Məhkəmə qərarları › İş №2-1(102)-2044/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2044/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2044/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı (üçüncü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Vəfaddin İbayev, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi Namiq Müslümovun və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı (üçüncü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin iştirakı ilə) borclu nun hüquqi varislə əvəz olunması barədə qərarın ləğvi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 03 may 2018-ci il tarixli 2-1(103)757/2018 qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” ASC-nin cavabdeh Yasamal rayon İcra Şöbəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş borclunun hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 17331/5-26 saylı, 29.08.2000-ci il tarixli qətnaməsinin iddiaçıya münasibətdə icraya yönəldilməsi hərəkətlərinin qanunsuz h esab edilməsi və həmin qətnamə üzrə verilmiş 17 iyun 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 18.12.2015-ci il tarixli iş № 2-1(81)-1847/2015, (sədrlik edən hakim F.Əhmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.12.2015-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.06.2016-cı il tarixli iş № 2-1(103)-1018/2016 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 18.12.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 23.06.2016-cı il tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13.12.2016-cı il tarixli iş № 2-2(102)-1693/2016 (hakimlər R.Nəbi zadə - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) qərarı ilə kasasiya şikayətinin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 23.06.2016-cı il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 18.08.2017-ci il tarixli iş № 2-2(103)-546/2017 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 18.12.2015-ci il tarixli tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiyainstansiyası məhkəməsinin 18.08.2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia təl əbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16.01.2018-ci il tarixli iş № 2-2(102)-76/2018 (hakimlər X.Məmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Dadaşov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 18.08.2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 03.05.2018-ci il tarixli iş № 2-2(103)-757/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, Ü.Həmidov və X.Sarıyev) qərarı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 18 dekabr 2015-ci il tarixl i, 2-1(81)-1847/2015 nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş borclu “Bakıkanalizasiya” İstehsalat Birliyinin onun hüquqi varisi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi haqqında qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 17331/5-26 saylı, 29 avqust 2000-ci il tarixli qətnaməsinin “xxxx” ASC-yə münasibətdə icraya yönəldilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qərarında “Bakıkanalizasiya” İstehsalat Birliyinin ləğv edilərək onun funksiya və balans ında olan əmlakının “xxxx” Səhmdar Cəmiyyətinə verilməsinin onun hüquqi varisi olması və öhdəlikləri üçün cavabdehlik daşıması qənaətinə gəlinmədiyi qeyd edilmişdir. Məsələ ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, X2 Su Cəmiyyəti “xxxx” Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Sərəncamın 3-cü bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin “Bakıkanalizasiya” İstehsalat Birliyi ləğv edilmiş, onun funksiyaları və balansında olan əmlak “xxxx” Səhmdar Cəmiyyətinə verilmişdir. Mülki Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüquq unun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Bakı X1nin funksiyalarının “xxxx” Səhmdar Cəmiyyətinə verilməsi ilə əlaqədar Birliyin fəaliyyəti ilə bağlı hüquq və öhdəlikləri də, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, onda olduğu kimi, “xxxx” ASCyə keçmişdir. Eyni zamanda, qeyd olunan Sərəncama əsasən Bakı X1nin əmlakı “xxxx” ASC-yə keçməklə onun müvafiq faktiki funksiyaları da cəmiyyətə ötürülmüşdür. Bu həm Sərəncamın məzmunundan, həm cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən və onun struktur bölgüsündən irəli gəlir. Belə ki, cəmiyyət sədrinin 18 m art 2011-ci il tarixli, 17 saylı “xxxx” ASCnin strukturunun təkmilləşdirilməsi barədə” əmrindən aydın olur ki, birliyin kanalizasiya xidmətinin təşkili sahəsindəki funksiyaları cəmiyyətin Bakı Kanalizasiya Xidməti İdarəsi, onun ləğvindən sonra isə cəmiyyətin tərkibində hüquqi şəxs statusuna malik olmayan Bakı Sukanal İdarəsi tərəfindən həyata keçirilmişdir. Qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, “xxxx” ASC ləğv edilmiş Bakı X1nin əmlak və funksiyalarına sahib olmaqla onun faktiki funksiyalarının həyata keçirilməsi üçün tələb və digər hüquqlara malikdir və bununla yanaşı onun borcları üçün öhdəlik daşıyır. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» 11 iyun 2004-cü il tarixli 252 nömrəl i Sərəncamının 4.1-ci bəndi ilə bağlı bildiririk ki, həmin bəndə əsasən “xxxx” Səhmdar Cəmiyyətinin, o cümlədən onun tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərin bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Bu bəndin nəticələrinin mübahisələndirilən məsələ ilə bağlılığı yoxdur. Çünki cəmiyyətin borcu qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında yaranmışdır. Bundan əlavə məhkəmə qərarında iddiaçının borclarının Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” 08 aprel 2011-ci il tarixli 405 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetini n “Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə” 10 avqust 2011-ci il tarixli 133 nömrəli Qərarı ilə tənzimləndiyi, onun digər borcları ilə yanaşı 1 fevral 2011-ci il tarixə qədər olan vergı borclarının da silindiyi göstərilmişdir. Məsələ ilə bağlı qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi məlum qərarında bir tərəfdən borcun “xxxx” ASC-yə keçməsi faktını qəbul etməsə də, digər tərəfdən həmin borcun Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” 08 aprel 2011-ci il tarixli 405 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə” 10 avqust 2011-ci il tarixli 133 nömrəli Qərarı ilə tənzimləndiyi qənaətinə gəlmişdir. Yəni, borcun “xxxx” ASC-yə keçməsini qəbul etmişdir. Digər tərəfdən, məhkəmə qərarı əsasında yaranmış borcun Vergi Məcəlləsi ilə müəyyən edilmiş ödənilmə müddətləri ötmüş vergi borcu kimi silinməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, vergi qanunvericiliyi ilə müəyyən edilmiş vergilərin ödənilmə müddəti vergi orqanlarının və vergi ödəyicilərinin hesablamalarına münasibətdə tətbiq olunur. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 03 mart 2018-ci il tarixli, 2-1(103)-757/18 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil1 kasasiya şikayə tində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi N.Müslümov da vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin r ədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03 mart 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 mart 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırı cı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsinkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəməni n İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 03 may 2018-cu il tarixli qərarla, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli, 2-1(81)-1847/2015 nömrə li qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş borclu “Bakıkanalizasiya” İstehsalat Birliyinin onun hüquqi varisi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsi haqqında qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 17331/5-26 saylı, 29 avqust 2000-ci il tarixli qətnaməsinin “xxxx” ASC-yə münasibətdə icraya yönəldilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi qənaətinə gələrkən “İcra haqqında” Qanunun 31-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bir sıra dövlə t müəssisələrinin borclarının tənzimlənməsi barədə” 10 avqust 2011-ci il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin kasasiya şikayətində göstərdiyi dəlillərlə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə üzrə başlanılmış iş artıq 2 dəfə kasasiya instansiyası məhkəməsinin icraatında olmaqla baxış predmeti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2016-cı il tarixli, 2-1(102)-1693/2016 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2016-cı il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2016-cı il tarixli qərar ı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmışdır. Bundan sonra, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 avqust 2017-ci il tarixli, 2-1(103)-546/2017 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərarı ilə, iddiaçının kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 avqust 2017-ci il tarixli, 2-1(103)-546/2017 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kasasiya instansiyası məhkəməsinin 16 yanvar 2018-ci il tarixli qərarının “Əsasl andırıcı hissəsində” göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə X2 Su Cəmiyyəti “xxxx” Səhmdar Cəmiyyəti adlandırılmış, Bakı şəhəri İcra Hakimiyyətinin Bakı X1 ləğv edilmiş, onun funksiyaları və balansında olan əmlak “xxxx” Səhmdar Cəmiyyətinə verilmişdir. Həmin Sərəncamın 4.1-ci bəndində isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “xxxx” Səhmdar Cəmiyyətinin, o cümlədən onun tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Kasasiya məhkəməsi özünün əvvəlki qərarında sərəncamın sözügedən 4.1-c i bəndinin icrası ilə bağlı hər hansı araşdırma aparılmadığını bildirməklə mübahisənin qanuni həlli baxımından həmin halla bağlı araşdırmanın aparılmasına dair göstərişlər vermişdir. Lakin təkrar apelyasiya baxışı zamanı məhkəmə tərəfindən sözügedən araşdırma aparılmamışdır. Bu isə bütün zəruri faktiki və hüquqi hallar qiymətləndirilmədən mübahisə üzrə qərarın çıxarılmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Bakı X1 məhz Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Həmin Sərəncamla onun funksiyaları və balansında olan əmlakla bağlı məsələlər ayrı qaydada (sərəncamın 2-ci bəndi), borclarının tənzimlənməsi ilə b ağlı məsələlər isə ayrı qaydada (sərəncamın 4.1-ci bəndi) həll edilmişdir. Odur ki, hazırkı işin xüsusi halları baxımından funksiyaların ötürülməsinin həm də hüquq və vəzifələrin də ötürülməsini ehtiva etdiyi qənaətinə gəlmək doğru olmazdı. Çünki sözügedən Sərəncamda borclara münasibətdə xüsusi yanaşma müəyyənləşdirilərək onun da “xxxx” ASC-yə keçdiyi aşkar şəkildə göstərilməmiş, əksinə borclarla bağlı məsələnin tənzimlənməsi barədə təkliflərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Ona görə də, apelyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən həmin «tapşırığın icrası qaydasında hansı işlərin görüldüyünü müəyyənləşdirməlidir. Bundan sonra isə borcla bağlı məsələnin hansı qaydada həll edildiyinin tənzimlənməsindən asılı olaraq mübahi sə həll edilməlidir. Əgər borclarla bağlı məsələnin tənzimlənmədiyi müəyyən edilərsə, bu hal “Bakıkanalizasiya” İB-nin borcunun avtomatik olaraq “xxxx” ASC-yə keçdiyi qənaətinə gəlməyə əsas vermir. Çünki əgər borclarla bağlı məsələnin məhz bu qaydada tənzimlənməsinə dair müvafıq niyyət və iradə olsaydı, həmin məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Sərəncamında öz əksini göstərilən qaydada tapardı. Yuxarıda da qeyd olunduğu kimi sərəncamda borclarla bağlı məsələnin həllinin ayrı qaydası müəyyənləşdirilmişdir. Odur ki, borcun “xxxx” ASC-yə keçdiyinə dair qənaətə gələ bilmək üçün bunun müvafıq qanunvericilik aktlarında aşkar tənzimlənməsi tələb olunur. Kollegiya həmçin in hesab edir ki, apelyasiya məhkəməsi iddia tələbinin «qətnamə üzrə verilmiş 17 iyun 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi» hissəsinin mümkünlüyü məsələsini də müzakirə etməmiş, bununla bağlı xidməti vəzifəsinə uyğun olaraq İnzibati Prosessual Məcəllənin 13-cü maddəsindən irəli gələn yardım etmək vəzifəsini də yerinə yetirməmişdir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə müraciət etdikdən sonra davam edən məhkəmə çəkişmələrinin gedişində “İcra haqqında” Qanunda dəyişiklik baş vermişdir. Hazırda qüvvədə olan həmin Qanunun 20.2-ci maddəsınə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Təkrar apelyasiya b axışı məhkəmə nəzərə almalıdır ki, icra məmuru artıq icra sənədi üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdimat vermək səlahiyyətinə malik deyildir, o, müvafiq əsasların mövcudluğunda özü icra sənədi üzrə icraata xitam verilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Belə olan halda, iddiaçının tələbinin həmin hissəsinin göstərilən qaydada təmin edilməsi mümkün deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi qanunvericilikdə artıq icra məmurunun belə bir səlahiyyəti yoxdur, məcburetmə haqqında iddialar üzrə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı vəzifə qoyulması yalnız məhkəmə qərarının çıxarıldığı ana inzibati orqanın qanunvericiliyə görə həmin aktı qəbul etmək səlahiyyətinə malik olduğu hallarda mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında məhkəmə özünün aşağıdakı hüquqi mövqeyini bildirmişdir: “… Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatının spesifik xüsusiyyətlərinə əsaslanaraq, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apelyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeləri nəzərə almaqla kollegiya hesab edir ki, məhkəmə, qanunvericiliyin dəyişmiş yeni müddəalarını nəzər ə almaqla iddiaçıya sözügedən hissədə iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım göstərməlidir. Bu halda, iddiaçı özünün iddiasını dəqiqləşdirməklə məhkəmədən cavabdehin üzərinə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş edə bilər. Kollegiyanın qənaətinə görə iddia tələbinin həmin hissəsinin sözügedən qaydada dəqiqləşdirilməsi inzibati məhkəmə icraatının apelyasiya instansiyası mərhələsində yol veriləndir. Çünki iddia tələbinin bu qaydada dəqiqləşdirilməsi mahiyyət etibarilə yeni iddia tələblərinin meydana çıxması, iddianın predmetinin dəyişdirilməsi və iddia üzrə yeni cavabdehin yaranması ilə nəticələnmir. Bundan başqa, nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət iddiaçının təqsiri nəticəsind ə baş verməmiş, onun iradəsindən asılı olmayan şəkildə məhkəmə çəkişmələrinin uzanması və bu zaman qanunvericiliyin dəyişməsi nəticəsində yaranmışdır. Digər tərəfdən isə sözügedən qaydada dəqiqləşdirmə mübahisəyə baxılmasının ağlabatan müddətlərdə yekunlaşması və prosessual qənaətə nail olmaq baxımından da yolveriləndir». Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsində müəyyən edilmiş «mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir», müddəas ını nəzərə almaqla kasasiya instansiyası məhkəməsinin məcburi xarakter daşıyan hüquqi mövqeyini diqqət mərkəzində saxlamış və verilmiş bütün göstərişləri yerinə yetirmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işin yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş borclunun hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarın ləğv edilməsi, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 29 avqust 2000-ci il tarixli, 17331/5-26 saylı qətnaməsinin “xxxx” ASC-yə münasibətdə icraya yönəldilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 29 avqust 2000-ci il tarixli, 17331/5-26 saylı qətnaməsi üzrə verilmiş 17 iyun 2011- ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2018-ci il tarixli, 21(103)-757/2018 saylı qərardadi ilə iddia tələbi Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 29 avqust 2000-ci il tarixli, 17331/5-26 saylı qətnaməsi üzrə verilmiş 17 iyun 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 29 avqust 2000-ci il tarixli, 17331/5-26 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Xətai rayonu üzrə Vergilər İdarəsinin “Bakıkanalizasiya” İstehsalat Birliyinə qarşı iddia tələbi qismən təmin edilərək iddiaçının xeyrinə “Bakıkanalizasiya” İstehsalat Birliyinin əmlakı hesabina 3333296,5 min AZM manat əsas vergi borcunun, 416806,32 min AZM manat peniyanın, dövlət nəfinə 375010,2 min AZM manat dövlət rüsumunun ödənilməsi qət edilmiş və icra vərəqi 17 iyun 2011-ci ildə verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin 19 sentyabr 2013-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin, 29 avqust 2000-ci il tarixli, 17331/5-26 saylı icra sənədi üzrə borclu “Bakıkanalizasiya” İstehsalat Birliyi hüquqi varisi “xxxx” ASC ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Bakıkanalizasıya” İstehsalat Birliyi ləğv edildiyindən və onun əmlakı “xxxx” ASC-yə keçdiyindən cavabdeh düzgün olaraq özünün 19 sentyabr 2013-cü il tarixli qərarı ilə onu “xxxx” ASC ilə əvəz etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, “İcra haqqinda” Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisı ilə əvəz edir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizat ı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə X2 Su Cəmiyyəti “xxxx” Səhmdar Cəmiyyəti adlandırılmış, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı X1 ləğv edilmiş, onun funksiyaları və balansında olan əmlak “xxxx” Səhmdar Cəmiyyətinə verilmişdir. Sərəncamın 4.1-ci bəndində “xxxx” Səhmdar Cəmiyyətinin, o cümlədən onun tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Sərəncamda “xxxx” SC-nin yaradılması, Bakı X1nin ləğv edilərək, onun funksiyaları və balansında olan əmlakın “xxxx” SC-yə verilməsi qərara alınmış dır. Lakin sərəncamda “xxxx” SC-nin Bakı X1nin hüquqi varisi olması və onun öhdəlikləri üçün cavabdehlik daşıması öz əksini tapmamışdır. Lakin “xxxx” SCnin, o cümlədən onun tabeliyinə verilən müəssisə və təşkilatların borclarının tənzimlənməsi barədə təkliflərin təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Məsələnin bu cür tənzimlənməsı belə qənaətə gəlməyə əsas verir ki, Bakı X1nin borcları avtomatik olaraq “xxxx” SC-yə keçməmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su təchizatı və kanalizasıya xidmətlərindən istifadəsi üzrə yaranmış borclarının silinməsi haqqında” 08 aprel 2011-ci il tarixli Fərmanında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci ilin 01 fev ral tarixinə “xxxx” ASC-yə olan 294,2 milyon manat borclarının silinməsi qərara alınmış, Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı “xxxx” ASC-nin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silınməsi üçün müvafiq tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə” 10 avqust 2011-ci il tarixli qərarında bir ay müddətində “xxxx” ASC-nin əvvəlki illərdə yaranmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş ödənilmə müddətləri ötmüş vergi borclarının, faizlərin, maliyyə sanksiyalarının silinməsinin təmin edilməsi və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılmışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı və Nazirlər Kabinetinin Qərarı ilə iddiaçının borcları tənzimlənmiş, onun digər borcları ilə yanaşı 2011-ci ilin 01 fevral tarixinə qədər olan vergi borclarının da silinməsi nəzərdə tutulmuşdur. Yəni iddiaçının Bakı Kanalizasıya İstehsalat Birliyinin hüquqi varisi hesab edilməsi və onun borcları üçün cavabdehlik daşıması məsələsi hər hansı normativ hüquqi aktda öz əksini tapmamışdır. Əksinə iddiaçının qeyd edilən dövrə qədər olan borclarının silinməsi adı çəkilən normativ aktlarda nəzərdə tutulmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şik ayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 03 may 2018-ci il tarixli, 2-1(103)757/18 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar