Məhkəmə qərarları › İş №2-1(102)-2047/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2047/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2047/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 16.07.2019 Hakimlər:Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-404/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh 1186 nömrəli, 13 avqust 1999-cu il tarixli sərəncamına əsasən Qarabağ müharibəsi veteranı olan İddiaçı müstəsna hal kimi mənzil növbəsinə götürülmüşdür. İddiaçı mənzil növbəsinə götürülməsi mənzil qaydalarına zidd olduğu üçün sənədlər Bakı şəhər İcra Hakimiyyətinə təsdiq edilməsi üçün göndərilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə ictimai Komissiyanın yığıncağının 6 nömrəli, 15 oktyabr 1999-cu il tarixli protokolundan görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 13.08.1999-cu il tarixli, 1186 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı İddiaçı iş yeri üzrə mənzil növbəsinə qəbul edil mişdir. İddiaçıya 17.07.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 6-M-149/2-068/2-H1 nömrəli, 26.09.2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1999-cu ildən İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə daxil edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, o, Səbail rayon İcra Hakimiyyəti Başçısının 24.08.2012-ci il tarixli, 201 saylı sərəncamı ilə bir nəfər (özü) ailə tərkibində mənzil növbəsinə götürülmüşdür. Sonradan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2013-cü il tarixli, 2inz(81)-108/2013 saylı qərarının icrası ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2013-cü il tarixli, 332 saylı s ərəncamı əsasında 4 nəfər ailə tərkibində mənzil növbəsində hesab edilmişdir. Məhkəmə qətnaməsi əsasında o, 27.02.2015-ci ildə Gəmiçiliyin M.Ə.Rəsulzadə ünvanında yerləşən inzibati binasından qeydiyyatdan çıxarılmışdır. X6 (hazırki “xxxx” QSC) müdiriyyətinin və Üzücü Heyət HİK-nin 03.03.2012-ci il tarixli, 3 saylı Protokol qərarının surətindən görünür ki, iddiaçı eyni zamanda 03.03.2012-ci il tarixdən mənzil növbəsindən də çıxarılmışdır. İddiaçının 1999-cu ildən ikinci dərəcəli Qarabağ əlili kimi mənzil növbəsinə götürülməyi imkan xaricindədir. Əlilliyi barədə sənədlərin notarial qaydada təsdiqlənmiş surətlərini Səbail rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra güzəştli siyahıya həmin tarixdən daxil edilməsi barədə müraciətinə yenidən baxıla bilər. İddiaçı Cavabdehnə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, sonradan isə iddia tələbinə dəqiqləşmə verərək Səbail rayon İcra Hakimiyyətinin 13 avqust 1999-cu il tarixli 1186 saylı sərəncamını, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının 6 saylı 15 oktyabr 1999-cu il tarixli protokolunu, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1053 saylı 25.10.1999-cu il tarixli sərəncamını və Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəsarət aldığını (MHHK-nın rəyi), İİ qrup Qarabağ əlili (TSEK-in qərarı) olmağını nəzərə alaraq ailə üzvləri ilə birlikdə 1999-cu ildən ümumi şərtlərlə, 2017-ci ildən güzəştli şərtlərlə mənzil növbəsinə keçirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81) -5673/2017 saylı, 26 dekabr 2017-ci il tarixli qərarı (hakim – A.A.Abdullayeva) iddia qismən təmin edilmiş, İddiaçı İİ qrup müharibə əlili kimi ailə üzvləri ilə birlikdə 2017-ci ilin iyul ayından güzəştli siyahıya daxil edilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verməmiş, müvafiq olaraq iddianın təmin edilmiş hissəsi qüvvəyə minmişdir. İddiaçı isə apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)5673/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mənzil növbəsinin 1999-cu ilə keçirilməsi hissədə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 910/2018 saylı, 06.04.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-5673/2017 saylı, 26 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçının verdiyi kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1686/2018 saylı, 07.11.2018-ci il tarixli qərarı ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-910/2018 saylı, 06.04.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarın ləğv edilmə əsası kimi iddiaçının işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilməməsi göstərilmişdir. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-404/2019 saylı, 07 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5673/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ər izələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Buna əsasən iddiaçı müharibə meteranı kimi 1999-cu ildə pasport qeydiyyatında olduğu Bakı şəh. Səbail r-nu, M.Ə.Rəsulzadə-5 ünvanda, 1992-ci ilədək əvvəllər işlədiyi X3 mənzil növbəsinə götürülmüşdür. 1999-cu ildə Səbail rayon İcra Hakimiyyətinin 13 Avqust 1999-cu il tarixli, 1186 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1053 saylı, 25.10.1999-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai Komissiyanın yığıncağının 6 saylı 15 oktyabr 1999-cu il tarixli protokolu işə əlavə olunur. Həmin sərəncamlar bu günədək qüvvədədir. Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra 2011-ci ildə ərizə ilə Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş, mənzil növbəsinə qeydiyyatı 1999-cu ildən həmin rayonda qeydiyyatda olduğu halda, 2012-ci ildən yenidən qeydiyyata alınmışdır. 2017-ci ildə Səbail rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavininin 3/10-M-149-068 saylı 25.08.2017-ci il tarixli cavab məktubunda iddiaçının həm iş yeri, həm də yaşayış yeri üzrə qeydiyyatda olduğu əsas gətirilərək, o, X2 mənzil növbəsindən çıxarılmışdır. Halbuki, X4 özəlləşdirməyə çıxarılması ilə əlaqədar məhkəmənin qərarı ilə 2013cü ildən həmin ünvanda qeydiyyatda olan lakin hal hazırda orada işləməyən vətəndaşlar mənzil qeydiyyatından çıxarılmışlar. Beləliklə, işin mahiyyətindən göründüyü kimi iddiaçının mənzil hüquqları pozulmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayə tinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1999-cu ildə mənzil qanunvericiliyində nəzərdə tutulmamış əsaslarla Qarabağ müharibəsi iştirakçısı olduğuna görə iş yeri üzrə mənzil növbəsinə götürülmüş, 2012-ci ildə həmin növbədən çıxaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının 24.08.2012-ci il tarixli, 201 saylı Sərəncamı ilə 24.08.2012-ci il tarixdə yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 30-cü maddəsi ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu, 31-ci maddəsi isə iş yeri üzrə uçotu ilə bağlı münasibətlər tənzimlənmiş, Məcəllənin 33-cü maddəsində birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca uçota götürülməli olduğu qeyd edilmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 50-ci maddəsində vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları, 51-ci maddəsində yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması qaydaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Məcəllənin 56.2-ci maddəsində sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri verilməsi əsasları göstərilmişdir. Göründüyü kimi həm əvvəlki mənzil qanunvericiliyində vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində həm iş yeri, həm də yaşayış yeri üzrə mənzil növbəsinə uçota alınması nəzərdə tutulmuş, lakin bu siyahılar üzrə növbə fərqli olmuşdur. İddiaçı yaşayış yeri üzrə uçota 2012-ci ildə alındığından mübahisə qüvvədə olan mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən Məcəllədə nəzərdə tutulmuş əsaslar istisna olmaqla vətəndaşlara uçota alınma tarixi nəzərə alınmaqla yaşayış sahələrinin verilməsi nəzərdə tutulmuşdu r. Ona görə də, kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının yaşayış yeri üzrə uçota alınma tarixinin 1999-cu il hesab edilməsi üçün qanuni əsaslar olmadığından həmin tələbinin təmin edilməsindən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-404/2019 saylı iş üzrə 07 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar