Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2042/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər "xxxx" MMC, X1 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın etibarsız hesab edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər "xxxx" MMC, X1 iştirakı ilə) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-986/2021 nömrəli iş üzrə 30.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə 27 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh başçısının yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında 280 saylı, 03 noyabr 2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı apelyasiya məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ünvanlayaraq, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 280 saylı 03 noyabr 2017-ci il tarixli sərəncamının icrasının müvəqqəti olaraq dayandırılmasına, habelə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ətrafında (bütün istiqamətlərdə 20 metr məsafədə) hər hansı tikintisöküntü işlərinin aparılmasının, ağır tonnajlı yük maşınları ilə, o cümlədən beton qarışdıran maşınlarla tikinti materiallarının daşınmasının "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 09.09.2019-cu il tarixli, 2-1(81)2430/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə ape llyasiya instansiyası məhkəməsi) 10.12.2019-cu il tarixli, 2-1(103)-2751/2019 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Afaq Nuriyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 09.09.2019-cu il tarixli, 2-1(81)-2430/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. kassasiya instansiyası məhkəməsindəki icraat
5. Ali Məhkəmənin Məhkəmənin İnzibati Kollegiyasının 10.09.2020-ci il tarixli, 2-1(102)-914/2020 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və İsmayıl Xəlilov) qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(103)2751/2019 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxı lması üçün apelyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 30.07.2021-ci il tarixli, 2-1(103)-986/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Afaq Nuriyeva) qərardadı ilə İddiaçı müvəqqəti xaraterli müdafiə tədbirinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, İPM-in 40.1, 41.1, 41.2, 43.1.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə verdiyi müvəqqəti xarakterli müdafiə tədbirlər inin görülməsi barədə ərizəsində, iddiaçının pozulmuş hüquqlarının gələcəkdə bərpa olunması mümkün olmaya biləcəyi, yaxud xeyli dərəcədə çətinləşə biləcəyi bildirilsə də, iddiaçının həmin dəlilini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı iddiaçı müvəqqəti xarakterli müdafiə barədə ərizəsində aparılan tikinti işlərinin onların hansı hüquqlarının pozulmalarına səbəb olduğunu əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 86 saylı qərarında, həm də həmin qəranm ləğv edilməsi barədə 482 saylı qərarında yalnız və yalnız qəzalı vəziyyətdə olan binaların (tikililərin, evlərin, obyektlərin) sökülməsindən həbs edilir, mövcud (yəni bütün, o cümlədən yaşayış üçün yararlı olan) binaların deyil.
9. Həmçinin, bəhs edilən hər iki qərarda hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləsdirilməsi nəzərdə tutulur.
10. Lakin inzibati işin materiallarından da göründüyü kimi "xxxx" MMC hazırkı iş üzrə mübahisələndirilən sərəncamı rəhbər tutaraq iddiaçıya məxsus fərdi yaşayış evinin və həmin evin üzərində yerləşdiyi qanuni istifadədə olan torpaq sahəsinin ətrafında tikinti-söküntü işlərini məhz mübahisələndirilən sərəncam əsasında davam etdirir. "xxxx" MMC tərəfindən tikinti-sökün tü işlərinə başlanılanadək iddiaçıya məxsus fərdi yaşayış evinin ətrafı asfalt örtüklə örtülmüş abad yollarla əhatə olunmuşdu. Lakin hazırda aparılan tikintisöküntü işləri ilə əlaqədar olaraq ərazidə hərəkət edən ağır tonnajlı yük maşınlarının aralıqsız olaraq əraziyə girib-çıxması səbəbindən evin ətrafından keçən bütün yolların asfalt örtükləri dağılmış, nəticədə yollar bərbad vəziyyətə düşmüşdür. "xxxx" MMC tərəfindən tikinti-söküntü işlərinə başlanılanadək ərazidə sakitçilik, qayda-qanun hökm sürürdü, hazırda ərazidə abadlıqdan, sakitçilikdən əsər-əlamət yoxdur, tikintiyə gəlib-gedən maşınların, ətrafda işləyən tikinti işçilərinin səs-küyündən evdə yaşamaq mümkün deyil. Ərazidə məhz mübahisələndirilən sərəncam əsasında aparılan tikinti işlərinin görülməsi üçün bir neçə böyük qaldırıcı k ranlar quraşdırılmışdır ki, onlar da iddiaçının yaşadığı evə olduqca yaxın quraşdırılmışdır. Həmin kranlardan hər hansı birinin aşması halında ətrafda yaşana biləcək fəlakəti təsəvvür etmək çətin deyil. Əgər vəziyyət belə davam edərsə, iddiaçının pozulmuş hüquqlarının gələcəkdə bərpa olunması mümkün olmaya bilər, yaxud xeyli dərəcədə çətinləşə bilər. Odur ki, inzibati iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi ilə ilkin təcili tənzimləmənin təmin edilməsinə zərurət yaranmışdır.
11. Bütün yuxarıda göstərilənlərə əssən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)986/2021 nömrəli qərardadını ləğv edib işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının «yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında» 280 saylı 03 noyabr 2017-ci il tarixli sərəncammin icrasının müvəqqəti olaraq dayandırılmasına, habelə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ətrafında (bütün istiqamətlərdə 20 metr məsafədə) hər hansı tikinti-söküntü işlərinin aparılmasının, ağır tonnajlı yük maşınları ilə, o cümlədən beton qarışdıran maşınlarla tikinti materiallarının daşınmasının "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 1 6.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (24 sentyabr 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Tətbiq edilən hüquq
14. İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərə kətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2 İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. M addə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPMnin 91-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərinə dair müddəalar İPM- in eyni adlı 7-ci fəslində müəyyən edilmişdir ki, həmin fəsil özündə 5 (beş) prosessual maddəni ehtiva edir.
20. Hazırkı inzibati mübahisə ilə və iddiaçının məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsinə dair ərizə ilə bağlı məhkəmə kollegiyası İPM-in 7-ci fəslində yer almış maddələrdə, daha çox 3 (üç) maddənin müddəalarının üzərində dayanaraq, onların bu işin faktiki və hüquqi hallarının araşdırılmasında və düzgün nəticə qəbul edilməsində önəmli rol oynadığını vurğulayır.
21. Belə ki, İPM-in 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
22. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər.
23. Həmin Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt isti sna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 40cı maddəsi müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə məhkəməyə müraciət etmə qaydasına, məhkəmənin görə biləcəyi müvəqqəti xarakterli müdafiə tədbirlərinin növlərinə ümumi məlumatverici xarakter daşısa da, həmin məcəllənin 41.2-ci maddəsi məhkəmənin iddiaçının inzibati aktın icrasının dayandırılması üçün konkret meyar müəyyən edir ki, bu da işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmişdir.
25. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı tətbiq edilməsi xahiş edilən müvəqqəti xarakterli müdafiə tədbiri Cavabdeh başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” adlanan 280 saylı, 03 noyabr 2017-ci il tarixli sərəncamının icrasının müvəqqəti olaraq dayandırılmasından ibarətdir.
26. Həmin sərəncamın adından da bəlli olduğu, sərəncam çoxmərtəbəli yaşaış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında iş üzrə 3-cü şəxs "xxxx" MMC-nin istifadəsinə verilməsi barədədir, tikintiyə icazə verilməsi haqqında deyildir.
27. Həmçinin iddiaçının sözügedən ərizəsinin digər hissəsini “iddiaçıya məxsus ünvan 1 ü nvanda yerləşən fərdi yaşayış evinin ətrafında (bütün istiqamətlərdə 20 metr məsafədə) hər hansı tikinti-söküntü işlərinin aparılmasının, ağır tonnajlı yük maşınları ilə, o cümlədən beton qarışdıran maşınlarla tikinti materiallarının daşınmasının "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsi təşkil edir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh başçısının 03 noyabr 2017-ci il tarixli 280 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı rəhbər tutularaq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1731 saylı 25.11.2016-cı il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınaraq, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qard aşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
29. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisənin mahiyyəti üzrə araşdırılması sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və həmin qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunun ortaya çıxarılmasını zəruri edir. Göründüyü kimi, işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı aydı n deyil. Bu səbəbdən İPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmək qeyri-müəyyəndir.
30. Daha sonra apelyasiya məhkəməsi 30.07.2021-ci il tarixli qərarında göstərmişdir ki, belə olan halda İPM-in 41.2-ci maddəsində ikinci cümlədə olan vəziyyət nəzərdən keçirilməlidir, yəni iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Bu vəziyyətdə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərkən hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır.
31. İddiaçının iddiasından görünür ki, Bakı şəhəri Cavabdeh başçısının yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında 280 saylı 03 noyabr 2017ci il tarixli sər əncamının etibarsız hesab edilməsini xahiş edir.
32. Bununla bağlı olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. Başqa sözlə, inzibati aktın qanunsuz olması, hələ onun etibarsız olması demək deyil. Eyni zamanda, maraqlı şəxs etibarsız hesab etdiyi inzibati aktın ləğv edilmə sinə dair “mübahisələndirmə haqqında” iddia qaldıra bilər.
33. Məhkəmə kollegiyası bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin sözügedən sərəncamında göstərilmiş ərazidə çoxmərtəbəli yaşayış və qeyriyaşayış sahələrinin tikilməsi məqsədi ilə cavabdehdə müvafiq icazələr vardır və onlar halhazırda da qüvvədədir.
34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-986/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.