Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2045/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; “turbin avadanlıqlarının təmiri üzrə çilingər”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçının vəkili X3, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs i” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)1230/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşının tamam olduğu xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 26 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansi ya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 11 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşı tamam olduğu xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1961-ci il iyulun 14-də anadan olmuş, 1979-cu il sentyabrın 01-dən 1980-ci il iyulun 21-dək Bakı şəhəri 12 saylı Texniki Peşə Məktəbində oxumuş, 1980-ci il noyabrın 21-dən 1982-ci il dekabrın 20-dək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 1983-cü il fevralın 07-dən 2008-ci il noyabrın 28dək “x”-nin İstehsalat-Təmir müəssisəsi Bakı sahəsinin turbin təmiri sexində və “xxxx” MMC-nin turbin avadanlıqlarının təmiri və sazlama sexində “xavadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsində, 2009-cu il oktyabrın 01-dən 2012-ci il dekabrın 29-dək “xxxx” ASCnin Energetika Avadanlıqlarının Təmiri İdarəsində Turbin avadanlıqlarının təmiri sexində və Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırma Departamentinin Elektrik Stansiyaların mühərriklərinin və digər avadanlıqlarının təmiri sexində çilingər işləmiş, hazırda da həmin təşkilatda işləyir. Ümumi iş stajı 36 il, zərərli istehsal sahəsində isə iş stajı 29 ildən artıqdır. 1979-cu il sentyabrın 01-dən pensiya yaşı çatanadək, yəni 2018-ci il iyulun 14-dək 36 il ümumi, Nazirlər Kabinetinin xx xxxxxx 2007- ci il tarixli 12 nömrəli qərarı üzrə zavodun zərərli istehsal sahəsində isə 29 il əmək stajına malik olmuşdur. Qanunun tələbinə gö rə iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu 2018-ci il iyulun 14-dən yarandığı halda, cavabdeh 2006-cı il yanvarın 1dək onun iş stajının 25 ildən az olması əsası ilə ona pensiya təyin etməkdən imtina etməklə qanunvericiliyin tələbini pozmuşdur. Halbuki, 2006-cı il yanvarın 01-dək onun ümumi iş stajı 25 ildən artıq olmuşdur.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçıya tətbiq edilməsi üçün onun 60 yaşı olmalıdır. Lakin iddiaçının hazırda 58 yaşı olduğundan sözügedən norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasında imtina edilməmiş, iddiaçıya pensiya təyin olunması məsələsinə şəxsiyyəti tə sdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri, həmçinin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış təqdim edildikdən sonra baxıla biləcəyi qeyd olunmuşdur ki, cavabdehin bu cavabı imtina kimi qiymətləndirilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-270/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan - yəni hüququnun yarandığı xx xxxx 2018ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ ve rən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etdiyinə görə qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Eyni zamanda, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən (“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsi) təhsil müddəti iş stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının xx xxxxxx 2006-cı il tarixinə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə iddiaçının 57 yaşından güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası hüququ yaranmışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1230/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı cavabdehə xx xxxxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir.
12. Cavabdeh həmin qərardan xx xxxxxxxx 2020-ci il tarixində kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkünsüz sayılması barədə qərar qəbul edil məsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə etirazda qeyd etdiyi dəlillərə əsaslanaraq bildirmişdir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən imtina məktubu almadığından hazırkı iddia mümkün sayılmamalıdır. Cavabdeh bu dəlilini apellyasiya instansiyası məhkəməsində bildirsə də, məhkəmə bu halı nəzərə almamış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
15. M əhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta his səsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmə k şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
18. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r. 22. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin Qanunun qüvvəyə mindiyi x xxxxxx 2006-cı il tarixə azı 25 il iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını həmin Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə çalışmalıdır.
23. İşin apelyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçı xx xxxxxx 1983-cü il tarixindən xx xxx 2002-ci il tarixinədək, xx xxx 2002-ci il tarixindən xx xxxxxx 2008-ci il tarixinədək “Azərenerji”nin İstehsalat - Təmir müəssisəsinin Bakı sahəsinin Turbin Təmiri sexində və “xxxx” MMC-nin Turbin Avadanlıqlarının Təmiri və Sazlanması sexində “turbin avadanlıqlarının təmiri üzrə çilingər” peşəsi üzrə işləmişdir. A dı çəkilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (21400000 Xİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı 2140000a—18455... turbin (buxar-qaz turbini) avadanlığının təmiri... üzrə çilingərlər...) nəzərdə tutulmuşdur.
24. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil aldığı dövr də daxil olmaqla 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajının mövcud olması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bu hal da iddiaçıya 57 yaşdan güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır.
25. Şikayətin əsas dəlili ondan ibarətdir ki, inzibati orqan tərəfindən iddiaçıya imtina məktubu verilmədiyindən iddia mümkün sayılmamalıdır. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 2019-cu il 26 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi göstərilmişdir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1230/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov X.S.Məmmədov K.N.Bədəlov