Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2043/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2 Xüsusi Səhmdar Cəmiyyəti və İddiaçı3 MMC-nin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi) Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-nin cavabdeh Azərbaycan Respublika sı Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “qərarın ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 2-1(103)-705/2020 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1nə məxsus əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanının Qazaxıstan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxxxx 2013-cü il tarixində ***** nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxxxx 2014-cü il tarixində əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanı ***** nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İddiaçı2 tərəfindən əmtəə nişa nı 1 adlı əmtəə nişanının (yalnız sözlərdən ibarət nişan) Ukrayna Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxxxx 2013-cü il tarixində m ****** nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxx 2015-ci il tarixində əmtəə nişanı 1 adlı əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) ***** nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyata alınmışdır. xx xxx 2017-ci il tarixindən etibarən əmtəə nişanı 1 adlı əmtəə nişanı üzrə hüquqların (yalnız sözlərdən ibarət nişan) sahibi İddiaçı3dir. 3. "İddiaçı2" XSC tərəfindən əmtəə nişanı 1 adlı əmtəə nişanının (yalnız sözlərdən ibarət nişan) Rusiya Federasiyasında 16, 30 və 43-cü siniflərin əmtəələri və xidmətləri üzrə xx xxxxxx 2002-ci il tarixində ********** nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xx xxxx 2003-cü il tarixində əmtəə nişanı 1 adlı əmtəə nişanı (yalnız sözlərdən ibarət nişan) ***** nömrəsi ilə Rusiya Federasiyasında qeydiyyata alınmışdır. Sözügedən əmtəə nişanın (****** nömrəsi ilə Rusiya Federasiyasında qeydiyyat) qeydiyyatına aid olan sənədlərdən görünür ki, ***** nömrəli əmtəə nişanın qorunma müddəti xx xxxxxx 2022-ci il tarixinədək uzadılmışdır və xx xxxxxx 2015-ci il tarixindən etibarən ****** nömrəli əmtəə nişanı üzrə hüquqlar "İddiaçı2" XSC tərəfindən "İddiaçı1" SC-yə verilmişdir. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə xx xxxxxx 2016-cı il tarixində 2016 00606 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və xx xxxxxx 2016-cı il tarixində əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə niş anı 2016 1340 nömrəsi ilə qeydiyyata alınmışdır. 5. "İddiaçı1" SC tərəfindən Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə xx xxxx 2017-ci il tarixində 2017 00641 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir. Lakin xx xxxxxx 2018-ci il tarixində "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxs tərəfindən əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanın xx xxxx 2017ci il tarixində 2017 00641 qeydiyyata alınmasına dair verilmiş iddia ərizəsi ilə bağlı əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildiriş verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanına oxşar olan nişan ("xxxx" MMC-nin adına qeydiyyata alınmış əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanı) Azərbaycan Respublikas ında daha öncə qeydiyyata alınmışdır.
6. İddiaçılar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanının (****** nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişlər.
7. Cavabdehin xx xxxx 2019-cü il tarixli, ****** saylı qərarı ilə həmin etiraz əsassız hesab edilməklə təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçılar məhkəməyə müraciət edərək cavabdehin xx xxxx 2019-cu il tarixli *****saylı qərarının tamamilə ləğv edilməsi və «Чек и Чан» əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, N20161340 nömrəli şəhadətnaməsinin etibarsız hesab edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. İddia tələbini onunla əsaslandırmışdır ki, əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsi xx xxxxxx 2013-cü il tarixində Ukrayna Respublikasının Donetsk şəhərində Yemelyanova Svetlana Viktorovna tərəfindən onun işəgötürəni Ukrayna Respublikasının "İddiaçı2" XSC-nin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının "İddiaçı2" XSC-nə keçmişdir.
10. Müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Belə ki, müqayisə edilən əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərlə yazılmış sözlərin əlifbası, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. "İddiaçı1" SC-yə məxsus olan nişanda əmtəə nişanı 1 sözləri Arkadiy Gaydar tərəfindən yazılmış ədəbi əsərdə iştirak edən oğlanların adları nəzərdə tutulur. “xxxx” MMC-yə məxsus olan əmtəə nişanı 2 sözləri isə heç bir məna daşımır və göründüyü kimi əmtəə nişanlarında fərqlənən yeganə amil budur. Əmtəə nişanların təsviri hissəsində iki oğlan şəkili göstərilir və onların xarici görünüşü tam olaraq eynidir. Eyni zamanda, əmtəə nişanlarında müşahidə olunan buludlar ın sayı, onların forması, simmetriyası, yerləşməsi və rəngləri eynidir, həmçinin nişanların mərkəzində göstərilən buludun içində müşahidə olunan komacıq və qar dənəciyləri də üst-üstə düşür. Göründüyü kimi, müqayisə edilən əmtəə nişanlarında sözlərdən başqa bütün elementlər eynidir. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyanın mövcud olması, və xüsusiyyətləri (naturallığı) oxşarlıq yaradır.
11. Beləliklə, əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanı (Qazaxıstan Respublikasında 46728 nömrəli qeydiyyat,Ukrayna Respublikasında 200516 nömrəli qeydiyyat, Rusiya Federasiyasında 260468 nömrəli qeydiyyat və 2013-cü ildə yaradılmış və müəlliflik hüquqları ilə qorunan təsvir) və əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1340 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dər əcədə bənzər olan nişanlardır.
12. Bundan əlavə, “xxxx” şirkəti və xxxx MMC arasında bilavasitə əlaqələr mövcud olmuşdur. Belə ki, xx xxxxxx 2010-cu il tarixində imzalanmış 893 nömrəli və xx xxxxxx 2012ci il tarixinədək qüvvədə olan və xx xxxx 2016-cı il tarixində imzalanmış 0184/8/16 nömrəli və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. 893 nömrəli müqaviləyə xx xxxxxxxx 2011-ci il tarixində imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və xx xxxxxx 2013-cü il tarixində imzalanmış və xx xxxxxx 2013-cü il tarixinədək qüvvədə olan 893 nömrəli müqavilənin müddəti uzadılması barədə əlavə razılaşmalar “xxxx” MMC və “xxxx” şirkəti arasında bağlanmışdır. Həmin müqavilələrə əsasən, “x xxx” MMC “xxxx” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Beləliklə, “xxxx” şirkəti və “xxxx” MMC arasındakı münasibətlərdən irəli gələn sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar, uyğunluq sertifikatlarından) görünür ki, “xxxx” şirkəti “xxxx” MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin əmtəə nişanı 1 adlı məmulat mövcud idi.
13. Göründüyü kimi “xxxx” şirkətinə məxsus əmtəə nişanı 1 adlı məmulat Azərbaycan Respublikasına “xxxx” MMC-yə məxsus əmtəə nişanı 2 adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alsaq ki, “xxxx” MMC “xxxx” şirkətinin distribyutoru olub və “xxxx” şirkətinin mallarını Azərbaycan Respublikasında təchiz edib və şirkətin məhsulları ilə yaxından tanış idi, bununla da, belə nəticəyə gəlmək olar ki, “xxxx” MMC əmtəə nişanı 2 adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir.
14. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və xx xxxxxx 2019-cu il tarixli məktublar ilə təqdim edilmiş xx.xx.2016-xx.xx.2016-ci il tarixləri əhatə edən idxal sənədləri və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab fakturalar, qaimələr, spesifakisayalara əsasən görünür ki, əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmula tlar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumatlara görə “xxxx” MMC ilə “xxxx” şirkətləri arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə əmtəə nişanı 1 əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur. Göstərilənlərə əsasən “xxxx” şirkətinə məxsus əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanı “xxxx” MMC-yə məxsus olan əmtəə nişanı 2 adlı əmtəə nişanı müqayisə edilə bilməz. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 sentyabr qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
16. Daha sonra üçüncü şəxs “xxxx” MMC iddiaya qarşı etiraz təqdim etmişdir. Həmin etirazda göstərilmişdir ki, “xxxx” MMC- yə məxsus əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu sinifin “konfetlər” əmtəələri üzrə və 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xidmətləri üzrə xx.xx.2016-cı il tarixində «xxxx» MMC-nin adına Azərbaycan Respublikasında 2016 1340 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016).
17. Qeyd olunan kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsində «xxxx» MMC-nin adına qeydiyyata alınan zaman həmin kombinasiya edilmiş əmtəə nişanın ilkin ekspertizası aparılmışdır. Həmin vaxt əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyatına əmtəə nişanı 3 çilik törədən hər hansı bir hal mövcud olmamışdır. Bundan başqa, əmtəə nişanı 2 adlı kombi nasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında ilkin olaraq «xxxx» MMC-nin adına qeydiyyata alınmışdır.
18. Sonradan iddiaçılar tərəfindən qeyd olunan əmtəə nişanı ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz verilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında həmin etiraza baxılan zaman tərəflərin iştirakı ilə hərtərəfli araşdırılmış, həmin nişanın ekspertizası aparılmışdır. Həmin araşdırma vaxtı da qeyd olunan «Чек и Чан» adlı kombinasiya edilmiş əmtəə nişanın «xxxx» MMC-nin adına qeydiyyata alınarkən hər hansı bir əmtəə nişanı 3 ə və məhdudiyyətin mövcud olmaması müəyyən olunmuşdur. İddiaçıların iddia etdikləri əmtəə nişanı 1 adlı əmtəə nişanın mənşə ölkəsində qeydiyyatı hal hazırda da mövcud deyildi r. Belə olan halda əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanın Azərbaycan Respublikasında «xxxx» MMC-nin adına qeydiyyata alınması «Qeydiyyatın əsaslılığı prezumpsiyasını» tam olaraq özündə ehtiva edir.
19. İddia ərizəsində “xxxx” MMC-nin “xxxx” şirkəti ilə müqavilələrinin olduğu və məhz «əmtəə nişanı 1» adlı məmulatın “xxxx” MMC tərəfindən idxal olunduğu qeyd olunur. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, məsələ ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasında araşdırma aparılarkən Gömrük Komitəsinə sorğular verilmişdir. Həmin sorğulara verilən cavabda əmtəə nişanı 1 adlı məmulatın “xxxx” MMC tərəfindən idxal olunmadığı və qeyd edilən qənnadı məmulatlarının 2016-cı ildə Azərbaycan Respublikasına “xxxx” MMC tərəfindən idxal edildiyi qeyd edilmişdir. 20. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 11 dekabr 2-1(81)-3316/2019 nömrəli qərarı (hakim – E.Ə.Əliyev) ilə iddia təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC ilə “xxxx” şirkətləri arasında münasibətlərin olması iş materiallarına əlavə edilmiş müqavilələrlə öz sübutunu tapmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumatlardan görünür ki, “xxxx” MMC ilə “xxxx” şirkətləri arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “əmtəə nişanı 1" əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur, həmin konfetlərin ilk idxal faktı “xxxx” MMC tərəfindən xx.xx.2016-cı il tarixə təsadüf edir ki, bu da “xxxx” MMC tərəfindən “əmtəə nişanı 2” təsvirli əmtəə nişanın ilkinlik tarixindən (x x.xx.2016) sonrakı tarixdir. Göründüyü kimi təsvirin ərizəçilər tərəfindən 2013-cü ildə yaradıldığının iddia edilməsinə, həmçinin Azərbaycanla “xxxx” MMC vasitəsilə əlaqəsi olmasına baxmayaraq ən azı üç il müddətində həmin nişan altında konfetlər Azərbaycan Respublikasına idxal edilməmişdir. Odur ki, “xxxx” şirkətlərinin həmin əmtəə nişanını Azərbaycanda istifadə etməməsi və ya qeydiyyatında maraqlı olmaması qənaətinə gəlməsi üçün “xxxx” MMC-nin əsası olmuşdur.
22. İddiaçılar apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmini haqqında yeni qərar qəbul edilməsini xahiş etmişlər. b. apelyasiya instansiyası məhkəməsindəki icraat 23.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 21(103)-705/2020 nömrəli qərardadı (sədrlik edən v ə məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) ilə cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli ***** nömrəli qərarının ləğv olunması və “əmtəə nişanı 2” əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, N******* nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia, iddiaçı “İstehsalat Birliyi “xxxx” xüsusi səhmdar cəmiyyətinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadı mübahisələndirilməmişdir. 24.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 21(103)-705/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) ilə iddiaçıların apelyasiya şikayəti təmin edilmiş, 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3317/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 SC-nin iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli ***** nömrəli qərarı ləğv olunmuş və “xxxx” MMC-nin adına “əmtəə nişanı 3 ” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli N ******* nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. 25.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 avqust tarixli 21(103)-705/2020 nömrəli qərardadı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.M.Məmmədov) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-705/2020 saylı iş ü zrə xx.xx.2020-ci il tarixli qərarının nəticə hissəsində olan aşkar yanlışlıqın düzəldilməsi, qərarın nəticə hissəsində birinci instansiya məhkəməsinin qərarının nömrəsi 2-1(103)-3317/2019 əvəzinə 2-1(81)-3316/2019 kimi, qərarın nəticə hissəsində “cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli ***** nömrəli qərarı ləğv olunsun və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin adına “əmtəə nişanı 3 ” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxxx 2016-cı il tarixli N 2016 1147 nömrəli şəhadətnamə etibarsız hesab edilsin” abzası “cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının xx xxxx 2019-cu il tarixli *****nömrəli qərarı ləğv olunsun və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin adına “əmtəə nişa nı 2” əmtəə nişanının qeydiyyata alınmasına dair xx xxxxxx 2016-cı il tarixli N ******* nömrəli şəhadətnamə etibarsız hesab edilsin” kimi oxunması qərara alınmışdır. 26.Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC iddiaçılara məxsus olan və əvvəlcədən qeydiyyata alınmış əmtəə nişanı 1 adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmiş, istehlakçılar arasında yanlış təəssürat yaratmış və iddiaçıların nüfuzuna zərər vurmuş, bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin ç) bəndinin və Paris Konvensiyasının 6 septies maddəsinin tələblərini pozmuş, cavabdeh isə “xxxx ” şirkəti tərəfindən əmtəə nişanı 1 kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinfin əmtəələri üzrə qeydiyyata alınmasına dair xx.xx.2017-ci il tarixdə verilmiş iddia sənədinə dair xx.xx.2018-ci il tarixdə əmtəə nişanının qeydiyyata alınmasını bildirişlə rədd etdikdən sonra Apellyasiya Şurasının xx.xx.2019-cu il tarixli *****nömrəli qərarı ilə əsassız olaraq iddiaçıların etiraz ərizəsini təmin etməmişdir. 27.Üçüncü şəxs “xxxx” MMC kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 28.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmtəə nişanı 2 adlı kombinasiya edilmiş əmtəə nişanı ilkin olaraq Azərbaycan Respublikasında “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən qeyd olunan əmtəə nişanı 1 adlı əmtəə nişanının Azərbaycan Respublikasında qeydiyyatı mövcud olmamışdır. Apellyasiya məhkəməsi bu hala münasibəti bildirməyərək bunu nəzərə almamışdır. Məhkəmə həmçinin səhvən əmtəə nişanı 1 əmtəə nişanını kombinasiya edilmiş nişan kimi qəbul etmişdir. Halbuki, əmtəə nişanı 1 əmtəə nişanı yalnız sözdən ibarət olan əmtəə nişanıdır. Həmin nişanın təsvirinə dair qeydiyyatı yoxdur və şəhadətnamədə hal-hazıradək iş materialında mövcud deyildir. Lakin, “xxxx” MMC-nin adına qeydiyyata alınmış əmtəə nişanı 2 əmtəə nişanının həm sözə, həm də təsvirə dair şəhadətnaməsi vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı iddiaçı və cavabdeh tərəifndən etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
31. İddiaçıların vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
32. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə
3. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğ un olaraq mühafizə edilir. Maddə 5 (bənd f). Əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Maddə 6 (bənd ç). Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. Maddə
29. Əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin h ər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Maddə 31 (abzas 2). Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. 34. “Haqsız rəqabət haqqında” Qanun: Maddə
4. Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü ist isna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. 35. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları: Maddə 29.3. iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. 36. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris K onvensiyası”: Maddə
6. Mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümu mi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər.
37. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı b arədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. İş üzrə üçüncü şəxs apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə tərkibi mübahisənin həlli ilə bağlı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsi və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies ma ddəsinin tələbləri baxımından aşağıdakı məsələlər üzrə araşdırmanın aparılmalı olduğu ilə bağlı apelyasiya məhkəməsinin bildirdikləri ilə razılaşır: 1. “xxxx” MMC iddiaçılar ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxs, nümayəndə, agent olmuşdurmu?
2. İttifaqın üzv ölkələrinin hər hansı birində iddiaçılar oxşar nişanın sahibidirmi?
3. Bu suallar müsbət cavablandırıldıqda müəyyənləşdirilməlidir ki, “xxxx” MMC-nin hərəkətlərinə bəraət qazandıran hallar mövcud olmuşdurmu?
42. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, həm “xxxx” MMC ilə iddiaçılar arasında münasibətlərin olması, həm də əmtəə nişanı 1 əmtəə nişanının İttifaqın üzv ölkələrində iddiaçı şirkətlərin adına qeydiyyata alınması təsdiq olunur.
43. Apellyasiya məhkəməsi mübahisənin faktiki ha lları ilə əlaqədar olaraq həmçinin müəyyən etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016cı illərdə əmtəə nişanı 1 əmtəə nişanlı qənnadı məmulatlarının “xxxx” MMC tərəfindən iddiaçıların distribyutoru qismində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar iş materiallarında mövcuddur. Belə ki, surətlərinin əsli ilə düzgünlükləri cavabdeh tərəfindən təsdiq olunaraq məhkəməyə təqdim olunan ********** nömrəli gömrük bəyannaməsindən və ona əlavə olunan əlavə vərəqlərdən müəyyən edilir ki, Rusiya Federasiyasının İddiaçı1 QSC-nin (mal göndərən, ixrac edən) “xxxx” MMC-yə göndərdiyi və xx.xx.2012-ci il tarixdə Kursk və Bryansk gömrüklərindən buraxılmasına icazə verilən məhsulların arasında əmtəə nişanı 1 adlı qənnadı məmulatları da olmuşdur. ******** nömrəli gömrük bəyannaməsinə və İddiaçı1 QSC (satıcı) və “xxxx” MMC (alıcı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 893 nömrəli müqaviləyə istinad olunan xx.xx.2012-ci il tarixli LE1281 nömrəli hesab-fakturada alıcı kimi “xxxx” MMC, yük göndərən kimi İddiaçı1 QSC, yük alan kimi isə “xxxx” MMC göstərilmiş, hesab-fakturadakı siyahının 20-ci sətrində bir növdə əmtəə nişanı 1 adlı qənnadı məmulatı əks olunmuş, ******** nömrəli gömrük bəyannaməsinə və xx.xx.2012-ci il tarixli LE1281 nömrəli hesab-fakturaya istinad olunan xx.xx.2012-ci il tarixli 971 nömrəli Beynəlxalq daşıma sənədində alıcı kimi yük göndərən kimi İddiaçı1 QSC, yük alan kimi isə “xxxx” MMC göstərilmiş, bir növdə əmtəə nişanı 1 adlı qənnadı məmulatı da əks olunmuş malların spesifikasiyaları “xxxx” MMC-nin möhürü ilə təsdiq ed ilmişdir. “xxxx” MMC ilə iddiaçılar arasında müqavilə münasibətlərinin mövcud olduğu 20102016-cı illərdə əmtəə nişanı 1 əmtəə nişanlı qənnadı məmulatlarının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar işdə olan ********** nömrəli (Kursk Gömrüyündən malın buraxılması tarixi xx.xx.2013-cü il) gömrük bəyannaməsi və ona əlavə olunan əlavə vərəqlər, hesabfakturalar, xx.xx.2013-cü il tarixli 001144 nömrəli Beynəlxalq daşıma sənədi və bir növdə əmtəə nişanı 1 adlı qənnadı məmulatı əks olunan, “xxxx” MMCnin möhürü ilə təsdiq edilmiş malların spesifikasiyaları ilə də təsdiq olunur. Məhkəmə tərkibi nəzərə alır ki, üçüncü şəxsin kassasiya şikayətində apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş bu faktiki halları təkzib edən hər hansı sübutu istinad edilməmiş dir.
44. Cavabdehin Apellyasiya Şurasının qərarında, eləcə də onun tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda belə bir dəlilə istinad edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11 yanvar və xx xxxxxx 2019-cu il tarixli məktublar ilə təqdim edilmiş xx.xx.2016-xx.xx.2016-ci il tarixləri əhatə edən idxal sənədləri və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab fakturalar, qaimələr, spesifakisayalara əsasən görünür ki, əmtəə nişanı 1 adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumatlara görə “xxxx” MMC ilə “xxxx” şirkətləri arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə əmtəə nişanı 1 əmtəə nişanlı konfetlərin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur.
45. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunduğu kimi, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılmasının Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılması, həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılmasının nəzərdə tutulmaması eyni Komitənin cavabdehə ünvanlanmış xx.xx.2019cu il tarixli digər məktubunu iş üzrə sübut əhəmiyyətindən məhrum edir. Nəzərə almaq lazımdır ki, idxal edilmiş qənnadı məmulatlarının konkret adı göstərilməsə də, (idxal edilən məhsulların adları ilə deyil, əmtəə kodları ilə bəyan edilməsinin mümkünlüyü səbəbindən) işin materiallarında olan digər sübutlarla əmtəə nişanı 1 adlı məmulatın idxal olunan məhsullar arasında olduğu sübut edilir. Lakin cavabdeh inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən, qeyd olunanları nəzərə almamışdır.
46. Beləliklə, apelyasiya məhkəməsinin gəldiyi bu nəticə ona görə əsaslı görünür ki, iddiaçıların Azərbaycanla onların distribyutorları qismində çıxış edən bilavasitə “xxxx” MMC vasitəsilə əlaqələri olmuş, əmtəə nişanı 1 əmtəə nişanı altında qənnadı məmulatları sonuncu (və ya onun tərəf olduğu müqavilədə yük alan kimi göstərilən şəxs) tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir.
47. Məhkəmə tərkibi mübahisəyə tətbiq edilməli olan hüquq normalarını rəhbər tutmaqla a pelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçılara məxsus əmtəə nişanı 1 adlı əmtəə nişanı ilə “xxxx” MMC-nin adına qeydiyyata alınmış əmtəə nişanı 2 əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlar olmuşlar, əmtəə nişanı 1 adlı kombinasiya edilmiş təsvir əmtəə nişanı olaraq Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmasa da, həmin əmtəə nişanı iddiaçıların adına Ukraynada 2015-ci ildə, Rusiya Federasiyasında 2003-cü ildə qeydə alındığından, əmtəə nişanının “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasında eyni adla qeydə alınması ilə iddiaçıların hüquqları pozulmuşdur.
48. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 iyul tarixli 2-1(103)705/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Hakimlər: X.S.Məmmədov Z.M.Quliyev R.S.Nəbizadə