Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2045/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (üçüncü şəxs Vergilər Nazirliyi)qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), X4, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəkili Vəkil oğlunun, üçüncü şəxs Vergilər Nazirliyinin vəkili X2 və nümayəndəsi X1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (üçüncü şəxs Vergilər Nazirliyi)qarşı “vəsaitin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şirkətin Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə ödəmə mənbəyində tutulmuş 488.999,92 manat artıq verginin tam şəkildə ödənilməsi, yəni geri qaytarılmamış 197.536,17 manat pul vəsaitinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıdan Az ərbaycan Respublikası ərazisində 2013-cü ildə göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərindən beynəlxalq müqavilədə yol verilən dərəcədən artıq (488.999,92 manat) ödəmə mənbəyində vergi tutulmuşdır. Bununla bağlı Vergilər Nazirliyinə 2014-cü ildə müraciət olunaraq artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəy tərtib olunaraq Maliyyə Nazirliyinə göndərilməsi xahiş olunsa da, Nazirliyin Milli Gəlirlər Departamenti tərəfindən rəy 02.06.2017-ci il tarixdə yalnız tərtib olunaraq cavabdeh Maliyyə Nazirliyinə göndərilmiş, lakin sonuncu müxtəlif səbəblərlə həmin məbləği qaytarmaqdan imtina etmişdir. İddiaçı tərəfin Apellyasiya Şurasına müraciətindən sonra sonuncunun 14.12.2017-ci il tarixdə qərarından sonra, 25 aprel 2018-ci il tarixində həmin məbləğin 291.463,75 manatını təşkil edə n bir hissəsi geri qaytarılmış, qalan 197.536,17 manatı isə müddətin ötürülməsi əsas gətirilərək saxlanılmışdır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə ödəmə mənbəyindən tutulmuş 488.999,92 manat artıq vergi məbləğinin geri qaytarılmamış, 197536,17 manat pul vəsaitinin geri qaytarılması vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il ta rixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, tələbetmə müddətinin axımı iddiaçının 2011-2013-cü illərdə 488.999,92 manat artıq ödəməsini həyata keçirdiyi vaxtdan başlayaraq, həmin vəsaitin qaytarılması ilə bağlı onun ərizə ilə vergi orqanına müraciət etdiyi və qeydə alındığı 19.02.2014-cü il tarixə qədər davam etmiş, həmin tarixdən başlanmış inzbati icraatla əlaqədar maliyyə orqanı tərəfindən ödəmənin 25 aprel 2018-ci tarixində qismən (291.463,75 manat) qaytarılmasına qədər müddətin axımı dayanmış, bundan sonra 19.02.2014-cü ilə qədər olan müddət axımı yerdə qalan (197.936,17 manat) vəsaitin geri qaytarılması ilə bağlı məhkəmədə 201 8-ci il 17 iyul tarixinə qədər öz davamını tapmışdır ki, həmin müddətdəki 3 ilə yaxın olan bir müddəti əhatə edir. Belə olan halda da iddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci madəsi ilə müəyyən edilən artıq ödənilmiş vergilərin 5 illik tələbetmə müddəti buraxılmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödəmə mənbəyində tutulan artıq ödənilmiş,488.999,92 manat məbləğində vəsaitin qaytarılması barədə 02.06.2017-ci il tarixli rəy və ərizənin surəti (DTA-06) 14 iyun 2017-ci il tarixdə Maliyyə Nazirliyinə təqdim edilmişdir. Rəydəki artıq ödəmənin yaranma dövrü ilə ərizədəki ödənişlərin aparıldığı dövr arasında uyğunsuzluq təşkil etmiş, ödənişlərin aparıldığı dövr 01.06.2011-31.12.2013 göstərildiyi halda, rəydə 4-cü rüb 2013 kimi göstərilmişdir. Məktubda, həmçinin, «xxxx» MMC-nin ona verilən etibarnaməyə əsasən vergi orqanına ünvanlanmış şirkət tərəfindən artıq ödənilmiş vergilərin qaytarılması haqqında 2014-cü il 18 fevral tarixli ərizəsi və DTA-06 forması vergi orqanının daxilolma qeydiyyatı (ştampı) ilə rəsmiləşdirilməməsi də qeyd edilmiş, bu səbəbdən vergi məbləğinin qaytarılması üçün müraciət tarixinin dəqiqləşdirilməsinə imkan verməmişdir. Bundan sonra, 26.07.2017-ci il tarixində, Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin 17.07.2017-ci il tarix li rəyi Maliyyə Nazirliyinə daxil olmuşdur. Həmin rəydə artıq ödəmənin 2011-ci ilin iyun-dekabr və 2012-2013-cü illərin yanvar-dekabr aylarında yarandığı göstərilsə də, artıq ödəmənin həmin illər üzrə məbləğləri ayrı-ayrılıqda təsbit olunmamışdır ki, bu da artıq ödəmənin qaytarılması üçün Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilən dövrün müəyyənləşdirilməsində çətinliklər yaratmışdır. Bundan sonra Maliyyə Nazirliyinin 29.12.2017-ci il tarixli məktubu əsasında Vergilər Nazirliyi şirkətin ödəniş tarixlərini əks etdirən məlumatlar təqdim edilmiş, həmin məlumatlara əsasən Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə uyğun olaraq 291.463,75 manat məbləğində artıq ödənilmiş məbləğ 25.04.2018-ci ildə şirkətə qaytarılmışdır. Kassator Azərbaycan Respublikasının İnzibati Prosessual M əcəlləsinin 12, 58.7-ci maddələrinə, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tə ləbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Vergilər Nazirliyinin vəkili X5 və nümayəndəsi X3 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının dövlət büdcəsinə ödəmə mənbəyində tutulan vergini 488.999,92 manat məbləğində artıq ödəməsi və cavabdeh tərəfindən 25 aprel 2018-ci tarixində 291.463,75 manat məbləğində artıq ödəmənin iddiaçıya qaytarılması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı artıq qaytarılmamış 197.536 manat məbləğ ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, həmin məbləğ ilə bağlı Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən tələbetmə müddəti keçdiyindən həmin vəsait geri qaytarılmamalıdır. İddiaçı isə hesab edir ki, tələbetmə müddəti keçməmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsində isə nəzərdə tutulur ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87.3-cü maddəsindən də görünür ki, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytar ılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında b eynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni rezidentliyini rəsmi təsdiq edən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndind ə nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. Beləliklə də «Qaydalar»ın qeyd olunan müddəalarından göründüyü kimi, vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödənilmiş vəsaitin qaytarılması üçün qeydiyyatda olduğu yer üzrə vergi orqanına yalnız bir dəfə müraciət olunur və sonuncunun göndərdiyi rəyi əsasında da maliyyə orqanı tərəfindən pul vəsaiti vergi ödəyicisinə qaytarılır. Hazırkı iş üzrə iddiaçı 18.02.2014-cü il tarixdə, baş qa sözlə Vergi Məcəlləsinin 85.5ci maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddəti ərzində vergi orqanına müraciət etmişdir. Cavabdeh iddiaçının 18.02.2014-cü il tarixdə vergi orqanına müraciətini mübahisələndirsə də iş materiallarında olan vergi orqanı tərəfindən cavabdehə ünvanlanmış məktubda (iş v.48 və iş v.93) iddiaçının artıq ödənilmiş vəsaitin qaytarılması barədə ilkin müraciətinin 18.02.2014-cü il tarixdə olması qeyd olunmuşdur. Bundan əlavə, Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə Rəydə də (iş v.51) 2014-cü ilin fevral ayında müraciətin daxil olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçı Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 illik tələbetmə müddəti ərzində vergi orqanına müraciət etmiş, lakin vergi orqanı 2017-ci ildə rəyi hazırl ayıb cavabdehə təqdim etmişdir. Rəyin maliyyə orqanına hər hansı səbəbdən (məs., xarici şirkətə sorğu verilməsi və s.) gec göndərilməsi isə vergi ödəyicisinin təqsiri kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haql olaraq hesab etmişdir ki, tələbetmə müddətinin axımı iddiaçının 2011-2013-cü illərdə 488.999,92 manat artıq ödəməsini həyata keçirdiyi vaxtdan başlayaraq, həmin vəsaitin qaytarılması ilə bağlı onun ərizə ilə vergi orqanına müraciət etdiyi və qeydə alındığı 19.02.2014-cü il tarixə qədər davam etmiş, həmin tarixdən başlanmış inzbati icraatla əlaqədar maliyyə orqanı tərəfindən ödəmənin 25 aprel 2018-ci tarixində qismən (291.463,75 manat) qaytarılmasına qədər müddətin axımı dayanmış, bundan sonra 19.02.2014-cü ilə qədər olan müddət axımı yer də qalan (197.936,17 manat) vəsaitin geri qaytarılması ilə bağlı məhkəmədə 2018-ci il 17 iyul tarixinə qədər öz davamını tapmışdır ki, həmin müddətdəki 3 ilə yaxın olan bir müddəti əhatə edir. Belə olan halda da iddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci madəsi ilə müəyyən edilən artıq ödənilmiş vergilərin 5 illik tələbetmə müddəti buraxılmamışdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/19 saylı 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2045/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2045/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver