Məhkəmə qərarları › İş №2-1(102)-2040/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2040/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2040/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair çıxarış və kadastr planının verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və kadastr planının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-996/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. ünvan 1 ünvanına dair xx.xx.2014-cü il tarixdə texniki pasport tərtib edilmişdir.

2. İddiaçı xx.xx.2018-ci il tarixində ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2018-ci il tarixli **********03 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını bel ə əsaslandırmışdır ki, iddiaçı müraciətində qeyd etdiyi torpaq sahəsi ilə bağlı qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Həmçinin bildirilmişdir ki, ərizəyə əlavə edilmiş 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-4651/2013 saylı qərarı, ********** nömrə ilə icra olunaraq X1 adına müvafiq fərdi yaşayış evinə dair reyestrdən çıxarış verilmişdir. Lakin, qərar ilə müvafiq ünvanda yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı idarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 mər təbəli, 4 otaqdan ibarət ümumi sahəsi 181.2 m2 olan mənzilinə dair torpaq sahəsinə çıxarış və kadastrın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 4 otaqdan ibarət ümumi sahəsi 181.2 m2 olan mənzil onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan mənzilin altında yerləşən torpaq sahəsi isə qanunvericiliyin tələbinə əsasən qeyd-şərtsiz onun mülkiyyətinə verilməlidir. Cavabdeh isə bundan imtina edərək iddiaçının hüquqlarını pozmuşdur.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 4 ünvanda yerləşən 0,11 ha torpaq sahəsinə dair reyetrdən çıxarışın və kadastr planının verilməsinin cavabdehə həvalə ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-71/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim – A.A.Abdullayeva) iddianın rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, Ünvan 1 ünvanındakı fərdi yaşayış evi mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olsa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər-hansı bir hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. İddiaçı ona məxsus torpaq sahəsinin bir hissəsinin ünvan 5 ünvanına dair 1973-cü il tarixdə tərtib edilmiş texniki pasportda öz əksini tapdığını iddia etsə də, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 6 ünvanda yerləşən, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən ididaçının faktiki istifadəsində olan 0.11 ha torpaq sahəsinin bir hissəsi 1973-cü il tarixli texniki pasportda öz əksini tapmamışdır. Bu səbəbdən də, iddiaçının hazırki tələbi əsassızdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-996/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 71/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı xx.xx.2020-ci il tarixində iddiaçıya təqdim edilmişdir.

13. Məhkəmə qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-996/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilm işdir ki, inzibati orqanın vaxtında torpaq sahəsinə dair hüdudları müəyyən etməməsi və ona təqdim etməməsi iddiaçının təqsiri deyil və bu hal onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Mübahisəli torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olsa da, məhkəmə bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılması nın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

18. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət q eydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.”

20. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

21. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddiaçının kassasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsinin faktiki olaraq onun istifadəsində olmasına istinad edərək cavabdehin imtinasının qanunsuz olduğunu qeyd etmişdir.

26. İddiaçının bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin uzun müddət iddiaçının istifadəsində, əvvəllər isə onun atasına məxsus olması bu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ki fayət etmir. Bunun üçün normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə əhəmiyyəti kəsb edən sübutlar təqdim olunmalıdır ki, iddiaçı da belə sənədlərə malik deyil.

27. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində müəyyən edilən, həmçinin, eyni Qanunun 8.0.8ci maddəsində nəzərdə tutulan, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak ob yektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir

28. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 20-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəs i həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh sözügedən torpaq sahəsinin dövlət reyestrindən çıxarışın və kadastr planın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

30. Beləliklə, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-996/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar