Məhkəmə qərarları › İş №2-1(102)-2044/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2044/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2044/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-407/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (ş ifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Suraxanı rayonu, Serebrovski (indiki Qaraçuxur) qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1, mənzil 2 ünvanına Suraxanı rayon XDS tərəfindən X3 adına xx.xx.1992-ci il tarixli 015806 nömrəli order verilmişdir. 2. xx.xx.1997-ci il tarixli 011523 nömrəli müqaviləyə əsasən X7 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, 1 saylı evin 2 saylı mənzilini X1.

3. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1950 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi ev 1, 2 nömrəli mənzilin X4 adına rəsmiləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. 4. xx.xx.1999-cu ildə X4 adına tər tib edilmiş Texniki pasportda da Bakı şəhəri, ünvan 3 ünvan mənzil kimi qeyd olunmuşdur 5. xx.xx.2000-ci il tarixli 068073 nömrəli müqaviləyə əsasən X8 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilini X2. 6. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilini İddiaçı bağışlamışdır.

7. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilinə İddiaçı adına 5 dekabr 2015-ci il tarixli çıxarış verilmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək ona mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş etmişdir.

9. Cavabdehin 22 oktyabr 2020-ci il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmadığından həmin mənzil dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alındığı təqdirdə müraciətinizə yenidən baxıla bilər. Bundan başqa əlavə 145.0 kv.metr sahəsi zəbt edilərək tərəfinizdən istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 35.0 kV-luq elektri k xəttinin mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999- cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yer ləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin 23 oktyabr 1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu var. Həmin texniki pasportda mənzil A tikili olaraq göstərilməklə yanaşı, mənzilin yerləşdiyi torpaq sahəsinin ölçüləri yazılmış hüdudları da göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində üzərində mülkiyyət hüqu qları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əmlak üzərində hüquqların əldə olunmasını təsdiq edən sənəd olaraq qəbul edilir. O, yuxarıda sadalananlara əsaslanaraq cavabdehə müvafiq sənədlərin qoşma edildiyi 12 avqust 2020ci il tarixli yazılı ərizə ilə müraciət edərək mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin (texniki pasportda göstərilən ölçülər daxilində) mülkiyyət hüquq üzrə adına qeydiyyata alınmasını və ona hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tələbini təmin etməmiş və ona 22 oktyabr 2020-ci il tarixli imtina məktubunu göndərərək həmin imtinas ında mənzil altında yerləşən torpağın özəlləşdirilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Halbuki onun müraciəti mənzilin deyil, fərdi tikilinin yerləşdiyi torpaq sahəsinə aiddir. Bu isə o deməkdir ki, cavabdeh ümumiyyətlə ona həvalə olunan işlərə məsuliyyətsiz yanaşır və qanunsuz hərəkətlər nümayiş etdirir. O ki qaldı zəbt qeydinə, o, texniki sənəddə göstərilən ərazi hüdudları daxilində özəlləşdirilməni tələb etmişdir və edir. O, imtinanı əsassız hesab etdiyi üçün və cavabdehin hərəkət və hərəkətsizliyindən müdafiə oluna bilməsi, eləcə də tələbinin icrasının cavabdehin üzərinə bir öhdəlik olaraq qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

12. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmamışdır. Bundan başqa əlavə 123.0 kv.m torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilərək istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Müvafiq mənzilə dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 22 sentyabr 1999-cu il tarixli 1950 nömrəli sərəncamda torpaq sahəsi deyil, yalnız mənzilin X4 adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. X9 ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 4Ə-120 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilə dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 nömrəli (hakim P.Hüseynov) qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Lakin həmin ünvana dair sənədlərdə ünvanın daşınmaz əmlakın dövlət reyestrində f ərdi yaşayış evi kimi, mənzil kimi qeydiyyata alındığı öz təsdiqini tapır. Belə ki, Suraxanı rayon XDS tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderdə, Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli sərəncamında, alqı-satqı və bağışlama müqavilələrində, habelə xx.xx.1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin ünvan mənzil kimi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2.4-cü bəndə istinad etsə də, həmin bənddə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan əmlak isə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyatdadır. Eyni zamanda iddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununda və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsd iq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir və iddiaçı onun altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir.

15. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) 23 iyun 2022-ci il tarixli, 2-1(103)-407/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsi cavabdehə h əvalə edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəs i tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

18. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulmamışdır. xx.xx.1999-cu il tarixli texniki pa sportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da, torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsi üzərində hüququn yaranması üçün əsas hesab edilir. Həmçinin, arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. İddiaçı tərəfindən 123.0 kv.m əlavə torpaq sahəsi zəbt edilərək istifadə edilməkdədir Əlavə olaraq bildiririk ki, torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qəra r qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə dair etiraz ərizəsi verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 11.1. Hüquqların mövcudl uğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 22. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir

23. Torpaq Məcəlləsi Maddə

55. Hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları mü vafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağ çılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qü vvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)

26. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses i ştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şik ayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual poz untular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X8rşı, § 29; X9rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X8rşı, § 29; X9rşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X8rşı, § 30; X9rşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarların da az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman madd i və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir

31. Hazırkı iş üzrə iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilm əsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır.

32. Cavabdeh inzibati icraat zamanı qeydiyyatdan imtinanın dəlillərində, sonradan məhkəmə icraatında iddia tələbinə etirazın dəlillərində və kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulmamışdır. Texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir.

33. Məhkəmə kollegiyası kassatorun “iddiaçının mülkiyyətində olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçməsi və qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının nəzərdə tutulmaması” ilə bağlı dəlillərini əsassız hesab edir və bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır.

34. Kassatorun digər dəlili ondan ibarətdir ki, torpaq sahəsi və üzərin də inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir.

35. Məhkəmə kollegiyası kassatorun həmin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasında və iddiaya etirazında da qeyd etdiyi həmin dəlillərə ümumiyyətlə qiymət verməmişdir.

36. Halbuki, hazırkı qərarın 26-27-ci bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur. Lakin qərardan göründüyü ki mi, apellyasiya instansiyası məhkəməsi göstərilən tələbləri də pozmuşdur. Odur ki, kassatorun dəlilləri bu hissədə də əsaslıdır.

37. Kassator həmçinin qeyd etmişdir ki, texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır.

38. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi texniki pasportda torpaq sahəsinin ölçüsünün qeyd olunmaması ilə bağlı xüsusata diqqət yetirməmiş və iddiaçının ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstə rilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə qərara almışdır.

39. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndində, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəs inə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir.

40. Həmçinin, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddianın təmin edilməsi barədə qərar qəbul edilsəydi belə, texniki pasportda torpaq sahəsinin ölçüləri göstərilmədiyindən, qərarın torpaq sahəsinin texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi hissədə icrası mümkünsüz olacaqdı.

41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 26 a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

42. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

43. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-407/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

44. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun qərar qəbul etməlidir.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi tələbinə dair hissədə təmin oluna bilməz.

46. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 21(103)-407/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar