Məhkəmə qərarları › İş №2-1(102)-2040/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2040/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2040/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qərarda düzəliş edilməsi barədə qərardadın mübahisələndirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Sadıxova Nərminə Akif qızı və X15) “uyğunsuzluq a radan qaldırılmaqla naturada qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, bu barədə çıxarışın və planölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-85/2022 nömrəli qərardadından üçüncü şəxs Sadıxova Nərminə Akif qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 15 may 2017 -ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X1 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzo vna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə, dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: X7) 24 may 2018-ci il tarixli, 2-1(82)-92/2018 nömrəli qərarı ilə təmin edilmiş, X1 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, naturada qeyd olunan həmin bağ sahəsi üzərində yaranmış mülkiyyət hüququnun onun adına daşınmaz əmlakı n dövlət reyestrində qeydə alınması, bu barədə, dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X11) 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-64/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində biri nci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X12) 25 dekabr 2019-cu il tarixli, 2-1(102)-3552/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X8 və X3) 5 avqust 2020-ci il tarixli, 2-1(103)-1055/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

8. İddiaçı həmin qərar dan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. e. kassasiya instansiyası məhkəməsində ikinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X4) 11 noyabr 2020ci il tarixli, 2-1(103)-2013/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ə. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X27 (sədrlik edən və məruzəçi), X2 və X9) 1 iyul 2022-ci il tarixli, 2-1(103)-85/2022 nömrəli qəra rı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, X1 və İstismarı Birliyi tərəfindən 13 iyul 2004-cü il tarixli, 13794 nömrəli müqavilə əsasında Buzovna ərazisində ayrılmış 333a nömrəli bağ sahəsinin nömrəsindəki uyğunsuzluq aradan qaldırılmaqla, həmin bağ sahəsinin 914 kv.m hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə, dövlət reyestrindən çıxarış və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Üçüncü şəxs Sadıxova Nərminə Akif qızı qərard a düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında “Həmçinin, məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi izahatında bildirmişdir ki, onların mülkiyyətində olan 332M saylı bağ sahəsidir, mübahisəli olan və İddiaçı tərəfindən tələb edilən torpaq sahəsinin Sadıxova Nərminə Akif qızına aidiyyəti yoxdur. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində Buzovna qəsəbəsində 333A saylı bağ sahəsi yoxdur, belə ki, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 noyabr 2018-ci il tarixli 2(003)-2/2018 saylı qətnaməsinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12 fevral 2019-cu il tarixli **********62 saylı məktubuna əsasən, 333A saylı bağ sahəsinə dair veril miş çıxarış ləğv edilmişdir. İddiaçının tələb etdiyi mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə Sadıxova Nərminə Akif qızının mülkiyyətində olan Buzovna qəsəbəsi 332M saylı ünvandakı torpaq sahəsi üst-üstə düşmür” kimi müvafiq qeydlər aparılması və məhkəmə qərarına bu barədə düzəlişlərin edilməsini xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, qərarın mətnində, təsviri və əsaslandırıcı hissələrində aydın olmayan məqamların və yanlışlıqların olması aşkar edilmişdir. Belə ki, məhkəmə qərarının 9-cu səhifəsində 2-ci abzasda göstərilmişdir ki, “Həmçinin, məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi izahatında bildirmişdir ki, onların mülkiyyətində olan 332M saylı bağ sahəsidir, onlara heç vaxt aidiyyəti olmamışdır. 333A saylı Bağ sahəsi y oxdur, iddiaçının torpaq sahəsi ilə onların torpaq sahəsi üst-üstə düşmür”. Qərarın mətnində aydın olmayan məqamların və yanlışlıqların aradan qaldırılması üçün aşağıdakılar qərara daxil edilməlidir: “Həmçinin, məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi izahatında bildirmişdir ki, onların mülkiyyətində olan 332M saylı bağ sahəsidir, mübahisəli olan və İddiaçı tərəfindən tələb edilən torpaq sahəsinin Sadıxova Nərminə Akif qızına aidiyyəti yoxdur. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində Buzovna qəsəbəsində 333A saylı bağ sahəsi yoxdur, belə ki, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 noyabr 2018-ci il tarixli 2(003)-2/2018 saylı qətnaməsinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12 fevral 2019-cu il tarixli **********62 saylı mək tubuna əsasən, 333A saylı bağ sahəsinə dair verilmiş çıxarış ləğv edilmişdir. İddiaçının tələb etdiyi mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə Sadıxova Nərminə Akif qızının mülkiyyətində olan Buzovna qəsəbəsi 332M saylı ünvandakı torpaq sahəsi üst-üstə düşmür”.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-85/2022 nömrəli qərardadı ilə üçüncü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi Vəkil3 Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-85/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında düzəlişlər edilməsi barədə ərizəsi təmin edilməmişdir.

15. Üçüncü şəxs Sadıxova Nərminə Akif qızı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərarının 9-cu səhifəsində 2-ci abzasda göstərilmişdir ki, "Həmçinin, məhkəmə iclasında iştirak etmiş 3-cii şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi izahatında bildirmişdir ki, onlarda 333M saylı bağ sahəsidir, onlara heç vaxt aidiyyəti olmayıb. 333A saylı bağ sahəsi yoxdur, iddiaçının torpaq sahəsi ilə onların torpaq sahəsi üst-üstə düşmür". Üçüncü şəxs Sadıxova Nərminə Akif qızının mülkiyyətində olan Buzovna qəsəbəsində yerləşən bağ sahəsinin nömrəsi 332M saylıdır. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da iş materiallarına əlavə edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarında üçüncü şəxsin mülkiyyətində olan b ağ sahəsinin nömrəsi yanlış olaraq 333M göstərilmişdir. Bu da məhkəmə qərarında açıq-aşkar yanlışlığın olduğunu təsdiq etmiş olur. Həmin ifadələr məhkəmə qərarında bu formada əks olunmalıdır: "Həmçinin, məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Sadıxova Nərminə Akif qızının nümayəndəsi izahatında bildirmişdir ki, onların mülkiyyətində olan 332M saylı bağ sahəsidir, mübahisəli olan və İddiaçı tərəfindən tələb edilən torpaq sahəsinin Sadıxova Nərminə Akif qızına aidiyyəti yoxdur. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində Buzovna qəsəbəsində 333A saylı bağ sahəsi yoxdur, belə ki, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 noyabr 2018-ci il tarixli 2(003)-2l2018 saylı qətnaməsinə və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 12 fevral 2019-cu il tarixli **********62 saylı məktubuna əsas ən, 333A saylı bağ sahəsinə dair verilmiş çıxarış ləğv edilmişdir. İddiaçının tələb etdiyi mübahisə predmetini təşkil edən torpaq sahəsi ilə Sadıxova Nərminə Akif qızının mülkiyyətində olan Buzovna qəsəbəsi 332M saylı ünvandakı torpaq sahəsi üst-üstə düşmür." Belə ki, qeyd edilən hallarla bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir, bununla bağlı ətraflı izahat üçüncü şəxsin nümayəndəsi tələfindən məhkəmə araşdırması zamanı verilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Tərəflər və üçüncü şəxslər kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

76. Məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etmək vəzifəsi 76.1. Məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlış lıqları düzəltməyə borcludur. 76.2. Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 76.3. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır. Maddə

77. Ərizə əsasında məhkəmə qərarının mətnində düzəliş edilməsi 77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. 77.2. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. 77.3. Qərardad yalnız məhkəmə qərarının qəbul edilməsində iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilir. Hakimlərdən birinin səsvermədə iştirak etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik edən hakimin səsi həlledici sayılır. 77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq qeyd aparılmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.

24. Üçüncü şəxsin ərizəsindən görünür ki, onun istədiyi məhkəmə qərarında olan hər hansı yanlışlığın düzəldilməsi deyil, sadəcə olaraq, məhkəmə qərarında qeyd edilən halın onun istəyinə uyğun formada yazılmasından ibarətdir. Bu isə İnzibati Prosessual Məcəllə ilə nəzərdə tutulmuş yanlışlığın düzəldilməsi halına uyğun olmadığından, ərizənin təmin edilməsi üçün də əsaslar mövcud deyil.

25. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Sadıxova Nərminə Akif qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(103)-85/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar