Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2041/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan-ölçüsünün verilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1984, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-98/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X16 Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən və mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini 22 iyul 2008-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X17 və X4 və sonuncuların adına 09 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli və 09 aprel 2009-cu il tarixli, ********** qeydiyyat n ömrəli çıxarışlar verilmişdir.
2. Sonradan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2inz(82)-1465/2012 saylı qərarı ilə ******* nömrəli, MH seriyalı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçı X14 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18080 nömrəli vərəqində **********95 reyestr nömrəsi ilə, 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0.015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X18 verilməsi və ******* nömrəli, MH seriyalı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, X10 xüsusi mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli kitabın 18079 nömrəli vərəqində, **********93 reyestr nömrəsi ilə, 09 aprel 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən, sahəsi 0.015 ha torpaq sahəsinin planının və ölçüsünün çəkilərək iddiaçı X12 verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
3. Sözügedən qərar icra edilərək X12 **********93 reyestr nömrəli, 05 sentyabr 2014-cü il tarixli, X18 **********95 reyestr nömrəli, 05 sentyabr 2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək təqdim olunmuşdu r.
4. Digər tərəfdən, X16 05 noyabr 2008-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 0.03 ha torpaq sahəsini X2 və sonuncunun adına ********** nömrəli, 04 aprel 2009-cu il tarixli çıxarış və 02 may 2009-cu il tarixli plan-ölçü verilmişdir.
5. X7 09 iyul 2014-cü il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən 0.03 ha torpaq sahəsini X3 və həmin müqavilə əsasında X8 adına ********** nömrəli, 01 sentyabr 2014-cü il tarixli çıxarış, **********86 reyestr nömrəli, 30 avqust 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir.
6. X13 isə həmin torpaq sahəsini 14 oktyabr 2019-cu il tarixli, ******* s aylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı (iddiaçıya) satmış, sonuncunun adına ********** nömrəli, 22 noyabr 2019-cu il tarixli çıxarış verilmişdir.
7. İddiaçı cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 07 noyabr 2019-cu il tarixli, **********90 nömrəli bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən mövcud vəziyyətdə verilmiş koordinatlarla göstərilən sahə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınm ış torpaq sahələri ilə üst-üstə düşdüyündən müraciətin təmin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış və Mülki Məcəllənin 139.1-ci, İnzibati Prosessual Məcəllənin 2.2.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, notarial alqı-satqı müqaviləsi əs asında əldə edilmiş və dövlət qeydiyyatına alınmış əmlaka dair plan-ölçü sənədinin verilməsindən imtina qanunauyğun olmamışdır.
11. Cavabdeh iddiaya dair verdiyi yazılı etirazında işin hallarını sadalamış və iddiaçının müraciətinə verdiyi cavab məktubundakı dəlilləri təkrarlamışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən, reyestr nömrəsi **********86 olan 0.03 ha torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəs inə dair əvvəllər X5 və X8 adına müvafiq olaraq xx.xx.2009-cu il tarixli və xx.xx.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü mövcud olmuşdur. Cavabdehin imtinasında qeyd etdiyi digər şəxslərə (X11 və X12) məxsus torpaq sahələrinin isə iddiaçıya məxsus torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahələrinə dair plan və ölçü məhkəmə qərarı ilə sözügedən digər şəxslərə (X11 və X12) sonradan (2012-ci ildən sonra) verilmiş, həmin torpaq sahələrinin koordinatları əvvəlcədən məlum olmamışdır. İddiaçıya məxsus olmuş torpaq sahəsinin isə koordinatları, plan və ölçüsü əvvəlcədən məlum olmuşdur və buna dair müvafiq hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcuddur.
14. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qə rar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-98/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2150/2020 nömrəli, 04 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində Torpaq Məcəlləsinin 55, 67, 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 7, 11.1, 23-cü maddələrinə istinad edərək işin hallarını təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən, mövcud vəziyyətə verilmiş koordinatlarla göstərilən torpaq sahəsi digər fiziki şəxslərin (reyestr nömrəsi - **********93, X19 və reyestr nömrəsi – **********95, X20) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşür. Bundan əlavə, göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 485.0 kv.m-dir və 185.0 kv.m torpaq sahəsi zəbt olunmuşdur. Müvafiq işin düzgün və ədalətli araşd ırılması məqsədilə X19 və X20 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq torpaq sahəsində ekspertiza keçirilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya m ülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;...
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələ ri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair əvvəllər X7 və X8 adına müvafiq olaraq 02 may 2009-cu il tarixli və 30 avqust 2014-cü il tarixli torpaq sahəsinin plan və ö lçüsü mövcud olmuşdur. Cavabdehin imtinasında və kassasiya şikayətində qeyd etdiyi digər şəxslərə (X17 və X12) məxsus torpaq sahələrinə dair torpaq sahəsinin plan və ölçüsü isə məhkəmə qərarının icrası ilə əlaqədar xx.xx.2014-cü il tarixdə, yəni iddiaçının mülkiyyətində olan torpağın əvvəlki mülkiyyətçilərinə (X6 və X9) plan və ölçünün verilməsindən sonra hazırlanmışdır. Başqa sözlə, xx.xx.2014-cü il tarixdə cavabdeh digər şəxslərə plan və ölçü sənədi tərtib edərkən, X8 qanuni mülkiyyətində olan torpaq sahəsinin qüvvədə olan və ləğv edilməmiş plan və ölçüsünün (eyni zamanda, həmin sənnəddə əks olunmuş koordinatların) mövcudluğu ona bəlli olmuş, buna baxmayaraq məhkəmə qərarının icrası zamanı digər şəxslərin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını X8 torpaq sahəsinin koordinatla rının üzərinə işlənilmişdir.
29. Halbuki işin tərəflər arasında mübahisələndirilməyən və işdəki mötəbər sübutlarla təsdiqlənən hallarına görə, X17 və X12, o cümlədən X1 torpaq sahələri eyni şəxs tərəfindən satılsa da (R.Quliyev tərəfindən), fərqli torpaq sahələridir və bu faktı notarial alqı-satqı müqavilələri, hər mülkiyyətçinin adına verilmiş çıxarışlar təsdiq edir. Beləliklə, cavabdeh tərəfindən digər şəxslərə plan və ölçü sənədi verilərkən (yəni məhkəmə qərarının icrası zamanı) yanlışlığa yol verilmiş, əsassız olaraq X8 mülkiyyətində olan torpaq sahəsinin koordinatlarına uyğun X17 və X12 plan və ölçü sənədi verilmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan kimi iddiaçının müraciətindən sonra yol verdiyi yanlışılığı aşkar etməli və aradan qaldırmalı olduğu ha lda, əksinə olaraq, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaratmışdır. Halbuki mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə plan və ölçü sənədləri eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da elə cavabdeh qurumun hərəkətləridir.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya plan və ölçü sənədinin verilməsindən imtina qanunauyğun olmamışdır.
32. Bundan əlavə, məhkəmə kollegiyası kassatorun digər dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
33. Kassator iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə 300.0 kv.m, faktiki olaraq 485.0 kv.m olmasına istinad etsə də (185.0 kv.m torpaq sahəsi zəbt olunmuş), qeyd edilməlidir ki, cavabdehin vəzifəsi çıxarışa uyğun (yəni üzərində mülkiyyət hüquqlarını qeydə aldığı torpaq sahəsinin ölçüsünə uyğun) plan və ölçü sənədi vermək cavabdehin vəzifəsidir və bu əsasla imtina “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələblərinə ziddir. Əlavə olaraq, kassatorun “işin düzgün və ədalətli araşdırılması məqsədilə X19 və X14 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq torpaq sahəsində ekspertiza keçirilməli” olması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, adıçəkilən şəxslərə məxsus torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi fərqli olduğundan, hazırkı işin nəticəsi onların hüquqi marağına toxunmur.
34. İnzib ati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
35. Beləliklə, cavabdeh İPM-nin 14.3-cü maddəsinə əsasən, imtinasının əsası kimi qeyd etdiyi halları sübut edə bilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-98/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.