Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2043/2021 23.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri götürülməsi; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-413/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işlə bağlı iddiaçının vəsatətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 28.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona (iddiaçıya) sabiq hakim kimi əmək pensiyasının h akimlərə 01.09.2019-cu il tarixdən vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavə nəzərə alınmaqla yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmiş, iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 21(103)-413/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Vidadi Məmmədov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkə məsinin 09.09.2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Məhkəmə qərarı iddiaçıya 30.06.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 27.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.04.2021-ci il tarixli 2-1(103)-413/2021 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı 18.11.2021-ci il tarixində məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsini geri götürdüyü üçün inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. VƏSATƏTİN DƏLİLLƏRİ
6. Vəsatət belə əsaslandırılmışdır ki, iddiaçı artıq işə baxılmasında maraqlı olmadığından iddia ərizəsini geri götürmüşdür. Bu səbəbdən, iş üzrə icraata xitam verilməsini xahiş edir. TƏRƏFLƏRİN İZAHATLARİ
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil vəsatətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır.
10. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir.
11. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.
12. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəsatəti təmin olunmalıdır.
14. Belə ki, hazırkı qərardadın 9-12-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
15. İddiaçı da 18.11.2021-ci il tarixli vəsatətlə iddia ərizəsini geri götürdüyünü bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdeh isə iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir.
16. Belə olan halda, iddiaçının vəsatəti təmin edilməli, iddia ərizəsi geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəsatəti təmin edilsin. İddia ərizəsi geri götürülmüş sayılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin.