Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-204/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlüyü, hüquqi marağın aradan qalxması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-472/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəmkir rayonu X22 08 fevral 2019-cu il tarixli, 03 saylı iclas protokolu ilə bələdiyyə mülkiyyətindəki alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmış, bələdiyyə ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinın ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları 30 may 2019-cu il tarixdə, ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Şəmkir rayonu X22 03 iyun 2019-cu il tarixli, 06 nömrəli protokolu ilə DƏDRX-də X22 mülkiyyəti kimi 30 may 2019-cu il tarixdə **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1200 kv metr torpaq sahəsi ilkin satış qiyməti 900 manata Aşağı Çaykənd sakini X4 qərara alınmış, 10 iyun 2019-cu il tarixdə Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi X6, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 14 iyun 2019-cu il tarixli çıxarışla Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi X11 xü susi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
3. İddiaçı cavabdeh Şəmkir rayon X15rşı məhkəməyə müraciət edərək Şəmkir rayon Yeni Göyçə X1 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
4. Gəncə İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 nömrəli qərarı ilə X13 0.12 ha torpaq sahəsinin satılması barədə Şəmkir rayon X22 xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-10/2022 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)- 1599/2019 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)1219/2022 nömrəli qərarı ilə apelya siya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
5. Şəmkir rayon Yeni Göyçə X1 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı Şəmkir rayonu X30 iclasının 15 nömrəli, xx.xx.2022ci il tarixli protokolu ilə ləğv edilmişdir.
6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək X11 adına verilmiş xx.xx.2019-cu il ********** saylı çıxarışın və planın ləğv edilməsini xahiş etmiş, cavabdeh 28 sentyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Şəmkir rayonu, Yeni Göyçə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair X11 adına verilm iş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması onların səlahiyyətləri xaricindədir. Həmin çıxarışın ləğv edilməsi üçün yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Şəmkir rayonu X18 və X13 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Göycə Bələdiyyəsi ilə Şəmkir rayonunun Aşağı Çaykənd kənd sakini X20 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin və cavabdeh Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə Şəmkir rayonu Aşağı Çaykənd kəndi X11 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı planın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kənd sakini olan iddiaçının atası X9 və Şamxor (indiki Şəmkir) rayonu Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini X10 tərəfindən Ermənistan SSR Gölkənd kənd İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş dəyişdirmə müqaviləsi bağlanmış, həmçinin başqa şəxslərlə müqavilə bağlamayacaqlarına zəmanət vermişlər. Həmin mü qavilə əsasında Əlixan İsgəndərov tərəfindən öz əmlakı üç otaqlı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə qarşı tərəfə verilmiş və həmin əsasla da faktiki mübahisəli iki otaqlı evə və 0,18 ha torpaq sahəsinə sahib olmuşdur. Daha sonra X3 ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüş, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə nəzarət X21 həvalə edilmişdir. 2018ci ildə X9 həmin fərdi evin və torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin X27 heç bir sənədə əsaslanmadan torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ona məxsus olmasını bildirərək ölçmə işlərinin aparılmasına icazə verməmişdir.
9. Bundan sonra X9 “dəyişmə müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsində ölçmə işlərinin aparılmasına X27 tərəfindən yara dılan maneələrin aradan qaldırılması” tələbi ilə məhkəmədə iddia qaldırmış, Ədalət Əsədov tərəfindən də heç bir hüququ əsası olmadığı halda “dəyişmə müqaviləsinin ləğv edilməsinə dair” qarşılıqlı iddia verilmişdir. Məhkəmə baxışı müddətində Əlixan İsgəndərov öldüyündən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-542/2019 saylı qərardadı ilə hazırki iş üzrə iddiaçı mərhum atası X7 hüquqi varisi kimi tanınmışdır. Qaldırılmış iddiaya Şəmkir Rayon Məhkəməsində X16 iştirakı ilə baxılaraq xx.xx.1988-ci il tarixdə Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndinin sakini X9 ilə Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini olmuş X10 arasında bağlanmış, “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nöm rəsində onun adına olan, Şamxor rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndində 0,18 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ilə X7 adına olmuş Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin dəyişdirilməsi müqaviləsinin” bağlanmış hesab edilməsi və “mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə cavabdeh X27 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına” dair xx.xx.2019-cu il tarixdə 2(076)-542/2019 saylı qətnamə qəbul edilmişdir. Lakin buna baxmayaraq X27 bələdiyyə sədri X28 ilə əlaqəyə girərək, qətnamə qəbul edildikdən 16 gün sonra, xx.xx.2019-cu il tarixdə iddiaçının həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsini başqa kənddə yaşayan Ədalət Əsədovun qudası olan X5 dair AN-İ N ******* saylı müqavilə bağlamışdır. Məhkəmə mübahisəsi getməsinə baxmayaraq alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı plan verilmişdir. Bununla bağlı olaraq iddiaçı Şəmkir rayon Yeni Göycə X1 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli 03 saylı qərarın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(083)-1599/2019 saylı qərarına əsasən Şəmkir rayon Yeni Göycə X1 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. Gəncə İnzibat-İqtisadi Məhkəməsinin qərarından ca vabdeh Şəmkir rayon X31 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(104)-10-2022/2022 saylı qərarına əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(104)-10-2022/2022 saylı qərarından Şəmkir rayon X31 və X20 tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1219/2022 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Şəmkir rayon Yeni Göycə X1 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2019-cu il tarixli 03 saylı qərarı ləğv edildiyindən bu barədə olan xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləs i” və həmin alqı-satqı müqaviləsinə əsasən X11 adına DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və AN 399020 saylı plan da ləğv edilməlidir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh müraciəti təmin etməyərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
10. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Şəmkir rayonu, X14 cavabdeh siyahısından, Şəmkir rayon 1 saylı Notariat Ofisinin maraqlı tərəf siyahısından çıxarılmasını, X11 3-cü şəxs qismində qeyd olunmasını, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydin ləğv olunması barədə qərar çıxarılmasını xahiş et mişdir.
11. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3182/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
12. Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Şəmkir rayonu, Yeni Göyçə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair X11 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğuna görə İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. İddia ərizəsinin əsaslı olduğunu nəzərə alaraq yekun qərar verildiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun icrasına baxılacaqdır.
13. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-493/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı il ə X20 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-493/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarı ilə (hakim X29) iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə X11 adına qeydiyyata alınmış qeydin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qeydin aparılmasının əsasını Şəmkir rayon X22 xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı təşkil etmişdir. Hazırda isə bələdiyyənin həmin qərarı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(083)-1599/2019 nömrəli qərar ı ilə ləğv edilmiş, sözügedən məhkəmə qərarı isə qanuni qüvvəsini almışdır. Odur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(083)-1599/2019 nömrəli qərarı ilə ləğv edilmiş bələdiyyə qərarı əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilməlidir. Beləliklə, Şəmkir rayon X22 xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsinə dair üçüncü şəxs X11 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur.
16. Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-472/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər X12 /məruzəçi/, X17 və X33) üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 21(114)-493/2023 saylı, 14 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin əsası kimi qeyd etdiyi Şəmkir rayon X22 xx.xx.2019-cu il tarixli 3 saylı qərarı üçüncü şəxsin xeyrinə müvafiq çıxarışın verilməsinə əsas olmamış və həmin qərarla torpaq sahəsi üçüncü şəxsə satılmamışdır. Odur ki, hüquqların qeydə alınmasına əsas olan inzibati akt hazırda qüvvədə olduğundan iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
19. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, Şəmkir rayon X22 xx.xx.2019-cu il tarixli, 03 saylı qərarı ilə bələdiyyə mülkiyyətindəki, alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və bələdiyyə ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra 03 iyun 2019-cu il tarixli 06 nömrəli protokol qəbul edilmiş və 1200 kv metr torpaq sahəsi həyətyanı məqsədi ilə satılması üçün ilkin satış qiyməti 900 manata Aşağı Çaykənd sakini X4 qərara alın mışdır.
21. Gəncə Apellyasiya Məhkəməsinin inzibati kollegiyası əsassız olaraq bu qənaətə gəlmişdir ki, hüquqların qeydə alınmasına əsas olan inzibati akt hazırda qüvvədə olduğundan iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Halbuki, Şəmkir rayonu, X22 15 nömrəli xx.xx.2022-ci il tarixli protokoluna əsasən X13 0,12 ha həyətyanı torpaq sahəsinin satılması barədə 08 fevral 2019-cu il tarixli 03 nömrəli protokolu və xx.xx.2019cu il tarixli 06 saylı protokolun satış qərarı ləğv edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüqu qların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələ ni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının hə min iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub- pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etməd iyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmas ının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icra at... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasi ya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. X35 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, şikayət əsassız o lduğundan təmin edilə, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilə bilməz.
31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
32. Belə ki, iş materiallarında olan sənədləri xronoloji ardıcıllıqla sadaladıqda belə bir mənzərə ortalığa çıxır: xx.xx.2019-cu il- Şəmkir rayonu X30 03 saylı iclas protokolu ilə bələdiyyə mülkiyyətindəki alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmış, bələdiyyə ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinın ayrılması qərara alınmışdır. 30.05.2019-cu il-həmin torpaq sahəsi üzərin də bələdiyyənin mülkiyyət hüquqları ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il-Şəmkir rayonu X22 06 nömrəli protokolu ilə DƏDRX-də X22 mülkiyyəti kimi **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1200 kv metr torpaq sahəsi ilkin satış qiyməti 900 manata Aşağı Çaykənd sakini X4 qərara alınmışdır. xx.xx.2019-cu il-Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi X2. xx.xx.2019-cu il-hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla Şəmkir rayonu Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi X11 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. 16.06.2022-ci il-qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında Şəmkir rayonu X22 08 fevral 2019-cu il tarixli, 03 saylı protokol-qərarı ləğv edilmişdir.
33. Hazırki işdə iddiaçının hüquqi marağı üçüncü şəxsin adına verilmiş 14 iyun 2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə yönəlmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Şəmkir rayonu X22 ləğv edilmiş 08 fevral 2019-cu il tarixli, 03 saylı protokol-qərarı ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16 və 17-ci bəndinə əsasən bələdiyyə mülkiyyətindəki alqı-satqı və icarə predmeti olan torpaq sahələrinin müsabiqə və ya bələdiyyə qərarı ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və bələdiyyə ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinın ayrılması qərara alınmışdır.
35. Mübahisə p redmeti olan xx.xx.2019-cu il tarixli çıxarış xx.xx.2019-cu il tarixli 3 nömrəli protokol qərarı əsasında qəbul edilməmişdir.
36. İddiaçının mübahisə açdığı xx.xx.2019-cu il tarixli (hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair) çıxarışın verilməsinin əsası Şəmkir rayonu X22 xx.xx.2019-cu il tarixli 06 nömrəli protokol qərarı ilə olmuşdur.
37. İş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarının bələdiyyənin özü tərəfindən ləğv olunması barədə xx.xx.2023-cü il tarixli qərarı, mübahisə olunan 0,12 ha torpaq sahəsinə cavabdeh tərəfindən iddiaçının arvadının adına xx.xx.2023-cü il tarixdə hüququn qeydə alınması barədə çıxarışı, həmçinin mübahisə olunan torpaq sahəsi üzərində fərdi yaşayış evinə hüququn ölmüş şəx sə (iddiaçının atasına) məxsus olmasına və 0,12 ha torpaq sahəsinə iddiaçının arvadı X8 xüsusi mülkiyyət hüququnun qeydə alınmasına dair 21 noyabr 2023cü il tarixli çıxarışı, sonra isə 0,12 ha torpaq sahəsinə iddiaçının arvadı X8, həmin torpaq sahəsi üzərində yerləşən 127,80 kv.m fərdi yaşayış evinə isə iddiaçının özünün adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair 26 dekabr 2023-cü il tarixli çıxarışı məhkəmə kollegiyasına təqdim etmişdir. Həmin sənədlərin təhlili onu deməyə əsas verir ki, hazırkı iddia ilə bağlı iddiaçı arzuladığı hüquqi nəticəyə, yəni Ş.Tağıyevanın adına qeydə alınmış 14 iyun 2019-cu il tarixli hüququn ləğvinə nail olduğundan onun hüquqi marağı mövcud olmamışdır.
38. Belə ki, iddia tələbi üçüncü şəxs Ş.Tağıyevanın adına 0,12 ha torpaq sahəsinə daşınmaz ə mlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlıdır. Cavabdehin tərtib etdiyi sonuncu-26 dekabr 2023-cü il tarixli çıxarışa görə həmin torpaq sahəsinə hüquq cavabdeh tərəfindən iddiaçının arvadının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu o deməkdir ki, mübahisə olunan 0,12 ha torpaq sahəsinə əvvəlki hüquq, yəni üçüncü şəxs Ş.Tağıyevanın adına 14 iyun 2019-cu il tarixdə qeydə alınmış hüquq əhəmiyyətini itirmişdir. Ali Məhkəmə tərəfindən mübahisəyə baxılan zaman daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Ş.Tağıyevanın adına Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsinə hüququn qeydiyyatı mövcud olmamışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm də arzuladığı məqsədə çatdığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Resp ublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 6.2-ci bəndinə görə iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 40 Yəni iddianın mümkünlüyü həm də hazırkı halda iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir.
41. Beləliklə, yuxarıda bəhs olunanlara əsasən işin hazırkı vəziyyətində iddia mümkünlük şərtlərinə cavab vermədiyindən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-472/2023 saylı iş üzrə 16 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.