Məhkəmə qərarları › İş №2-1(102)-2043/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2043/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2043/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) 12.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı- satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 kv.m olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(105)-275/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli, 35 nömrəli sərəncamı ilə Quba şəhərinin 28-ci məhəlləsində 25 kv.metr sahəli yarımçıq tikilmiş mağaza binası X3 adına rəsmiləşdirilmişdir.

2. Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci il tarixdə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, X6 həmin yarımçıq tikilmiş mağaza binasını iddiaçının əri X1.

3. Daha sonra iddiaçının əri X5 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir.

4. İddiaçının əri X5 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və iddiaçı mərhumun vərəsələri sırasına daxil edilmişdir.

5. İddiaçı vərəsəliyi rəsmiləşdirmək üçün həmin mağaza binasına mərhum əri X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınaraq bu barədə müvafiq çıxarışı və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmış dır ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 25 kv.metr torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-ci il tarixli, 35 nömrəli sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Həmçinin sözügedən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, həmin qeyriyaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına ic azə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə t ələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Quba şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 a dına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra isə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 kv.m olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddi a tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, bələdiyyələr formalaşana qədər torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi. Torpaq sahəsinin verilməsi üçün tələb olunan bütün sənədlər tərtib olunmuş və torpaq sahəsinin verilməsi üçün həmin dövrün qanunvericiliyinin bütün tələblərinə və prosedur qaydalarına əməl olunmuşdur. Həmçinin sözügedən mağaza binası yarımçıq tikilmiş vəziyyətdə 1998-ci ildə alınmış, dərhal da tikintisi başa çatdırılmaqla, həmin vaxtdan mərhum ərinin istifadəsində olmuşdur. Həmçinin sözügedən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeləri ni pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Göstərilənlər əsas verir ki, mrhum ərinin adına sözügedən mağaza binasına dair mülkiyyət hüququnu təsdiq edən sənədlər verilməlidir.

10. Cavabdeh imtina məktubunun məzmununa uyğun iddiaya qarşı təqdim etdiyi etirazında əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmiş, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi edilmişdir.

11. Birinci instansiya mə hkəməsi tərəfindən Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 m2 olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin səlahiyyəti olmayan qurum tərəfindən ayrılması barədə gətirilən arqument əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin mülkiyyətçisinin gələcəkdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən torpaq haqqını və ya tikilinin sökülməsini tələb etmək hüququ var. Ona görə də, inzibati orqanın bu səpkidə gətirdiyi arqumentə əsaslanmaq düzgün deyil. Bundan başqa, məhkəmə tərəfindən Quba Rayon İcra Hakimiyyətindən Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52,80 kv.m olan mağazanın Quba şəhərinin memarlıq üslubuna, xarici görünüşünə zidd olub-olması, o cümlədən istismarına hər hansı bir maneənin olub -olmaması haqqında məlumat tələb edilmiş və verilmiş cavabdan məlum olmuşdur ki, mövcud tikili şəhərin memarlıq üslubuna və xarici görünüşünə xələl gətirmir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Fuad Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zahid Məmmədov) 16 avqust 2022-ci il tarixli, 2-1(105)-419/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)585/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli tikilinin şəhərin ümumi görünüşünə zidd olmaması və istismarına maneə olan halın olmaması barədə Quba Rayon İcra Hakimiyyətinin məktubu tikilinin inşasına dair istismara qəbul aktını əvəz etmir. Bundan başqa, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslan dırmalıdır. Bundan başqa, X5 ilə X6 arasında Quba rayon Dövlət Notariat Konturunda xx.xx.1998-ci ildə, 3-M-58 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən, X4 Quba şəhəri, 28-ci məhəllədə yerləşən 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə iddiaçı Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 kv.m olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərək, 52,80 kv.m qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qərarına gəlmişdir. Halbuki, iddiaçı tərəfindən X2 ümumi sahəsi 52,80 kv.m mağaza binası üzərində hər hansı hüququnun mövcud olduğunu təsdiq edən sənəd təqdim edilməmiş və buna dair sənədlər iş materiallarına əlavə edilməmişdir. xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə X4 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Zakir Quliyev /məruzəçi/, Rahib Nəbizadə və Səyyad Kərimov) 07 dekabr 202 2-ci il tarixli, 2-1(102)-2197/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2- 1(105)-419/2022 nömrəli qərarı ləğv edilmişi, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Kasssiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə verilərək, Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 kv.m olan qeyri-yaşayış binasına X2 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Beləliklə iddiaçının iddia tələbi ondan ibarətdir ki, sözügedən qeyri-yaşayış binasına iddiaçının mərhum əri olmuş X2 adına hüquqlarının dövlət qeydiyyatı haqqında danışmaz əmlakın dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzəri nə qoyulsun. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ölmüş şəxsin adına yuxarıda göstərilmiş çıxarışın və texniki pasportun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, bunun başqa proseduru müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərind ə mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Q anunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəy yən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1 -ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Lalə Rəhimli /sədrlik edən və məruzəçi/, Lətifə Məmmədova və Ayaz Mahmudov) 24 may 2023- cü il tarixli, 2-1(105)-275/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)585/2022 nömrəli qəra rı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 kv.m olan qeyri-yaşayış binasına mərhum əri olmuş X2 adına hüquqlarının dövlət qeydiyyatı haqqında danışmaz əmlakın dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, öl müş şəxsin adına yuxarıda göstərilmiş çıxarışın və texniki pasportun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, bunun başqa proseduru müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Da şınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın müvafiq bəndlərinin tələbləri, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçıya xx.xx.2023-cü il tarixdə iş üzrə aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin məktub xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Lakin indiyədək iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmənin təklifinə münasibət bildirməmişdir. Hazırkı vəziyyətdə iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cava b vermir.

22. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərardadında göstərir ki, guya o, mərhum ərinin adına reyestrdən çıxarışın yox, hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə iddia qaldırmadır. Lakin bu, belə deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmas ına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-7.3-cü bəndlərinə əsasən, vəfat etmiş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci, 68.2-ci, 69.3-69.4-cü maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüq uqu, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hü quqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədl ərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquq unu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) a) Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdi m olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddə sinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçil məsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

37. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə t ərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

38. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

39. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

40. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə qarşı Quba rayon Dövlət Notariat Kontorunda xx.xx.1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52,80 kv.m olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırılmışdır. 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya xx.xx.2023cü il tarixli məktubla hüquqi yardım göstərilərək ona iş üzrə aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir.

43. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən göründüyü kimi, həmin məktub xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilsə də, iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmənin təklifinə münasibət bildirilməmişdir. Kassasiy a şikayətində isə iddiaçı qanunvericiliyə zidd olaraq vəfat etmiş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli olmasında israr etmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 26-27-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023- cü il tarixli, 2-1(105)-275/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar