Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2046/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük məsələsi (iddia müddəti)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs - X6) qarşı “X4 ad ına xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Şəki şəhər İHBnın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-373/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamı ilə X4 ərizəsi nəzərə alınaraq, Bağbanlar küçəsində, hamam binasının arxasında tikib, uzun müddət istifadə etdiyi maqnitofonların təmiri sexi onun adına rəsmiləşdirilmişdir.
2. X4 adına Şəki rayonlararası X3 və Mülkiyyət Hüquql arının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilmiş və 453 inventar nömrəli texniki pasport tərtib edilmişdir. 3. ünvan 1 ünvanında yerləşən 1 saylı hamam (ümumi sahəsi – 792.6 kv.m) X2 tərəfindən satın alınmış və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən sonuncunun adına xx.xx.2006-cı il tarixli 000686 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə verilmişdir.
4. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və iddiaçı onun vərəsəsidir.
5. İddiaçı ona miras qalmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli **********50 nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını dayandırmış və qeyd etmişdir ki, qeydiyyata alınmalı qeyriyaşayış binasının 10.1 kv.m hissəsinə digər mülkiyyətçinin adına Şəki rayonlararası X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli 453 inventar nömrəli texniki pasport və xx.xx.2001-ci il tarixli 203 nömrəli qeydiyyat vəsiqəsinin verildiyi müəyyən edilmişdir. Həmin məsələnin araşdırılması üçün idarə tərəfindən aidiyyəti üzrə sorğu göndərildiyindən iddiaçının ərizəsinin icrası 1 ay müddətinə dayandırılır.
6. Bundan sonra, iddiaçının vəkili tərəfindən müvafiq araşdırma aparılmaqla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə, daha sonra respublika X11 Filialına müvafiq sorğular göndərilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamından çıxarışa və ərazinin sxematik planına əsasən, Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən qeyri-yaşayış sahəsi X1 adına rəsmiləşdirilmişdir.
8. Respublika X11 Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh1 başçısının xx.xx.1998-ci il tarixli, 1/146 saylı sərəncamı təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Şəki şəh ər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamının ləğv edilməsini və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1331/2023 nömrəli qərardadı ilə X4 vərəsəsi X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) xx.xx.2023-cü il tarixli, 21(116)-1331/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciə t etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmu şdu. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüşdür və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) xx.xx.2023-cü il tarixli, 2-1(107)373/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1331/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı özü yazdığı iddia ərizəsində qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********50 saylı cavab məktubunda qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki rayonlararası X3 İdarəsi və Mülkiyy ət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 01 dekabr 2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hələ sonuncu dəfə iddiaçı ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsi və sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Apellyasiya instansiyası məhkəməsi öz qərardadında cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********50 nömrəli bildirişə istinad edərək qeyd etmişdir ki, iddiaçı ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsi və sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur. Lakin apellyasiya məhkəməsi həmin bildirişdə mübahisələndirilən sərəncam barədə heç bir qeyd olmadığına diqqət yetirməmişdir. Halbuki, məhkəməyə təqdim edilən sənədlərdən aşkar müəyyən olunur ki, iddiaçıya mübahisələndirilən sərəncam, yəni inzibati aktın mövcudluğu barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmiş, qeyd edilən inzibati aktın surəti isə iddiaçıya xx.xx.2023-cü il tarixdə rəsmi təqdim edilmişdir. Həmin inzibati aktın mübahisələndirilməsinə dair iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir.
18. Apellyasiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamam iddiaçının anasına satılarkən, həmin sahənin hər ha nsı hissəsinin başqa şəxsin adına qeydiyyata alınması barədə alıcıya heç bir məlumat verilməmişdir, hansı ki, əks halda obyektin satılması mümkün olmazdı. Həmin qeyri-yaşayış sahəsi yalnız hamamdan ibarət olmuş və orada faktiki olaraq hər hansı başqa obyekt olmamışdır. Bu faktlar onu təsdiq edir ki, iddiaçının mərhum anasının sərəncam barədə əvvəllər məlumatı ola bilməzdi.
19. Beləliklə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, qeyri-yaşayış sahəsi onun anasına satılarkən, həmin sahənin hər hansı hissəsinin 2001-ci ildən başqa şəxsin adına qeydiyyata alınması barədə sonuncuya dövlət orqanı tərəfindən heç bir məlumat verilməmişdir və iddiaçı, yalnız anasının vəfatından sonra vərəsə kimi qeyri-yaşayış sahəsi ilə bağlı hərəkətlər etməyə başlamış, mərhum anasının adına verilmiş şəhadətnaməy ə əsasən hüququnun dövlət qeydiyyatı ilə bağlı müraciət etmiş və xx.xx.2023-cü il tarixdə obyektin 10.1 kv.m hissəsi barədə sərəncamının mövcudluğundan xəbər tutmuşdur. Belə vəziyyətdə, iddiaçı və onun mərhum anasının əvvəllər mübahisəli sərəncamdan məlumatlarının olması mümkün hesab edilə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 38.1. Mübahisələndirmə haqqında id dia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, iş ə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (qüvvədən düşüb) KASSASİYANİN M ÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır.
25. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi X4 adına xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədədir.
26. İşə baxan aşağı instansiya məhkəmələri hesab etmişlər ki, iddiaçı tərəfindən Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli,1/146 nömrəli sərəncamın mübahisələndirilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddət (MPM-in qüvvədən düşmüş 298-ci maddəsinə əsasən) buraxılmışdır və 2011-ci ildən qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etmir.
27. Bununla bağlı qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul e dir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır.
28. Məhkəmə kollegiyası razılaşır ki, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (o cümlədən, Azərbaycan Respublikasının MPM-nin 298- ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
29. Qeyd edilməlidir ki, inzibati aktların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minməmişdən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı o halda aradan qalxmış hesab olunur ki, şəxs Məcəllənin qüvvəyə minməsinədək özünün hüquq və azadlığının pozulduğu barədə (hazırkı halda mübahisələndirilən sərəncam barədə) ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməmiş o lsun.
30. Hazırkı iş üzrə ünvan 1 ünvanında yerləşən 1 saylı hamamı satın alan iddiaçının anası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və iş materialları ilə iddiaçının anasının vəfat edənədək Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamı barədə məlumatlı olması təsdiq olunmur. Bu halda, aşağı instansiya məhkəmələrinin MPM-in 298-ci maddəsinə istinadən prosessual müddətin İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinədək ötürüldüyü ilə bağlı hüquqi mövqeləri əsassızdır.
31. Digər tərəfdən, iş materialları ilə təsdiq olunur ki, iddiaçı anasının vəfatından sonra ona miras qamış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdə məlumatlandırılmışdır ki, qeydiyyata alınmalı qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə digər mülkiyyətçinin adına (hazırkı iş üzrə üçüncü şəxs) Şəki rayonlararası X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və xx.xx.2001-ci il tarixli, 203 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən aparılan araşdırmalar nəticəsində üçüncü şəxsin adına olan rəsmiləşdirmənin xx.xx.1998-ci il tarixli, 1/146 saylı sərəncam əsasında baş verdiyi müəyyən edilmiş (xx.xx.2023-cü il tarixli məktub) və iddiaçı xx.xx.2023-cü il tarixdə mübahisələndirilən sərəncamı əldə etmişdir.
32. Qeyd edilən işin hallarını nəzərə almayan apellyasiya instansiyası məhkəməsi iddiaçının ən azı xx.xx.2022-ci il tarixdən mübahisələndirilən sərəncamdan məlumatlı olduğu qənaətinə gəlmiş və qərarında göstərmişdir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********50 saylı cavab məktubunda qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki rayonlararası X3 İdarəsi və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 01 dekabr 2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hələ sonuncu dəfə iddiaçı ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsi və sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur.
33. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, həmin məktubda mübahisələndirilən sərəncam barədə hər hansı məlumat olmamış, eləcə də mübahisələndirilə n sərəncam iddiaçıya təqdim edilməmişdir.
34. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən əsaslara görə hazırkı iddianın müddətlə bağlı mümkünlük şərti MPM-in 298-ci maddəsinə əsasən deyil, İPM-in 38-ci maddəsinə əsasən yoxlanılmalıdır. Həmin maddənin dizpozisiyası isə prosessual müddətin axımını inzibati aktın təqdim (elan) edilməsi ilə əlaqələndirir.
35. İş materialları ilə isə müəyyən olunur ki, mübahisəli sərəncam iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (iş v. 24) və iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, hazırkı iddia müddətlə bağlı mümkünlük şərtlərini ödəyir.
36. Bununla yanaşı qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixl i qərarında qeyd edilmişdir ki: “...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır...”
37. Qeyd edilən normaların tələbi baxımından, işə baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə, mübahisə predmeti olan sərəncamla üçüncü şəxsin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin 10.1 kv.m hissəsinin faktiki olaraq iddiaçıya miras qalmış 1 saylı hamam binasının tərkibində yerləşib-yerləşməməsini iddianın mümkünlük şərtlərinin araşdırılması baxımından müəyyən etməlidir. Belə ki, mübahisə predmeti olan sərəncamla üçüncü şəxsin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin 10.1 kv.m hissəsinin faktiki olaraq iddiaçıya miras qalmış 1 saylı hamam binasının tərkibində yerləşmədiyi müəyyən olunduğu halda, iddiaçıya onun çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmaqda hüquqi yardım edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddi açının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 21(107)-373/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.