Məhkəmə qərarları › İş №2-1(102)-2043/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2043/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2043/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan sxemin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2206/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 10 fevral 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarı ilə Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarışa əsasən Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında 0,12 ha hə yətyanı torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt hal- hazırda da qüvvədədir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh 10.01 2022-ci il tarixli, Z-49/2-091/2-t/1 saylı məktubu ilə torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmağın mümkün olmaması qeyd edilmişdir.

3. Bakı İnzibati Məhk əməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-6166/2022 nömrəli qərardadı (hakim: X1) ilə iddia mümkün sayılmamışdır

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan aydın olmuşdur ki, iş üzrə iddiaçının hüquqi marağı iddiaçıya ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin hazırlanmasına nail olmaqdan ibarətdir. Torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, lakin həmin torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilməmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İddiaçının qaldırdığı məsələ, torpaq sahəsinin plan-cizgisinin verilməsi cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmamaqla, cavabdeh Sabunçu Rayon İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olan orqan deyil.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2206/2022 nömrəli qərardadı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, i stinad olunan çıxarışın kserosurət olması, həm də mətnində tamlığın pozulması onun mötəbər sənəd kimi qiymətləndirilməsi, bu baxımdan da iddiaçının iddia etdiyi torpaq sahəsinin qanuni sahibi olmasını demək mümkün deyil. İddia olunan torpaq sahəsinə iddiaçının subyektiv hüquq malik olması onun tərəfindən sübuta yetirilmir. Belə olan halda İPM-in 35.1-ci maddəsinin tələbi baxımından onun həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi tələbinə dair iddiası əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz və iddianın məhkəmə icraatının mümkünlüyü istisna edilir.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlillə ri

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsində hazırkı işə baxılarkən Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında’" qərarından çıxarışın əsli məhkəmədə göstərilmiş və həmin sənədin surəti məhkəməyə təqdim edilmişdir. Hakim sənədin əslini tələb etməmiş, sənədin mövcudluğuna əmin olduqdan sonra onun surəti ilə kifayətlənmişdir. Sözügedən qərardan çıxarışın əsli hazırda iddiaçının özündədir və məhkəmə iclas zalına gətirilə bilər. Həmçinin Bakı İnzibati Məhkəməsində hazırkı işə baxılarkən Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəs i üzrə Nümayəndəliyi Aparatının 11 №-li, 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında’* Qərarından Çıxarışda edilən düzəlişlər İcra Hakimiyyəti nümayəndəliyi tərəfindən edilmişdir.

10. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddia olunan torpaq sahəsinə dair heç bir arxiv sənədləri aşkar edilməmişdir. İş materiallarına təqdim edilən sənədlərdən göründüyü kimi, həmin sənədlər həqiqi və mötəbərdir. İddiaçının adına ayrılmış Maştağa qəsəbəsi. "Savalan" yaşayış massivi. lll kvartal sahə 5 "A" ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nü mayəndəliyinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi iddiaçının təqsiri deyildir. Bu hala görə, iddianın mümkün sayılmaması qanunsuzdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati ak tın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı

14. İnzibati Prosesual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali M əhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏT İNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

18. Ali Məhkəmə Plenumunun iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyindən göründüyü ki mi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbinin mümkün sayılması üçün ilk növbədə iddiaçının hüquqlarının həqiqətən pozulub-pozulmadığı müəyyən edilməlidir.

19. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən t ələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

20. Hazırkı halda iddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarından çıxarışa əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin plan sxeminin tərtib edilməsini və təsdiqlənməs ini tələb etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi də iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istinad olunan qərardan çıxarışın kserosurət olması, həm də mətnində tamlığın pozulması onun mötəbər sənəd kimi qiymətləndirilməsi, bu baxımdan da iddiaçının iddia etdiyi torpaq sahəsinin qanuni sahibi olmasını demək mümkün deyil. İddia olunan torpaq sahəsinə iddiaçının subyektiv hüquq malik olması onun tərəfindən sübuta yetirilmir. Belə olan halda İPM-in 35.1-ci maddəsinin tələbi baxımından onun həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi tələbinə dair iddiası əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz və iddianın məhkəmə icraatının mümkünlüyü istisna edilir.

22. İddiaçı kassasiya şikayətində qeyd edir ki, Azərbaycan Respubl ikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında’" qərarından çıxarışın əsli məhkəmədə göstərilmiş və həmin sənədin surəti məhkəməyə təqdim edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında’" qərarından çıxarışın əslinin mövcudluğu ilə bağlı araşdırma aparmamış, həmin qərardan çıxarışın mötəbər sənəd olmaması ilə bağlı əsaslar mövcud olmadan həmin sənədin mötəbərliliyini şübhə altına almışdır.

24. Beləliklə, apelya siya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, bununla da hazırkı qərarın 11-ci bəndində göstərilən prosessual normaların tələblərini pozmuşdur.

25. İddiaçı kassasiya şikayətində qərardadın ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etsə də, əlavə sübutların araşdırılması tələb olunduğundan iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

26. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 12-13-cü bəndlərində göstərilən prosessual normaların tələblərinə uyğun işə baxmalı, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 11 nömrəli, 26 avqust 1995-ci il tarixli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması ha qqında’" qərarından çıxarışın əslinin mövcudluğunu müəyyən etməli, iddianın mümkünlük şərtləri ödənildiyi halda işə mahiyyəti üzrə baxaraq əsaslı və qanuni qərar qəbul etməlidir.

27. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2206/2022 nömrəli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-2206/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həm in məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar