Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2046/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-39/ 2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2010-2014-cü il tarixdə X2 İdarəedilməsi Akademiyasında əyani təhsil almış ona “Menecment” ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi barədə Dİ *** nömrəli xx.xx.2014-cü il tarixli diplom verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Ukrayna Respublikası Regionlararası X1 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan mü ddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Beləliklə, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsaslardan biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Regionlararası X1 “Menecment” ixtisası üzrə bitirməyinə dair Dİ *** nöm rəli xx.xx.2014-cü il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasından Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinasının qanunsuz hesab edilməsini, həmin diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə X2 İdarəedilməsi Akademiyasına qəbul olmuş, 2014-cü ildə həmin Akademiyanı bitirərək, menecment ixtisası əldə etmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona menecment ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. O, təhsil aldığı müddət ərzində təhsil proqramlarını yerinə yetirmiş və ixtisasa tam olaraq yiyələnmişdir. 2013-2014-cü illərdə Ukraynada ictimai-siyasi vəziyyət gərgin olduğuna görə tələbələrin təhsil alması və onlar tərəfindən yekun imtahan sessiyalarının verilməsi fərdi qrafiklər əsasında həyata keçirilmişdir. O, xx.xx.2014-cü il tarixdə adına verilmiş Dİ *** nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli cavab məktubları ilə onun xahişi təmin olunmamışdır
6. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, X2 İdarəedilməsi Akademiyası tərəfindən ona verilmiş Dİ *** nömrəli xx.xx.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respu blikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)4596/2018 nömrəli qərarı ilə (hakim – X.X.İmanov) iddianın təmin edilməsi, X2 İdarəedilməsi Akademiyası tərəfindən İddiaçı verilmiş Dİ *** nömrəli (qeydiyyat nömrəsi 3235) xx.xx.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-4596/2018 nömrəli qərarının ləğv ed ilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-39/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – X.A.Cəmilova, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-4596/2018 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, Ukrayna Regionlararası X1 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (əyani4 il) iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Həmin qısa müddət ərzində diploma əlavədə qeyd olunmuş 71 fənni mənimsəm ək, 4 kurs işi yazmaq, təcrübə keçmək, diplom işi (12 həftə) yazmaq və yekun dövlət imtahanı verərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. Odur ki, cavabdeh inzibati orqanın imtinası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır.
12. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.
13. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-39/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə iddiaçı təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş təhsil proqramlarını tam yerinə yetirmiş, ixtisasa tam yiyələnmişdir. Eyni zamanda, bəzi buraxılmış tədris saatları iddiaçı tərəfindən fərdi qaydada tam işlənilmişdir. 2013-2014-cü illərdə Ukraynada ictimai-siyasi vəziyyət gərgin olduğuna görə tələbələrin oxuması və onlar tərəfindən zaçot-imtahan sessiyalarının verilməsi fərdi qrafiklər əsasında həyata keçirilmişdir.
15. Bundan başqa, cavabdeh imtina məktubunda “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad etsə də, cavabehin dəlil ləri həmin bənddə göstərilən hallarla uzlaşmır və onun dairəsinə daxil deyil. Diploma əlavə qeyd olunan tədris yükünün iddiaçı tərəfindən yerinə yetirilməsi məsələsinə qiymət verilməsi cavabdehin deyil, iddiaçının təhsil aldığı ölkədəki müvafiq ali təhsil müəssisəsinin, orada fəaliyyət göstərən Dövlət İmtahan Komissiyasının səlahiyyətlərinə aiddir və bu mərhələ artıq həmin ölkədə başa çatmışdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilənləri nəzərə almadan əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin e dilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırıl ması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. 20. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 2-ci maddəsinə görə hər bir Razılığa gələn dövlət hazırki Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Hazırki Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi rəsmiləşdirmələr başa düşülür.
21. Həmin Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qismdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə rəsmiləşdirmə, həmin sənədin edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya bir neçə razılığa gələn dövlətlər arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.
22. Həmin Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrı vərəqdə əks etdirilir; həmin şəhadətnamə hazırki Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin o, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du x xxxxxxx 1961)» adlı başlığı fransız dilində göstərilməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya d igər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.
24. Həmin Qaydaların 1.6-cı bəndində görə, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturların a qoyulan tələblərin uyğunluğu; Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-q iyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
25. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.5-ci maddəsinə görə şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-39/2020 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
30. Cavabdehin iddia tələbinə qarşı irəli sürdüyü və apelyasiya instansiya məhkəməsinin istinad etdiyi dəlil ondan ibarət olmuşdur ki, iddiaçı təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olmuşdur ki, həmin müddət tədris yükünü mənimsəmək üçün yetərli deyildir.
31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının diplomunun tanınmasından imtina edərkən ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyində iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetiriliməsi qeyrimümkün olduğunu qeyd edilmiş, bu baxımdan “Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir.
32. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətənd aşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.
33. Bundan əlavə, kollegiya pelyasiya instansiya məhkəməsinin istinad etdiyi ekpsert rəyi (iş v. 153) ilə bağlı qeyd edir ki, həmin ekspert rəyinin sonunda adı əks olunmuş ekpertlərin hamısı tərəfindən imzalanmamış, rəyin tarixi göstərilməmiş göstərilməmişdir. Apelyasiya instansiya məhkəməsi tərəfindən isə bu hala qiymət verilməmiş, əksinə belə rəsmi-işgüzar formada tərtib edilməmiş rəyə istinad edilməklə iddia tələbi r ədd edilmişdir.
34. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu hesab etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Ümumiyyətlə, apelyasiya instanisya məhkəməsi qərarını əsaslandırmamış, sadəcə maddi və prosessual hüquq normalarını sadalamış və son nəticədə cavabdehin imtinasının qanuni olması qənaətinə gəlməklə, əsaslandırılmamış qərar qəbul etmişdir.
35. İddiaçının sərhədkeçmə hesabatından da görünür ki, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən x x.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək Ukrayna Respublikasında olmuşdur. İddiaçı qalan müddətdə təhsil aldığı dövlətə gedə bilməməsini xəstəliyi (iş materiallarına əlavə edilmiş epikrizdən (səh.63) göründüyü kimi, iddiaçıya “sağ dizdə iç meniskin qopuğu” diaqnozu qoyulmuş, bununla bağlı xx.xx.2014-cü ildə “sağ diz oynağının iç meniskinin parsial rezeksiyası” əməliyyatı aparılmış, əməliyyatdan sonra iddiaçı ambulator müalicə üçün evə buraxılmışdır) və Ukraynadakı ictimasi-siyasi vəziyyətlə əlaqələndirmiş, ölkədə ictimaisiyası vəziyyətin gərgin olması iddiaçının təhsil aldığı müəssisə tərəfindən verilm iş arayışla (iş v.19) da təsdiq edilir.
36. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlmiş, həmin ölkədə olmadığı dövrün səbəbi barədə isə məhkəməyə sübut təqdim etmiş, bundna əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
37. İddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhk əmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə iddiaçı tədris yükünü yerinə yetirməsini sübut edə bilmiş, cavabdeh imtinasının əsası kimi göstərdiyi dəlillərin qanuni olduğunu sübut edə bilməmişdir.
38. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-39/2020 nömrəli qərarı ləğ v edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir.
39. Qeyd olunanlara əsasən və İPM-in 96.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-39/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X2 İdarəedilməsi Akademiyası tərəfindən İddiaçı verilmiş Dİ *** nömrəli (qeydiyyat nömrəsi 3235) xx.xx.2014-cü il tarixli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyininə həvalə edilsin. Qərar qətidir.