Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2044/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünsüzlüyü; tərəf olmayan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində, Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 3 saylı mədənin 6cı sahəsinin ərazisinin hüdudları, həmçinin 361959 saylı neft quyusunun mühafizə zolağı daxilində X1 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1117/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya m əhkəməsinin mövqeyinə görə, çıxarışının ləğv edilməsi tələb edilən daşınmaz əmlaklar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sahibliyində və digər üçüncü şəxslərin mülkiyyətində olduğundan icarə əsasında xidmət göstərən İddiaçı Şirkətinin subyektiv hüququnun olmaması səbəbi ilə iddia tələbi mümkün sayılmamışdır.
4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş apellyasiya şikay əti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 81-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Hazırki halda apellyasiya şikayəti verən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) iş üzrə tərəf (iddiaçı və ya cavabdeh) və ya məhkəmə icraatının digər iştirakçısı qismində çıxış etməmiş, apellyasiya şikayətinin müvafiq dəlilləri baxımından məhkəmə kollegiyası da onun üçüncü şəxs qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etməmişdir.
7. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)həm in qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində göstərilmişdir ki, İddiaçı Şirkəti iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərkən iddia ərizəsində üçüncü şəxs qismində X2 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini qeyd etmiş, məhkəmə tərəfindən C.F.Məmmədova və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. İnzibati Prosessual Məcəllənin tələblərinə görə, Sumqayıt İnzibati Məhkəməsi iddia ərizəsində üçüncü şəxs qismində C.F.Məmmədovun və Dövlət Neft Şirkətinin adlarının qeyd olunmasına baxmayaraq, həmin şəxsləri məhkəmənin müvafiq sərəncamı ilə üçüncü şəxs qismində işə cəlb etməli olduğu halda bunu etməmiş, nəticədə maraqlı şəxs kimi Dövlət Neft Şirkətinin məhkəməyə çatımlılıq hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Neft Şirkəti üçüncü şəxs kimi işə cəlb edilmədiyi üçün apelyasiya instansiya məhkəməsi apelyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilir.
12. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya in stansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
14. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsat ət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur.
15. Yuxarıda göstərilənlərdən göründüyü kimi, məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda onlar məhkəmənin təşəbbüsü ilə üçüncü şəxs qismində işə cəlb edilməlidirlər.
16. Bununla yanaşı bu qərarın 10-a bəndində göstərilənlərə əsasən, inzibati məhkəmələr tərəfindən qəbu l olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır.
17. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
18. Göründüyü kimi, qanunvericilik inzibati işlərdə məhkəmə aktından apellyasiya şikayəti vermək hüququ olan şəxslərin dairəsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) şikayət vermək hüququ olduğunu bildirsə də, göstərilən normaların tələblərindən aydın olur ki, məhkəmə aktından yalnız tərəflər və məhkə mə icraatına cəlb olunmuş üçüncü şəxslər şikayət verə bilər.
19. Beləliklə apellyasiya şikayəti verən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) hazırki iş üzrə tərəf (iddiaçı və ya cavabdeh) və ya məhkəmə icraatının digər iştirakçısı qismində çıxış etməmiş, apellyasiya şikayətinin müvafiq dəlilləri baxımından məhkəmə kollegiyası da onun üçüncü şəxs qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etməmişdir.
20. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı nəticə etibarı ilə düzgün olduğundan, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-458/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərardadı