Məhkəmə qərarları › İş №2-1(102)-2045/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2045/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2045/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ehtiyata buraxılma barədə əmrin dəyişdirilməsi, xəstəlik səbəbi ilə buraxılmaya dair qərar qəbul olunması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Müdafiə Nazirliyi) “əmrin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(103)-1431/N0N1 saylı, 7 iyul N0N1-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasə n işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 14.11.N005-ci ildən N7.11.N010-cu ilədək N nömrəli hərbi hissədə (hazırki XN) xidmət etmiş, sonuncu tarixdə xidmət müddəti başa çatdığına görə müddətini artırmadığı üçün ehtiyata buraxılmış, N019-cu ilin mart ayında xidmətə qəbul olunması ilə bağlı müraciət etmişdir.

2. Müdafiə nazirinin müavini-XN Komandanı tərəfindən müraciətinə müsbət qərar verilərək N7.03.N019-cu ildə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və N nömrəli hərbi hissədə bölüyün bas çavuşu vəzifəsinə təyin olunmuşdur.

3. İddiaçıya 500 H/H komandirinin 30.07.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı xidməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N nömrəli hə rbi hissə komandirinin N0.08.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə N0.08.N019-cu ildə töhmət cəzası verilmişdir.

4. İddiaçı səhhətində yaranan problemlərlə əlaqədar müalicə olunması üçün müraciət etmiş, müalicə alınması üçün N1.08.N019-cu ildə N nömrəli hərbi hissəyə göndərilmiş, iddiaçıya hərbi hissənin kardiopulmonologiya bölməsində 0N.09.N019-ci il tarixdə reaktiv oliqoartrit, hər iki diz oynaqlarının zədələnməsi ilə C virus hepatiti daşıyıcısı diaqnozu qoyulmuş, aparılan müalicə nəticəsində xəstədə klinik, laborator sağalma baş vermiş, kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır.

5. İddiaçı N saylı Hərbi hissənin 1-ci təlim taborunun komandirinə ünvanladığı raportda qeyd etmişdir ki, o, hərbi xidmətə yeni gəldiyi az bir müddət ərzində böl üyün baş çavuşu kimi özünü doğrulda bilməmiş, xidmət üzrə rəhbər sənədləri zəif mənimsədiyi üçün bu sənədlərdən düzgün istifadə etməyi bacarmır. Komandirlər tərəfindən verilən əmr və tapşırıqları vaxtında yerinə yetirə bilmir. Bu səbəbdən komandirlər onun xidmətindən narazı olduqlarını bildirirlər. Həmçinin o, xəstələndiyi üçün hərbi xidməti vəzifələrinin öhdəsindən gələ bilmir, layiqincə xidmət etməsi üçün xəstəliyi imkan vermir. Hal-hazırda xəstə olduğu üçün hərbi xidmətini nizam intizamlı qaydada davam etdirə bilmədiyi üçün onu ordu sıralarından tərxis olunması ilə əlaqədar yuxarı komandir qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

6. İddiaçı ilə N0 avqust N019-cu il tarixdə birinci söhbət aparılmış və iddiaçı xidməti ilə bağlı ona maneçilik yaradılmadığını, sadəcə səhhətilə əlaq ədar problemlərin olduğunu, hərbi həkim komissiyasından keçdiyini, səhhəti kafi olduğundan xidmətə yararlı hesab edildiyini, xidmətində dönüş yarada bilməyəcəyini, bununla bağlı ehtiyata buraxılmaq istədiyini, növbəti məzuniyyətdən istifadə etdiyini, özünü normal hiss etdiyi üçün HHK-na göndərilməsinə ehtiyac duymadığını bildirmişdir.

7. N-ci təlim tabor komandirinin birinci müavini- qərargah rəisi mayor Musa Bəndəliyevin N nömrəli hərbi hissə komandirinə ünvanlandığı 03.09.N019-cu il tarixli raportunda iddiaçının vəzifə borclarının icrasına səhlənkar yanaşması, verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirməməsi, tabeliyində olan şəxsi heyətin məişət şəraiti ilə maraqlanmaması, bölükdə olan silahların, əşya əmlakın uçotunu və qeydiyyatını vaxtında aparmaması, ona tutulan ira dlardan, verilən intizam cəzalarından heç bir nəticə çıxarmaması səbəbindən gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir.

8. İddiaçı ilə 05 sentyabr N019-cu il tarixdə ikinci söhbət aparılmış və iddiaçı izahatında xidmət etməyi bacarmadığını, şərəf məhkəməsinin qərarı ilə razı olduğunu, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istədiyini, hərbi hissə komandanlığı və ya taborun komandanlığı tərəfindən onun xidmətinə heç bir maneçiliyin olmadığını, özünü yaxşı hiss etdiyi üçün HHK-na ehtiyac duymadığını bildirmişdir.

9. N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin 05 sentyabr N019cu il tarixli qərarına əsasən iddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyini, tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmadığını, bölüyün əş ya əmlakını qorunmasına və onların saz saxlanılmasına nəzarət etmədiyini, növbətçilik zamanı xidməti düzgün təşkil etməyi bacarmadığını və ona göstərilən iradlardan heç bir nəticə çıxarmadığını nəzərə alıb, onun Azərbaycan Ordusundan həqiqi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

10. Cavabdehin 078 gm saylı 07 sentyabr N019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 500-cü Motoatıcı Təlim briqadasının (N nömrəli hərbi hissə) 500N-ci Təlim taborunun təlim bölüyünün (qumbaraatan hazırlığı üzrə) baş çavuşu gizir İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı 19.09.N019-cu ildə Müdafiə Nazirliyinə qarşı ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hərbi xidmətdən buraxılmanın əsasının dəyişdirilməsini, hərbi xidmətdən xəstəliyə görə buraxılmanın müəyyən edilməsini, son haqq-hesab aparılaraq əmək haqqının ödənilməsini xahiş etmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1N.10.N019-cu il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin N0.0N.N0N0-ci il tarixli və 10.0N.N0N0-ci il tarixli qərardadları ilə N nömrəli hərbi hissə və N nömrəli hərbi hissə üçüncü şəxslər kimi icraata cəlb edilmişdir.

14. İddiaçı 03.03.N0N1-ci il tarixdə iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə təqdim edərək XN Komandanının 7 sentyabr N019-cu il tarixli 078gm nömrəli əmrinin dəyişdirilməsi, xəstəlik səbəbi ilə buraxılmasına dair qərar qəbul olunmasını və Müdafiə Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 03.03.N0N1-ci il tarixli iclasında ərizə icraata qəbul edilmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N019-cu ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən N saylı Hərbi hissədə gizir rütbəsində xidmətə başlamış, işlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmiş, həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışları ilə böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. Xidmət zamanı səhhətində yaranan problemlərlə əlaqədar olaraq xəstəliyi ilə əlaqədar işdən azad olunmağını xahiş etsə də, hərbi hissə rəhbərliyi ona qarşı qərəzli və qanunazidd mövqe tutaraq onu xidmətə uyğunsuzluğa görə işdən xaric etmişdir. Həmçinin işdən azad olunduqdan sonra ona bir aylıq əmək haqqı verilməmiş, son haqq-hesab aparılmamışdır.

17. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 14.11.N005-ci ildən N7.11.N010-cu ilədək N nömrəli hərbi hissədə (hazırki XN) xidmət etmiş, sonuncu tarixdə xidmət müddəti başa çatdığına görə müddətini artırmadığı üçün ehtiyata buraxılmış, N019-cu ilin mart ayında xidmətə qəbul olunması ilə bağlı müraciət e tmiş, Müdafiə nazirinin müavini-XN Komandanı tərəfindən müraciətinə müsbət qərar verilərək N7.03.N019-cu ildə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və N nömrəli hərbi hissədə bölüyün bas çavuşu vəzifəsinə təyin olunmuşdur. Lakin, iddiaçı ona göstərilən etimadı doğrultmamış, təkrar xidmətə qəbul edilməsinə baxmayaraq intizamsızlıq etmiş, bu səbəbdən N019-cu ilin iyul və avqust aylarında N nömrəli hərbi hissə komandiri ona “Töhmət” intizam cəzası vermişdir. Bundan sonra iddiaçı xidmətində dönüş yaratmamış, əvvəlki vəzifəsinin musiqiçi olduğunu, bölüyün baş çavuşu kimi xidmət edə bilmədiyini əsas gətirərək xidmətdən yayınmış, xidmət etmək istəmədiyini bildirmişdir. Bu səbəbdən hərbi hissə komandiri tərəfindən onun gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə qərar qəbul olunmuş və o, 05.09.N019-cu ildə şərəf məhkəməsində dinlənildikdən sonra məhkəmə onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etmişdir. Hərbi hissə komandiri şərəf məhkəməsinin qərarı ilə razılaşmış və onun təqdimatı əsasında iddiaçı 07.09.N019-cu ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmamışdan əvvəl səhhəti ilə bağlı N nömrəli hərbi hissə komandirinin N avqust N019-ci il tarixli göndərişi ilə N nömrəli hərbi hissəyə müalicəyə göndərilmiş, N1 avqustda isə hospitalda stasionar müalicəyə qəbul olunmuşdur. Müalicəyə qəbul olunan günü hərbi hissədə onunla yazılı söhbətləşmə aparılmış, ona Hərbi Həkim Komissiyasından keçirilməsi barədə sual olunmuş, lakin o Hərbi Həkim Komissiyasından keçirilməsi nə ehtiyac olmadığını bildirmişdir. Aparılmış müalicələr nəticəsində sağalma baş verdiyindən iddiaçı 0N sentyabr N019-ci ildə kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. İddiaçı xidməti vəzifələrinin icrasına səhlənkar yanaşması, yol verdiyi intizamsızlıqlar və vəzifəsinin öhdəsindən gələ bilməməsi səbəbindən 3 sentyabr N019-ci ildə tabor komandiri tərəfindən “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilməsi üçün hərbi hissə komandirinə müraciət olunmuş, nəticədə 05 sentyabr N019-ci ildə şərəf məhkəməsinə çıxarılmışdır. Şərəf məhkəməsində iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış və hərbi hissə komandiri vəsatəti təmin edərək bu barədə Müdafiə nazirinin müavini-XN Komandanına təqdimat göndərmişdir. 05 sentyabr N019 -ci ildə iddiaçı ilə ikinci yazılı söhbətləşmə aparılan zaman ona yenə də Hərbi Həkim Komissiyasından keçirilməsi sual olunmuş, lakin ehtiyac duymadığını bildirdiyindən komissiyadan keçirilməmişdir. Həmçinin, həmin vaxt iddiaçı söhbət vərəqəsində “Gizirlərin Şərəf Məhkəməsi”nin onun barəsində verdiyi “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılsın” qərarına “Xidmət etməyi bacarmıram. Şərəf Məhkəməsinin qərarı ilə razıyam. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istəyirəm” sözləri ilə münasibətini bildirmişdir. Nəticədə iddiaçı 07 sentyabr N019-ci ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçı xidmətdə olarkən Hərbi Həkim Komissiyasından keçirilməyə ehtiyac duymadığından keçirilməmiş, ona zəruri tibbi yardım göstərilmiş, sağalma baş verdiyindən kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ehtiyata buraxıldıqdan sonra isə xəstəliyini əsas tutaraq ehtiyata buraxılma əmrinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki tarixədək onda hər hansı bir əlilliyin olması və ya hərbi xidmətə yararsız olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Hazırda onda olan xəstəliyin səbəb əlaqəsi müəyyən edilməmiş, onun 07.09.N019-cu il tarixinə hərbi xidmətə yararsız olması ilə bağlı sübutlar mövcud deyil. İddiaçı 07.09.N019-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman səhhətində xidmətə yararsız hesab olunacaq dərəcədə pozuntu olmamışdır.

18. Bakı İnzibati Məhkəməsinin 03.03.N0N1-ci il tarixli qərardadı ilə Müdafiə Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilmiş, Müdafiə Nazirliyi üçüncü şəxs ki mi icraata cəlb edilmişdir.

19. Bakı İnzibati Məhkəməsinin (hakim X3, N-1(11N)-40N/N0N1 saylı iş) 4 mart N0N1-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən onda hər hansı bir əlilliyin və ya hərbi xidmətə yararsız olması ilə bağlı sübutlar təqdim edilməmiş, hazırki xəstəliyinin məhz hərbi xidmət zamanı aldığı xəstəliklə səbəbli əlaqəsi müəyyən edilməmiş, hərbi xidmətdən ehtiyata buraxılan dövrə sırf hazırki xəstəliklərin olmasına dair sübutlar təqdim edilməmişdir. Xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onlar ın yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N7.03.N019-cu ildən gizir kimi həqiqi hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin N-ci təlim taborunun N-cı təlim bölüyünün baş çavuşu vəzifəsində xidmət etmiş, bölüyün baş çavuşu kimi bölükdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borclu olmuşdur. Beləliklə, cavabdehin tərəfindən qəbul edilmiş əmr əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının öz iddia ərizəsində qeyd etdiyi digər tələbinə -son haqq hesabın aparılmasına münasibətdə də məhkəmə qeyd etmişdir ki, iddiaçının həq iqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr əsaslı olduğundan, iddiaçının ilkin tələbdən yaranan tələbi də əsassızdır.

21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X1, N-1(103)-1431/N0N1 saylı iş) 7 iyul N0N1-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 4 mart N0N1-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xidmət dövründə mənfi xarakterizə olunmuş, ona 500 H/H komandirinin 30.07.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı x idməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N nömrəli hərbi hissə komandirinin N0.08.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə N0.08.N019-cu ildə töhmət cəzası verilmiş, eyni zamanda onunla iki dəfə fərdi söhbət aparılmış, onun ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbihəkim komissiyasının müayinəsinə göndərilməməyə dair münasibəti öyrənilmiş (aparılmış fərdi söhbətlər zamanı), onun ehtiyata buraxılmasına dair təqdimat yuxarıda qeyd edilmiş sənədlərlə birlikdə göndərilmiş, ehtiyata və ya istefaya buraxılması barədə əmr ona elan olunmuşdur. Bundan əlavə, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xəstəliklə əlaqədar ehtiyata buraxılmaları üçün zəruri şərtlərdən biri hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə N aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılmalarıdır. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya cavab olaraq İddiaçı N nömrəli hərbi hissədə müalicədə olması ilə bağlı barəsində olan 17N4 nömrəli xəstəlik tarixinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Həmin xəstəlik tarixində iddiaçıya qoyulmuş diaqnozlar öz əksini tapmış, bununla bağlı müalicə aldığı, sağlamlıq vəziyyəti kafi olduğu üçün öz hərbi hissəsinə yazıldığı müəyyən olunmuşdu. İddiaçı şərəf məhkəməsindən sonra onunla aparılmış söhbətləşmə zamanı HHK-nin rəyinə ehtiyac olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 0N.10.N0N0-ci il tarixli 1373 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən 10.09.N019-cu il tarixdən 3 ay ərzində xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı müraciəti olmamışdır. Beləliklə, iş materiallarında mövcud olan sənədlərdə iddiaçının hazırki xəstəliyinin məhz xidməti vəzifəsini icra edərkən yaranması təsdiq olunmur, iddiaçı da bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

24. İddiaçı NN avqust N0N1-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti ndə iddia ərizəsində irəli sürdüyü dəlilləri təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən yalnız cavabdeh tərəfinə təqdim etdiyi sənədlərə istinad etmiş, iddiaçının tabeçilik şəraitində verdiyi ifadələri əsas götürməklə qərar qəbul etmiş, iddiaçının hərbi xidmətdən buraxılmaq istəməsinin əsas səbəbinin xəstəlik olmasını nəzərə almamış, bununla da əsassız qərar qəbul etmişdir.

26. İddiaçı şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə, İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 3-cü və N maddələrinə istinad etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüqu q 28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə

40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. (-). 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti baş a çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.N. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-); 41.0.N. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

29. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 15N. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdı qda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə N aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət e tmiş zabitlər.

157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda; b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda. 1NN. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdiri lir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan N ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəf indən; korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən; Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən; polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidm ətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. 1N3. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hər bi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 15N-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 15N-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir. 30. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanun: 3 saylı əlavə (-). Gizir və miçman rütbələrindən məhrumetmə, həmçinin gizirlərin, miçmanların və zabitlərin hərbi rütbələrinin aşağı salınması cəzalarından başqa, hərbi qulluqçuya verilmiş bütün intizam cəzaları hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması gününədək götürülməmişsə, cəza bir il keçəndən sonra öz qüvvəsini itirir, bu şərtlə ki, həmin müddətdə hərbi qulluqçu yeni cəza almamış olsun.

31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 1N. İşin hallarının araşdırılması prinsipi 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 8N. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tə ləblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9N. Ali Məhkəmədə icraat (-). 9N.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9N.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

32. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

35. İddiaçı hərbi q ulluqçu olmuş, ehtiyata buraxılmazdan əvvəl sonuncu xidmət yeri N saylı hərbi hissədə N-ci təlim taborunun N-cı təlim bölüyünün baş çavuşu gizir olmuş, cavabdehin 7 sentyabr N019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

36. İddiaçının şikayətinin dəlillərinə görə onun arqumentləri məhkəmə tərəfindən nəzərə alınmamış, yalnız tabeçilik şəraitində verdiyi ifadələri əsas götürülmüşdür.

37. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

38. İşdə olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 500N-ci Təlim Taborunun təlim bölüyünün baş çavuşu gizir kimi həqiqi hərbi xidmət keçmişdir.

39. N7.0 3.N019-cu ildən hərbi qulluqda olan iddiaçının xidməti vərəqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin 30.07.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı xidməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N0.08.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə töhmət cəzası verilmişdir.

40. İddiaçı N nömrəli hərbi hissənin 1-ci təlim taborunun komandirinə ünvanladığı raportunda bildirmişdir ki, o, hərbi xidmətə yeni gəldiyi az bir müddət ərzində bölüyün baş çavuşu kimi özünü doğrulda bilməmiş, xidmət üzrə rəhbər sənədləri zəif mənimsədiyi üçün bu sənədlərdən düzgün istifadə etməyi bacarmır. Komandirlər tərəfindən verilən əmr və tapşırıqları vaxtında yerinə yetirə bilmir. Bu səbəbdən komandirlər onun xidmətindən narazı olduqlarını bildirirlər. Həmçi nin o, xəstələndiyi üçün hərbi xidməti vəzifələrinin öhdəsindən gələ bilmir, layiqincə xidmət etməsi üçün xəstəliyi imkan vermir. Hal-hazırda xəstə olduğu üçün hərbi xidmətini nizam intizamlı qaydada davam etdirə bilmədiyi üçün onu ordu sıralarından tərxis olunması ilə əlaqədar yuxarı komandir qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

41. Raportda onun imzalandığı tarix qeyd edilməmişdir.

42. Bununla belə, 17N4 saylı xəstəlik tarixi Çıxarış epikrizdən görünür ki, N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsinə N1.08.N019-cu ildə daxil olmuş iddiaçıya 0N.09.N019-ci il tarixdə reaktiv oliqoartrit, hər iki diz oynaqlarının zədələnməsi ilə C virus hepatiti daşıyıcısı diaqnozu qoyulmuş, aparılan müalicə nəticəsində xəstədə klinik, laborator sağalma baş vermiş, kafi vəziyyətdə öz hər bi hissəsinə yazılmışdır.

43. Çıxarış epikrizdə N sentyabr N019-cu il tarixdə iddiaçının kafi vəziyyətdə öz hərbi hissəsinə yazılması, onun həmin tarixdən sağaldığına, hərbi xidmətini davam etdirməsinə maneə olmadığına dəlalət edir.

44. Xidmət üzrə rəhbərlik tərəfindən iddiaçı barəsində iki dəfə söhbət aparılmışdır.

45. Birinci söhbət müalicədən əvvəl aparılmışdır.

46. N0 avqust N019-cu il tarixdə aparılmış birinci söhbətdən görünür ki, iddiaçı xidməti ilə bağlı ona maneçilik yaradılmadığını, sadəcə səhhəti ilə əlaqədar problemlərin olduğunu, hərbi həkim komissiyasından keçdiyini, səhhəti kafi olduğundan xidmətə yararlı hesab edildiyini, xidmətində dönüş yarada bilməyəcəyini, bununla bağlı ehtiyata buraxılmaq istədiyini, növbəti məzuniyyətdən istifadə etdiyini, özünü normal hiss etdiyi üçü n HHK-na göndərilməsinə ehtiyac duymadığını bildirmişdir.

47. Birinci söhbətdə iddiaçı xəstəliyi olduğunu bildirsə də, söhbətdən sonra aparılan müalicənin nəticəsi olaraq kafi vəziyyətdə hərbi hissəyə yazılmışdır.

48. İkinci söhbət müalicədən buraxıldıqdan sonra aparılmışdır. 49. 5 sentyabr N019-cu il tarixdə aparılmış ikinci söhbətdən görünür ki, iddiaçı izahatında xidmət etməyi bacarmadığını, şərəf məhkəməsinin qərarı ilə razı olduğunu, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istədiyini, hərbi hissə komandanlığı və ya taborun komandanlığı tərəfindən onun xidmətinə heç bir maneçiliyin olmadığını, özünü yaxşı hiss etdiyi üçün HHK-na ehtiyac duymadığını bildirmiş və söhbət vərəqini imzalamışdır.

50. Qeyd olunmalıdır ki, N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin 5 sentya br N019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçının xidmətində ciddi nöqsanlara yol verdiyi, tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmadığı, bölüyün əşya əmlakını qorunmasına və onların saz saxlanılmasına nəzarət etmədiyi, növbətçilik zamanı xidməti düzgün təşkil etməyi bacarmadığı və ona göstərilən iradlardan heç bir nəticə çıxarmadığı qeyd edilmişdir.

51. Bundan sonra iddiaçı cavabdehin 078 gm saylı 7 sentyabr N019-cu il tarixli əmri ilə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

52. Cavabdeh iddiaçı barəsində iki dəfə, 30.07.N019-cu il və N0.08.N019-cu il tarixdə töhmət cəzası vermiş, əmrlər xidməti vərəqədən çıxarışda göstərilmiş və çıxarı ş birinci instansiya məhkəməsinə təqdim edilərək iş materiallarında mövcud olmuş, lakin iddiaçı ona töhmət verilməsi barədə əmrlərlə bağlı mübahisə açmamışdır.

53. İddiaçı hərbi xidmət zamanı nizam-intizam qaydalarına əməl etməmiş, N dəfə intizam tənbehi tətbiq edilmiş, bundan sonra cavabdehin əmri ilə ehtiyata buraxılmışdır.

54. İddiaçının ehtiyata buraxılması barədə əmr imzalanarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunun 3 saylı əlavəsinə əsasən barəsində olan əvvəlki intizam tənbehləri qüvvəsini itirməmişdir.

55. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15N-cı maddəsinin v) bəndinə görə xəstəliyə görə-hərbi-həkim komissiyaları tərəfindən dinc d övrdə, müharibə dövründə isə N aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

56. Hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xəstəliklə əlaqədar ehtiyata buraxılmaları üçün zəruri şərtlərdən biri hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə N aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılmalarıdır. İddiaçı barəsində 17N4 nömrəli xəstəlik tarixində qoyulmuş diaqnozlar öz əksini tapmış, bununla bağlı müalicə aldığı, sağlamlıq vəziyyəti kafi olduğu üçün öz hərbi hissəsinə yazıldığı müəyyən olunmuşdur. İddiaçı onunla aparılmış söhbətləşmə zamanı HHK-nin rəyinə ehtiyac olmadığını bildirmişdir. Həmç inin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 0N.10.N0N0-ci il tarixli 1373 saylı məktubundan görünür ki, iddiaçının 10.09.N019-cu il tarixdən 3 ay ərzində xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı müraciəti olmamışdır.

57. Odur ki, ehtiyata buraxılma barədə cavabdehin əmrinin dəyişdirilərək xəstəliyə görə ehtiyata buraxılma yazılması barədə iddia əsaslı olmadığından iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur.

58. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

59. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9N.8, 9N.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının N-1(103)-1431/N0N1 saylı, 7 iyul N0N1-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar