Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2042/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2042/19 Bakı şəhəri 28 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsini n müdiri XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 21(107)-199/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 03 avqust 1981-ci il tarixdən 29 sentyabr 1995-ci il tarixədək 57 saylı səyyar mexanikləşdirilmiş dəstədə katibə-makinaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 03 avqust 1981-ci il t arixdə 57 saylı səyyar mexanikləşdirilmiş dəstəyə katibə-makinaçı vəzifəsinə işə qəbul olunmuş və 29 sentyabr 1995-ci il tarixədək həmin dəstədə işləmişdir. İddiaçının işlədiyi həmin dövrün işlədiyi müəssisənin kadrlar şöbəsinin müdirinin imzası ilə onun əmək kitabçası ilə də öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh həmin illərin onun sosial sığorta stajına daxil olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının 03 avqust 1981-ci il tarixdən 29 sentyabr 1995-ci il tarixədək Yevlax 57 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməsi faktı araşdırılarkən müəssisənin hazırda işləmədiyi, sənədlərin, əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə verilmədiyi və müəssisənin hüquqi ünvanının məlum olmadığı müəyyən edil mişdir. Bu səbəbdən, iddiaçının həmin müəssisədə işlədiyini iddia etdiyi müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2-1(84)-107/2019 saylı qərarı ilə (hakim İlqar Cabbarov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından və cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən iddiaçının əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(107)-199/2019 saylı qərarı ilə (sə drlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqının alınması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixədək, (iddiaçının əmək stajının bitdiyi tarix də bu müddətə daxildir) olan müddətdə zəruri olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin tələbl ərinə görə iddiaçının işlədiyi müəssisə sığortaçı təşkilatda uçota durmaqla, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqlarını sığortaçıya ödəməli, cavabdeh isə sığortaçı olaraq ödəmələrin vaxtlı-vaxtında hesablanaraq ödənilməsini təmin etməli idi. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 189 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndi, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 1.2.1, 1.2.3, 1.2.4, 1.2.5ci bəndləri, Azə rbaycan Respublikası Əmək Məcəlləsinin 87, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1, 46.3, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8, 9, 10, 11-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının 03 avqust 1981-ci il tarixdən 29 sentyabr 1995-ci il tarixədək Yevlax 57 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə katibə işləməsi həmin müəssisənin arxiv sənədlərini n verilməməsi səbəbindən aydınlaşdırıla bilməmişdir. Apellyasiya məhkəməsi işin bütün faktiki hallarını tam və hərtərəfli araşdırmadan düzgün olmayan qərar qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1, Azərbaycan Respublikası İnaizbati Prosessual Məcəlləsinin 11, 12, 13, 15-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 03 avqust 1981-ci il tarixdən 29 sentyabr 1995-ci il tarixədək Yevlax 57 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə katibə işləmişdir. Həmin hal iddiaçıya məxsus 05 avqust 1981-ci il tarixli əmək kitabçası ilə təsdiq edilir. O, həmin illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 06 iyun 2018-ci il tarixli, 46/1579 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının 03 avqust 1981-ci il tarixdən 29 sentyabr 1995-ci il tarixədək Yevlax 57 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə katibə işləməsi müəssisənin hal-hazırda fəaliyyəti olmadığı və sənədlər mərkəzi arxivə verilmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşdə olan Yevlax 57 saylı Səyyar Mexanikləşdirilmiş dəstə tərəfindənverilmiş 18 iyul 1989-cu il tarixli, 194 nömrəli arayışda iddiaçının 03 avqust 1981-ci ildənmaşinistika vəzifəsində işləməsi göstərilmişdir. Bundan başqa müəssisə tərərəfindən verilmiş 18 iyul 1989-cu il tarixlixasiyyətnamədən görünür ki, iddiaçı 1981-ci ilin avqust ayından Yevlax 57 saylı SəyyarMexanikləşdirilmiş dəstədə işləyir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əs aslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər onun sosial sığorta stajının müəyyən edilməsi üçün əsas hesab edilməlidir. Cavabdeh bu mövqeyi mübahisələndirərək əmək kitabçasında aparılmış yazıların yoxlanılmasının mümkün olmadığı əsası ilə, həmin illərin sığorta stajını təşkil etmədiyi barədə bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta h aqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alın madan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1981 – 1995-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi nin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanm ası, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Sadalanmış bu normalardan göründü yü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bu normativ aktlara əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, iddiaçının təqdim etdiyi sübut əsasında - əmək kitabçasına əsasən apellyasiya məhkəməsi düzgün olaraq 1981-1995-ci illərin iş dövrlərini iddiaçının sosial sığirta stajına aid edilməsi nəticəsinə gəlmişdir. Cavabdehin işin hallarının araşdırılmaması ilə bağlı bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələblərinə məhkəmə tərəfindən riayət edilmişd ir. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri düzgün tətbiq edilmişdir. Belə ki, işin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi yalnız iddiaçının sübut kimi təqdim etdiyi əmək kitabçasına deyil, həmçinin iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş 1989-ci ilə aid olan sənədləri də araşdırmaqla onları işin halını müəyyən edən sübut kimi qəbul etmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sada lanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2-1(107)-199/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2042/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2042/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver