Məhkəmə qərarları › İş №2-1(102)-2045/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2045/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2045/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2-N(N06)-247/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətdə olmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 nömrəli əmri ilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sıravi hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə tə yin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək 08 dekabr N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 nömrəli əmri ilə baş operator, yefreytor İddiaçı kiçik çavuş hərbi rütbəsi verilmişdir. Müdafiə nazirinin 30 sentyabr N996-cı il tarixli müvafiq əmrinə əsasən, Biləsuvar RHK-nın çağırışçısı, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır.

3. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə noyabr N992-ci il tarix dən xx.xx.N993cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N992-ci il Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərinin Şubanı qəsəbəsində yerləşən 47N saylı hərbi hissədə xidmətə başlamış, xidməti dövründə hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam olunmuşdur. Ağdam, Tər-tər, Ağdərə və Fizuli rayonlarında erməni işğalçılarına qarşı aparılan d öyüş əməliyyatlarında iştirak etmiş, bu faktlar hərbi biletinin 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməklə, hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Xidmətini tam başa vuraraq xx.xx.N996-cı il tarixdə tərxis olunmuşdur. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün cavabdeh inzibati orqana tələb olunan sənədləri təqdim etmiş, ezamiyyətə göndərilməsi haqda məlumat olmadığı üçün barəsində müsbət qərara qəbul edilməmişdir. Onunla bir hərbi hissədə xidmət etmiş və onunla eyni vaxtlarda döyüş əməliyyatlarına cəlb olunmaq üçün ezam olunmuş əsgər yoldaşı XN məhkəməyə göndərdiyi ərizəsində də onunla döyüşlərdə iştirak etməsini göstərmişdir. Arxiv arayışlarındakı tarix səhvləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi onun barəsində müsbət qərar qəbul edil məsinə mane olur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını müharibə veteranı adı və vəsiqəsi verilməsi qaydalarını nəzərdə tutan qanunvericilik normaları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2- 65N0 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin noyabr N992- xx.xx.N993-cü il və fevral-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar edilmişdir.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) N2 dekabr 2023-cü il tarixli 2-N(N20)-86N/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqey ini onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bilet mötəbər sübut hesab edilir və həmin hərbi biletdə (təsdiq edilmiş) iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı tarixədək N nömrəli hərbi hissəni tərkibində iştirak etməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək, “sıravi” hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti eza miyyətə getmiş hesab edilərək, 08 dekabr N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 nömrəli əmri ilə baş operator, yefreytor İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, baş operator, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralar ından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. Cavabdeh imtina və etiraz ərizələrində “Döyüş əməliyyatları aparılan dövrdə noyabr N992ci il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat olmadığı” halına istinad etmişdir ki, qeyd edilən istiqamətdə məhkəmə tərəfindən araşdırma aparılmış və iş materiallarına əl avə edilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək, xx.xx.N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumatın olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir.

9. Göründüyü kimi, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat NN. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və Y.X.Həşimov) 22 aprel 2024-cü il tarixli, 2-N(N06)-247/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. N2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. N3. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prin sipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçıların a məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, iddiaçının hərbi hissədən döyüş bölgəsinə ezam edilməsi barədə məlumat arxiv məlumatları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməlidir.

21. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin istinad etdiyi arxiv məlumatları Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli N497 nömrəli arxiv arayışına əsasl anır. Həmin arayışda qeyd olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə, bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N992ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək, xx.xx.N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 nömrəli əmrilə baş operator, yefreytor İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, baş operator, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldığına görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir.

22. İstinad edilən arxiv arayışında iddiaçının məhz, döyüş bölgələrinə (Qubadlı rayonu istisna olmaqla) ezam olunması, bilavasitə döyüşlərdə iştirak e tməsi və ya döyüş təminatı tapşırığını yerinə yetirməsi barədə heç bir məlumat yoxdur. Əksinə, arayışın sonuncu abzasında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır.

23. İddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getməsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında onun Qubadlı rayonuna xidməti ezamiyyətə göndərilməsi barədə ezamiyyə vərəqəsi, eləcə də ezamiyyətin məqsədi, iddiaçının doğrudan da Qubadlı rayonunda döyüşlərdə iştirak etməsi və ya döyüş təminatı tapşırığını yerinə yetirməsi barədə heç bir mötəbər sübut yoxdur.

24. İddiaçı ərizəsində tələbini onunla əsaslandırır ki, N nömrəli hərbi hissədə hərbi xidmətə b aşlamış, xidməti dövründə hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam edilmiş, Ağdam, Tər-tər, Ağdərə və Fizuli rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir, bu faktlar ona məxsus hərbi biletdə qeyd olunmuşdur.

25. Bununla da, iddiaçı ərizəsində Ağdam, Tər-tər, Ağdərə və Fizuli rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyini iddia edir. Onun hərbi biletində də həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etdiyi barədə qeyd vardır. Eləcə də, iddiaçı ilə birlikdə döyüş əməliyyatlarında iştirak etdiyini bildirən əsgər yoldaşı XN da məhkəməyə göndərdiyi ərizəsində həmin ərazilərdə döyüş əməliyyatlarında iştirak etdiklərini bildirmişdir.

26. Göründüyü kimi, iddiaçı Qubadlı rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etməsini nə iddia ərizəsində, nə də məhkəmə icraatı zamanı bildirməmiş, eləcə də onunla birlikdə döyüş əməliyyatlarında iştirak etdiyi barədə məlumat verən XN da məhkəməyə göndərdiyi ərizəsində iddiaçı ilə birlikdə məhz, Qubadlı rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etdiklərini bildirməmişdir. Həmçinin, iddiaçının hərbi biletində də onun Qubadlı rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd edilməmişdir.

27. Beləliklə də, istinad edilən arxiv arayışında iddiaçının ezam olunması ilə bağlı müvafiq əmrlər olduğu qeyd edilsə də, onun məhz, döyüş bölgəsinə (Qubadlı rayonu istisna olmaqla) ezam olunması, döyüşlərdə iştirak etməsi və ya döyüş təminat tapşırığını yerinə yetirməsi barədə iş materiallarında mötəbər sübutlar mövcud dey il. İddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmaması isə işin mübahisəsiz halıdır.

28. İddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə göndərilməsinin məqsədi, orada döyüşməsi və ya döyüş təminatı tapşırığını yerinə yetirib-yetirməməsi ilə bağlı apellyasiya icraatında tam və hərtərəfli araşdırma aparılmamışdır. Halbuki, qeyd edilən halların müəyyən edilməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edir.

29. Qeyd edildiyi kimi, iddiaçının tələbini əsaslandırmaq üçün təqdim etdiyi və aşağı instansiya məhkəmələrinin mötəbər sübut kimi qəbul etdiyi məlumatlarla cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışında (iş v. 88) qeyd edilən məlumatlar arasında ziddiyyətlər mövcuddur. Odur ki, işə təkrar baxan apellyasiya ins tansiyası məhkəməsi yuxarıda sadalanan ziddiyyətli məqamların və sübutların mötəbərliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli araşdırma aparmalı, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxıb düzgün nəticəyə gəlməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2-N(N06)-247/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar