Məhkəmə qərarları › İş №2-1(102)-2041/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2041/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2041/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış halla bağlı ərizə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına bundan sonra cavabdeh) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2096/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi yeni açılmış halla bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşlə bağlı qəbul edilən məhkəmə qərarları:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun X2 21.09.1982-ci il tarixdən 05.10.1992-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəşt li pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 21.01.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərdə orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3284/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, iddiaçının X2 21.09.1982-ci il tarixdən 05.10.1992-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyə nləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 21.01.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərdə orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)2182/2017 saylı, 6 oktyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3284/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası A li Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(102)-2347/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)2182/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5. 26.10.2020-ci il tarixdə cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2-1(82)-3284/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarlarından göründüyü kimi, X1 21.09.1982-ci il tarixindən 05.10.1992-ci i l tarixinədək olan dövrdə qeyd olunan peşələr üzrə işlədiyi müddət nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin məhkəmə tərəfindən qərar çıxarılarkən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız işə tikilmiş materiallara baxmaqla kifayətlənmiş, onun əmək şəraiti zərərli işlərdə işlədiyi barədə əsaslar olmadan iddia tələb i təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında, habelə Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsində isə 1 №-li Siyahıda qeyd olunmuş “Kod11000000- Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Kod-1100000a-14713-qazma qurğularının motorçuları” vəzifəsini əsas göstərməklə şöbənin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Habelə, Ali Məhkəmənin qərarında qeyd olunanların birinci instansiya məhkəməsinin qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Vətəndaşın işlədiyi vəzifələr, o cümlədən bilavasitə güzəştli əmək stajı kimi nəzərə alınmış tikinti sahəsində suvaqçı (1983-1990), dülgər (1990-1992) peşələri 1 №-li Siyahıda nəzərdə tutulmamışdır. Həmin peşələr 2 №-li Siyahıda 16671 və 19727 şifrəsi ilə müəyyən edilmiş peşələrlə uyğunluq təşkil etsə də, 22901000 şifrəsi ilə müəyyən edilmiş “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəz ərdə tutulmuş fəhlə peşələrindən başqa)” bölməsi ilə uyğunluq təşkil etmir. Bunlardan əlavə, vətəndaşa 2 №-li Siyahı ilə güzəştli şərtlərlə pensiya təyin olunması üçün qüvvədə olmuş qanunvericiliklə kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 2 №-li Siyahı əsasında 57 yaşından pensiya təyin edilməsi üçün isə onun qanunvericiliklə tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı yoxdur. Habelə, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası uzun müddət müttəfiq respublika hüququnda keçmiş SSRİ-nin tərkibində olmuşdur. Buna görə də keçmiş SSRİ-nin tərkibinə daxil olmuş respublikaların ərazisində qazanılmış ə mək stajlarının nəzərə alınmasının xüsusi qaydası müəyyən edilmişdir. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına tam həcmdə daxil edilir. Həmin tarixdən sonrakı dövrün əmək stajı pensiya təminatı sahəsində Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı iki və çoxtərəfli sazişlərlə tənzimlənən şərtlər tətbiq olunmaqla iş stajına daxil edilir. Azərbaycan Respublikası ilə keçmiş SSRİ-nin tərkibində olmuş bir çox respublikaları ilə vətəndaşların pensiya təminatı sahəsində hüquqlarının müdafiəsi istiqamətində sazişlər imzalanaraq qüvvəyə minsə də, Rusiya Federasiyası ilə müvafiq saziş imzalanmamışdır. Bu səbəbdən 01.01.1992-ci il tarixdən sonrakı döv rdə Rusiya Federasiyası ərazisində qazanılmış əmək stajı hərbi qulluqçulara təyin olunan pensiyalardan başqa əmək pensiyalarının heç bir növünə şamil olunmur. Qeyd olunanlarla yanaşı, iddiaçının əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış 25.02.1993-05.01.1999-cu il tarixlərində Neftçala süd zavodundakı iş stajının və əmək haqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması məhkəmə tərəfindən təmin edilməmiş, eləcə də həmin dövrdə hesablanmış əmək haqlarının və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə, habelə pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əmək haqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır.

7. Bakı İn zibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-3284/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)3284/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, hazırkı işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadı ləğv edilmiş, yeni açılmış hallarla bağlı inzibati iş üzrə icraatın təzələnməsi barədə cavabdehin ərizəsi təmin olunmamışdır.

9. Cavabdeh 8 sentyabr 2021-ci il tarixdə qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilib birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

10. Kasasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eyni olmuşdur.

11. Cavabdeh şikayətində hüquqi əsas olaraq İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə istinad etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdehin kasasiya şikayətinə qarşı iddiaçıdan etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə

104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu (-). Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində n əzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunduğundan qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır.

17. Cavabdeh yeni açılmış halla bağlı icraatın təzələnməsi haqqında ərizəsində bildirmişdir ki, iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zərərli peşə olması barədə iş yerindən arayış mövcud olmamışdır. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında, habelə Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamışdır. İddiaçının Rusiya Federasiyasında 1 yanvar 1992-ci il tarixdən sonrakı iş fəaliyyəti onun iş stajına daxil edilə bilməzdi. Məhkəmələr işə baxarkən sübutları düzgün qiymətləndirməmişdir.

18. Məhkəmə kollegiyası ərizədə göstərilən faktların əsaslılığına münasibət bildirmədən aşağıdakıları qeyd edir.

19. İPM-in 100-cü maddəsinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

20. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatlar ərizədə qeyd edildiyi kimi, əvvəllər işdə olan sənədlərdə mövcud olmuşdur.

21. Cavabdeh ərizədə göstərilən məlumatların sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

22. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.

23. Apelyasiya instansiyası məhkəməsi qərarında vurğuladığı kimi, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apelyasiya və kasasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.

24. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbi q edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır.

25. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır.

26. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır...

27. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsin ə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır”.

28. Cavabdeh yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsində məhkəmə qərarlarının əsaslılığını, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsini, prosessual qanunvericilik normalarının pozulmasını bildirmiş, məhkəmələr tərəfindən işə baxılan zaman mövcud olmuş, lakin ondan asılı olmayan səbəbdən təqdim edilməyən hər hansı hala istinad etməmişdir.

29. İPM-in 10 6.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

30. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

31. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

32. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

33. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2096/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar