Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2041/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçıl oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinə dair çıxarış və texniki pasportun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “çıxarışın və texniki pasportun verilməsi”tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-826/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əml akın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6708,3 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisə və 0,732 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Fiziki şəxs M.Y.Yaqubov tərəfindən tərtib edilmiş ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə razılaşdırılmışdır. İşçi layihəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli rəyi verilmişdir.
3. Bakı şə həri Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2018-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 1 ünvanında razılaşdırılmış eskiz layihəsi əsasında öz vəsaiti hesabına qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir.
4. Fiziki şəxs N.N.Əhmədov tərəfindən tərtib edilmiş işçi layihəsindən görünür ki, ünvan 1 ünvanında tikiləcək 2 (iki) mərtəbəli qeyri-yaşayış obyektinin dəmir beton konstruksiyalarının işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə razılaşdırılmışdır. 5. “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş işçi layihəsindən görünür ki, ünvan 1 ünvanında tikiləcək 2 (iki) mərtəbəli qeyri-yaşayış obyekt inin mühəndis təchizat sistemlərinin işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2018- ci il tarixdə razılaşdırılmışdır.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X4 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 1010 saylı texniki müayinə rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən fiziki şəxs iddiaçıya məxsus zirzəmili 2 mərtəbəli qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində yaradılmış Təhlil qr upunun xx.xx.2019-cu il tarixli iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. 7. xx xxxxxx 2019-cu il tarixli istismara hazırlıq aktına əsasən ünvan 1 ünvanında 2 mərtəbəli qeyri-yaşayış binasının tikintisi xx xxxx 2019-cu il tarixdə başa çatmışdır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş “tikintisi başa çatmış iddiaçıya məxsus uşaq bağçasının sanitariya-gigiyenik və sanitariya-epidemioloji vəziyyəti haqqında” xx.xx.2019cu il tarixli arayışda qeyd olunur ki, ünvan 1 ünvanında tikintisi başa çatmış iddiaçıya məxsus uşaq bağçası sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab olunur.
9. Azərbaycan Respubli kası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 85 saylı ünvanda qeyri-yaşayış (ofis) binasının şəhərsalma əsaslandırılması Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə razılaşdırılmışdır.
10. İddiaçı qeyri-yaşayış binasını müvafiq icazələr və rəylər alındıqdan sonra inşa etdirmiş, tikinti işləri başa çatdırılmış, binanın istismara hazırlıq aktı verilmişdir. İddiaçı inşa etdirdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət etsə də, cavabdeh tərəf indən xx.xx.2019-cu il tarixli məktubla poçt vasitəsilə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlərin surəti olduğu, binanın mövcud vəziyyətinə və yerləşdiyi torpaq sahəsinə onun adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən zirzəmili 2 mərtəbəli qeyri-yaşayış obyektinə vahid əmlak şəklində adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınmaqla müvafiq reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı cavabdehin imtinasını əsassız hesab edib iddia ərizəsini işin hallarına uyğun əsaslandırmışdır. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-4984/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən zirzəmili 2 mərtəbəli qeyri-yaşayış obyekti vahid əmlak şəklində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mülkiyyətində o lan torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi razılaşdırılmış eskiz layihəsi əsasında, müvafiq icazələr alınaraq aparılmış, qeyri-yaşayış obyektinin tikintisi başa çatdırılmış və istismara hazırdır. İmtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, iddia əsaslı olduğundan təmin edilməlidir.
15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X5 və X3, 2-1(103)-826/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cav abdehin apelyasiya şikayətini təmin etməmiş,xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
17. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
18. Məhkəmə qərarının əsaslandırıcı hissəsində qeyd edilən sənədlər qanunvericiliyə əsasən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilmir.
19. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş düzgün və ətraflı araşdırılmamış, qeyd olunan hallar məhkəm ə tərəfindən nəzərə alınmamış, ekspertiza keçirilməmiş və qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.
20. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 101.2, Torpaq Məcəlləsinin 67, 68, 111.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
23. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlar da iştirak etməmişdir. Tətbiq edilən hüquq 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... Maddə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə h üququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; (-)... Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əs asların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmi ş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıqplanlaşdırma bölməsinin hazırlanması tələb olunur. 80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlər inin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil”. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxx 2017-ci il tarixli Plenum qərarında qeyd etmişdir ki, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyya tı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur.
28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçı larının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi m əhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
30. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, müvafiq ünvanda zəbt olunmuş torpaq sah əsində özbaşına olaraq inşa edilmiş qeyri-yaşayış binasının mövcud vəziyyətinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir.
34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 35. ünvan 1 ünvanında yerləşən 6708,3 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə və 0,732 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsində əlavə qeyri-yaşayış sahəsi inşa etmişdir. İnşa edilmiş tikilinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/363 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə razılaşdırılmış, işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə razılaşdırılmış, işçi layihəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxxx 2018-ci il tarixli rəyi verilmişdir.
36. Bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 1010 saylı iclasında binanın yükdaşıyan konstruksiyaları nın möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixli istismara hazırlıq aktı ilə 2 mərtəbəli qeyri-yaşayış binasının tikintisinin xx xxxx 2019-cu il tarixdə başa çatdığı təsdiq edilmişdir.
37. Cavabdehin şikayətinin dəlilinə görə qeyri-yaşayış sahəsi zəbt olunmuş torpaq sahəsində inşa edilmişdir. Cavabdeh dəlilini hər hansı sübutla əsaslandırmamışdır. Yuxarıda qeyd edildiyi kimi torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
38. Apelyasiya məhkəməsinə təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 11 saylı E.C.Qəhrəmanova məxsus olan obyektin koordinatlarına dair sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazi rliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də baxılmışdır. Bildirilir ki, sorğuda sözügedən obyekt koordinatları təqdim olunan ərazi daxilindədir.
39. Cavabdehin əməkdaşı V.Orucov tərəfindən xx xxxxxx 2019-cu ildə tərtib edilmiş “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, sözügedən ünvanın layihəsi təqdim edilmədiyindən və otaqların yerləşməsini və təyinatını təyin etmək mümkün olmadı.
40. Müayinə (baxış) aktında qeyri-yaşayış sahəsinin zəbt olunmuş torpaq sahəsində inşa edilməsi barədə hər hansı məlumat göstərilməmişdir.
41. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli yerli baxış protokolundan görünür ki, cavabdehin mütəxəssisi bildirmişdir ki, əvvəllər bu ərazidə GPS vasitəsilə yoxlama aparmış, iddiaçı sənəddə göstərilən ərazidə yerləşmişdir.
42. İddiaçının hüququnu pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni qeyri-yaşayış sahəsinin zəbt olunmuş torpaq sahəsində inşa edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür və cavabdeh bu dəlilini sübut edə bilməmişdir. Əksinə, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş sübutlarla cavabdehin bu dəlili təsdiqini tapmamışdır.
43. Cavabdeh həmçinin hesab edir ki, qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır.
44. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2018-ci il tarixli sərəncamı ilə iddiaçıya məxsus qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmiş, inşa edilmiş tikili nin eskiz layihəsi və işçi layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış, sonda istismara hazırlıq aktı ilə 2 mərtəbəli qeyri-yaşayış binasının tikintisinin xx xxxx 2019-cu il tarixdə başa çatdığı təsdiq edilmişdir.
45. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının inşa etdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
46. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
47. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-826/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.