Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2047/2021 23.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: 55 yaşdan güzəştli şərtlərlə pensiya; pensiya fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 2-1(103)877/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü il tarixində anadan olmuş, 25.11.1972-ci il tarixindən 19.11.1974-cü il tarixinədək hərbi xidmətdə olmuş, 24.09.1971-ci il tarixindən 31.03.2017ci il tarixinədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya 05.09.2010-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı 21.05.2020-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə 03.06.2020-ci il tarixli **********2 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, 06.03.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05.09.2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuş, uzun müddət zərərli iş sahəsində işlədiyinə görə 2010-cu ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin onun pensiyasın ın vaxtı düzgün hesablanmamışdır. Belə ki, o, 24.09.1971-ci il tarixdən 01.11.1972-ci il tarixədək Azərbaycan SSR Elmlər Akademiyasında çilingər peşəsində işləmişdir. 25.11.1972-ci ildən 19.11.1974-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 31.12.1974-cü il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli fəhlə peşəsinə qəbul edilmişdir. 12.09.1975-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. 17.11.1975-ci il tarixdə Petrov adına Bakı Maşınqayırma zavoduna 2-ci dərəcli yardımçı fəhlə peşəsinə qəbul edilmişdir. 25.07.1977ci il tarixdə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 29.02.1980-ci il tarixdə 3-cü dərəcəli çilingər keçirilmişdir. 29.12.1980-ci il tarixdə 2-ci dərəcəli bənna ikinci peşəsi verilmişdir. 18.11.1983-cü il tarixdə 1-ci dərəcəli qaz ilə kəsən ikinci p eşəsi verilmişdir. 05.05.1986-cı il tarixdə 2 nömrəli sexə 2-ci dərəcəli qaz ilə kəsən peşəsinə keçirimişdir. 11.02.1992-ci il tarixdə Petrov adına maşınqayırma zavodunun adı Zabrat maşınqayırma zavodu adlandırılmışdır. 24.02.1992-ci il tarixdə “Turan” kiçik müəssisəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. 24.02.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək “Turan” kiçik müəssisəsinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. 01.09.1992-ci il tarixdə Zabrat maşınqayırma zavoduna 4-cü dərəcəli qaz ilə kəsən vəzifəsinə qəbul edilmişdir. 19.04.2004-cü il tarixdə işdən azad edilmişdir. 20.04.2004-cü il tarixdə “SDL Denholm LTD” şirkətinin filialında boru çilingəri peşəsinə qəbul edilmişdir. 31.03.2017-ci il tarixdə işdən azad edilmişdir. İddiaçının 24.09.1971-ci il tarixdən 01.01.2006-cı il tarixədək 34 il 1 ay 25 gün ümumi əmək stajı vardır. 18.11.1983- cü il tarixdən 01.08.1997-ci il tarixədək qaz ilə kəsən peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 13 il 2 ay 6 gün xüsusi stajı vardır. Onun 24.09.1971-ci il tarixdən 01.08.1997-ci il tarixədək 25 il 5 ay 26 gün ümumi əmək stajı vardır. Ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb olunur.Onun xx.xx.1953-cü ildə anadan olduğunu nəzərə alaraq 01 avqust 1997-ci il tarixədək 12 il 6 aydan çox əmək şəraiti xüsusilə zərərli olan işlərdə iş stajı və 25 ildən artıq ümumi iş stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azər baycan Respublikası Qanununun 9.8-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq 55 yaşdan, yəni 05.09.2008-ci il tarixdən yaranmışdır. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, onun 55 yaşının tamam olduğu 05.09.2008-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o, 55 yaşının tamam olan vaxtdan, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış 03 iyun 2020-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
6. Cavabdeh iddiaya dair etirazı nda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi 05.09.2008-ci il tarixində qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şər tlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yəni həmin tarixdə kişilərə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iki şərtə cavab verilməsi tələb edilirdi: 1) 57 yaşa çatma; 2) 25 il ümumi staja malik olub onun 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrdə işləmiş olma. Yəni həmin tarixdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün o, qeyd olunan iki tələbə də cavab verməli idi. İddiaçı isə həmin tarixdə 57 yaşına çatmamışdı, buna görə də, ona müvafiq pensiya təyin edilə bilməzdi. İddiaçı iddia ərizəsində belə bir hüquqi əsasa istinad etmişdir ki, “55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb edilirdi.” İddiaçının belə bir qənaətə gəlməsinin əsasının nə olduğu bəlli deyil. Nə mövcud qanunvericilikdə, nə də iddiaçının pensiya hüququnun yarandığını hesab etdiyi 05.09.2008-ci il tarixində belə bir istisna nəzərdə tutulmamışdı. İstisna yalnız Qanunun 9.8-ci maddəsi ilə müəyyən olunmuşdur ki, orada da söhbət 01 avqust 1997-ci il tarixinədək deyil, 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış şəxslərin həmin tarixədək qüvvədə olmuş yaş həddindən güzəştli şərtlərlə pensiyaya çıxa biləcəyindən gedir. İddiaçıya isə, hətta 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla pensiya təyin edilsə idi belə, yenə də 57 yaşdan təyin ediləcəkdi. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməs i haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Yəni 01.01.2006-cı ilə qədər belə bu yaş həddi artıq 57-ə çatdırılmışdı. Buna görə, nəinki 2008-ci, hətta 2002-ci ildə 55 yaşı olsa idi belə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası 55 yaşdan deyil, 57 yaşdan təyin ediləcəkdi.
7. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-5091/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05.09.2008-ci il tarixdən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 1997-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması iş materialları ilə təsdiqini tapdığından onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır.
9. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 29.04.2021-ci il tarixli 21(103)-877/2021 nömrəli qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Vidadi Məmmədov, Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli 2-1(112)-5091/2020 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya 19.10.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaqla onun müraciət etdiyi 12.09.2019-cu il tarixinədək pensiya ödənişləri icra olunduğundan, bununla da müraciət etdiyi 12.09.2019-cu il tarixindən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi istisna edildiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
12. İddiaçı 06.09.2021-ci il tarixində kassasiya şikayəti verərə k Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli 2- 1(103)-877/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün 01.08.1997-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajının mövcud olması tələb olunur. Onun işlədiyi qazla kəsicilər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı il ə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2320000011618 kodla əks olunmuş “qazla kəsicilər” bəndinə aiddir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçının 55 yaşına çatdığı vaxtdan pensiya hüququ olmuşdur. Məhkəmə isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edərkən qeyri-müəyyənliyə yol vermiş, öz qərarını tam və hərtərəfli əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassas iya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” bölməsində göstərilən “qazla kəsicilər” 23200000—11618 kod nömrəsi ilə qeyd edilmişdir
23. Azərbaycan Respublikası Ali Məhkəməsin in İnzibati Kollegiyasının 08.10.2020ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı ol maq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzin də hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.
24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Həmin Məcəllənin 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
29. Həmin Məcəllənin 98-1.4-cü maddəsinə görə Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual normaların tələblərini pozmuşdur.
33. Hazırkı qərarın 17-18-ci bəndlərində sadalanmış normaların məzmunundan görünür ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, həm də xüsusi stajı işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. 34. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində "əvvəllər qüvvədə olmuş qanunvericiliklə" müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
35. Hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 55 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilər ki, o, 01.08.1997-ci il tarixinədək 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmaqla ən azı 25 il ümumi iş stajına malik olmuş olsun. Nəzə rə alınmalıdır ki, əgər iddiaçı 01.08.1997-ci il tarixinədək lazımi sığorta stajını toplamış olmasa, yalnız bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddinin 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması qaydası iddiaçıya münasibətdə tətbiq oluna bilər.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlumdur ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.08.1997-ci il tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malikdir. Odur ki, iddiaçının 55 yaşdan güzəştl i şərtlərlə pensiya hüququnun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır.
37. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır.
38. Bundan başqa qeyd edilməlidir ki, hazırkı qərarın 28-29-cu bəndlərində göstərilən normaların tələbinə görə apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun qiymətləndirməli idi.
39. Hazırkı qərarın 23-cü bəndində göstərilən Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
40. İddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixinədək yaransa da, iddiaçı keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanması ilə bağlı cavabdehə həmin tarixdən sonra müraciət etmişdir.
41. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməli və yaranmış pensiya fərqi iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməlidir.
42. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı pensiya fərqinin birdəfəlik ödənilməsini xahiş etsə də, qüvvədə olan qanunvericilikdə pensiya fərqinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Hazırkı qərarın 19-cu bəndində göstərilən normanın məzmunundan da görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada yox, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
43. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli 2-1(103)-877/2021 nömrəli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05.09.2008-ci il tarixindən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq 21.05.2020-ci il tarixindən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
44. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli 21(103)-877/2021 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 05.09.2008-ci il t arixindən (55 yaşdan) əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq 21.05.2020-ci il tarixindən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.