Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-204/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1946/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 8 iyun 2021-ci il tarixli **********2424 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən obyektdə 8 iyun 2021-ci il tarixdən 7 iyul 2021ci il tarixədək operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama KY211583917 nömrəsi ilə vahid məlumat reyestrindən qeydiyyatdan keçmişdir. 2. 9 iyun 2021-ci il tarixli, DVX seriyalı 000777 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmə k müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir.
3. Həmin akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli, **********9492 nömrəli qərarı ilə iddiaçı barəsində 6000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli **********9492 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Operativ vergi nəzarətinin başlanması haqqında qərar, yoxlamanın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış və zəruri sənədlərin tələb edilməsi barədə tələbnamə ona vergi nəzarətin başlandığı 8 iyun 2021-ci il tarixdə dərhal deyil, bir gün sonra, yəni 9 iyun 2021-ci il tarixdə təqdim edilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş) və sənədlərin təqdim edilibedilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarətin keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinə baxış keçirilərkən baxış protokolu tərtib edilməmiş və bu zaman foto və (və ya) video çəkilişdən i stifadə edilməmişdir.
6. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. Yoxlama keçirildikdən bir gün sonra, xx.xx.2021-ci il tarixdə iddiaçı X7 ilə əmək müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixdə isə həmin müqaviləyə xitam verilmişdir. Belə ki, tərəflər arasında əmək müqaviləsi iki aydan artıq müddətdə qüvvədə olmuşdur və müqavilənin OVN tədbirindən bir gün sonra bağlanması elə tədbir keçirilən zaman tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu sübut edir. Göründüyü kimi, əslində iddiaçı ilə OVN tədbiri zam anı aşkar edilmiş işçilər arasında əmək münasibətləri mövcud olsa da, vergi ödəyicisi Vergi Məcəlləsinin 13.2.70-ci maddəsində nəzərdə tutulmuş “vergidən yayınma sxemi” tətbiq edərək, heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Həmçinin işçilərin sabit qəbz əsasında fəaliyyət göstərmələri isə vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş imkanlardan sui-istifadə edərək, əslində mövcud olan əmək münasibətlərini pərdələmək və bu yolla vergidən yayınmaq niyyətini həyata keçirdiyinin göstəricisidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, OVN tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüquqlar və məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-1862/2022 n ömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli **********9492 nömrəli qərarı qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.
8. Məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd etmişdir ki, təlim müqaviləsində say və müddətlə bağlı qanunvericiliklə kriteriyanın, eyni zamanda məhdudiyyətin mövcud olmaması vergid ən yayınma üçün ideal vasitəyə çevrilməsinə şərait yaradır. Təbii haldır ki, hazırkı halda təlim-tədris fəaliyyəti ilə əlaqəsi olmayan iddiaçının 2 nəfərə şəxsə münasibətdə iddianın əsası kimi təlimlə bağlı müqaviləyə istinad etməsi həm inandırıcı hesab edilmir, həm də hər iki şəxsin, həm də dövlətin qanuni mənafelərinə xidmət etmir. Bu zaman şəxslərə sertifikatın təqdim edilməsi vəziyyəti iddiaçının xeyrinə dəyişmir. M.Məmmədovun şahid qismində verdiyi ifadədə “Panorama House” restoranında 1 ay müddətində işləyərək təcrübə yığdığını və ayın sonunda sertifikat əldə etdiyini qeyd etsə də, hər nə qədər onun təcrübi fəaliyyətinin “ofisiant” işi üzrə fəaliyyətdən fərqli olması əsaslandırılmağa çalışılsa da məhkəmə əmək funskiyalarının oxşar olması, fərqliliyin isə yeni işçi və köhnə işçi arası nda təcrübə fərqinin olmasının mövcudluğundan irəli gəldiyi qənaətinə gəlir. 1-ci gün işə qəbul olunan şəxsə tapşırılan işlə, təcrübəsi mövcud işçiyə verilən tapşırıqların, sahibkar tərəfindən tələblərin eyniliyindən söhbət gedə bilməz. Təlimə cəlb edilən şəxslər də işə ilk dəfə qəbul edilən şəxslərlə faktiki olaraq bərabər işləri görən şəxslərdir. İddiaçı isə, həmin şəxsləri təlimə cəlb edilməsi əsası ilə müqavilə bağlayaraq faktiki olaraq bir müddət həmin şəxslərlə əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmişdir ki, hazırkı vəziyyətdə 13.2.70-ci maddədə nəzərdə tutulan vergi üstünlüyünün əldə edilməsi məqsədinin mövcudluğu aydın görünür. Göründüyü kimi vergi orqanının məsuliyyət müəyyən edən qərarı həmin iki şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanuni və əsaslı olmuşdur.
9. İddianın təmin olunan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki:
1. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin şəxs onun işçisi olan və həmin şəxslə rəfiqə olan şəxsin yanına şəxsi işinin həlli ilə bağlı gəlmişdir.
2. Vergi orqanının əməkdaşları tərəfindən tərtib edilən aktda həmin şəxsi oranın işçisi olduğunu, lakin izahat verməkdən imtina etdiyi göstərilmişdir. X1 isə məhkəmədə verdiyi ifadəsində iddiaçının işçisi olmadığını, restoranın yerləşdiyi ərazidə olan yaşayış sahəsində yaşayan şəxs kimi həmin restoran və digər obyekt və şəxslərə fərdi qaydada süd məhsullarını satan şəxs olduğunu bildirmişdir. Vergi orqanı əməkdaşları gələrkən də süd məhsullarının özünə məxsus ləvazimatdan restoranın mətbəxinə boşaldılaraq ləvazimatın geri təhvil alınmasında iştirak etdiyini, mətbəxə daxil olarkən mətbəxdə gigiyenik qaydalara uyğun geyimdə görülməsi səbəbindən onun işçi olması barədə fikir formalaşdığını qeyd etdi. İddiaçı da həmin ifadəyə uyğun izahat verərək işçisi olduğu şəxsin rəfiqəsi kimi tanıdığı M.Əliyevadan süd məhsulları aldığını, həmin məhsulların boşaldılması ilə bağlı mətbəxə giriş qaydalarına uyğun olaraq geyim formasına uyğun olaraq mətbəxə buraxıldığını həmin vaxt vergi orqanı əməkdaşlarının yoxlama üçün obyektə daxil olduğunu qeyd etmişdir. Məhkəmə, qeyd etmişdir ki, şahid M.Əliyeva tərəfindən verilmiş şahid ifadəsi inandırıcıdır və qərarın həmin hissədə qiymətləndirilməsində əsaslı sübut növü kimi dəyərləndirilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən – iddianın təmin edilməsi hissəsində ləğv ed ilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1946/2022 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və X.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(112)-1862/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi X4 şahid qismində məhkəmə iclasına dəvət edərək, ifadəsini dinləmişdir. Məhkəmə iclasında iştirak edən X1 birinci instansiya məhkəməsində verdiyi ifadəyə oxşar ifadə verərək, bildirmişdir ki, o iddiaçının restoranında əmək fəaliyyəti ilə məşğul olmur. Restoranın yerləşdiyi ərazidə olan yaşayış sahəsində yaşayan şəxs kimi həmin restoran və digər obyektlərə fərdi qaydada süd məhsullarını satır. Tanışı günün birinci yarısı İmişli rayonundan süd-qatıq gətirir, o da həmin məhsulları götürüb sifariş aldığı şəxslərə paylayır. Həmin restoranda işləyən şəxs onun tanışıdır. Onun vasitəsilə restorana süd-qatıq məhsulları gətirir. Vergi orqanının əməkdaşları gələn zaman restorana süd-qatıq gətirmişdi və mətbəxdə qablara boşaldırdı ki, özü ilə gətirdiyi qabları aparsın. Mətbəxdə olduğu üçün də təmizliyə riayət etmək üçün restoran sahibinin tapşırığı ilə başına bone taxmışdı. Buna görə də vergi orqanının əməkdaşları onu həmin restoranın işçisi zənn ediblər.
13. Apellyasiya məhkəməsi, elektron alış aktlarının uçot-baza məlumatlarında aşkar edilməməsi ilə bağlı dəlilə cavab olaraq qeyd etmişdi ki, alış aktının təqdim edilməməsi M.Əliyeva tərəfindən rayondan gətirilən süd-qatıq məhsullarının satışının həyata keçirilməsini şübhə altına almaq üçün əsas deyildir. Reallıqda bu cür fəaliyyətlə məşğul olan, bu cür işlə dolanacaq əldə edən onlarla şəxslər mövcuddur. Alış aktlarının mövcud olmaması və ya əvvəllər M.Əliyevanın başqa yerlərdə aşpaz kimi fəaliyyət göstərməsi birmənalı olaraq onun iddiaçının işçisi olması nəticəsinə gəlmək üçün kifayət deyildir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının ər izəsində qeyd etdiyi X3 operativ vergi nəzarəti tədbiri zamanı obyektdə olma səbəbi ilə daha sonra məhkəmədə verilən izahatlar tamamilə bir-birinə zidd olsa da məhkəmə sadəcə M.Əliyevanın ifadələrini əsas götürərək yekun qərar qəbul etmişdir. Əgər iddiaçının və X3 verdiyi izahata uyğun olaraq həmin şəxs süd məhsullarının satışı ilə məşğul olan şəxs olsaydı, bu zaman ilk növbədə vergi orqanında uçota durmalı idi. X2 vergi ödəyicisi kimi vergi orqanında uçota alınmamışdır. Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən Əliyeva Mahirədən süd məhsulu alınmasını özündə əks etdirən elektron alış aktı vergi orqanının uçot-baza məlumatlarında aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Əliyeva Mahirədən mal alındığını, ona ödəniş edildiyini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmam ışdır.
16. Cavabdeh hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Vergi Məcəlləsi Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilə n və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi o lduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmaları na görə maliyyə sanksiyaları … 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələ şdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
19. İnzibati Prosessual Məcəllə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şər tlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiy a mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pr edmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaların a görə apellyasiya məhkəməsi operativ vergi nəzarətinin nəticəsi olaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın əsaslığı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. X4 apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı zamanı verdiyi izahatında bildirmişdir ki, o iddiaçının restoranında əmək fəaliyyəti ilə məşğul o lmur, həmin restoran və digər obyektlərə fərdi qaydada süd məhsullarını satır. Ondan heç kəs izahat istəməyib, şəxsiyyət vəsiqəsi də üzərində olmayıb, sadəcə ad, soyadını soruşublar.
29. Cavabdeh kassasiya şikayətində isə iddiaçı tərəfindən Əliyeva Mahirədən süd məhsulu alınmasını özündə əks etdirən elektron alış aktı vergi orqanının uçot-baza məlumatlarında aşkar edilməməsini və M.Əliyevanın əvvəllər aşpaz kimi işləməsini qeyd etmişdir.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq alış aktının təqdim edilməməsi M.Əliyeva tərəfindən rayondan gətirilən süd-qatıq məhsullarının satışının həyata keçirilməsini şübhə altına almaq üçün əsas olmamasını bildirmiş, alış aktlarının mövcud olmaması və ya əvvəllər M.Əliyevanın başqa yerlərdə aşpaz kimi fəaliyyə t göstərməsi birmənalı olaraq onun iddiaçının işçisi olması nəticəsinə gəlmək üçün kifayət olmaması qənaətinə gəlmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
33. Beləliklə cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 21(103)-1946/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxa rıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1946/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.