Məhkəmə qərarları › İş №2-1(102)-2040/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2040/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2040/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi (alqı-satqı müqaviləsi ləğv edilmişdir)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “Qusar rayon Notariat Kontorunda 4Ə835 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-152/2023 nömrəli, 05 may 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 05/2 nömrəli qərarı ilə X8, X4, X5 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,49 ha torpaq sahəsi ayrılmışdır.

2. X9 ilə İddiaçı arasında notarial qaydada bağlanılmış 08 iyun 2006-cı il tarixli alqısatqı müqaviləsindən görünür ki, X3 rayonu, Minaxur kəndi ərazisində yerləşən 1,42 ha torpaq sahəsini iddiaçıya satmışdır. 3. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 və ailə üzvləri tərəfindən verilmiş etibarnamə əsasında X7 tərəfindən həmin torpaq sahəsi eyni dövlət aktı əsasında "xxxx" MMC-yə satılmışdır.

4. İddiaçı X2 və qeyrilərinə qarşı 17 may 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 12 noyabr 2020-ci il tarixli, 2(029)-801/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 17 may 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli q ətnaməsi ilə təmin edilməmiş, Qusar rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(029)801/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, 1,4259 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. İddiaçı üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 10 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, Qusar rayonu, Minaxur kəndində yerləşən 1,42 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğvi ancaq məhkəmə qərarı ilə mümkündür. Qusar rayon Məhkəməsinin qətnaməsi ilə üçüncü şəxsin mülkiyyət hüquqları deyil, alqı-satqı müqaviləsi ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayon Notariat Kontorunda 4Ə-835 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Notariat Kontorunda bağlanmış, reyestrdə 4Ə-835 nömrə ilə qey d edilmiş AN-10702208 nömrəli, 17 may 2018ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)801/2020 nömrəli qətnaməsi ilə AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Odur ki, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göründüyü kimi, çıxarış alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq verilmişdir. Həmin müqavilə isə məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(029)801/2020 nömrəli qətnaməsi ilə etibarsız hesab olunmuşdur.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətinin təmi n olunmasdından imtinanın dəlilləri ilə eynilik təşkil edir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, Qusar rayon Notariat Kontorunda 4Ə-835 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsi məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir. Bu səbəbdən iddiaçı həmin çıxarışın lə ğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 10 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən çıxarışın ləğv edilməsindən cavabdehin imtinası əsassız olmuşdur.

12. Belə ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir. Cavabdeh inzibati orqan reyestrdə aparılmış qeydin düzgün olmadığını bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Sözügedən torpaq sahəsi üzərində qeydiyyatın əsasını alqı-satqı müqaviləsi təşkil etmişdir ki, həmin müqavilə də Qusar rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmişdir. Alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və daşınmaz əmlakın d övlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə, sözügedən ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alqı-satqı müqaviləsinə münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Artıq çıxarışın verilməsinə əsas olan sənədin hər hansı bir hüquqi qüvvəsi olmadığından, etibarsız hesab edildiyindən onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir.

13. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkə məyə müraciət edərək, Qusar rayon Notariat Kontorunda 4Ə-835 nömrə ilə qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş "xxxx" MMC mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli çıxarışı xx.xx.2022-ci il tarixli, 4ə-1196 nömrəli alqısatqı müqaviləsi əsasında əldə etdiyini bildirmişdir. Həmin alqı-satqı müqaviləsi üzrə də cəmiyyətin hüquqları tanınmışdır, vicdanlı alıcıdır. Belə olan halda, birinci instansiya məhkəmə sinin qərarı tamamilə əsassızdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-152/2023 nömrəli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1495/2022 nömrəli qərarı dəyişdirilmiş, Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.

17. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçı ilkin tələbində "xxxx" MMC-nin adına verilmiş çıxarışın nömrə və tarixini qeyd etməmiş, birinci instansiya məhkəməsinə təqdim etdiyi tələbin dəqiqləşdirilməsinə dair ərizəsində isə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmiş və məhkəmə tərəfindən də məhz həmin çıxarışın ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə əsasən cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsindən etibarsız hesab edilmiş 17 may 2018-ci il tarixli, 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına verilmiş da şınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim olunması tələb olunmuş, cavabdehin nümayəndəsi məhkəmə iclasında "xxxx" MMC-nin adına 73,67 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı təqdim edərək həm etibarsız hesab edilmiş 17 may 2018-ci il tarixli 4Ə-835 reyestr nömrəli alqı-satqı müqaviləsi, həm də təqdim edilmiş digər hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxs "xxxx" MMC-nin adına məhz bu çıxarışın verildiyini bildirmişdir.

18. Qeyd edilən halla əlaqədar kollegiya tərəfindən iddiaçıya yardım edilmiş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Qusar rayon Notariat Kontorunda 4Ə-835 sayla qeyd edilmiş AN-İ ******* nömrəli, 17 may 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın 1,42 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul olunmasını məqsədəuyğun hesab etmişdir.

19. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərar ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cəmiyyət birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir.

21. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilmiş xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olan sənəd həmin alqı-satqı müqaviləsi deyil, başqa sənəddir. Apellyasiya instansiya məhkəməsi isə həmin səhvə formal yanaşmış və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən qərar qəbul etmişdir. Çıxarışların eyni torpaq sahələrinə aid olub-olmaması araşdırılmamış, tələbin yönəldildiyi torpaq sahəsi aydınlaşdırılmamış, ekspertiza təyin edilməmişdir.

22. Eyni zamanda, cəmiyyət vicdanlı alıcı olduğu üçün onun mülkiyyət hüquqlarına xitam verilə bilməz. Qeydiyyat toxunulmaz olmaqla, etibarlı hesab olunur. Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri... “İnzi bati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat ç ərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə gö rə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırı lması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin ayrı-ayrı dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. Bu qərarın 24-cü bəndində istinad olunan normada daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hüquqmüəyyənedici sənəd qismində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

33. Hazırkı mübahisəyə münasibətdə 3-cü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüququ da cavabdeh tərəfindən məhz müqavilə əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində hüququ n dövlət qeydiyyatı həmin müqavilə-hüquqmüəyyənedici sənəd qüvvədə və etibarlı olduğu müddət ərzində həqiqi və etibarlıdır.

34. Lakin baxılan işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 3-cü şəxsin hüququnun dövlət qeydiyyatına alınmasının əsasında duran həmin müqavilə iş üzrə iddiaçının tələbi ilə Qusar rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(029)-801/2020 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

35. Göründüyü kimi, 3-cü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənəd artıq hüquqi qüvvəsini itirmişdir, yəni qeydiyyatın hüquqi əsası arada n qalxdığından həmin sənəd əsasında aparılmış qeydiyyat və qeydiyyata dair çıxarış da ləğv olunmalıdır.

36. Bununla bağlı nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsinə üçüncü şəxsin mülkiyyət hüququ alqı-satqı müqaviləsinə əsasən yaranmışdır və Qusar rayon Məhkəməsinin qətnaməsi ilə qeyd olunan müqavilənin etibarsız sayılması həmin müqavilənin bağlandığı andan bütün hüquqi nəticələrin etibarsızığına səbəb olur. Belə hallarda hüquqmüəyyənedici sənədin hüquqi qüvvəsini itirdiyini və etibarsızlığını təsdiq edən müvafiq sənədin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın və müvafiq çıxarışın ləğvi üçün yetərli əsas kimi qəbul olunmalıdır. Belə ki, cavabdeh qeydiyyatı apararkən hüquqmüəyyənedici sənədə bağlı olduğu kimi, qeydiyyatın ləğvi zamanı da həmin hüquqmüəyyənedici sənədin eti barsızlığına bağlıdır və onun məzmununa uyğun davranmağa borcludur.

37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 may 2023-cü il tarixli, 2-1(105)-152/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar