Məhkəmə qərarları › İş №2-1(102)-2046/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2046/2019

23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2046/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 23.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin imtinasının qanunsuz hesab olunması, iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya hesablanarkən iş yerindən hesablanmış son haqq-hesab, yəni 12.375,47 manatın da hesablama zamanı nəzərə alınması vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20.11.2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-4021/2018) iddianın təmin edilməsi; iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya hesablanarkən iş yerindən hesablanmış son haqq hesab, yəni 12.375,47 manat da hesablanma zamanı nəzərə alınması vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş № 21(103)-668/2019) 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayət i verərək, qərarı ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndəriməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənl ərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı dövlət qulluqçusu olmuş və ona dövlət qulluğuna görə 01.05.2017-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. Lakin pensiyası təyin edilərkən, işdən çıxandə ona hesablanmış 12.060 manat son haqq-hesab məbləği nəzərə alınmamışdır. Bu məsələnin həlli ilə əlaqədar iddiaçı müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmiş və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 20.07.2018-ci il tarixli cavab məktubu ilə sonuncunun müraciətinin təmin edilməsindən imtina olunmuş və bu zaman bildirilmişir ki, iddiaçının adına verilmiş əmək haqqı arayışında 2017-ci ilin aprel ayı üzrə hesablanmış 12.060,47 manat son haqq-hesab məbləği qulluq stajına görə əlavənin hesablanması zamanı nəzərə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.3cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Eyni zamanda işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh şöbəyə ünvanladığı 29.06.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, 01.05.2017-ci il tarixdən işdən azad olunmuş iddiaçıya aprel ayı üzrə aylıq vəzifə maaşı 315 AZN və ona hesablanmış son haqq-hesab məbləği 12.060,47 AZN, ümumilikdə 12.375,47 AZN təşkil etdiyi, eyni zamanda aprel ayı üzrə bütün hesablamalardan (aylıq vəzifə maaşı, hesablanmış son haqq- hesab, mükafat, xidmət illərinə görə əlavə, xüsusi rütbəyə əlavə) məcburi dövlət sosial sığorta haqları (3% və 22%) tutularaq aidiyyəti üzrə DSMF-yə ödənilməsi təmin edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanunve ricilik dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin müəyyən edilməsi üçün dəqiq ölçülər təsbit etmiş, bunun yanında dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişlərinin də, nəzərə alınmasını imperativ qaydada tələb etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin işdə olan 29.06.2018-ci il tarixli məktubu ilə təsdiq olunur ki, iddiaçıya aprel ayı üzrə hesablanmış aylıq vəzifə maaşı 315 AZN və son haqq-hesab məbləği 12.060,47 manat, ümumilikdə 12.375,47 manatdan məcburi dövlət sosial sığorta haqları (3% və 22%) tutularaq, aidiyyəti üzrə DSMF-yə ödənilmişdir. Bu baxımdan "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndi mübahisənin maddi hüquqi əsası kimi işə tətbiq olunmaqla, iddia əsaslı sayılmalıdır. Beləliklə, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3); qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1); imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanun i məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Ona görə də, cavabdeh şöbənin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci ilədək qüvvədə olan redaksiyada 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığor taolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.11.3-cü maddəsinə müvafiq olaraq dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından cox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələ rdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və.s əlavələrdən) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi m üəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1. 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal; 8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar; 8.3. 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır; 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu ndan qəbul edilməməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh şöbə iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.3-cü maddəsinə istinad etmişdir, halbuki, nə iddiaçıya pensiya təyin edildiyi 01.05.2017-ci il tarixdə, nədəki, cavabdeh şöbə tərəfindən iddiaçıya 20.07.2018-ci il tarixli imtina məktubu göndərildikdə həmin maddi hüquq norması qüvvədə olmamışdır. Həmin maddə 10 mart 2017-i il tarixli 543 VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkə mə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şi kayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar