Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2045/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (FİN:xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “15 m art 2006-cı il tarixli JN-142F KOD 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və ünvan 1ində yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(107)-240/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək JN-142F nömrəli şəhadətnamənin ləğv edilməsini və 0,19 ha torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
2. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, X1 və ailə üzvlərinin adına verilmiş 12 mart 1998-ci il tarixli, JN-142F saylı Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 13 sentyabr 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “15 mart 2006-cı il tarixli JN-142F KOD 50508018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən evə və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonunda aqrar islahat aparılan zaman iddiaçıya və onun ailə üzvlərinə 2,04 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN163 kod 50508018 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Bundan başqa iddiaçıya məxsus evin həyətyanı torpaq sahəsinə mərhum atası Vahid Əbdürrəhimovun adına JN-142F kod 40508018 nömrəli şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamə onun və ailə üzvlərinin əvəzinə digər qardaşı Rüstəm Əbdürrəhimov və ailə üzvlərinin adına tərtib olunmuşdur. Hazırda iddiaçının yaşadığı evin texniki pasportu və həmin evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsinə dair t ərtib olunmuş JN-142F nömrəli şəhadətnamənin əsli iddiaçıdadır. İddiaçı cavabdehə müraciət edərək JN-142F nömrəli şəhadətnamənin ləğv edilməsini və 0,19 ha torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilənlərin əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,19 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcud dur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 23 iyun 2022-ci il tarixli, 2-1(116)-270/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermir.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının (hakimlər: V.İ.Məlikovsədrlik edən, E.Ş.Hüseynov və İ.H.Şükürov) 11 avqust 2022-ci il tarixli, 2-1(107)240/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinin tələbi pozulmuşdur. Qeyd edilən normaya əs asən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Üçüncü şəxslərin həmin torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınmayıb. Üçüncü şəxslərə dövlət reyestrindən çıxarış və torpağın planı və ölçüsü verilməyib. Bundan başqa, cavabdeh inzibati orqanın da qeyd etdiyi kimi mübahisəli torpaq sahəsinin üzərində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və yardımçı tikililər yerləşir və torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh verdiyi imtinada və etirazda torpağın ona məxsus olmadığını qeyd etməmiş, yalnız şəhadətnamənin ləğv olunmasının cavabdehin səlahiyyətinə aid olmadığını bildirmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.
13. İddiaçı, həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci tarixli 5 nömrəli Qərarı düzgün tətbiq edilməmişdir. Məhkəmə həmin qərarın 2.3, 3.1, 3.2, 3.3, 3.4, 4.2, 5.1, 6.1, 6.2, 8.1, 8.2, 8.3 və 8.5-ci bəndlərinə istinad etsə də iddianın hansı bəndə görə mümkünsüz sayıldığını əsaslandırmamışdır. İddiaçının vəsatəti
14. İddiaçı, həmçinin vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir.
15. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmələr yalnız Şəhadətnamədə qeyd edilən Rayon Aqrar İslahat Komissiyasının qərarına istinad edirlər. Lakin bu zaman X3 Komissiyalarının qərarları nəzərə alınmır və öyrənilmir. Rayon Aqrar İslahat Komissiyasının qərarı isə X3 Komissiyalarının qərarlarının təsd iq olunması barədə olan qərarlardır. Məhkəmələr tərəfindən torpaq islahatı zamanı əsas amillərdən olan həm həyətyanı, həm də pay torpaq sahələri üzrə orta torpaq norması araşdırılmır və nəzərə alınmır. Bütün bu qeyd edilən və kassasiya şikayətində göstərilən məsələlərin şifahi məhkəmə iclasında müzakirə olunması zəruri hesab edilir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu M əcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (fak tiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdı r. KASSASİYA İNSTASNİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası, ilk növbədə iddiaçının hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına dair vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
21. Hazırkı halda, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq dövlət reyestrindən çıxarışın verilməsi, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüqu qi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
22. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir.
23. Bilavasitə şikayətin dəlilərinə gəldikdə, işin hallarına görə, iddiaçı öhdəliyin icrası haqqında tələblər irəli sürmüşdür. İddiaçı bəyan edir ki, o, AİK-in qərarını mübahisələndirmir. Belə ki, həmin qərar onun maraqlarına toxunmur. Çünki həmin qərarda ona məxsus həyətyanı torpaq sahəsinin qardaşı Vahid Əbdürrəhimova və onun ailəsinə verildiyi təsbit olunmamışdır. İddiaçı hesab edir ki, məhz cavabdehin hüquq sələfi (DTXK) tərəfindən torpaq sahəsinə dair sənədlər düzgün hazırlanmamışdır.
24. Beləliklə, İPM-dən öhdəliyin icrası ilə bağlı tələblərin irəli sürülməsi üçün müddət nəzərdə tutulmadığı halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının öhdəliyin icrası haqqında tələbinə müddətin tətbiq edilməli olduğunu işin həqiqi halları nəzərə alınmaqla əsaslandırmalı idi.
25. İddiaçının tələblərindən biri torpaq sahəsinin və həmin torpaq sahəsindəki evin vahid əmlak kimi qeydə alınması ilə bağlıdır.
26. İşin materiallarına görə, iddiaçının adına 1983-cü ildə inşa edilmiş fərdi yaşayış evi vardır (iş v. 21)
27. İddiaçının adına 12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində fərdi yaşayış evinin olduğuna dair Xalxal kəndi üzrə icra nümayəndəliyinin 1 №-li təsərrüfatbaşına kitabında da qeyd vardır (iş v. 103, 104). 28. 1988-ci ildə tərtib edilmiş fərdi yaşa yış evinin texniki pasportuna əsasən, evin həyətyanı torpaq sahəsi 1134.0 kv.m təşkil edir (iş v. 11-13)
29. Eyni ilə, keçmiş DTXK Oğuz rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 65 №-li arayışında iddiaçının Xalxal kəndi ərazisində yerləşən evinin həyətyanı torpaq sahəsinin 0.12 ha olduğu qeyd edilir (iş v. 101).
30. Cavabdeh də təsdiq edir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,19 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur.
31. Cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə sxeminə görə, 0.19 torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki yerləşmə vəzi yyəti fərqlidir.
32. Beləliklə, mübahisələndirilən sənəddə göstərilən və iddia olunan torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan həyətyanı sahənin eyni olub-olmadığı müəyyən deyil. Eyni ilə, iddiaçının təqdim etdiyi arayışlara görə təsərrüfatbaşına kitabda göstərilən evin və torpaq sahəsinin iddia olunan daşınmaz əmlaklara aid olubolmadığı da müəyyən deyil.
33. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. 3
4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2-1(107)-240/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.