Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2041/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Bələdiyyəsinə qarşı “yaşayış b inasında qanunsuz fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması, torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2-1(105)-657/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Dostluq (indiki H.Əliyev) və Sülh küçələrinin kəsişməsində, 36-cı məhəllə, köhnə avtovağzal ərazisində təmsilçisi olduğu “X1” MMC tərəfindən inşa edilmiş yaşayış binaları və Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində tərəfindən inşa edilmiş yaşayış binala rında qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması öhdəliyinin Sumqayıt şəhər icra Hakimiyyəti, o cümlədən Memarlıq və Şəhərsalma İdarəsinin üzərinə qoyulmasını, Sumqayıt şəhəri Dostluq (indiki H.Əliyev) və Sülh küçələrinin kəsişməsi, 36-cı məhəllə, köhnə avtovağzal ünvanında yerləşən 9000 kv.m torpaq sahəsi və Sumqayıt şəhər 10-cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 1,7 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi öhdəliyinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(118)-2129/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın lə ğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2-1(105)-657/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı məhkəməyə ərizə təqdim edərək kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı vəkillə təmin olunmuşdur.
6. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilm əsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Eyni zamanda, iddiaçının vəkili buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir.
8. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının vəkil inzibati mübahisəyə yeni qoşulub. Odur ki, həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət üzürlü səbəbdən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təq dim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
10. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses işt irakçısının təqsiri olmasın.
12. İddiaçının vəkili vəsatətində qeyd edir ki, inzibati mübahisəyə yeni qoşulub, odur ki, həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət üzürlü səbəbdən ötürülmüşdür.
13. Məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə qeyd edilənlər prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi çıxış edə bilməz.
14. Qərardaddan şikayətin vaxtında verilməsi imkanını mümkünsüz edən və iddiaçının, yaxud onun vəkilinin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
15. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. 16.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair vəsatət rədd edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 02 noyabr 2022-ci il tarixli, 2-1(105)-657/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.