Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2043/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-60/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
3. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: Sağ aşağı ətrafın qısalığı qeyd edilməyib” sə bəbi ilə imtina verilmişdir.
4. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və Səbəb: “Diaqnoz əlillik təyin etmir” səbəbi ilə imtina verilmişdir.
5. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia qaldıraraq “cavabdehin sonuncu 2M54969006 №-li, xx.xx.2022-ci il tarixli əsassız qərarının ləğv edilməsi və əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmətdə olduğu zaman xx.xx.2007-ci il tarixində artileriya divizion ərazisində qışa tədarük üçün meşədə əsgərlər ağac kəsən zaman ağac iki əsgərin üzərinə düşmüş, o, həmin əsgərlərə yardım edən zaman isə kəsilən ağac onun sağ ayağının üzərinə düşmüş və o huşunu itirmişdir. İnci sümüyünün həmin zaman 1/3-i qırılmışdır. xx.xx.2007-ci il tarixindən hadisə ilə bağlı 195 nömrəli hərbi hospitala təxliyə olunmuşdur. xx.xx.2007ci il tarixində 230 №-li hərbi hospitala təxliyə olunaraq xx.xx.2008-ci ilə kimi hərbi hissədə müayinə və müalicə olunmuşdur. 42 gün komada olmaqla, 114 gün, yəni xx.xx.2008-ci ilə qədər müayinə və müalicələr almış, kafi vəziyyətdə hərbi hissəyə qayıtmışdır. Qeyd edilən hadisələrlə bağlı arayışlar, epikrizlər də vardır. Aldığı xəsarətə, yəni travmaya görə xx.xx.2016-cı ildə cavabdeh tərəfindən ona ikinci dərəcə əlillik verilmişdir.
9. Hal-hazırda ağrıları çox artmışdır, yeriyə bilmir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsində müayinə və müalicə almışdır. 10. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər Akademik Z.Məmmədov adına təcili-tibbi yardım xəstəxa nasında müalicə və müayinə almışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında müayinə və müalicə almışdır.
11. Bütün müayinələrdən keçmişdir və sümük rengenoqrafikası olmuşdur, açıq gözlə 1/3 inci sümük sınığı və digər xəstəliklər görünür. xx.xx.2015-ci il tarixində 7274 № Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat travmatologiya və ortopediya İnstitutu öz arayışı ilə xəsarətin ağırlığını təsdiq etmişdir. Həmçinin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 X3 və Ortopediya İnstitutunun **********14826№-li xx.xx.2021-ci il tarixli tibbi arayış üzrə verilən tibbi rəydə (diaqnozla) əlilliyə uyğun olması bildirilmişdir. Cavabdeh son ra öz məktubu ilə onda əlilliyin əlamətlərinin təsbit edilmədiyini bildirmişdir. Cavabdeh orqanın qeyd edilən dəlili əsassız və qanunaziddir. Cavabdehin etirazları:
12. Cavabdehin iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93-Aşağı Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri. Sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma defekti. Digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının posttravmatik artrozu. Oynaqların kontrakturası. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.
13. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89- Diz və baldırın travmaları => S80- Baldırın səthi travmaları -> S80.0 - Diz oynağının əzilməsi; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı çapığı əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə digər posttravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə hemiplegiya, sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması aparılmış müayinələr diaqnoz u təsdiqləmir. Diaqnoz dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
14. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı...; Diaqnozun mətni: T93 Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloir dartıcı çapığı Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası Ağır laşma M24.5 Oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə Ağırlaşma M17.3 Digər posttravmatik qonartrozlar, sağ diz oynağının posttravmatik artrozu, daimi ağrı ilə Ağırlaşma G81 Hemiplegiya, sağ incik sinirinin posttravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir. Ağırlaşma L91.0 Hipertrofik çapıq, sağ baldırın yuxarı 1/3-ni geniş həcmi kobud kelloid çapıq toxuması, qaşınma, paresteziya Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. Xroniki dəmir defesitli anemiya, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Sağ aşağı ətrafın qısalığı qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir.
15. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı...; Diaqnozun mətni: QEYRİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir.
16. Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T 98 Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 Aşağı...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı tez-tez xoralaşan çapıq toxuması, qaşınma, parestenziya xroniki anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2152/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4”nin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1-ci sual: İddiaçının müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2-ci sual: Bu xəstəlik və qüsurlar ona hansı qrup əlillik dərəcəsi verilməsinə əsas verir?
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 520/2022 nömrəli rəyinə əsasən iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: Birinci və ikinci suallara cavab: iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş Forma TQS №088 göndərişində qeyd edilən “Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1\3-nin qəlpəli kobud döyənəklə qeyri-düzgün bitişmiş sınığı. Sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli defekti, kobud kelloid dartıcı tez-tez xoralaşan çapığı (Bakı ETTOİ-nin xx.xx.2021-ci il tarixli **********\14826 saylı rəyi); Sağ diz oynağının fibroz ankilozu, k əskin kontrakturası (bükmə-110°; açma-160°), sağ aşıq-baldır oynağının kəskin kontrakturası. (bükmə-100°; açma-85°), sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu. Sağ aşıq-baldır oynağının pos-travmatik deformasiyaedici artrozu, 4-cü mərhələ. Sağ baldırın yuxarı 1\3-nin geniş həcmli kobud kelloid tez-tez xoralaşan çapıq toxuması, qaşınma, paresteziya, xroniki anemiya” diaqnozundakı xəstəliklərdən əziyyət çəksə də əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Nazirlər Kabinetinin № 413 saylı qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməni maddələrini aid etmək mümkün olmadı.
20. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-32 7/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur.
22. Belə ki, inzibati iş materiallarında olan TQS № 88, 0531003AAKC3 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93: aşağı travmaların nəticələri sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyün yuxarı 1/3-nin qəlpəli qeyri düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumasının geniş həcmli toxuma defekti, kobud kellorid dartıcı çapığı; Ağırlaşma: M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülmə si; sağ baldır əzələlərinin artofiyası; M24.5 Oynaqların kontrakturası sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə; M17.3 Digər postravmatik qonartrozlar, sağ diz oynağının postravmatik artrozu, daimi ağrı ilə; G81 Hemiplegiya, sağ incik sinirinin postravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya; R26 Hərəkətin və yerisin pozulmaları, sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu, qoltuq ağacının köməyi ilə gəzir; L91.0 Hipertrofik çağıq sağ baldırın yuxarı 1/3-nin geniş həcmli kobud kelloid çağıq toxuması, qaşınma, paresteziya; Yanaşı xəstəliklər: D50 Dəmir defisitli anemiya xroniki dəmir defisitili anemiya.
23. Daha sonra isə iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək meyar-2.2 İkinci dərəcə əlillik, etiologiy asından asılı olmayaraq, aşağı ətrafın parezi, çanaq oynaqlarının funksiyalarının pozulması (G30-G32.9, G80-80.9) meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə cavabdeh orqan yuxarıda qeyd edilən əsasları göstərərək iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir.
24. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)-2152/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 1049 saylı, xx.xx.2022-ci il tarixli rəyində (Ali Məhkəmənin qeydi: ekspertiza tədqiqatı xx.xx.2023-cü il tarixdə başa çatmışdır) qeyd edilmişdir ki, iddiaçıda “Elm iTədiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı. Sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə). Sağ aşıqbaldır oynağının deformasyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə). Sağ aşağı ətrafın 5.5 sm qısalığı. Sağ baldırın bayır arxa səthlərinin yumşaq toxuma əzələ defekti. İnfeksiyalaşmış kobud ağrılı çapıq toxuması. Yetikşin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi. Ətrafın kəskin funksiya yorğunluğu müəyyən edilmişdir.
25. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəlikl ər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır.
26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-618/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş, İddiaçının xəstəlikləri nə zərə alınmaqla müvafiq səhiyyə müəssisəsinin həkimi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X5 iddiaçının əyani müayinəsində iştirak etməyən ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6nə tapşırılmış, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur. - İddiaçı canlı müayinə olunmaqla, onda xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş aşağıdakı xəstəliklər müşahidə edilirmi: 1) əsas diaqnoz: aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı çapığı (T 93); 2) ağırlaşma: əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ baldır əzələlərinin atrofiyası (M62.5), oynaqların kontrakturası, sağ diz oynağının kontrakturası hərəkət həcmi 10 dərəcə (M24.5) digər posttravmatik qonartrozlar, sağ diz oynağının posttravmatik artrozu, daimi ağrı ilə (M17.3), hemiplegiya sağ incik sinirinin poztravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma paresteziya (G81), hərəkətin və yerişin pozulmaları sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu(R26), hipertrofik çapıq, sağ baldırın yuxarı 1/3-ni geniş həcmi kobud kelloid çapıq toxuması, qaşınma, paresteziya(L 91.0) 3) yanaşı xəstəliklər: dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya (D50).
28. Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 tərəfindən verilmi ş T821/2023 nömrəli ekspert rəyində qeyd edilir ki, iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinədən keçərkən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya institutuna müayinəyə göndərilmiş və komissiya tərəfindən ona “Sağ incik sümüyünün yuxarı 1/3-də kobud döyənək və qeyri-düzgün bitişmiş sınığı, sağ diz oynağının deformasiyaedici artrozu İV mərhələ, diz oynağının fibroz ankilozu, kəskin kontraktura (bükmə 150 dərəcə, açma 160 dərəcə), sağ aşıq-baldır oynağının deformasiyaedici artrozu İV mərhələ (bükmə 100 dərəcə, açma 85 dərəcə), sağ aşağı ətrafın 5,5 sm qısalığı, sağ baldırın bayır-arxa səthlərinin yumşaq toxuma əzələ defekti, infeksiyal aşmış kobud ağrılı çapıq toxuması, yerişin kəskin pozulması, qoltuq ağacı ilə yeriməsi, ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu müəyyən edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-60/2024 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-327/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
31. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, ekspert rəyindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə qeyd edilmiş
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı poz untularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.) Qiymətləndirmə 13.4. Qonartroz (diz oynağının artrozu) M17, 13.4.32. ayağın 4-7 sm qısalması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarının 13.4.32-ci bəndinə əsasən əlilliyin təyin edilməsinə əsas verir.
32. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən iddiaçının göndərişdə qeyd edilən xəstəliklərlə əlaqədar Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında göndərişin tərtib olunmasından əvvəl son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olubolmaması ilə bağlı məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
33. Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-xx.xx. 2021-ci il tarixləri arasında ambulator müalicə və müayinə olunmuş, ambulator kartadan səhifələr təqdim olunmuşdur.
34. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
35. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
36. Kassasiya şikayətində qeyd edilir ki, Əlillik təyini ilə bağlı bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin 18.01,2022-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və “X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - Aşağı...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3 nin qəlpəli kobud döyənəklə qeyri düzgün bitişmiş sınığı, sağ baldırın yuxarı yan səthinin yumşaq toxumanın geniş həcmli toxuma defekti, kobud kelloid dartıcı tez-tez xoralaşan çapıq toxuması, qaşınma, parestenziya xroniki anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.
37. USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindro mun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman əlillik təyin edilir. Bundan başqa orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndi rilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması olduqda əlillik təyinatı üçün əsasdır.
38. Zəngilan rayon sakini İddiaçı (FİN:xxxxxxx) xx.xx.2016-cı il tarixdə Tibbisosial ekspert komissiyası tərəfindən aşağı ətraf travmalarının nəticələri. Sağ incik sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş köhnə qəlpəli sınığı. Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti. Digər oynaqların posttravmatik artrozu. Sağ diz oynağının postravmatik artrozu. Sağ diz oynağının kontrakturası. Hipertrofik çapıq” diaqnozu ilə təkrar müayinə olunmu ş və ona Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
39. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0531003AAKC3 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir.
40. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1164 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ baldırın bayır səthinin geniş sahəli dəri və dərialtı yumşaq toxumalarının deffekti ilə didilmiş cırılmış yarası. Sağ incik sümüyünün yuxarı 1/3-nin yerini dəyişən köndələn sınığı. Posthem orrargik anemiya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
41. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Aşağı ətraf travmalarının nəticələri. Sağ baldırın geniş həcmli yaralanmasından sonra sağ incik sümüyünün yuxarı 1/3-nin qəlpəli qeyri-düzgün bitişmiş sınığı, Sağ baldırın yuxarı yan səthinin böyük ölçülü kobud kelloid çapığı, yumşaq toxuma deffekti. Sağ baldır əzələsinin atrofiyası və üzülməsi, Sağ diz oynağının kontrakturası, hərəkət həcmi 10 dərəcə. Sağ diz oynağının postravmatik artrozu. Daimi ağrı ilə. Sağ incik sinirinin posttravmatik nevriti, sağ aşağı ətrafın parezi, hissiyyatın pozulması, qaşınma, paresteziya. Hə rəkətin və yerişin pozulmaları, Sağ aşağı ətrafın funksiyasının kəskin pozğunluğu. Xroniki dəmir defisitli anemiya,” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Belə ki, çapıq toxumalar aşkarlansa da funksional pozuntular əlilliyə əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
42. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.
43. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
45. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
49. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tə ləbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla yanaşı, həmçinin hesab etmişdir ki, ekspert rəyinə əsasən hazırda iddiaçıda göndərişdə qeyd edilmiş
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri (Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcə sinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.) Qiymətləndirmə 13.4. Qonartroz (diz oynağının artrozu) M17, 13.4.32. ayağın 4-7 sm qısalması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti nin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarının 13.4.32-ci bəndinə əsasən əlilliyin təyin edilməsinə əsas verir.
51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
52. Apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, işin materiallarına görə, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
53. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən sonra verilmiş göndərişlərə əsasən keçirilmiş müayinələrdə iştirak etmiş, yalnız xx.xx.2022-ci il tarixli imtinadan sonra məhkəməyə müraciət etmiş, ilkin tələbində xx.xx.2022-ci il tarixli imtinanı mübahisələndirərək əlilliyin bərpa edilməsini tələb etsə də, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
54. Birinci instansiya məhkəməsi də iddianı həmin məzmunda təmin etmiş, apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmış, lakin iddiaçıya əlilliyin məhz xx.xx.2021-ci il tarixdən (2016-cı ildə təyin edilmiş əlilliyin müddətinin başa çatdığı gündən) təyin edilməli olduğunu əsaslandırmamışdır.
55. Nəzərə alınmalıdır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...
56. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. İşin materiallarına görə, iddiaçı tibb müəssisəsinin göndərişinə əsasən cavabdeh orqanda x x.xx.2021-ci il tarixdə müayinədən keçmişdir. Belə olan halda, məhkəmə gəldiyi nəticənin səbəblərini qərarında göstərməli, iddiaçıya əlilliyin məhz xx.xx.2021-ci il tarixdən təyin edilməli olduğunu əsaslandırmalı idi.
57. Bundan başqa, işdən göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-618/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6nə tapşırılmış, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçı canlı müayinə olunmaqla, onda xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş aşağıdakı xəstəliklər müşahidə edilirmi:...”
58. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadı ilə təyin edilmiş məhkəmə tibbi ekspertizasının tədqiqatının predmetini 2021-ci ildə deyil, xx.xx.2022-ci il tarixdə verilmiş göndəriş, orada qeyd edilən xəstəliklər təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi də qərarında gəldiyi nəticənin əsası kimi xx.xx.2023-cü il tarixli, 2-1(105)-618/2023 nömrəli qərardada əsasən Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair T821/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə istinad edərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
59. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş və iddia olunan xx.xx.2021-ci il tarixdə qüvvəd ə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbinə görə, bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0) xüsusi hal kimi nəzərə alınmaqla müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verirdi (2.5, 2.5.10).
60. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il 01 iyul tarixdən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.32-ci yarımbəndi (ayağın 4-7 sm qısalması) geriyə tətbiq edildikdə belə, bu, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas vermir. İddiaçıda müəyyən edilmiş “sağ aşağı ətrafın 5.5 sm qısalağı” nəzərə alındıqda, istinad edilən və hazırda qüvvədə olan normanın tələbinə əsasən iddiaçıya “orqanizmin funksiyalarının 40 faiz pozulması” səbəbi ilə müddətsiz əlillik təyin oluna bilər. Bu barədə apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında mütəxəssis kimi iştirak edən cavabdehin orqanın həkim-eksperti də məhkəmənin nəzərinə çatdırmışdır. O, cavabdehin imtinasının əsası kimi, həmçinin qeyd etmişdir ki, Göndərişdə ayağın qısalığı qeyd edilmədiyinə görə iddiaçıya əlillik təyin edilməmişdir; əlavə olaraq qeyd edir ki, iddiaçıda diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu da aşkar edildiyi halda, əlavə faiz dərəcəsi müəyyən edilməklə əlillik təyin edilə bilər.
61. Apellyasiya instansiyası məhkəməsi mütəxəssisin izahatındakı məlumatları qərarında təsvir etsə də, onlara hər hansı münasibət bildirməmiş, qeyd olun anların əsaslarını və hazırkı icraatda tətbiqi imkanlarını yoxlamamışdır.
62. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
63. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-60/2024 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.