Məhkəmə qərarları › İş №2-1(102)-2043/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2043/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2043/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsu si Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2025-ci il tarixli, 2-1(106)-222/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsas landırmışdır ki, o, 1979-cu ildə Azərbaycan Mühəndis İnşaat institutuna qəbul olmuş, 20 iyun 1984-cu ildə həmin institutu inşaat mühəndisi ixtisası üzrə bitirmiş, sonradan təyinatla Rusiya Federasiyasının Başqırdıstan vilayətinin Sterelitamak şəhərində 4 nömrəli Tikinti idarəsində inşaat ustası kimi işlə təmin olunmuş, bu barədə, AT-İİİ № ******* nömrəli əmək kitabçası açılmış, müvafiq qeydlər aparılmışdır. Hərbi xidmətə getməyi ilə əlaqədar 29 aprel 1985-ci il tarixində 4 nömrəli Tikinti idarəsində inşaat ustası vəzifəsindən işdən azad olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh pensiya təyinatından imtina etmişdir. 10 may 1985-ci il tarixindən 19 dekabr 1986-ci il tarixinədək hərbi xidmətdə olmuş, hərbi xidmətd ən tərxis olunduqdan sonra 02 mart 1987-ci ildə Lerik rayon kənd təsərrüfatı və ərzaq idarəsinin nəzdində fəaliyyət göstərən Lerik Təmir-Tikinti Müəsisəsinin 162 saylı əmri ilə inşaat ustası vəzifəsinə işə qəbul edilmiş, Lerik Rayon İcra Hakimiyyətinin 25 may 1994-cü il tarixli, 32 nömrəli sərəncamına əsasən Lerik Rayon Kənd Təssərrüfatı və Ərzaq İdarəsinin nəzdində fəaliyyət göstərən Lerik Təmir Tikinti Müəsisəsi 31 saylı TSMD ilə birləşdiyindən, həmin müəssisədə inşaat ustası kimi işini davam etdirmişdir. "xxxx" ASC-nin 01 may 1998-ci il tarixli, 01 nömrəli əmrinə əsasən 31 saylı TSMD "xxxx" ASC-nin Lerik Aqrartikinti filialı adlandırıldığından, "xxxx" ASC-nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi işini davam etdirmişdir. Başqa işə keçdiyi üçün "xxxx" ASC-nin Lerik Aqrartikint i filialının 30 dekabr 2005-ci il tarixli, 52 nömrəli əmrinə əsasən inşaat ustası işindən azad edilmişdir. Rusiya Federasiyasının Başqırdıstan vilayətinin Sterelitamak şəhərində 4 nömrəli Tikinti idarəsində inşaat ustası kimi 8 ay 26 gün və "xxxx" ASC-nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi 18 il 9 ay 29 gün əmək stajı olmuşdur. İşlədiyi dövrlərdə adına əməkhaqqı cədvəlləri tərtib olunmuş, əməkhaqqı barədə bütün qeydlər aparılmışdır. "xxxx" ASC-nin Lerik Aqrartikinti filialında inşaat ustası kimi işinin əmək şəraiti xüsusi ilə zərərli olduğundan, Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29b bəndinə uyğun olduğundan güzəştli əmək pensiyası hüququna malik şəxs olduğu üçün müvafiq əmək pensiyası təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 müraciət etmiş, onun güzəştli əmək pensiyası hüququna malik şəxs olduğu nəzərə alınmamış, əmək pensiyası təyin olunmasından imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

3. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və "xxxx" ATSC-nin Lerik “Aqrartikinti” filialının ona dair 20 sentyabr 2022-ci il tarixli, 12 nömrəli arayışında xx.xx.1987-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə inşaat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar qeyd olunan dövr üzrə iddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq "xxxx" ATSC-ni n Lerik “Aqrartikinti” filialında saxlanılan sənədlərdə xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməkhaqqı ödənişlərinin qeydə alınmadığı bildirilmişdir. Həmçinin, Fondun 1 saylı Lənkəran-Astara regional filialının əməkdaşlarının iştirakı ilə iddiaçının xx.xx.1987-xx.xx.2005-ci illər üzrə iş stajı və əməkhaqlarının yoxlanılması məqsədilə tərtib olunmuş 27 oktyabr 2022-ci il tarixli qarşılıqlı yoxlama aktında da onun 1997-2005-ci illər üzrə əməkhaqqı cədvəllərinin təqdim edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən də xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə onun iş stajını müəyyən etmək mümkün olmadığı üçün ümumi iş stajı 25 ildən az (15 il 3 ay 10 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il (hərbi xidmət dövrü), xx.xx.1987-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-cı ildən sonra 3 il 2 ay)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

4. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) 04 dekabr 2024-cü il tarixli, 2-1(120)-452/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman cavabdeh imtina üçün aşağıdakı halları əsas götürmüşdür:

1. Təhsil müddətinin əmək stajına əlavə edilə bilməməsi;

2. Ümumi iş stajının toplanmaması;

3. Güzəştli iş stajının toplanmaması. İddiaçının müraciətinin təmin olunmasından imtinanın əsaslarından biri onun 1979-1984-cü illərdə aldığı təhsil dövrü ilə bağlı olmuşdur. İnzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və etirazda “qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir” qeyd olunmuşdur. Məhkəmə həmin imtina dəlili ilə bağlı qeyd edir ki, iddiaçının peşəyönümlü və orta-ixtisas təhsil müəssisələrində təhsil müddətlərinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli 1044 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırla nması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-68/281/2024 n ömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının 1979-1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti) əyani təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. İddiaçıya məxsus olan 047544 nömrəli diplom Azərbaycan Memarlıq və İnşaat Universitetində 1032 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən inzibati orqan tərəfindən iddiaçının təhsil müddəti ilə bağlı imtinası əsassız olmuşdur və bu səbəbdən qeyd edilən təhsil dövrü onun iş stajına əlavə edilməlidir. 5.2. İddiaçının tələbindən imtinanın əsaslarından biri də onun ümumi iş stajı ilə bağlı olmuşdur. Ümumi stajla bağlı aşağıdakılar qeyd olunmalıdır. Şəxsin işləməsini təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçasında olan qeydlərlə müəyyən olu nur ki, iddiaçının 57 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2019-cu il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Eyni zamanda, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Onun xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixədək olan dövrdə "xxxx" müəssisəsində işlədiyi və əməkhaqqı aldığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, iddiaçının işə girməsi, digər vəzifəyə keçməsi, işdən azad edilməsi barədə əmrlər aşkar edilmiş və mübahisə doğurmamışdır. Məhkəmədə şahid qismində iştirak edən filialın keçmiş rəisi X2 iddiaçının həmin dövrdə işlədiyini və əmək haqqı aldığını təsdiqləmiş, arayışları və sənədləri məhkəməyə təqdim etmiş, tərəflərin iştirakı ilə sənədlərə baxış keçirilmiş və şübhə doğuran hallar aşkar edilməmiş dir. Eləcə də, X2 mübahisəli hesab edilən 1997-2005-ci illərlə bağlı sənədlərin arxivə verilməməsinin, həmin dövrdə müəssisənin inzibati binasında məcburi köçkünlərin yaşaması səbəbindən mümkün olmadığını bildirmişdir. 5.3. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə qeyd etmişdir ki, sorğu nəticəsində "xxxx" X5 Cəmiyyəti Lerik “Aqrartikinti” Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı 18 il 9 ay 29 gün inşaat ustası vəzifəsində çalışmışdır. Təşkilatlarında ştat cədvəli üzrə 5 (beş) vahid “inşaat ustası” vəzifəsi mövcud olmuşdur. “İnşaat ustası” vəzifəsi ştat cədvəli üzrə mühəndis-texniki işçilər və həmçinin, mütəxəssislər siyahısına daxildir. Bu vəzifədə işləyən hər bir şəxs onun rəhbərlik etdiyi (fəhlə, sürücü və sai rə) şəxslərə şamil olunur. Həmçinin, onun rəhbərlik etdiyi tikinti sahəsində tikinti işlərinin, layihə və smeta sənədləri üzrə dəqiq yerinə yetirilməsinə və tikintidə işləyən hər bir şəxsin təhlükəsizlik texnikasına əməl etməsinə cavabdehlik daşıyır. Birmənalı olaraq inşaat ustası tikinti sahəsində bütün proseslərə nəzarət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29b bəndinə və 23419 vəzifə koduna əsasən, inşaat ustası vəzifəsi xüsusilə zərərli iş olaraq qəbul edilmişdir. Eləcə də, cavabdeh inzibati orqan iddiaçının qeyd edilən müəssisədə xx.xx.1997-ci il tarixə kimi işlədiyi dövrü güzəştli iş stajı kimi mübahisəsiz hal kimi qəbul etmişdir. Həmin tarixdən xx.xx.2005-ci il tarixə kimi iddiaçı eyni vəzifədə işl əsə də, iddiaçının həmin dövrlə bağlı ümumi iş stajı mübahisələndirildiyindən, qeyd edilən dövrün güzəştli iş stajı kimi qəbul edilməsi də mümkün olmamışdır. Məhkəmə iddiaçının ümumi iş stajını əsaslı hesab etdiyindən, həmin dövrlə bağlı güzəştli iş stajını da qəbul edir. Belə olduğu halda, məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox olduğu müəyyən edilir. 5.4. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyind ən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və İ.Q.Əsədov) 19 mart 2025-ci il tarixli, 2-1(106)-222/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 7.1. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi iddiaçının 1987-2005-ci illər ərzində əməkhaqqı alması ilə bağlı arxivdə sənədlərin mövcud olmamasına dair dəlili ilə bağlı qeyd olunmalıdır ki, sənədlərin arxivə təhvil v erilməməsi iddiaçının həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmamasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının 1987-2005-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olması həm əmək kitabçası ilə, həm də əməkhaqqı və başqa gəlirlər haqqında sənədlərlə təsdiq edilir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən baxış keçirilmiş və surətləri işə əlavə edilmiş 1987-2005-ci illər üzrə əməkhaqqı cədvəllərindən görünür ki, iddiaçıya həmin dövr üzrə əmək haqqı ödənilmişdir. 7.2. Bundan başqa, işdə olan “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) inşaatçı ustası işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 18 il 9 ay 29 gün təşkil edir. Əmək şəraiti xüsusilə zərərli ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29b bəndinə uyğundur. Göründüyü kimi, təqdim edilmiş sübutlar ilə təsdiq edilir ki, iddiaçının qanunla müəyyən edilmiş həcmdə güzəştli iş stajı mövcuddur.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzib ati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüq uqun düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilm əsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Koll egiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-3360/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaşa) çatması və xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması iş materiallarında olan sənədlərlə (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cava b məktubları) tam sübuta yetirilir.

16. İddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı cavabdehin təkrarlanan dəlilinə (cavabdeh iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin iddiaya yazılı etirazında bununla bağlı mülahizə irəli sürməmişdir) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması şərti nəzərdə tutulmadığından cavabdehin qeyd olunan dəlili əsassızdır. Odur ki, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişd ir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2025-ci il tarixli, 21 (106)-222/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar