Məhkəmə qərarları › İş №2-1(102)-2044/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2044/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2044/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair hüquqların alınmasından imtina üçün əsasların mövcud olmaması. dövlət qeydiyyatına Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-120/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 15.12.2017-ci il tarixli, 3668 nömrəli arxiv çıxarışına əsasən, Xətai rayon İcra Hakimiyyətinin 398 nömrəli, 04.11.1998-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evini tikmək üçün Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında yerləşən torpaq sahəsinin sxeminə əsasən eni 12 m, uzunluğu 50 metr olan torpaq sahəsi a yrılmışdır.

2. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh 15 iyul 2019-cu il tarixli, **********66 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır və şosse yolunun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşir. Bundan başqa, torpaq sahəsində hasarlanma işləri aparılmamışdır. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən göründüyü kimi, elektron kadastr məlumatlarına əsasən, qeyd edilən ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır və şosse yolunun kənarında sürüşmə zona sında yerləşir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisi faktiki vəziyyətə uyğun gəlmir və hasarlanma mərzçəkmə işləri aparılmamışdır. Bu səbəbdən iddiaçının müraciəti təmin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 04.11.1998-ci il tarixli, 398 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu, Dövlət Arxivinin Bakı filialının verdiyi 15.12.2017-ci il tarixli, 3668 nömrəli arxiv çıxarışı və arxiv çıxarışına əlavə olunmuş yerləşmə sxemi ilə təsdiq olunur. Eni 12 metr, uzunluğu 50 metr olan torpaq sahəsi yerləşmə sxemi əsasında iddiaçıya təhvil verilmişdir və həmin vaxtdan indiyə qədər onun qanuni istifadəsində və sahibliyindədir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün 2017-ci il dən başlayararaq bir neçə dəfə cavabdehə müraciət etsə də, müraciəti nəticə verməmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında İddiaçı Əhmədağa oğluna ayrılmış 600 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni q ərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-120/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2-1(112)-1488/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şi kayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Həmçinin, müvafiq torpaq sahəsi şosse yolun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşir və göstərilən torpaq sahəsində hasarlanma işləri aparılmamışdır.

13. Bundan əlavə, İdarəyə surəti təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının 398 saylı, 04.11.1998-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 15.07.2019-cu il tarixli, **********65 saylı sorğu göndərilmiş və həmin sorğuya Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş №N/71 saylı, 19.08.2019-cu il tarixli cavab məktubunda Xətai rayon İcra Hakimiyyəti başçısının 398 saylı, 04.11.1998-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ərazisi Azərbaycan Milli Elmlər X1 tərəfindən Bakı şəhəri üzrə müəyyən olunmuş təhlükəli sürüşmə zonasında yerləşdiyindən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.

14. Göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə a lınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Üçüncü şəxs Xətai rayon İcra Hakimiyyəti məhkəməyə ərizə göndərərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə o la bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət ə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alın masından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tut ulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya instansiyası m əhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

23. İşdə olan sənədlərdən məlum olur ki, iddia tələbini Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” 04.11.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya ayrılmış 600 kv metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tə şkil edir.

24. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, torpaq sahəsi sürüşmə zonasında yerləşdiyindən və avtomobil yolunun mühafizə zonasına düşdüyündən müraciət müsbət həll edilə bilməz.

25. Birinci instansiya məhkəməsi və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. 26 Cavabdeh hazırda apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək imtinasında qeyd etdiyi xüsusatları müdafiə edir.

27. Məhkəmə tərkibi kassatorun mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rə yi ilə müəyyən edilir ki, iddiaçıya Xətai rayon İcra Hakimiyyəti başçısının 04.11.1998-ci il tarixli, 398 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin sxemi iş materiallarının 10-cu səhifəsinə əlavə edilmişdir və torpaq sahəsi yerdə mərz nişanları qoyularaq ayrılmışdır. Ölçü zamanı ərazidən keçən yolun eninin 15.5 metr olduğu, yolun orta oxundan ayrılmış torpaq sahəsinin döngə nöqtələrində qoyulmuş mərz nişanına qədər məsafənin 13.25 metr, kənarından isə 5.5 metr olduğu müəyyən edilmişdir. ”Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu yol da yaşayış məntəqəsinin hüdudları da xilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar kameral şəraitdə “Google Yer” proqramına əsasən dəqiqləşdirilərkən isə məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi sürüşmə zonasına düşmür.

28. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26864 nömrəli, 20.11.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 mar t 2015-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasna dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar üzrə sürüşmə zonasına aid deyildir, həmçinin torpaq sahəsi ərazidən keçən avtomobil yolunun orta oxundan 13.25 metr məsafədə yerləşməsinə baxmayaraq, həmin avtomobil yolu yaşayış məntəqəsinin hüdudları daxilində yerləşdiyindən, mübahisələndirilən torpaq sahəsi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə müvafiq olaraq avtomobil yolunun mühafizə zolağına düşmür.

29. Məhkəmə tərkibi hesab edir ki, bu rəylərdə qeyd edilən faktları təkz ib edən heç bir sübut olmadığından, eləcə də bu rəylərlə müəyyən edilən hallar işin digər halları ilə təkzib edilmədiyindən apelyasiya instansiyası məhkəməsi bu rəyləri mötəbər sübut kimi qəbul etməklə mübahisələndirilən torpaq sahəsinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə müvafiq olaraq avtomobil yolunun mühafizə zolağına düşmədiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.

30. İşin apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq arayışında iddiaçıya məxsus ünvan 1 ünvanının yaxınlığında yerləşən ərazidə (göstərilən sahənin coğrafi koordinatları - 40°21'48", 49°57'52") 600 kv.metr torpaq sahəsinin “Abşeron yarımadasında təhlükəli sürüşmə sahələri” albomuna dax il edilmiş sürüşmə sahələrinin hüdudlarından kənarda yerləşməsi qeyd edilmişdir.

31. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən torpağın sürüşmə zonasında yerləşməsi və avtomobil yolunun mühafizə zonasına düşməsi barədə dəlillər iş materialları ilə təkzib olunur.

32. Məhkəmə tərkibi həmçinin, hazırkı iş üzrə cavabdehin imtinasının əsaslarından biri olan və kassasiya şikayətində qeyd etdiyi, torpaq sahəsinin şosse yolunun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşməsinə dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdehin bu dəlili irəli sürərkən istinad etdiyi, iş materiallarına əlavə edilmiş cizgi isə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, cavabdehin bu barədə dəlili əs aslı sayıla bilməz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələr i tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

34. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: C avabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-120/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar