Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2040/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmadan imtina, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının dövlət hesabına vəkil lə təmin edilmə barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 2-1(103)-1829/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh icra şöbəsi barəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsi tətbiq edilərək, Nərimanov Rayon Məhkəməsinin hələ də qüvvədə olan 2(005)-4300/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadının və həmin qərardad əsasında icra şöbəsi tərəfindən qəbul edilmiş qərarın qadağanedici tələblərinin növbəti dəfə "xxxx" MMC tərəfindən pozuntusu faktına dair Təbriz küç əsi, ev 34 ünvanında icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın təsdiq olunmuş nüsxəsinin onun bölgə ünvanına göndərilməsini, icra məmuru tərəfindən onun Konstitusiyanın 57-ci maddəsinin İ hissəsinin, 7.5-ci maddələrinin tələblərinin qəsdən pozuntusu faktına hüquqi qiymət verilməsi və cəzaların müəyyən edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2-1(112)-3049/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(103)-1829/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçının həmin qərardaddan kassasiya şikayəti verilməsi üçü n dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 2-1(103)-1829/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin təmin edilməməsi barədə qərara gələrkən qeyd etmişdir ki, iddiaçı X1 Məşğulluq filialında xx.xx.2023-cü il tarixdən işsiz kimi qeydə alınmışdır. Həmin arayışın etibarlılıq müddəti xx.xx.2024-cü il tarixə kimidir. Qeyd olunan arayışa əsasən iddiaçının işsiz olması heç də onu deməyə əsas vermir ki, onun heç bir qazancı yoxdur və o, maddi cəhətdən imkansızdır. Çünki, onun qeyri-rəsmi qazanc mənbəyinin mövcud olması da istisna edilmir. Ən azından, yaşaması, kommunal xərclər öd əməsi, bunun müqabilində onun ünvanlı sosial yardım almaq üçün müvafiq qurumlara müraciətini zəruri etdiyi halda, belə bir müraciətinin mövcudluğu barədə məhkəməyə sübutlar təqdim etməməsi - onun aztəminatlı şəxs kimi qiymətləndirilməsini istisna edir. Bu hal da iddiaçının işsiz olduğunu bildirməsinə baxmayaraq, onun başqa qazanc yeri olduğunu güman etməyə əsas verir ki, məhkəmə kollegiyası iddiaçının ərizəsinin əsaslı olmaması nəticəsinə gəlir. Beləliklə də, qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, konkret halda iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsinin təmin edilməsindən imtina olunmalıdır.
6. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin o lunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alın mışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şi kayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəy ə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəl iri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1662/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1753/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1727/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1848/2024 nömrəli qərardadları).
11. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2024-cü il tarixli, 21(103)-1829/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş k assasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.