Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2047/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, icraata xitam 25.11.2020 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil Həşim oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı Şəhəri Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2020ci il 7 avqust tarixli 2-1(103)-946/2020 nömrəl i qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə bağlı işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4578/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən 18 A saylı yaşayış evinin 3 otaqlı yaşayış sahəsi 49.4 kv.m olan evə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
2. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2020-ci il 7 avqust tarixli 2-1(103)-946/202 0 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4578/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
4. Qərardan narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı və vəkili məhkəmə iclasında ərizənin təmin edilməsini, imtina ilə bağlı hüquqi nəticələrin onlara aydın olduğunu bildirmişlər. Tətbiq edilən hüquq
7. İddia ərizəsinin geri götürülməsi və iddiadan imtina edilməsin ə dair hüquq norması İPM-in 55-ci maddəsi isə tənzimlənir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məh kəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Kasasiya məhkəməsinin mövqeyi
8. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçıya iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi barədə qanunvericiliyin müddəaları izah edilmiş, iddiaçı iddiadan imtinanın nəticələrinin ona aydın olduğunu bildirib ərizəsini müdafiə etmişdir.
10. İddiaçı məhkəmə kollegiyasının iclasında iddiadan imtina etdiyini bildirdiyindən, məhkəmə iclasında da ərizəni müdafiə etdiyindən iddiaçının imtinasına əsasən icraata xitam verilməlidir.
11. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10 və 98.1-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad qətidir.