməsi vasitəsilə Ali Məhkəməyə daxil olmuş sənədlərdə yuxarıda adı çəkilən Əsasnamədə qeyd edilən müharibə veteranı adı verilməsi əsas olan sənədlər mövcud olmamışdır.

30. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə tələb olunan sənədlər təqdim edilməlidir və iddiaçıya münasibətdə həmin sübutlar (yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı və döyüşlərdə iştirakı sübut edən sənədlə) təsdiqini tapmadığından şikayətin dəlilləri iddianın təmin edilməsi üçün əsa s ola bilməz.

31. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

32. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-86/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar