Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2044/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İş stajının arxiv arayışına əsasən müəyyən edilməsi, qazanılmış əmək pensiyası hüququ. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1099/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) xx xxxxxxx 1953-cü il təvəllüdlüdür.
2. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçı yaşa görə əmək pensiya sının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər 63 yaşına çatdıqda azı 12 il sığorta stajı olduqda əmək pensiyası hüququ qazanırlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nə zərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı və pensiya sığorta kapitalı olmadığından əmək pensiya hüququ yaranmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1953-cü il tarixdə doğulmuş və xx xxxxxxx 2016-cı il tarixindən yaşa görə əmək pensiyasına çıxmaq hüquq u yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq müraciətini təmin etməmişdir. Belə ki, o, xx xxxxxx 1984-cü ildən xx xxx 1991-ci ilədək Culfa rayon 52 nömrəli Tikinti Quraşdırma İdarəsində 6 il, 05 ay, 21 gün, 1967-1972-ci illərdə isə Culfa rayon Milax kənd C.Məmmədquluzadə adına sovxozda 5 il işləmişdir. 1972-1974-cü illərdə Sovet Ordusunda əsgəri xidmətdə olmuşdur. Ümumilikdə 13 il, 05 ay, 21 gün sığorta stajı vardır. Bunları Culfa rayon Dövlət Arxivinin xx xxxx 2019-cu il tarixli arxiv arayışı, hərbi biletinin təsdiq edilmiş surəti sübut edir. Cavabdehin imtinasının digər bir səbəbi isə pensiya kapitalı ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya kapitalı tələb edən 7-ci maddəsi xx xxxx 201 7-ci ildən sonra pensiya hüququ yaranan şəxslərə tətbiq edilə bilər. Onun isə yaşa görə əmək pensiya hüququ xx xxxxxxx 2016-cı ildən yarandığından pensiya kapitalı tələb edilə bilməz.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından iddiaçının əmək pensiyası hüququ yaranmır. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(82)-3490/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçıya arayışda və hərbi biletdə göstərilən dövrün iş stajına daxil edilərək xx xxxxxxx 2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın hesablanaraq birdəfəlik ödənilmə si öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarını pozur.
10. Qərardan narazı qalan cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1099/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(82)-3490/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası qanunvericiliyə əsaslandığı, yəni əsas normativ hü quqi aktla tənzimləndiyi üçün, qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
13. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydalarının 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Lakin iddiaçı mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əmək kitabçasını cavabdehə və məhkəməyə təqdim etməmişdir. İddiaçı belə bir sənəd kimi Culfa rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 188 nömrəli arxiv arayışına istinad edir. Arxiv arayışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında nəzərdə tutulmadığı üçün hüquqi əhəmiyyətə malik deyil.
15. Apellyasiya instansiya məhkəməsinin bu mövqeyi hüquqi cəhətdən düzgün deyil. Belə ki, həmin Qaydaların 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. İddiaçı pensiya hüququnu xx xxxxxxx 2016-cı ildə 63 yaşdan əldə etdiyinə görə 2017-ci il 1 iyuladək qüvvədə olmuş normalar əsasında ona pensiya təyin edilməlidir.
16. Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən əsas götürdüyü ikinci səbəb iddiaçının əmək stajının 12 ildən az olmasıdır. Lakin məhkəmənin gəlmiş olduğu bu nəticənin də heç bir hüquqi əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hü quq 20.Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır..... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabine tinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnaməl ər, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları: Bənd 117 “q”. Arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ya şa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1- dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. (xx xxxx 2017-ci ilədək olan redaksiya) Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia ) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mü mkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığından müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edək iddianı təmin etsə də, apelyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq iddianı rədd etmişdir. Bu zaman apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əmək kitabçasını cavabdehə və məhkəməyə təqdim etməmişdir. İddiaçı belə bir sənəd kimi Culfa rayon dövlət arxivinin xx.xx.2019-cu il tarixli 188 nömrəli arxiv arayışına istinad edir. Lakin arxiv arayışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında nəzərdə tutulmadığı üçün, o sosial sığorta stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldi yi nəticə ilə razılaşmır.
29. İddiaçı xx xxxxxxx 1953-cü il tarixdə doğulmuşdur, cavabdehə pensiya təyinatı ilə bağlı müraciət edən vaxt onun 63 yaşı tamam olmuşdur. İddiaçıya 63 yaşdan əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin və onun qeydinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən 12 il sığorta stajını toplaması tələb olunurdu. Hazırkı işdə cavabdeh iddiaçının sığorta stajını və pensiya kapitalını mübahisələndirir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
31. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərini n davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
32. Bu qərarın 20-22-ci bəndlərində istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir.
33. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajını müəyyən edən sənədlərin siyahısında arxiv arayışlarının nəzərdə tutulmaması bu qərarın 20-22-ci bəndlərində istinad edilən qanunvericilik aktlarının tələblərinə zidd olmaqla, Qaydalarda olan boşluq kimi qiymətləndirilməlidir.
34. Bundan əlavə, həmin Qaydalarda qeyd edilir ki, 2017-ci ili n iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.
35. Odur ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarına istinad etməklə iddiaçının təqdim etdiyi arxiv arayışını onun iş stajını təsdiq edən sənəd kimi nəzərə almamaqla yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərini pozmuşdur.
36. Apelyasiya in stansiyası məhkəməsi qərarında həmçinin qeyd edilmişdir: “İddiaçının əmək kitabçasının əvəzinə təqdim etdiyi arxiv arayışının qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajını təsdiq edən mötəbər sənəd olması fərz olunan halda da iddia əsaslı deyil. Belə ki, xx.xx.2019-cu il tarixli arxiv arayışına görə, iddiaçı Culfa rayonu Milax kənd C.Məmmədquluzadə adına sovxozda 1967-ci ilin iyun ayında, 1968-ci ilin mart-oktyabr aylarında, 1969-cu ilin fevral-iyun və sentyabr aylarında, 1970-ci ilin mart-may və iyul-oktyabr aylarında, 1971-ci ilin yanvar-iyun aylarında, 1972-ci ilin fevral-iyun aylarında olmaqla, cəmi 33 ay, yəni 2 il 9 ay işləmişdir. Həmin arayışda göstərilən Culfa rayon 52 nömrəli Tikinti Quraşdırma İdarəsində işlədiyi 6 il 5 ay (xx.xx.1984-xx.xx.1991) və NZ ******* nömrəli hərbi biletə əsasən 2 il (may, 1972 may, 1974) hərbi xidmət müddəti də toplandıqda, iddiaçının iş stajı cəmi 11 il 4 edir (1972ci ilin may-iyun aylarında sovxozda deyil də, hərbi xidmətdə olması nəzərə alınarsa, 11 il 2 ay).”
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 1967-1972-ci illərdə Culfa rayon Milax kənd C.M.Quluzadə adına sovxozda işlədiyi illərdə yalnız əmək haqqı aldığı ayların iş stajı kimi nəzərə alınması barədə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakte rindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Odur ki, apelyasiya instansiyası məhkəməsi həmin illərdə iddiaçının yalnız əmək haqqı aldığı ayları toplamaqla ümumi iş stajını müəyyən etməsi, əmək haqqı ödənilməyən ayların isə staj kimi nəzərə alınmaması barədə mövqeyi qanuni və əsaslı olmamışıdır. Belə ki, qanunvericilikdə işçinin işlədiyi illərdə yalnız əmək haqqı aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
38. İddiaçının pensiya kapitalına malik olmaması ilə bağlı cavabdehin mövqeyinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 63 yaşının tamam olduğu xx xxxxxxx 2016-cı il tarixdə 12 il sığorta stajını toplamışsa, həmin vaxt onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu zaman onun pensiya sığorta kapitalına malik olmaması vəziyyəti dəyişmir. Belə ki, 2017-ci il 1 iyul tarixədək əmək pensiyası hüququnun yaranması üçün pensiya sığorta kapitalı tələb edilmirdi. Odur ki, iddiaçının 63 yaşı tamam olan vaxt onun 12 il sığorta stajını topladığı müəyyən edilərsə, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi 2017-ci il 1 iyul tarixədək olan redaksiyada tətbiq edilməlidir.
39. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və qərar ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1099/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.