Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2046/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-2046/2021) (Açar sözlər: torpaq sahəsi üzərində daimi istifadə hüququ qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ə razi İdarəsinə qarşı “torpaq sahəsi üzərində iddiaçının daimi istifadə hüququ qeydiyyata alınması ilə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 21(103)-1004/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/446 nömrəli, 1989-cu il 13 noyabr tarixli qərarın 7 və 7.1-ci bəndlərinə əsasən, 16 saylı Müəssisəyə ayrılmış torpaq sahəsi uzun müddət istifadəsiz qalması ilə əlaqədar olaraq alınaraq həmin sahədə "xxxx" Kooperativinin müraciəti əsasında istehsalat bazasının layihəsinin hazırlanmasına icazə verilmişdir. Bakı şəhər Sovetinin Baş Memarlıq və Ş əhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 nömrəli akta və torpaq ayırma cizgisinə əsasən 1 ha torpaq sahəsi "xxxx" Kooperativinə naturada ayrılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2007-ci il 4 iyun tarixdə "xxxx" Kooperativinin müraciətinə əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı ilə istehsalat bazasının tikintisi üçün daimi istifadəyə ayrılmış 10000 kv.m torpaq sahəsinin faktiki ölçüsünə, yəni 6020,65 kv. metrinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırkı İddiaçı MMC-nin «X» kooperativinin, sonradan «X» istehsal kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, B inəqədi şosesi, 128ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 25 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən müraciət ərizəsi İddiaçı MMC tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin, torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 9 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi şosesi, 128-ci keçiddə yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun qeydiyyata alınması ilə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1989-cu il 13 oktyabr tarixli, 12/466 saylı sərəncamı ilə "xxxx" Kooperativinə Bakı şəhəri, Binəqədi şosesi, 128-ci keçiddə yerləşən 10000 kv.m. torpaq sahəsi daimi istifadə hüququ əsasında ayrılmışdır. Həmin torpaq sahəsinin 6020,25 kv.m. hissəsi koop erativin faktiki istifadəsində olmaqla həmin sahəyə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmişdir. İddiaçı MMC Bakı şəhəri, Binəqədi (keçmiş Kirov) RİK XDS-nin 1989-cu il 27 yanvar tarixli, 40/81 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış "xxxx" Kooperativinin, sonradan Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 2004-cü il 27 fevral tarixdə, 0104-P41-39513 nömrə ilə dövlət qeydiyyata alınmış “İnşaatçı Servis” İstehsal Kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Sözügedən torpaq sahəsinə dair daimi istifadə hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı 2019-ci il 31 oktyabr tarixli, ********** saylı ərizəsi ilə cavabdehə müraciət edilsə də cavabdeh təşkilat 2019-cu il 25 noyabr tarixli, **********74 saylı məktubu ilə torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdikləri sənədlər qanunvericiliyə əsasən iddiaçıya məxsus torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi torpaq sahəsi qanuna müvafiq ilkin olaraq "xxxx" MTK-ya ayrılmış, həmin sahə də naturada təhvil verilmişdir. Hüquqi varisi olan İddiaçı MMC hal-hazıra kimi sahiblik və istifadə hüquqları həyata keçirir. Cavabdeh təşkilatın imtinada qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, torpaq sahəsi 1989-cu ildən etibarən MMCnin faktiki istifadəsindədir və həmin sahəyə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan ölçüsü verilmiş dir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi ilə bağlı sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Təqdim edilən müraciət ərizəsi iddiaçı tərəfindən ünvanlanmamışdır və təqdim olunmuş 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarda torpağın sahəsi qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinə aid icarə müqaviləsi, dövlət aktı və ya şəhadətnamə təqdim edilməsi məqsədəuyğundur. Bununla yanaşı sözügedən ünvanda yerləşən torpaq sahəsində idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamış və bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa 2019-cu il 25 noyabr tarixli, **********74 saylı cava b məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 6 noyabr tarixli, 2-1(112)-854/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının daimi istifadə hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ki, iddiaçının hüquqi varisi olduğu quruma ("xxxx" Kooperativinə) müvafiq ərazidə torpaq sahəsinin ayrılmasına dair hüquqi akt (Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1989-cu il 13 noyabr tarixli, 12/446 saylı qərarı) mübahisələndirilərək ləğv edilmədiyindən, eləcə də etibarsız sayılmadığından bu sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Ayrılmış torpaq sahəsinin ölçüsünə gəldikdə isə qeyd edilən qərarda bu barədə konkret göstərilməsə də işdə olan sənədlərlə (Bakı şəhər X2 İcraiyyə Komitəsinin 59/917 №-li, 1979-cu il 17 may tarixli qərarı, Bakı şəhər Sovetinin Baş Memarlıq və şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş 1990-cı il tarixli, 90/133 №-li akt, 2007-ci il 16 may tarixli akt) müəyyən edilir ki, iddiaçının hazırda istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü onun iddia etdiyi həcmdə - 6020,25 kv. metrdir. Bu ölçü həm də vaxtı ilə müvafiq səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində də təsdiqini tapır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraatda “İnzibati icraat haqqında” Qanunun 15 və 24-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında, həmçinin etirazında göstərdiyi digər dəlili isə (müraciətin iddiaçı tərəfindən olunmamasını) formal mülahizə kimi qiymətləndirir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 128-ci keçiddə (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1288-ci keçid) yerləşən 6020,25 kv.m. torpaq sahəsi üzrə iddiaçının istifadə hüquqlarının qeydiyyatı üçün əsasdır. Həmin hüquqların qeydə alınmasından cavabdeh inzibati orqanın imt inası qanuna ziddir və iddiaçının hüquqlarını pozur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-1(103)-1004/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 6 noyabr qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “x.” və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli, 901-İİQ Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra sazişin hökumət təminatının və əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. İşin halları ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur və belə olan halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Odur ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır, ona görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Prezident fərmanında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin və müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrind ə yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmanın tələbindən aydın olduğu kimi, qanun qüvvəyə minənədək, yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri hazır etdikdən sonra əldə edilən hüquqlar qeydiyyata alına bilər. Məhkəmənin müəyyən etdiyi 2005-ci il 29 aprel tarixli Qanunun 5-ci bəndində isə qanun qüvvəyə mindikdən sonra hər hansı saziş və müqavilə və başqa sənədlərlə verilməsi mümkün olan bütün hüquq və vəzifələrin ləğv edildiyi qeyd edilir. Qanunun tələbinə görə hüquqi şəxsin bütün hüquq və vəzifələri ləğv edilməlidir. Lakin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq mə suliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, ən ali hüquqi qüvvəyə malik olan Konstitusiyada təsbit olunduğu kimi, şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran, yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Bəhs edilən qanun isə şəxsin hüquqi vəziyyətini və eləcə də hüquqlarını məhdudlaşdırdığından, bu normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur və şəxsə tətbiq edilə bilməz. Hesab edilməlidir ki, cavabdehin hərəkətləri qanuna ziddir. Yuxarıda göstərilənlərə və eləcə də Konstitusiya normalarına əsasən iddiaçıya məxsus torpaq sahəsi üzərində daimi İstifadə hüquqlarının qeydiyyata alınması üçün əsasdır.
14. Bundan başqa Apellyasiya instansiyasi öz qərarın da iddiaçıya ayrılmış torpaq sahəsinin Azərbaycan Dövlət Neft Şirkəti “X” və ARNDŞ-nin ortaq neft şirkəti arasında bağlanmış saziş ərazisinə düşməsini qeyd etsə də, bu faktı təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş, nə ARDNŞ-nin, nə də ki, müqavilədə qeyd olunan digər müştərək şirkətin nümayəndələri məhkəməyə cəlb edilməmiş və ayrılmış torpaq sahəsinin neft quyularının mühafizə zonasına düşüb-düşməməsi aydınlaşdırılmamışdır. Hesab edilməlidir ki, Apellyasiya instansiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarını ləğv etməkdə haqlı olmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, bu da öz növbəsində iddiaçıya ayrılmış torpaq sahəsinin müvafiq qaydada daimi istifadə hüququnun qeydiyyata alınmasını məhdudlaşdırmasına səbəb olmuşdur. b. kassasiya şikayə tinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağl ı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırı lmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) məhkəməyə ünvanladığı 2021-ci il 16 aprel tarixli məktubuna istinadla qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdi q edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər... Sazişin təsdiq olunduğu Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onla rın hissələrinin) müddəalarından üstün tutulur.
21. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanın 2-ci bəndinə istinadla qeyd etmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin istinadını əsaslı hesab etmir. Belə ki, qeyd olunan Fərmanla təsdiq olunmuş Siyahının 1-ci və 2ci bəndlərinə görə, həmin Siyahı yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair verilmiş sənədləri nəzərdə tutur və hazırkı işdə iddia olunan torpaq sahəsinə münasibətdə tətbiq oluna bilməz.
23. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X.” və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 2005-ci il 29 aprel tarixli, 901-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunun müddəalarına gəldikdə, həmin Qanunun 4-cü maddəsinin məzmunundan da göründüyü kimi, həmin norma Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunların, fərmanların, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarını ləğv etmir, yalnız həmin müddəalardan üstün tutulduğunu təsbit edir.
24. Həmin Qanunun 5-ci maddəsin də isə qanunun, fərmanların, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarını deyil, Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən hüquq və vəzifələri ləğv edir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Sazişin müddəaları iddiaçının əsaslandığı Bakı şəhər X2 İcraiyyə Komitəsinin 12/446 nömrəli, 1989-cu il 13 noyabr tarixli qərarı ilə verilmiş hüquqları ləğv etmir, yalnız Sazişin müddə alarının üstünlüyünü və pay iştirakçısının kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquqa malik olduğunu təsbit edir.
26. Mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikasının 2005-ci il 29 aprel tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyinin müəyyən olunduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və bu nəticəyə dair əsaslandırması da İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun deyil. Belə ki, apellyasiya instansiy ası məhkəməsi bu qənaətə məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hansı sübutlar əsasında gəldiyini, o cümlədən iddia olunan torpaq sahəsinin barəsində qeyd olunan Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi ilə məhz hansı koordinatlar üzrə üst-üstə düşdüyünün müəyyən edildiyinə dair nəticəni qərarında əsaslandırmamışdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələbləri nin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi qanun qüvvəli Sazişin müddəaları ilə “X3” Şirkətinə üstün hüquqlar verildiyindən və iddia olunan torpaq sahəsinin həmin Şirkətin istifadəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi ehtimalı olduğundan, “X3” Şirkəti hazırkı icraata cəlb olunmalı, torpaq sahəsi ilə bağlı hüquq və vəzifələrinə dair məsələ onun iştirakı ilə həll olunmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 21(103)-1004/2021 nömrəli qərarı ləğv edilir. İ ş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.